Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Ayağı  öküz  ayağına,beli  qurd  belinə,kürəyi  samur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   36   37   38   39   40   41   42   43   ...   97

119 
 
...Ayağı  öküz  ayağına,beli  qurd  belinə,kürəyi  samur 
kürəyinə, köksü ayı köksünə bənzəyirdi (Bayat, 1993, s. 124). 
Gördüyümüz  kimi,  sözlü  təsvirdə  söhbət  oğlan  uşağından 
gedir  və  onun  xarici  görünüşü  bu  təsvirdən  əsaslı  surətdə  fərq-
lənir.  Deməli,  bu  halda  öküz  təsviri  ―Oğuz‖  kəlməsinin  sadəcə 
ideoqrafik  ifadəsidir.  Elə  bu  səbəbdən  də  Əbülfəz  Hüseyni  və 
Zelen  Yampolski  kimi  alimlər  Qobustandakı  öküz  təsvirlərini 
oğuzların  ulu  babalarının  cızdıqlarını  söyləmişlər.  Burada  söh-
bətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm 
aləmində  şərti  olaraq  ―7  gözəl‖  adlanan  petroqlif  də  sübut  et-
məkdədir.        
Şərti olaraq, ―7 gözəl‖ adlanan bu piktoqramda böyük öküz 
təsvirinin  fonunda  8  qadın  təsvir  edilmişdir.  Burada  öküz  oğuz 
xalqını, 8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir. Nəzərə al-
saq  ki,  ilk  soybirləşmələri  məhz  Mezolit  dövründə  formalaş-
mışdır  və  bu  birliklərdə  birləşən  soyların  başında  qadınlar  du-
rurdu,  tam  cəsarətlə  deyə  bilərik  ki,  burada  söhbət  8  oğuz  so-
yunun  birləşməsini  ifadə  edən  böyük  bir  qəbilədən,  daha  doğ-
rusu bu qəbilənin özünü ifadəsindən gedir. 
Orxon-Yenisey  mətnlərində  Üçok,  Onok,  Onuyğur,  Otuz-
tatar, Üçoğuz, Altıoğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybir-
ləşmələri  ilə  birlikdə  Səkkizoğuz  soybirləşməsindən  də  söhbət 
açılmaqdadır. Beləki, ―Moyonçur‖abidəsinin şərq tərəfində belə 
bir cümlə yer almaqdadır: 
"Səkkizoğuz,  Otuztatar qalmadı  gəldi...” (Rəcəbov, Məm-
mədov, 1993, s. 150). 
Doğrudur,  mütəxəssislər  sözügedən  petroqlifdə  öncə  7 
qadının  təsvir  edildiyini,  8-cinin  isə  sonradan  əlavə  edildiyini 
qeyd  edirlər.  Elə  bu  üzdən  də  təsviri  "7  gözəl  adlandırmışlar. 
Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə 
7 oğuz qəbiləsi ittifaq bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa 
qəbul  edilmiş,  nəticədə  təsvirdə  korrektə  edilmişdir.  Arxeoloq-
ların  fikrincə,  petroqlifdəki  qadınları  bir-birindən  fərqləndirən 
cizgilər  onların,  deməli,  həm  də  ayrı-ayrı  soyların  qəbilə  ittifa-
qındakı, yəni boydakı ictimai mövqelərinə işarə etməkdədir. 


120 
 
Yuxarıda  sadalanan  faktlar  oğuzların  ilkin  ata  yurdu  kimi 
Mərkəzi  Asiyaya  işarə  edən  Orta  Asiya  mənşəli  ―Oğuznamə‖-
lərdən  (uyğur  variantı,  Əbülqazi  variantı  və  s.)  fərqli  olaraq, 
Azərbaycan və Şərqi Anadoluya işarə edən ―Oğuznamə‖lərin, o 
cümlədən  ―Kitabi  –  Dədə  Qorqud‖un  həqiqəti  daha  dürüst  əks 
etdirdiyini söyləməyə ciddi əsas verir. 
Bu baxımdan Yazıçıoğlu Əlinin ―Oğuznamə‖si böyük ma-
raq  kəsb  edir.  Yazıçıoğlu  Oğuz  xanın  doğumundan  danışarkən 
bu hadisəni Azərbaycan və Şərqi Anadolu ərazilərini əhatə edən, 
Övliya Çələbinin ―Mahan‖ adlandırdığı  ərazi  ilə  üst-üstə düşən 
coğrafi məkanla bağlayır. Yəni həmin məkan oğuzların ilkin ata 
yurdu kimi  təqdim edilir.  Söhbətinə  ―İsrailoğullarının  Tövratın-
da yazıldığı və müsəlman tarixçilərinin əsərlərində qeyd edildiyi 
kimi...‖ sözləri ilə başlayan müəllif daha sonra Nuh və oğulları 
barədə əfsanəni təkrar edir və yazır: 
“...Türklər Yafəsə Abulca xan deyirlər” (Koroğlu, 1999, s. 
56). 
Onun  sözlərinə  görə,  Abulca  xan  köçəri  maldar  idi  və 
oğuzların  ilk  vətənində  yaşayırdı.  Onun  Dib  Yabquy  adlı  oğlu 
vardı. Onlar və tayfaları bütpərəst idilər. Div Yabquyun ölümün-
dən  sonra  taxt-taca  oğlu  Qara  xan  sahib  oldu.  Onun  Oğuz  adlı 
oğlu oldu (Koroğlu, 1999, s. 56).  
Yazıçıoğlu daha sonra Oğuzun böyüməsindən, kafir atasını 
öldürməsindən,  evlənməsindən  və  qəzavatından  danışır.  Oğuz 
xanın  düşmənləri  ilə  75  il  müharibə  apararaq  Buxaraya  qədər 
Türküstan  torpaqlarını,  o  cümlədən  Talas  və  Sayramı  almasını 
təsvir  edir  və  onun  təsvirindən  belə  aydın  olur  ki,  bu  ərazilər 
oğuzların  ilkin  ata  yurdu  olmayıb,  sonradan  qazanılmış  Vətən-
dir. X. Koroğlu mövzu ilə bağlı yazır: 
“Türküstan  ölkəsinin  qüdrətli  hökmdarları  arasında  Ya-
zıçı  oğlu  Salur  Qazan  boyunun  adını  çəkir.  Bu,  “Qorqud  Ki-
tabı”nda  Salur  Qazanın  böyük  rol  oynadığı  oğuzların  epik 
tarixini  təcəssüm  etdirir.  Yazıçıoğlu  çəkişmələr  nəticəsində 
oğuzların  iki  qanada  bölünməsi  və  sonda  ağsaqqallar  şurası-
nın  hakimiyyəti  Lukman  (Səlcuqun  babalarından  biri)  başda 


121 
 
olmaqla sol qanada verməsi əfsanəsini misal gətirir. Bu əfsanə 
geniş  şəkildə  “qorqud  Kitabı”nın  Xll  boyunu  təşkil  etmişdir. 
Diqqətəlayiqdir ki, “Qorqud Kitabı”nda olduğu kimi, Yazıçıoğ-
lu  variantında  da  Bayandır  xan  sol  qanadı  təmsil  edir.  Yazı-
çıoğluna görə bütün bunlar oğuzların ilk Vətənlərində baş ver-
mişdi. Sonralar oğuzlar otlaqların çatmaması üzündən öz yer-
lərini  tərk  edib  qışı  Buxarada,  yazı  Soğd  və  Səmərqənddə  ke-
çirdikləri Orta Asiyaya gəldilər (Koroğlu, 1999, s. 57). 
Məsələyə eyni mövqedən yanaşma görkəmli Azərbaycan ta-
rixçisi  Əbu  Bəkr  Tehraninin  1471-ci  ildə  qələmə  aldığı  və  Ağ-
qoyunlular sülaləsindən böyük Azərbaycan imperatoru Uzun Hə-
sənə  həsr  etdiyi  ―Kitabi-Diyarbəkriyyədə  də  müşahidə  edilmək-
dədir.  Uzun  Həsəni  68-ci  nəsildə  Həzrət  Adəmə  bağlayan  ta-
rixçinin əsərində ―Kitabi-Dədə Qorqud‖ personajları da real tarixi 
şəxsiyyətlər  kimi  təqdim  edilir.  Məsələn,  Azərbaycan  hökmda-
rının  52-ci  göbəkdən  ulu  babası  adlandırılan  Bayandır  xandan 
söhbət açılır və aşağıdakı son dərəcə qiymətli məlumat verilir: 
Bayandır  xan  padşahlığı  dövründə  İranı,  Turanı,  Rumu, 
Şamı, Misiri, Əfrənci (Avropanı), Xətayı, Qıpçaq çöllərini aldı. 
Beçenek onun kiçik qardaşı idi. Bayandır xan onu Sayramda 
öz  nümayəndəsi  təyin  etdi.  Özü  qıĢlamağa  Qarabağa,  yay-
lamağa Göyçə gölünə getdi (Koroğlu, 1999, s. 66). 
Tarixçi alim Yaqub Mahmudov yazır:  
“Azərbaycan  ən  qədim  zamanlardan  başlayaraq  tarixin 
bütün  dövrlərində  əsas  Türk  məskəninin  önəmli  parçası,  qə-
dim Oğuz yurdu, Azərbaycan xalqı isə bu diyarn ən qədim yerli 
xalqı  olmuşdur.  Böyük  Azərbaycan  hökmdarı  Uzun  Həsənin 
(1453-1478)  əmri  ilə  yazılmış  və  indiyə  qədər  tədqiqatçıların 
diqqətindən  kənarda  qalmış  Əbu  Bəkr  əl  -  Tehrani  əl-İsfaha-
ninin “Kitabi Diyarbəkriyyə” adlı kitabında açıq şəkildə yazıl-
mışdır ki, Azərbaycan ən qədim Türk-Oğuz yurdlarından biri-
dir.  Qədim  oğuzlar  və  hətta  Oğuz  xanın  özü  də,  xanlar  xanı 
Bayundur  xan,  bunlardan  sönrakı  dövrlərin  məşhur  Oğuz-
Türk sərkərdələri, hətta Qıpçaq xanın özü də burada yaşamış, 
burada ölmüşlər” (Oğuz Y., Tuncay Bakı: 2009, s. 20). 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə