Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


maş,  kimeri,  səkləb,  uyğur  və  tiber



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   38   39   40   41   42   43   44   45   ...   97

126 
 
maş,  kimeri,  səkləb,  uyğur  və  tiber  (Qafqazda  yaşamış  qədim 
türk eli ?!) kimi on el var idi (Ögəl, 2006, s. 399). 
―Xannamə‖nin  başqa  yerində  Kimeri  adlı  bir  vəzirdən  də 
söz açılır: 
Toxtamış xan bəylərini toplayır və ağıllı tədbirlərə ehtiyacı 
olduğunu  bildirir.  Bəylərdən  Pir  Arslan  adlı  biri  Bənən  şəhə-
rində Kimeri adlı bir vəzirinin yaşadığını bildirir. O vəzir Ozqan 
xana da vəzirlik etmişdir, yaxşı məsləhətləri ancaq ondan almaq 
olar. Toxtamış xan dərhal adam göndərib Kimerini gətirtdirir və 
ondan məsləhətlər almağa başlayır (Ögəl, 2006, s. 402). 
Dastanın sonrakı bölümlərindən aşağıdakı məlumatı da əldə 
etmək mümkündür: 
Kil xanın oğullarından Kimeri adlı bir xan var idi. Kimeri 
xan  Ozqan  xanın  ən  hörmətli  vəzirlərindən  biri  idi.  Özü  də 
Bənən şəhərində yaşayırdı. 
Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O 
da Bənən şəhərindən idi (Ögəl, 2006, s. 409). 
Maraqlidir  ki,  özbəklərə  qarşı  vuruşan  türkmənlərdən  söh-
bət açılarkən Herodot tərəfindən Azərbaycan ərazisində yad edi-
lən  Sakarta  ölkəsinin  sakinlərinin  -  sakarların,  eləcə  də  Salur 
Qazan  ellərinin  də  adı  çəkilir.  Bu  etnonimlər  içərisində  Ləbnət 
(Ləbnə + ut – cəm şəkilçisi) etnonimi də xüsusi maraq doğurur. 
Həmin türkmən boyunun adı Gürcüstanın azərbaycanlılarla məs-
kun  Lənbəli  kəndinin  adında  bugünədək  yaşamaqdadır.  Azər-
baycanda eyni adda xalça çeşnisi də olmuşdur: 
Türkmənlərin  ordusu  isə  İski,  Salur  Qazan,  Təmir  taş, 
Çavdar, Çavuldur, Bükdi, Çandır, Çigil, Ləbnət, Sakar, Yıpar 
və Oğud ellərindən meydana gəlirdi (Ögəl, 2006, s. 402-403). 
Şübhəsiz ki, bu halda söhbət Azərbaycan türkmənlərindən, 
yəni  oğuzlardan  getməkdədir.  ―Xannamə‖də  Xəzərin  Şərqində 
yaşayan türkmənlər də ayrıca yad edilir. Özbəklərin onlarla dö-
yüşü  təsvir  edilir.  Bu  türkmənlərin  boyları  sadalanır  və  həmin 
boyların adlarının Xəzərin qərbindəki türkmənlərin boylarından 
fərqli olduğunu görürük: 


127 
 
Bu döyüşdən sonra türkmənlər şərqdən qərbə köç etdilər. 
Şərqdən  qərbə  köç  edən  türkmən  boyları  sıra  ilə  bunlardır: 
baklan,  aklan,  köklən,  vardınıq,  təkə,  yomut,  dərdən  (Ögəl, 
2006, s. 405). 
Burada yad edilən boyların böyük əksəriyyəti bu gün də Türk-
mənistanda yaşamlarını sürdürməkdədirlər. Türkmənistandan fərqli 
olaraq onların adları Azərbaycan və Anadoluda qeydə alınmamış-
dır. Türkmənistanda isə ―Oğuznamə‖lərdə rast  gəlinən oğuz  boy-
larından  dördü  istisna  edilməklə,  digərlərinin  adını  daşıyan  soy, 
boy  və  ya  yer  adına  rast  gəlinmir.  Azərbaycan  və  Anadoluda  isə 
bunun tam əksini görürük. Bu barədə X. Koroğlu yazır: 
“Ənənəyə  görə  oğuzlar  24  tayfaya  bölünürlər.  Yalnız 
Mahmud  Kaşğari  onların  sayını  22  göstərir.  Ancaq  o  da  bu 
siyahıya 2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır. 
“Qorqud  Kitabı”nda  da  24  rəqəmi  təkrarlanır...  Müasir  Orta 
Asiya  türkmənlri  də  24  tayfaya  bölünürlər.  Ancaq  onların 
adları  çox  dəyişmişdir.  Qədim  adları  yalnz  4  tayfa  (Salır, 
Əmirli, Çaudar, Karqın) saxlamışdır... 
Maraqlıdır  ki,  Ön  Asiya  türkmənlərinin  etnik  tərkibi  ge-
noloji  cəhətdən  klassik  şəklinə  (M.  Kaşqarlı  variantı)  uyğun 
gəlir” (Koroğlu, 1999, s. 15-16). 
S.P.Tolstov  və  ona  istinad  edən  X.Koroğlu  Səlcuqluların 
Azrbaycan və Ön Asiyaya köçündən öncə də türkmənlərin, yəni 
oğuzların yaşadığını etiraf etmişlər: 
“Xl  əsrdə  Azərbaycana  gəlmiş  oğuzlar  burada  kifayət 
qədər  kompakt  yaşayan  türkdilli  yerli  əhali  ilə  qarşılaşdılar. 
Gəlmə oğuz-qıpçaqların artıq Azərbaycanın əsil əhalisinə çev-
rilmiş  hun  mənşəli  türklərlə  etnik  yaxınlığı  çoxsaylı  faktlarla 
təsdiqlənir.  Məsələn,  tarixi  əsərlərdə  və  eposda  Oğuz  xanın 
hun  hökmdarı  Mete  ilə  eyniliyi  haqqında  çox  deyilmişdir. 
Oğuzların 12 sağ, 12 sol (yaxud İç oğuzlar və Daş oğuzlar) qa-
nada  bölünmüş  24  oğuz  tayfası  hunların  bölgüsünə  (tümən-
başı  ümumi  adın  adını  daşyan  24  hun  ağsaqqalı)  tam  uyğun 
gəlir (Толстов, 1938, s. 80; Koroğlu, 1999, s. 14-15).  


128 
 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  ərəb  tarixçilərinin  dövrümü-
zədək ulaşmış əsərləri oğuzların Azərbaycan və Anadoluya guya 
Səlcuqlular  dövründə  gəldiyi  barədə  qondarma  konsepsiyaları 
kökündən rədd edir. Məsələn, Mühəmməd Vakidi (740-823) xə-
lifə Ömərin zamanında, təqribən 638-639-cu illərdə ərəb ordusu-
nun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) 
gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məley-
kəsi  Turunc  xatundan  və  onun  islamı  qəbul  etməsindən  söhbət 
açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxa-
nasında qorunan ―Düsturnamə‖ əsərində də yer almaqdadır (Ko-
roğlu, 1999, s. 57-58). Ənvəri eyni zamanda həmin bölgədə ya-
şayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. 
Maraqlıdır ki, ―Xannamə‖də Gün xanın məşhur vəziri Irkıl 
Xocanın  adı  ilə  də  rastlaşırıq  ki,  burada  onun  adı  özbəklərin 
ikinci əfsanəvi xanı Uluq xanın adı ilə yanaşı yad edilir: 
Başçısız  və  padşahsız  gəzən  özbəklər  Uluq  xana  bir  elçi 
göndərir  və  onlara  tabe  olmasını  tələb  edirlər.  Əgər  tabe 
olmasa,  döyüşəcəklərini  bildirirlər.  Bu  vaxt  özbəklərin  içində 
İrkıl  Kugərdi  adlı  bir  ağıllı  adam  var  idi.  Bu  yaşlı  kişi  bütün 
özbəkləri toplayır və Uluq xanla birləşmələri üçün məsləhətlər 
verir.  Onun  sözü  ilə  bütün  özbəklər  Uluq  xana  tabe  olmağa 
razı olurlar və bir çox hədiyyələrlə xanın yanına gedirlər. Xan 
da onları bəy eləyir (Ögəl, 2006, s. 394). 
Dastanın  ―Uluq  xanın  türkmən  döyüşü‖  adlı  növbəti  bölü-
mündə türkmənlərin 27 uruqdan (boydan) ibarət olduğu bildirilir 
və onlardan bir neçəsinin adı sadalanır. Bu dəfə də Azərbaycan 
və  Anadolu  boylarının  adı  çəkilir,  Türkmənistandakı  boylardan 
isə  söhbət  belə  getmir.  Yuxarıda  təqdim  edilən  siyahıda  adı 
―ləbnət‖ kimi keçən boyun adı bu siyahıda daha düzgün, ―lənbə‖ 
kimi təqdim edilir. Bu siyahıda ığdırların da adına rast gəlinməsi 
diqqət çəkir: 
...Türkmənlərin  boylarının  adları  isə  belə  idi:  çavuldur, 
çandır,  salur  qazan,  çavdur,  çigil,  ığdır,  ükdi,  bəktaş,  sakar, 
yıpar, lənbə, oğud, vardınq, qaynar, iski... (Ögəl, 2006, s. 395). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə