Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   42   43   44   45   46   47   48   49   ...   97

138 
 
fərman və məktubları da sübut etməkdədir. Həmin rəsmi sənəd-
lər uyğur əlifbası ilə uyğur türkcəsindədir. Məlumat üçün bildi-
rək ki, dövrümüzədək Çingiz xan soyundan olan Qızıl Orda xanı 
Özbək xanın fərmanı da ulaşmışdır və bu fərman da sözügedən 
dildədir  və  sözügedən  əlifba  ilə  qələmə  alınmışdır  (Сафарга-
лиев, 1996, s. 290)
 
XIII əsrdə qələmə alınmış, müəllifi bilinmə-
yən və T. Hautsman tərəfindən nəşr edilmiş ―Kitab – məcmu – e 
–  tərcüman  türki  və  əcəmi  və  moğoli  və  farsi‖  adlı  lüğətdə  də 
uyğur dili ―moğol dili‖ kimi təqdim edilir.  
Yazı  tarixinin  gözəl  bilicisi  İohannes  Fridrix  də  özünün 
―Yazı  tarixi‖  kitabında  Çingiz  xanın  və  oğullarınn  dövründə 
uyğur dilinin dövlət  dili  olduğunu və bütün  rəsmi  yazışmaların 
bu  dildə  və  uyğur  əlifbası  ilə  aparıldığını  vurğulayır  (Fridrix, 
1979, s. 168). Çingiz xanın  əldə olan, sinədən söylədiyi məlum 
olan  və  dövrümüzədək  ―Şəcərət  əl  -  ətrak‖  (Türklərin  şəcərəsi) 
adlı  bir  ərəbdilli  anonim  mənbə  sayəsində  ulaşan  bir-iki  bənd 
şeri də uyğur türkcəsindədir 
“Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur
Terek tubtin cıqılsa turquzar olum Cuçi dur”  
                            (Ön və Orta Asiya türklərinin tarixinə dair  
                            dörd anonim mənbə, 2003, s. 106). 
Odur  ki,  moğolların  (muğalların)  bugünkü  monqollarla  ey-
niləşdirilməsi kökündən  səhvdir və  rus  ―alim‖lərinin siyasi məq-
sədlərlə  uydurduqları  böyük  yalandan  başqa  bir  şey  deyildir.  Və 
bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan, 
əsli  guya  çin  heroqlifləri  ilə  monqol  dilində  olan,  fəqət  dövrü-
müzə  çin  dilinə  tərcümədə  gəlib  çatan  saxta  ―Monqolların  gizli 
tarixi‖nə əsaslanır. Əgər gerçəkdən də nə zamansa çin heroqlifləri 
ilə  yazılmış və  guya monqol dilində olmuş mətnlər olubsa, onun 
gerçəkdən  də  monqol  dilində  yazılmış  olduğunu  kim  və  necə 
müəyyənləşdirmişdir?  Axı,  heroqliflər  fonetik  yazı  deyil,  bütöv 
sözlərin  işarələrlə  yazılışıdır  və  heroqliflərlə  yazılmış  mətnlərin 
fonetik  səslənişini  müəyyən  etmək  mümkün  deyil.  Çin  dilinə 
tərcümə mətninə gəlincə, həmin mətnin sadəcə bir neçə vərəqinin 
dövrümüzədək ulaşdığı söylənilir və o da Çingiz xanın və nəslinin 


139 
 
tarixçəsinin  çoxsaylı  variantlarından  başqa  bir  şey  deyildir. 
İkincisi,  moğol  türklərinin  tarixinə  aid  olan  bütün  Çin  sənəd-
lərində,  eləcə  də  adının  əslində  nə  olduğu  məlum  olmayan,  rus 
saxtakarlığı  sayəsində  dünyaya  ―Monqolların  gizli  tarixi‖  kimi 
tanıdılan və beləcə də qəbul edilən yazıda bu xalqın adı, eynən rus 
və Avropa mənbələrində olduğu kimi, ―tatar‖ (ağ tatarlar və qara 
tatarlar) kimi qeyd olunub (Хара-Дабан, 1996, s. 95) və bu mən-
bələrin heç birində ―monqol‖ etnoniminə rast gəlinmir.  
Hülakülər  dövründə,  yəni  XIII-XIV  əsrlərdə  Azərbaycan 
imperatorluğunun  rəsmi  dövlət  dili  olmuş  uyğur  (Türküstan) 
türkcəsi  bir müddət  Osmanlı sarayında da rəsmi  dil kimi işlən-
miş  və  dövrün  Osmanlı  padşahları  Hülakü  hökmdarları  ilə  ya-
zışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə 
budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə 
Çingiz  xan  övladlarından  türk  kimi  söhbət  açılır.  Qədim  Çin, 
rus, Avropa və fars mənbələrində isə onlar ―tatar‖ adlandırılır və 
onların  monqol  olduqlarına  bircə  dənə  də  olsun  işarə  yoxdur. 
Tatarların  isə  qədim  türk  boylarından  biri  olduğu  məlumdur. 
Bunun  belə  olduğunu  həm  Orxon-Yenisey  abidələri,  həm  də 
Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  bütün  qədim  türk  şəcərəna-
mələrində,  o  cümlədən  ―Çingiznamə‖də  Çingiz  xanın  soy  ağacı 
türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz 
xanla  eyni  budağa  mənsub  Tatar  və  Moğol  (Muğal)  adlı  əkiz 
qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı 
və ya ―tatar‖ adının sinonimi kimi işlədilən ―moğol‖ (muğal) adı 
həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır: 
Yeddinci  nəsildə  Türkün  əkiz  oğlu oldu: Tatar  və  Moğol. 
Ataları  İlli  xan  Türküstanı  onların  arasında  böldü.  Üçüncü 
nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz 
xan... dünyaya gəldi (Бичурин, 1950-1953, 1, 223) 
Farsdilli mənbələrin birində deyilir: 
İslam  tarixlərində  yazılmışdır.  İsrail  oğullarının  da  tari-
xlərində  yazılmışdır.  Nuh  peyğəmbər  yer  üzünü  cənubdan  şi-
mala doğru üç hissəyə ayırmışdı. 


140 
 
Birinci hissəni öz oğullarından Hama vermişdi. Ham Su-
danın  atasıdır.  Ortadakı  qismi  yenə  öz  oğlu  olan  Sama  ba-
ğışlamışdı. Sam da ərəblərlə farsların atasıdır.  
Nuh  peyğəmbər  dünyanın  üçüncü  qismini  isə  oğulla-
rından Yafəsə vermişdir. Bu ölkələri oğlu Yafəsə verdiyi üçün 
bu  oğlunu  da  dünyanın  şərq  tərəfinə  göndərmişdi.  Türklər 
Yafəsə  Əbulca  xan  deyirlər,  amma  onun  Nuh  peyğəmbərin 
oğlu olduğunu da bilmirlər. Bununla bərabər bu türk xanının 
Yafəslə  eyni  dövrdə  yaşadığını,  onunla  qohum  olduğunu 
bilirlər.  Moğolların  hamısı,  türk  qəbilələri  və  bütün  köçərilər 
onun nəslindən gəlirlər” (Ögəl, 2006, s. 162). 
Moğollar  türk  şəcərənamələrində  tatar  türklərinin  30  bo-
yundan,  ―Xannamə‖də  isə  özbək  türklərinin  32  uruğundan  biri 
kimi qeyd edilmişlər (Ögəl, 2006, s. 395). 
Maraqlıdır  ki,  Çingizoğullarının  mifik  soy  əfsanəsi  Göy-
türklərin  mifik  ―Ergenekon‖  əfsanəsinin  eynidir.  ―Çingizna-
mə‖də  isə  moğolların  soykökü  ilə  bağlı  hun  əfsanələri  ilə  tam 
üst-üstə  düşən  son  dərəcə  maraqlı  bir  süjet  də  yer  almaqdadır. 
N.Y.Biçurinin  ―Uyğurların  mənşəyi‖  adlandırdığı  hun  əfsanəsi 
Çin mənbələrində qeydə alınmışdır. Onun məzmunu belədir: 
Belə deyirlər ki, hun şanyuyunun (xaqanının) iki çox gözəl 
qızı  dünyaya  gəlir.  Saray  adamları  onları  tanrıça  hesab 
edirlər. Şanyuy deyir: 
-  Mən  bu  qızları  insan  oğluna  ərə  verə  bilmərəm.  Mən 
onları Tanrıya verəcəyəm. 
O, paytaxtında qəsr tikdirib, qızlarını ora yerləşdirir. Üç il 
sonra anaları qızları oradan götürmək istəsə də, şanyuyu etiraz 
edir,  hələ  vaxtı  çatmadığını  söyləyir.  Bir  il  sonra  isə  qoca  bir 
qurd  qəsrin  divarlarını  gecə-gündüz  demədən  oymağa 
başlayır. Orada özünə yuva salır. Kiçik qız deyir: 
-  Atamız  istəyir  ki,  bizi  Tanrıya  versin,  indisə  bir  qurd 
gəlib. Ola bilsin ki, bu, xoşbəxtlik əlamətidir. 
Qız elə o andaca qurdun yanına getmək istəyir. 
Böyük bacı qorxuya düşərək deyir: 
- Bu ki, heyvandır, valideynlərimizi biabır etmə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə