Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


rür. Sora gedir  tayfasınnan sağ qalanları da qurtarır,  gəlillər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   6   7   8   9   10   11   12   13   ...   97

29 
 
rür. Sora gedir  tayfasınnan sağ qalanları da qurtarır,  gəlillər 
öz torpaxlarına, oğlanı başçı seçip başdıyıllar yaşamağa. 
O  vaxtdan  bı  tayfaya  qurtlar  tayfası  deyillər.  Naxçıvanın 
qurtlar  məhləsi  də  onnardan  qalmadı  (Azərbaycan  mifoloji 
mətnləri, 1988, s. 43-44). 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Mirəli  Sеyidоv  Göyçay,  Şa-
maxı, Qarabağ, Naxçıvan, Оrdubad, Təbriz, Gəncə və s. şəhər-
lərdə  qurd  məhəlləsi,  qurd  mеydanı  оlduğunu  qеyd  еtmişdir 
(Seyidov, 1990, s. 72). 
Məshəti  İsmayıl  Rüstəm  qızının  yazdığına  görə,  ―Qurdlar 
məhəlləsi‖  sadəcə  yеrə  vеrilən  ad  оlmamışdır.  Bu  adlar  məlum 
tayfaların adından da götürülə bilər:  
“1177-ci  ildə  Misirdə  Еyyubilər  sülaləsinin  hakimiyyəti-
nin  əsasını  qоymuş  Azərbaycan  türkü  Əli  Səlahəddinin  tayfa 
adı  qurddur.  Sultan  Səlahəddinə  siz  kürdmüsünüz  sualına  о 
xеyir biz Azərbaycandanıq, əmim Şirkuh dеyərdi ki, Biz əz-zib 
– yəni qurd tayfasındanıq” (İsmayıl Rüstəm qızı, 2008, s. 136).  
Azərbaycandan  toplanan  və  müəyyən  qədər  uyğurların 
―Köç‖ və göytürklərin ―Ergenekon‖ dastanlarıyla səsləşən başqa 
bir mifoloji mətn isə daha böyük maraq doğurur. 
―Köç‖ dastanının qısa məzmunu belədir: 
Müqəddəs  buyruğa  əməl  edən  xalq  böyük  bir  yurdu  tərk 
edərək  köçə  hazırlaşdı.  Yola  düzəldilər.  Durub  dayanmadan, 
yorulmaq bilmədən getdilər, getdilər. Hara getdiklərini, harda 
dayanacaqlarını  bilmirdilər.  Bu  zaman  onların  qarşısına  göy 
tüklü, göy yallı bir qurd çıxdı və onların qabağına düşdü. Uy-
ğurlar da qurdu tanrının göndərdiyini başa düşüb onun dalın-
ca getdilər. Qurd gətirib onları dümdüz ovalıq bir yerə çıxardı. 
Uyğurlar burada yerləşib yurd saldılar (Bozqurd, 1992, s. 37).  
Azərbaycandan  toplanmış  mifoloji  mətnlərdən  birində  isə 
deyilir: 
Allahdan  vəh  gəlir,  Nuh  peyğəmbər  də  insanlara  deyir, 
söylüyür ki, bə tufan olacax, dünyanın üzünü su alacax. Heş 
kim  bına  inanmır.  Nuh  peyğəmbər  bir  gəmi  qəyirir,  bütün 
cannılardan bir cüt qoyur gəmiyə. Bunun yeddi oğlu varımış, 


30 
 
Oğlannarınnan  altısı  gəmiyə  minir,  biri  minmir,  deyir  ki,  su 
gələndə çıxaram dağın başına, mənə heş zad olmaz. 
Çox keçmir ki, dünyanın üzünü su alır. İnsannar boğulup 
ölür.  Nuh  peyğəmbər  baxır  ki,  dağa  çıxan  oğlu  da  boğul-
haboğuldadı.  İstiyir  ki,  gəmini  ona  sarı  sürsün.  Allahdan  səs 
gəlir ki, ya Nuh, çıx get, bı oğlan sizlərdən deyil. 
Nuh gəmini sürüp gedir. Çox keçmir ki, tufan dayanır, su 
yatır. Nuh peyğəmbər oğlannarına deyir ki, istədiyiniz heyvan-
dan götürüp düşün quruya, yaşayın, nəslinizi artırın. 
Oğlannarından  birinin  adı  Türk  idi.  Bu  Türk  qoyunnan 
qoçu götürüp torpağa düşdü. Gəmi çıxıp getdi. Demiyəsən tür-
kün  düşdüyü  torpax  cəzirəymiş.  Hər  tərəfi  su  olduğuna  görə 
bu cəzirədən çıxmaq olmazımış. 
Türk dörd yüz əlli il bu cəzirədə yaşayır. Onun heyvannarı 
oqqədər  çoxalır  ki,  bütün  cəzirəni  tutur.  Ta  cəzirədə  ot-ələf, 
kol-kolavat qalmır, heyvannar hamısını yeyip qurtarır. Elə gün 
gəlip  çıxır  ki,  heyvannar  yeməyə  heş  nə  tapmayıp  başlıyıllar 
qırılmağa.  Nuh  oğlu  Türk  görör  ki,  belə  getsə,  heyvannar  da 
öləcəh, bının özü də öləcəh. Ha fikirləşir bir nicat yolu tapam-
mır. Qalır məhətdəl, bilmir neynəsin.  
Günnərin bir günü Türk görür ki, bir heyvanı parçalayıp 
yeyiplər.  Öz-özünə  deyir  ki,  axı,  bu  cəzirədə  qoyundan  başqa 
heş bir heyvan yoxdur. Bə bını nə yeyip? 
Türk  çox  təəccüblənir.  Gecəni  yatmayıp  güdür.  Bir  də 
baxır ki, uzaxda suyun içiynən bir qaraltı gəlir. Bı qaraltı gəlip 
cəzirəyə  çatanda  tanıyır ki,  bı  irəhli qurtdu. Boz  qurt  cəzirəyə 
çıxan kimi cumur bir heyvanın üstünə. Bıyızdan da Türk çıxır. 
Boz  qurt  Türkü  görüp  gəldiyi  yolunan  dala  qəyidir.  Türk  də 
düşür bının dalına. Xeylah gedillər. Türk baxır ki, qurdun get-
diyi yerrərdə su heş  topuğa qalxmır.  Birəz gedənnən sora  qu-
ruya  çıxıllar.  Bınnan  da  Türk  xilas  olur.  Qəyidip  heyvannarı 
da  həmin  yolunan  gətirir  quruya.  Sora  Türk  fikirrəşir  ki,  bə 
məni bu boz qurt xilas elədi. Gərəh mən də boz qurdun şəklini 
çəkəm öz bayrağıma. 


31 
 
Belə də eliyir. Soralar türkün nəsli çoxalanda hammısına 
deyir  ki,  qurd bizim xilaskarımızdı,  əgər o, yol  göstərməsəydi, 
nə mən olardım, nə də siz olardız. Ona görə də gərəh həmmişə 
boz  qurda  inanasınız.  Boz  qurdun  şəklini  bayrağınıza  çəkip 
həmişə  bı  bayrağın  dalınca  gedəsiniz.  Çətinliyə  düşsəz,  boz 
qurdu  çağırasınız.  Türkün  övladları  bu  nəsihətə  həmişə  əməl 
eliyillər (Azərbaycan mifoloji mətnləri, 1988, s. 42-43). 
Təqdim  olunan  mifin  uyğurlardan  qeydə  alınmış  mifik  sü-
jetlə  üst-üstə  düşməsi  bu  türk  xalqının  da  etnogenezinin  ilkin 
mərhələlərində  Azərbaycanla  bağlı  ola  biləcəyini  düşünməyə 
ciddi  əsas  verir.  Əldə  olan  təkzibedilməz  tarixi  və  linqvistik 
faktlar isə bu düşüncəyə tam haqq qazandırır. 
Fərhad  Zeynalovun  yazdıqlarından belə  anlaşılır ki,  uyğur-
lar  haqqında  ilk  məlumatlarda  onlar  "oqur",  "saraoqur",  "kot-
riqur",  "onoqur"  və  s.  adlarla  qeyd  edilmişlər  (Zeynalov,  1981, 
s.  268).  İrəlidə  görəcəyimiz  kimi,  onları  bu  adlarla  məhz  erkən 
orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan 
hunların tərkibində yad etmişlər. Qədim Çin mənbələrində hun-
lardan  son  dərəcə  çox  danışılsa  da  və  bir  çox  türk  soy  və  boy-
larının,  o  cümlədən  se  (sak)  və  yuecilərin  (kuşanlıların)  adları 
yad  edilsə  də,  uyğurlar  haqqında  bircə  kəlmə  belə  danışılmır. 
Yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-
vu-rh" adı  ilə  bəhs  edilir. Bu isə  o deməkdir ki, uyğurlar Qərb-
dən  Şərqə  saklardan  və  digər  türk  xalqlarından  daha  gec  köç 
etmişlər (Rəcəbov, Məmmədov, 1993, s. 390). 
Uyğur  türkləri  hazırda  əsasən  Çinin  Sintzyan-Uyğur  Mux-
tar  Vilayətində,  qismən  də  Qazaxıstan  və  Özbəkistanda  yaşa-
yırlar.  Rəsmi  statistikaya  görə,  sayları  15  milyon  civarındadır. 
Qeyri-rəsmi  məlumatlara  əsasən  isə,  sayları  30  milyonla  100 
milyon arasında göstərilir. Uyğurlaın tarixdə qurduqları ilk döv-
lətin Vlll əsrdə qurulan Onuyğur-Doqquzoğuz xaqanlığı olduğu 
hesab  edilir.  Bu  dövlətin  ərazisi  Monqolustan,  Sibir  və  İndiki 
Uyğurustan  ərazilərini  əhatə  etmişdir.  Dövlətin  qurulmasında 
doqquzoğuzlarla  onuyğurlar  fəal  rol  oynamışlar  (Zeynalov, 
1981, s. 268, 269). On uyğur soyunun birləşməsi ilə ortaya çıxan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə