Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   43   44   45   46   47   48   49   50   ...   97

141 
 
Kiçik  qız  qulaq  asmır,  qurdun  yanına  gedir,  onynla 
yaşayır və ondan bir oğlan doğur. Onun nəsli çoxalır və dövlət 
qururlar. Elə  buna  görə  də  burada  uzun-uzadı oxumağı  sevir 
və qurd kimi ulayırlar (Бичурин, 1950-1953, 1, s. 214-215). 
―Çingiznamə‖dəki əfsanədə isə deyilir: 
Qədim  zamanlarda  Ağ  dəniz  sahillərində  Malta  şəhəri 
vardı.  Bu  şəhəri  Altın  xan  idarə  edirdi.  Xanın  arvadının  adı 
Kurlevuç  idi.  Onların  bir  qızı  oldu,  adını  Ulemlik  qoydular. 
Qızı  günəşdən  və  aydan  gizlətmək  üçün  daş  saray  tikib  onu 
orada saxladılar. Qız beləcə böyüdü. O, çox gözəl idi, güləndə 
qurumuş  ağaclar  göyərər,  otsuz  çöllər  otla  örtülərdi.  Bir  gün 
o,  dayısından  soruşdu:  “Bu  saraydan  başqa  dünya  varmı?” 
Dayısı  cavab  verdi:  “Dünya  bu  sarayın  çölündədir,  orada 
dünyanı işıqlandıran ay və gün var.” Qız pəncərəni açıb günə-
şə  baxdı  və  huşunu  itirdi.  O,  günəş  şüasından  hamilə  qaldı. 
Altın  xanla  arvadı  bundan  xəcalət  çəkərək  qızı  qayığa  qoyub 
onu Tün dənizə buraxdılar... (İnan, 1934, s. 195) 
Bu əfsanədə Ağ (Aralıq) və Tün (Qara) dənizlərinin adının 
çəkilməsi  diqqəti  çəkir.  Gördüyümüz  kimi,  moğolların  əfsanə-
ləri  onların  kökünü  Ön  Asiya  ilə  bağlı  təqdim  edir.  Eyni  hal 
Göytürk əfsanələrində də müşahidə edilir: 
“Türkütlərin  (Göytürklərin)  əcdadları  Xəzər  dənizindən 
qərbdə yaşayırdılar...” ( Heyət, 1993, s. 72). 
Yuxarıda təqdim edilən əfsanələrin Azərbaycan variantı da 
var  və  biz  onu  1988-ci  ildə  ―Oğuz‖  Etnoqrafiya  Həvəskarları 
Birliyinin  xətti  ilə  Bakının  Türkan  kəndinə  təşkil  etdiyimiz 
könüllü ekspedisiya zamanı 75 yaşlı Teyyub Məmmədağa oğlu 
Xanağayevin dilindən qeydə almışıq. Çox təəssüflər olsun ki, o 
zaman folkloru necə toplamaq lazım olduğunu bilmədiyimizdən 
söyləyicinin  şivəsini  gözardı  etmiş  və  əfsanəni  ədəbi  dildə  ya-
zıya  köçürmüşük.  Bununla  belə,  onun  süjetinə  zərrə  qədər  də 
xələl gətirməmişik. Hazırda şəxsi arxivimizdə qorunan və indiyə 
kimi heç yerdə dərc edilməyən əfsanənin məzmunu belədir: 
«Babam  babasından,  o  da  öz  babasından,  o  da  öz  baba-
sından eşidib, nəsildən nəslə ötürüblər ki, Qız qalasını Bakının 


142 
 
birinci  xanı  özünün  gözəl-göyçək  qızını  yad  gözlərdən  qoru-
maq  üçün  tikdirib.  Deyilənə  görə,  qız  o  qədər  göyçəkmiş  ki, 
aya deyirmiş sən çıxma, mən çıxım, günə deyirmiş sən çıxma, 
mən  çıxım.  Qızı  görən  onun  gözəlliyinə  tab  gətirməyib  qəşş 
edərmiş.  Odur  ki,  xalq  arasında  gözəlliyinə  görə  ona  Maral 
deyərmişlər.  
Maral  böyüyüb,  həddi-büluğa  çatanda  xan  onu  qisməti 
çıxana  qədər  naməhrəm  gözündən  uzaq  tutmağa  qərar  verib 
və qalanı  da bu məqsədlə  tikdirib. Fikri qızı Rum  şahının oğ-
luna verməkmiş. Qız darıxmasın deyə, Bakı kəndlərindən abır-
lı-həyalı qırx incəbel qız seçib onun xidmətinə verirlər. Amma 
Maral  qızlara  deyir  ki,  tək  qalıb  zikr  və  dua  etmək  istəyir. 
Beləcə, hücrələrdən birinə çəkilib zikr etməyə başlayır. Allaha 
onu  bu  məhbəsdən  qurtarması  üçün  gecə-gündüz  dua  edir. 
Günlərin  birində,  gecə  vaxtı  qalanın  pəncərəsindən  içəri  bir 
işıq  düşür.  İşıq  böyük  bir  canavara  çevrilir.  Qız  bərk  qorxur. 
Canavar dil açıb qıza deyir: 
-  Qorxma,  sən  o  qədər  zikr  və  dua  etdin  ki,  Allahın  sənə 
rəhmi  gəldi  və  məni  göndərdi  ki,  səni  bu  məhbəsdən  xilas 
edim. Min belimə, səni uzaq ellərə aparacağam. 
Maral Allaha şükr edir və canavarın belinə minir. Cana-
var deyir: 
- Boynumu bərk-bərk qucaqla ki, yıxılmayasan.  
Qız  o  deyən  kimi  edir,  onun  boynunu  bərk-bərk  qucaq-
layır. Qurd qızla birlikdə özünü dənizə atır və üzüb o biri sa-
hilə keçir. Bundan sonra qızı görən olmur.  
 Qurdun  Maralı  qaçırdığını  görən  xidmətçi  qızlar  xanın 
qorxusundan  Allaha  dua  edirlər  ki,  onları  daşa  döndərsin. 
Amma Allah onları daşa yox, qu quşlarına döndərir. Buyurur 
ki,  Maralın  dalınca  uçsunlar  və  ona  yenə  də  əvvəlki  kimi 
xidmət etsinlər» (İnv. № 0011). 
Maraqlıdır  ki,  rəvayətlərdə  Çingiz xanın  ulu  əcdadlarından 
olan Börteçinonun (Bor Toğanın) dənizi (Xəzəri) aşaraq bugün-
kü Monqolustan ərazisinə gəldiyi və burada məskunlaşdığı açıq 
şəkildə  ifadə  edilməkdədir.  Burada  o  Qao  Maral  (Maral  Qova) 


143 
 
adlı qızla evlənmişdir (Jean-Paul, 2005, s. 310). Çingizin doğul-
ması ilə bağlı mifin süjeti də mövzumuz baxımından böyük ma-
raq və önəm kəsb edir: 
Alan Qova ərsiz hamilə qaldı. O belə dedi: Mənim yanıma 
günəş şüası gəlir, yanımdan qurd şəklində çıxıb gedir. Qərara 
gəlirlər  ki,  bunu  yoxlasınlar.  Üç  kişi  (biri  qıpçaq  Qara  bəy, 
digəri  türkmən  Kəl  Məhəmməd  və  Uraluç  bəy  Alan  Qovanın 
çadırı önündə keşik çəkirlər, səhərə az qalmış onlar parlaq bir 
şüanın düşdüyünü görürlər. Bir müddət  sonra şüa boz qurda 
çevrilir (İnan, 1934, s. 196). 
Bu süjetdə şahid qismində türklərin – bir qıpçaq və bir türk-
mənin  iştirak  etməsi  diqqətəlayiqdir.  Təbii  ki,  heç  bir  monqol-
dan söhbət belə getmir. 
Çingiz  xanın  indiki  Monqolustan  ərazisində  doğulduğu  və 
həmin  ərazidə  yerləşən  Qaraqorum  şəhərində  yaşadığı  faktdır. 
Fəqət bu fakt onu monqol hesab etməyə əsas vermir (Yeni Türk 
Ansiklopedisi,  1985,  492-493).  Çünki  bugünkü  Monqolustan 
ərazisi Göytüklərin də məskəni və mərkəzi olmuşdur. Türk ədə-
biyyatının  ən  qiymətli  abidələrindən  hesab  edilən  Orxon-Ye-
nisey  abidələrinin  böyük  bir  qismi  həmin  ərazidə  yerləşir  (Rə-
cəbov, Məmmədov, 1993, s. 43, 91, 111).  
Yeni Türk Ensiklopediyasında yazıldığına görə, Çingiz xan 
Göytürklərin  doqquzoğuz  xanları  nəslindən  bir  bəy  ailəsinə 
mənsub  idi.  XIII  əsrdə  o  və  xələfləri,  tarixdə  misli-bərabəri  ol-
mayan böyüklükdə bir imperatorluq qurmuşlar ki, bu imperator-
luğun sahəsi 64 milyon kvadrat kilometr olmuşdur. Eyni ensik-
lopediyanın  yazdığına  görə,  Çingizin  əsil  hədəfi  Göytürk  döv-
lətini,  başqa  sözlə,  Turan  (Türküstan)  imperatorluğunu  dirçəlt-
mək idi. Fəqət o dövrdə türklərin böyük əksəriyyəti artıq müsəl-
man idilər və əski türk ideallarından çoxdan uzaqlaşmışdılar, elə 
bu səbəbdən də tenqriçi (türklərin əski dini) olan çingizilərə xoş 
baxmırdılar (Yeni Türk Ansiklopedisi, 1985, 492-493). 
Çingiz  xanın  mənsub  olduğu  xalq  uzun  illər  boyu  ―otuz-
tatar‖  adı  altında  Göytürklər  (Türküt)  İmperatorluğunun,  başqa 
sözlə,  Turanın  (Türküstanın)  mərkəzi  əyaləti  durumunda  olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə