Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   46   47   48   49   50   51   52   53   ...   97

150 
 
qələmə  aldıqları  rəvayətlərlə  qarışıq  salmışdır.  (Толстова, 
1977). Bununla belə, o, ―Qaraqalpaqların tarixi folkloru bu xal-
qın  etnogenezinin  və  etnomədəni  əlaqələrinin  öyrənilməsinin 
əsas  mənbəyi  kimi‖  adlı  çox  sanballı  məqaləsində  qaraqalpaq 
xalqını  təşkil  edən  6  əsas  türk  boyundan  biri  olan  myütenlərin 
bir vaxtlar Şərqi Anadolu ərazisində (Urmiya gölündən qərbdə) 
mövcud olmuş Matiena ərazisində yaşadıqlarını təsdiq etmişdir. 
Qeyd etdiyimiz kimi, qaraqalpaqlar 6 boydan ibarət olmuş-
lar. Onların ən başda gələni myütenlər idi. Bu barədə Bərdahın 
―Şəcərə‖sində belə deyilir: 
Myüten, Konqrat, Qıyat, Qıpçaq, 
Keneges, Manqıt – bunlar bir bıçaq. 
Qaraqalpaqın bütün altı boyu, 
Yurdlarını itirdi, onlarsız qaldı torpaq.  
Daha sonra isə əlavə edilir: 
Myütenlərin uranı – Ak Şolpan, 
Kiyatların uranı – Aruxan. 
Maykadan konqratlar törədi, 
Bu ikisi sonda birləşdi  
       (Qaraqalpaq auz ədebiatınınq yigitləri…, 1940, səh. 6). 
Dövrümüzədək  ulaşmış  myüten  motiv  və  süjetlərindən  bu 
xalqın ata yurdunun Güney Azərbaycandakı Urmiya gölü sahil-
ləri olduğu məlum olur.  
Qaraqalpaq-myütenlər  və  onlarla  faktiki  olaraq  eyni  xalq 
olan  və  Zərəfşan  vadisində  yaşayan  özbək-mitanlardan  toplan-
mış  bir  rəvayətdə  myütenlərin  (mitanların)  bütün  fərdlərinin 
qırğına  məruz  qalmasından  söhbət  açılaraq,  bildirilir  ki,  sözü-
gedən xalq öz adını Myüten adlı bir şəxsdən alır və həmin şəxsin 
bütün nəsli düşmənlər tərəfindən məhv edilir. Sadəcə dul arvadı 
və  iki  oğlu  sağ  qalır.  Mövcud  süjetin  qaraqalpaq  variantında 
özbək  variantından  fərqli  olaraq,  Myütenin  dul  qalan  arvadının 
adı  da  çəkilməkdədir.  O,  Ak  Şolpan  (Ağ  Çolpan)  adlandırılır 
(Толстова,  1977,  с.  144).  Bu  da  Bərdah  ―Şəcərənamə‖sindəki 
adla üst-üstə düşür.
  


151 
 
Myüten folklorunda ən maraqlı süjetlərdən biri də Myütenin 
soyundan  olan  və  myütenlərin  soy  babalarından  hesab  edilən, 
divin  belinə  minərək  Kap-taunun  (Qaf  dağının)  üzərindən  uçan 
Tamin  (Tamim)  adlı  bahadırla  bağlıdır.  Bəzi  elementlərinə  görə 
―Məlik Cümşüdün nağılı‖ adlı Azərbaycan nağılını xatırladan bu 
rəvayətdə  Kap-tau  myütenlərin  məskun  olduqları  ərazilərin  içə-
risində göstərilir. Bu faktı əldə əsas tutan L.S.Tolstova yazır: 
“Biz qaraqalpaq-myütenlərin  əfsanə və rəvayətlərində bu 
xalqın və ya onun soy babasının ilkin ata yurdu olan Kap-tau 
(müasir  qaraqalpaqlar  bu  ad  altında  Qafqaz  dağlarını  başa 
düşürlər) ilə tez-tez rastlaşacağıq. İşin ən maraqlı tərəfi budur 
ki, həmin rəvayət və əfsanələrin bir qismi qaraqalpaq xalqının 
etnogenezinin  daha  sonrakı  dövrlərini,  orta  əsrlərə  aid  dövr-
lərini əhatə edir” (Толстова, 1977, с. 148). 
Qaraqlpaqların  tarixlərinin  ilkin  çağlarında  Ön  Asiya  və 
Qafqaz  ilə bağlı olduqlarını  sübut edən folklor  materiallarından 
biri də 1875-ci ildə N.Karazin tərəfindən qeydə alınan ―Qadının 
xanlığı haqqında nağıl‖ adlı bir nağıldır ki, bu nağılda bir vaxtlar 
azərbaycanlılar, farslar, ermənilər, aysorlar, yunanlar, ərəblər və 
s.  arasında  məşhur  olan  Aşşur  hökmdarı  Semiramida  (Şamu-
ramat)  haqqında  rəvayətin  izlərinə  rast  gəlirik  (Каразин,  1875, 
c. 291). Qaraqalpaq nağılında ad Samiram kimi çəkilir ki, bu da 
V  əsr  erməni  tarixçisi  Moisey  Xorenatsinin  qeydə  aldığı  ―Şa-
miram‖ adı ilə üst-üstə düşür. İ.M.Dyakonov sözügedən müəlli-
fin əsərindəki Şamiram adına toxunaraq göstərmişdir ki, adın bu 
forması  yunanlar  vasitəsi  ilə  alınan  formanı  (Semiramida)  yox, 
yerli  formanı  əks  etdirməkdədir  (Дьяконов,  1956,  с.  185).  Bu 
fakt  birmənalı  şəkildə  sübut  edir  ki,  sözügedən  süjet  Orta  Asi-
yaya heç də, M.O.Kosvenin iddia etdiyi kimi,  yunanlar tərəfin-
dən,  Makedoniyalı  İskəndərin  yürüşləri  zamanı  gətirilməmişdir 
(Косвен, 1947, с. 38-39, 42-43). 
Yeri gəlmişkən, qaraqalpaq mifləri içərisində amazonkalar-
la bağlı süjet və motivlərə də rast gəlinməkdədir ki, bu da sözü-
gedən  xalqın,  tarixlərinin  ilkin  çağlarında  Azərbaycanda  yaşa-
dıqlarına  əlavə  sübutdur.  Söhbət  Mərkəzi  Asiya  xalqlarının  heç 


152 
 
birinin  mifologiyasında  analoquna  rast  gəlinməyən  ―Qırx  qız‖ 
dastanından  gedir.  Bu  dastannın  süjeti  ilə  Quzey  Qafqaz  xalq-
larının  ortaq  abidəsi  olan  və  e.ə.  I  minilliyin  ortalarında,  iskit-
sak  mühitində  formalaşdığı  hesab  edilən  nart  eposu  ilə  ümumi 
süjet  və  motivlərə  sahib  olması  mütəxəssisləri  çoxdan  heyrətə 
salmışdır. ―Qırx qız‖ dastanında öz qırx qadın döyüşçüsü ilə, yə-
ni qırx amazonka ilə birlikdə uzaq bir adada yaşayan və xalqını 
düşmənlərdən  qoruyan  Gülayım  adlı  hökmdar  qadından  bəhs 
edilir (Сорок девушек…, 1951; Kırk kız…, 1956). 
Mütəxəssislər  Gülayım  obrazını  nart  eposunun  kabardin 
variantındakı Daxanaqo obrazı ilə eyniləşdirirlər: 
Nartların dastanlarında belə deyilir, 
Alplar içində alp olan, görəsən, kimdir? 
Alplığı ilə alpları kölgədə qoyan, 
Əlbət ki, alplar alpı Daxanaqo ərəndir. 
At belinə qalxanda şövqündən yer əsir
Onun qoçaq bir qız olduğunu kim bilir? 
Sinəsindəki gümüş qalxan bərq vurur
Mindiyi atdan süvari qız qürur duyur  
     (Нарты, 1957 а, с. 507-508).  
Bu  dastanın  P.Akritas  və  Y.Stefanova  tərəfindən  təqdim 
edilən başqa bir variantı olan əfsanədən isə belə məlum olur ki, 
dağlar başında yaşayan sözügedən gözəl bahadır qadının ordusu 
bütünlüklə  qadınlardan-amazonkalardan  təşkil  olunmuşdu  (Ак-
ритас,  Стефанова,  1958,  с.  47-48).  Yeri  gəlmişkən  qeyd  edək 
ki,  bənzər  əfsanə  günümüzədək  Azərbaycanın  Zaqatala  rayo-
nunda da, həm türk, həm də avar əhali içərisində  yaşamaqdadır 
və oradakı xalq rayon ərazisində əlçatmaz qayada  yerləşən Pəri 
qalasını həmin bahadır qadın və amazonkalar ilə əlaqələndirirlər. 
L.S.Tolstova  haqlı  olaraq  ―Qırx  qız‖  dastanının  süjeti  ilə 
nart  eposunun  osetin  variantının,  daha  doğrusu  bu  variantın 
―Noza  oğlu  Barxunun  ölümü‖  adlı  bölümünün  süjeti  arasında 
daha çox uyğunluq olduğunu yazır: 
Noza  oğlu  Barxunun  ölümü”  adlı  bölümdə  eynən 
qaraqalpaq dastanında olduğu kimi, öz yandırılmış yurd yeri-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə