Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   33   34   35   36   37   38   39   40   ...   97

110 
 
kimi çıxış edir. ―Kimi‖, ―gibi‖ qoşmalarının məqamında da şu-
mercədə müqayisə bildirmək üçün ―qi-qim-qimi‖ variantlarında 
çıxış edən ünsürün işləndiyi də məlumdur. Şumer dilində yerlik 
hal  üçün işlənən ―ra‖şəkilçisi ―ra‖ və ―ru‖ formasında türk dil-
lərində,  o  cümlədən,  Azərbaycan  dilində  eyni  mənada  fəaliyyət 
göstərmişdir.  Məsələn,  sonra,  yuxarı  və  sairə.  Şümer  dilinin 
çıxışlıq halındakı ―ta‖, yerlik halındakı ―a‖ yenə maraq doğurur. 
Azərbaycan dilində yerlik və çıxışlıq, yönlük və yerlik hallarının 
sistem şəklində bir-birini əvəz etməsinin şahidi oluruq. Deməli, 
bu  qrammatik  hadisənin  kökü  onunla  bağlıdır  ki,  vaxtilə  ―ta‖, 
―da‖ şəkilçisi çıxışlıq məzmunu bildirmiş, sonralar çıxışlıq halı 
kimi ―tan‖, ―dan‖ müəyyənləşərkən, o, ―ta‖, ―da‖ yerlik halı və-
zifəsinə keçdiyi zaman xeyli müddətdə bu göstəricilər bir-birinin 
mənasını əvəz etmişdir. Yəni yeni mənasını bildirməklə, köhnə-
ilkin  mənasında  da  qeyri-fəal  şəkildə  xidmət  göstərmişdir  (Ha-
cıyev, 1976, s. 22-23). 
Alim daha sonra yazır: 
“Yönlük  və  yerlik  hallarının  Azərbaycan  dili  tarixində 
müəyyən dövrlərdə qeyri-sabitliyi də anoloji prosesin nəticəsidir, 
yəni  “a”  morfemi  yerlik  vəzifəsindən  yönlük  funksiyasına  keç-
diyi zaman əzəllər ikimənalı olmuşdur. Hətta bu qeyri-differen-
siallıq, görünür, o qədər çəkmişdir ki, şumercədə xüsusi yerlik-
yönlük  hal  yaranmışdır.  Çıxışlıq  halı  şəkilçisinin  yerlik,  yerlik 
halı şəkilçisinin yönlük məzmuna keçməsi bu halların arasında 
üçbucaqlı  məna  əlaqəsi  yaranmasına  səbəb  olmuşdur.  Bunun 
nəticəsidir  ki,  Azərbaycan  dili  tarixinin  təşəkkülü  dövründə, 
ümumiyyətlə,  məkani  halların  hər  biri  o  birilərinin  mənasını 
ifadə  etmişdir.  Məsələn  “Kitabi  Dədə  Qorqud”da  oxuyuruq: 
“...Günlüyü yer yüzünə tikdirmişdi.” Burada “yüzündə” əvəzinə 
“yüzünə”işlənmişdir. Eyni mənbədə belə bir ifadəyə rast gəlirik: 
“Topuğunda  sarmaşanda  qara  saçlum.”  Burada  isə  “topuğu-
na”  əvəzinə  “topuğunda”  işləndiyinin  şahidi  oluruq.  Şah  İs-
mayıl  Xətaidə  də  “muna”,  yəni  buna  əvəzinə  “munda”,  yəni 
bunda  ifadəsi  ilə  rastlaşırıq:  “Munda  əqilli  kimsa  gülməz.” 
Bənzər  halı  Nəsimi  yaradıcılığında  da  müşahidə  etmək  olar: 


111 
 
“Sorma, ey dilbər, mana...” Əslində belə olmalıdır: “Sorma, ey 
dilbər, məndən”” (Hacıyev, 1976, s. 22-24). 
Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il 
mart  ayında  sevə-sevə  keçirdikləri  Novruz  bayramının  təşəkkülü 
və  tarixi  ilə  bağlı  bir  çox  mülahizələr  irəli  sürülmüşdür.  Bəziləri 
onu  zərdüştiliklə,  bəziləri  isə  İslamla,  daha  dəqiq  desək,  Həzrət 
Əlinin doğum günü ilə bağlamağa çalışmışlar. Həqiqət isə budur 
ki, sözügedən bayram barədə ilk yazılı mənbələr 5 min il öncəyə 
aid şumer mətnləridir ki, bu mətnlərdən eyni bayramı martın 21-də 
şumerlərin  qeyd  eməkdə  olduqları  və  bu  bayramın  məhsuldarlıq 
və  cobanlar  tanrısı  Dumuzunun  şərəfinə  keçirildiyi  məlum  olur. 
Şumerlər  həmin  bayramı  eyni  tanrının  adı  ilə  Dumuzu  bayramı 
adlandırırdılar.  Bununla bağlı  ayrıca  bir mifik  süjrt  də  var  idi  və 
həmin  süjet  barədə  Lipin  və  Belov  birgə  qələmə  aldıqları  ―Gil 
kitabələr‖  adlı  kitablarında  məlumat  verməkdədirlər.  Süjetin  qısa 
məzmunu  belədir:  Yeraltı  ölülər  dünyasının  hakimi  Ereşkiqal 
məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasın-
da əsir edir. Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur, ağac-
ların  yarpaqları  tökülür.  Sevgi  tanrısı  İninni  Dumuzunu  xilas  et-
mək  üçün  yeraltı  dünyaya  enir,  7qapı  keçir  və  uzun  sərgüzəşt-
lərdən sonra Dumuzunu əsirlikdən xilas edir. Bu martın 21-də baş 
verir. Həmin gün ağaclar yenidən çiçək açır, təbiət oyanır.  
Elməddin Əlibəyzadə yazır:                
“Təsəvvür  edin  ki,  arada  6500  illik  zaman  məsafəsi  var. 
Amma tellər, bağlar qırılmayıb. Müasir dilimizin qayda-qanun-
larının  çox  dərin  kökləri  üzə  çıxır.  Ayrı-ayrı  ifadə  şəkilləri, 
şairin  özünə  poetik  müraciətləri  və  sairə  də  ulu  şumer  dili  ilə 
müasir Azərbaycan – türk və ümumən türk dilləri arasında əbə-
di tellər, bağlar olduğunu təsdiq edir” (Əlibəyzadə, 1998, s. 68).         
Şumerlər  öz  ölülərini  kurqanlarda  basdırırdılar  və  kurqana 
―kur‖, yəni gor deyirdilər.Onlar kurqan mədəniyyətini də özləri 
ilə  Azərbaycandan  aparmışdılar.  Təsadüfi  deyil  ki,  Azərbay-
canın  Ağstafa  rayonu  ərazisindən  tapılan  kurqanlar  şumer  kur-
qanlarından daha qədimdir və son Eneolit dövrünə aiddir. Şumer 
kurqanları isə Tunc dövrünün məhsuludur. 


112 
 
İslama  qədərki  türklərin,  o  cümlədən  iskitlərin  və  sakların 
ayrılmaz atributlarından biri də kurqanlardır. Bütün qədim müəl-
liflər  iskitlərin  və  ümumiyyətlə  türklərin  öz  ölülərinin  məzarla-
rının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmiş-
lər.  Eyni  hal  qədim  şumer  mədəniyyətinə  də  xasdır.  Maraqlıdır 
ki, yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azər-
baycan  ərazisində  rast  gəlinmişdir.  Söhbət  son  Eneolit  dövrün-
dən və Ağstafa rayonu ərazisindən gedir.              
Tarixçi alim Nəcəf Müseyibli yazır: 
“XX  əsrin  80-ci  illərində  Azərbaycanda,  Ağdam  rayonu 
ərazisində, aran Qarabağda son Eneolit dövrünə aid Leylatəpə 
məskəni  tədqiq  edilərkən,  buradan  digər  yerlərdən  tapılan  və 
eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiy-
yət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi. Bura-
dan tapılan, dulus çarxında hazırlanmış yüksək keyfiyyəli qab-
lar Messopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eyni-
lik  təşkil  etməkdə  idi.  Sonralar  eyni  bölgədə  bənzər  mədəniy-
yətin izləri Çinartəpə, Şomutəpə və Abdal Əziztəpə abidələrdən 
də  üzə  çıxarıldı.  Leylatəpə  və  digər  analoji  abidələrin  tədqiqi 
nəticəsində  Güney  Qafqaz  üçün  yeni  mərhələ  olan  və  son 
Eneolit  dövrünə  uyğun  gələn  mədəniyyət  ortaya  çıxmış  oldu. 
XX əsrin 80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüs-
tan ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi. 
2004-2005-ci  illərdə  Bakı-Tiflis-Ceyhan  neft  və  Bakı-Tif-
lis-Ərzurum qaz  kəmərlərinin keçdiyi marşrut  boyunca aparı-
lan arxeoloji qazıntılar zamanı Ağstafa rayonu ərazisində da-
ha  bir  neçə  Leylatəpə  tipli  abidə  aşkar  edilərək  tədqiq  edildi. 
Bu, sözügedən marşrutun 409-kilometrindəki Poylu 1 və Poylu 
2, eləcə də 438-ci kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2 
qədim məskənləri idi. 
Bu  dövrə  qədər  bütün  Güney  Qafqaz,  o  cümlədən  Azər-
baycan  ərazisində  Eneolit  dövrünə  aid  xüsusi məzar  yerlərinə 
rast gəlinməmişdi. Tapılmış bütün məzarlar yaşayış yerlərinin 
döşəmələrinin altında və ya evlərin həyətində idi. Yəni Eneolit 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə