Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   37   38   39   40   41   42   43   44   ...   97

122 
 
Bütün  bu  deyilənlərə  ―Kitabi-Dədə  Qorqud‖dakı  hadisələ-
rin cərəyan etdiyi çoğrafiyanı; Dərbəndi, Əlincə qalasını, Göyçə 
gölünü və s., Dədə Qorqudun qəbrinin Dərbənddə, Qazan xanın 
qəbrinin  Təbrizdə,  Burla  Xatununkunun  isə  Urmiyada  olması 
barədə  tarixi  məlumatları,  eləcə  də,  İslamdan  çox-çox  öncə 
Azərbaycanda  qələmə  alınan  Uluq  xan  Ata  Bitikçi  ―Oğuzna-
mə‖sini  də  əlavə  etmək  lazımdır.  Bunlardan  sonuncusu  təkcə 
türklərin etnogenezini deyil, ümumiyyətlə antopogenezi, yəni ilk 
insanın yaradılışını Azərbaycan ərazisi ilə bağlayır. 
Söhbət  adının  və  məzmununun  məlum  olmasına  baxma-
yaraq,  özü  dövrümüzədək  ulaşmayan,  Uluq  xan  Ata  Bitiqçinin 
qələminə  məxsus  ―Oğuznamə‖də  yer  almış  bir  mifdən  gedir. 
Sözügedən  kitab  barədə  Məmlüklər  dövründə  Misirdə  yaşamış 
tanınmış  türk  tarixçisi  Əbubəkr  ibn  Abdullah  ibn  Aybək  üd  – 
Dəvadari  məlumat  vermişdir.  Onun  yazdığna  görə,  vaxtilə 
―Uluqxan Ata Bitikçi‖ adında bir kitab yazılmış, bu kitabı tapan 
Cəbril ibn Bxtəşyu adlı fars tarixçisi onu türk dilindən fars dilinə 
(Sasanilər dövrünün orta fars-tat dilinə) tərcümə etmişdir. Uzun 
müddət  Abbasi  xəlifəsi  Harun  ər-Rəşidin  (VIII  əsr)  kitabxana-
sında qorunan, sonra it-bat olan bu kitabın farsca tərcüməsi son-
ralar Dəvadarinin  əlinə  düşmüş  və  o, həmin kitabın  içindəkiləri 
bütünlüklə öz əsərinə köçürmüşdür. Elə bunun sayəsində də əsə-
rin məzmunu dövrümüzədək ulaşmışdır (Ögəl, 2006, səh. 479). 
Eynən ―Kitabi-Dədə Qorqud‖da olduğu kimi bu kitabda da 
Təpəgözlə bağlı mif yer almaqdadr. Əsərin ən maraqlı hissəsi isə 
ilk  insanların  yaradılması  barədə  Azərbaycan-türk  mifidir.  Ab-
dullah ibn Aybək üd-Dəvadari onu öz əsərində belə çatdırır:
 
İlləri sayılammaz, çox – çox əski bir çağmış, 
Göylər sanki dəlinmiş, çoxlu yağışlar yağmış, 
Dünya seldə boğulmuş bu şiddətli yağmurla, 
Yer üzü tam örtülmüş sürüklənən çamurla. 
Sellərin önündəki çamurlar bir yol bulmuş, 
Qara Dağçı dağında bir mağaraya dolmuş. 
 


123 
 
Mağaranın içində qayalar yarılmışmış, 
Yarıqların bəzisi insanı andırırmış. 
Qayaların yarığı insan qəlibi olmuş, 
Qəliblərin içi də gillə, çamurla dolmuş. 
Aradan zaman keçmiş, illər, əsrlər dolmuş, 
Yarıqlarda bu torpaq su ilə həll olmuş, 
Yengəc bürcü deyirlər, bu bürcə gəlmiş günəş, 
Havalar çox isinmiş, atəş ilə olmuş eş. 
İnsan qəlibindəki su ilə torpaq bişmiş, 
Bir – birinə qarışmış, zərrələriysə şişmiş. 
Onlara görə sanki mağara bir qadınmış,  
İnsana vücud verən içi də bir qarınmış. 
Günəşin atəşiylə su ilə torpaq bişmiş, 
Doqquz ay müddətində sərin bir rüzgar əsmiş. 
Su, atəş, torpaq, ruzgar, dörd ünsür derlər buna, 
Bunlar təməl olmuşdur ilk insan vücuduna. 
Tam doqquz ay keçincə ondan bir insan çıxmış, 
Nədənsə adını da “Ay Atam” deyə almış. 
Ay Babayla, Ay Dədə türkcəyə burdan qalır, 
Insanın ilk cəddi də kökünü aydan alır. 
Ay Atam adlı ata göylərdən yerə enmiş, 
Bu yerin suyu dadlı, havası da sərinmiş. 
Sonra başlamış yenə böyük sellər, yağışlar, 
Mağaranı doldurmuş yenə gillər, çamurlar. 
Sünbülə adlı bürcə günəş də gəlmiş, enmiş, 
Bu bürcsə Yengəcdən daha aşağı imiş. 
Günəş alçaq bürcdəykən yenidən torpaq bişmiş, 
Bu ikinci varlıq da birinciyə tam eşmiş. 
Birincisi Ay Atam necə idisə kişi, 
Bu ikinci şəxs də yaradılmışdı dişi. 
Ay Va demişdir hər kəs bu dişinin adına, 
“Ağ üzlü” anlamı var ad qoymuşlar qadına. 
Ay Atam ilə Ay Va birləşib evlənmişlər, 
Qırx uşaq doğuurmuşlar, toplanıb yığılmşlar. 
 
Qırx uşağın yarsı nədənsə, oğlan olmuşdur, 


124 
 
Digər yarısı təsadüflə qız olmuş. 
Evlənmişlər uşaqlar, nəsilləri bollaşmış,  
Soyları böyüyərək ulusları çoxalmış. 
Ana və ataları bir gün ölüb getmiş
Uşaqlar mağarada onları da dəfn etmiş. 
Amma bu mağaranı kimsə unutmamış, 
Heç bir müqəddəs onun yerini də tutmamış. 
Qızıl qapılar ilə qaplamışlar ağzın. 
Çiçəklə bəzəmişəlr mağaranın yanın  
                                            (Ögəl, 2006, səh. 479-480).  


125 
 
ORTA ASĠYA TÜRKLƏRĠNĠN ETNOQONĠK  
RƏVAYƏT VƏ DASTANLARI 
 
Azərbaycnın ən qədim soy və boylarının hamısı barədə ayrı 
– ayrı türk şəcərə əfsanələrində bu və ya digər dərəcədə məlumat 
tapmaq mümkündür. Bu baxımdan adları ən qədim zamanlardan 
kutilərlə birlikdə çəkilən lulular (lulubilər) da istisna deyillər və 
onlar  barəsində  özbək  ―Xannamə‖sində  söz  açılır.  Fəqət  digər 
soy və boylardan fərqli  olaraq, bu xalqın  Nuh oğlu  Yafəsin  so-
yundan  deyil,  türkmənlərlə  birlikdə  Nuhun  qızı  Vəjilənin  so-
yundan gəldikləri qeyd edilir. Daha doğrusu, türkmənlər gerçək 
Vəjilənin,  lulular  isə  Vəjilənin  simasını  alan  köpəyin  övladları 
kimi təqdim edilir: 
Nuhun Ham, Sam, Yafəs adlı üç oğlu ilə bir də Vəjilə adlı 
bir qızı var idi. Nuh qızını tufanda gəmini qayıran dülgərlərə 
verməyi vəd etmişdi. Tufan qurtardıqdan sonra gəmini qayıran 
üç dülgər gəlmiş və Nuha bu sözünü xatırlatmışlar. Nuh pey-
ğəmbər Allahn izni ilə bu vədi vermişdi. Lakin tufandan sonra 
bu  vədi  yerinə  yetirmək ona  çox  çətin  gəlirdi.  Tanrı  Cəbrayılı 
Nuhun yanna göndərir, bir eşşəklə bir it alıb, onları qızı Vəyilə 
ilə  bir  otağa  salmağı  əmr  edir.  Nuh  Allahın  əmrini  yerinə 
yetirir və bir müddət sonra otağın qapısını açanda orada bir – 
birinə  bənzəyən  üç  qız  görür.  Nuh  bu  üç  qızı  üç  dülgərə  ərə 
verir və maraqla nəticəni gözləyir... 
Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını 
Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular 
törəyir (Ögəl, 2006, s. 383-384). 
Maraqlıdır ki, özbək ―Xannamə‖sində Azərbaycanın qədim 
sakinlərindən  kimmerlərin  də  adına  rast  gəlinməkdədir.  Bu  isə 
buradakı  süjetlərin  bir  çoxunun  Ön  Asiya  və  Qafqaz  mənşəli 
olduğunu göstərməkdədir:  
Bükdi xan özbək xanı Təlim xan tərəfindən öldürülən za-
man  türkmənlər  özbəklərə  qəti  surətdə  hücum  etmişlər.  Öz-
bəklərin tərəfində özbək, rak (Midiyanın Raqa vilayəti ?!), tox-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə