Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   32   33   34   35   36   37   38   39   ...   97

107 
 
gərlər  ölkəsində  fars  ordusu  ilə  müharibəyə  girişmişdilər.  ―VII 
əsr erməni  coğrafiyası‖ndan belə məlum olur ki, Göyçə  gölün-
dən  şimalda  yerləşən  torpaqlar  Kəngərlər  ölkəsi  adlanmışdır 
(История Армении Лазаря Парбского, 1904, c. 304). 
Tarixi  mənbələr  XVIII  əsrdə  kəngərlilərin  bir  hissəsinin 
Gürcüstan  ərazisindən  Qarabağa  köçdüyünü  qeyd  edir.  Nax-
çıvan ərazisindəki kəngərlilərdən VI əsrə aid bir anonim Suriya 
mənbəyi söhbət açmaqdadır (Гейбуллаев, 1991, c. 102). 
Rəşid Göyüşov yazır: 
“Eneolit  dövrünün  dini  dünyagörüşünü  öyrənmək  baxı-
mından Əliköməktəpədə tapılan dairəvi otağın böyük əhəmiy-
yəti var. Otağın divarları gillə suvanmış, üstündən isə ağ gillə 
şirələnmişdir.  Hamar  divarda  həndəsi  xarakterli  naxışlar  çə-
kilmişdir.  Bu  bina  çox  güman  ki,  ovsun  mərasimlərinin  keçi-
rilməsi  üçün  istifadə  edilmişdir.  Daşdan  və  gildən  düzəldilən 
insan fiqurları Eneolit dövrünün ən maraqlı abidələridir” (Gö-
yüşov, 1986, s. 31).         
 
Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri də müx-
təlif insan fiqurları ilə bağlı olmuşdur. Bilqamıs dastanının məz-
munundan belə görünür ki, Eneolit dövrü sakinləri, eləcə də son-
rakı  dövrdə şumerlər bu gil heykəlləri  günəş tanrısı  Utuya (ak-
kad variantında Şamaşa) qurban vermişlər:  
    Bilqamıs özü gildən bir heykəlcik düzəltdi. 
    Sonra taxtadan böyük bir masa da çıxartdı. 
    Əqiqdən qayrılmış qabı balla doldurdu. 
    Lacivərddən düzəlmiş qabı yağla doldurdu. 
    Masanı bəzəyərək Utu üçün apardı  
       (Bilqamıs dastanı, 1985, s. 66) 
 Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın 
zamanlara  qədər  ―Qodu‖  şəklində  yaşamışdır.  Bilqamıs  Utuya 
bal, yağ kimi yeməli şeylər apardığı kimi, Azərbaycanda da Qo-
du üçün xəmiraşı bişirilməliymiş. Qeydə alınmış ―Qodu-Qodu‖ 
nəğmələri  içərisində  bal  və  yağın  xatırlanması  da  xüsusi  maraq 
doğurmaqdadır:  
 


108 
 
    Qoduya qaymaq gərək, 
    Qablara yaymaq gərək
    Qodu gün çıxarmasa, 
    Gözlərin oymaq gərək. 
    Yağ verin yağlamağa, 
    Bal verin ballamağa
    Qodu gülmək istəyir
    Qoymayın ağlamağa  
(Nəğmələr, inanclar, alqışlar, Bakı: 1986, s. 47)  
5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı ve-
rən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi, 
Azərbaycan türkləri də XX əsrin ortalarınadək ―Bal verin balla-
mağa,  yağ  verin  yağlamağa‖-  deyərək  ―Qodu-Qodu‖  mərasimi 
keçirərkən, müqəvva düzəldərmişlər.                 
Tanınmış rəssam və tədqiqatçı Elçin Aslan yazır: 
“Azərbaycanda  vaxtsız  və  uzun  müddət  yağan  leysan  ya-
ğışına  son  qoymaq,  günəşi  çağırmaq  məqsədi  ilə  icra  olunan 
kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr olu-
nurdu. Vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa, 
get-gedə ilkin önəmini itirmiş və XX yüzilin əvvəllərində subay 
gənclər  və  uşaqlar  tərəfindən  oynanılan  hərəkətli,  sözlü-
nəğməli  bir  oyuna  çevrilmişdir.  Oyun  iştirakçıları  müqəvva 
Qodunu  qapı-qapı  gəzdirib,  onun  şəninə  təriflər  deyir,  məzəli 
səhnələrdə  kuklanı  çomaqla  vurub  “öldürür”,  sonra  yenidən 
“dirildirdilər.” (Aslanov, 1984, s. 55).                 
Nəsir Rzayev isə deyir: 
“Tunc  dövründə,  eramızdan  əvvəl  III-II  minilliklərdə 
Azərbaycanda günəş kultu çox geniş yayılmışdı. O vaxt günəş 
tanrısının  bir  sıra  simvolları  məişətdə,  ictimai  həyatda  tətbiq 
edilərək bədii yaradıcılığa daxil olmuşdur. Tunc dövrünün so-
nunda əmək məhsuldarlığının artması, istehsalın, maldarlığın 
inkişafı varlanmaqda olan qəbilə və ailə başçılarının, əcdadla-
rın  hüququnu  genişləndirir,  yeni  dini  etiqadların  yaradıl-
masına səbəb olurdu. Odur ki, günəş tanrısının “funksiyasın-
da”  yeni  elementlər  ortaya  çıxırdı.  Onlardan  biri  günəş  tan-


109 
 
rısının əcdadlara və bununla əlaqədar olaraq ölülərə himayə-
darlıq  göstərməsi  idi.  Bunun  nəticəsində  cəmiyyətdə  “atalar 
kultu” və “ölülər kultu” kimi yeni ideoloji tendensiya yaranır-
dı. Bununla əlaqədar olaraq qəbir daşları günəş rəngli oxra ilə 
boyadılırdı  ki,  qəbir  isti,  işıqlı  olsun,  axirət  evinə  dirilik  bəxş 
edilsin və  ölüləri  kurqanlarda dəfn  etməyə  başlayırdılar.  Kur-
qan qəbirlərinin yerləşdirilməsində vahid bir sistemə, “şüa sis-
temi”nə  riayət  edilirdi.  Kurqanların  daxilində  də  kromlexlər 
tikilirdi.  
Görkəmli  arxeoloq  Hummel  Xanlar  rayonunun  kurqan-
larını tədqiq edərkən, onların səpələnmiş halda deyil, müəyyən 
ərazidə  toplanmasına  diqqət  yetirmişdir.  O,  qərara  gəlmişdir 
ki,  bütün  qəbirlər  bir  nöqtə  ətrafında  -  günəş  şüasının  çevrə 
boyu  yayılması  istiqamətində  tikilmişdir.  Onun  kəşf  etdiyi  bu 
qanunauyğunluq  “şüa  sistemi”  adlanır.  Alimlər  bu  sistemin 
Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli sürmüşlər. 
Təsərrüfatda günəşə ehtiyac olanda, onu buludlar arxasından 
çıxarmaq lazım gələndə, günəşə təsir etmək üçün ovsun ayini 
keçirilir və “Qodu-Qodu”nəğməsi oxunurdu.  
    Qodu palçığa batmışdı, 
    Qarmaladım çıxartdım. 
    Qızıl qaya dibindən 
    Qırmızı gün çıxartdım. 
    Yağ verin yağlamağa, 
    Bal verin ballamağa. 
    Qodu gülmək istəyir, 
    Qoymayın ağlamağa” (Rzayev, 1984, s. 98-100).  
Bir  sözlə,  oğuzların  ən  qədim  zamanlardan  Ön  Asiya  və 
Qafqazda  yaşadıqları  çoxsaylı  faktlarla  öz  sübutunu  tapır.  Şüb-
həsiz  ki,  bu  faktlar  içərisində  şumer  və  türk  dilləri  arasındakı 
əlaqə  daha  diqqətçəkicidir.  Mövzu  ilə  bağlı  Tofiq  Hacıyevin 
sözlərinə görə, Türk dillərindəki bir sıra köməkçi sözlərin əslini 
şumer  dilində  tapmaq  mümkündür.  Məsələn,  türk  dillərindəki 
çoxaltma mənasında işlənən ―ən‖ ədatının şumercədə ―yüksək‖, 
―qam‖, ―kahin‖ mənalarında ―an‖ kəlməsi müstəqil leksik vahid 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə