Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   39   40   41   42   43   44   45   46   ...   97

129 
 
Dastanda  suriyalılardan  da  (aşşurlardan)  söhbət  açılması 
özbəklərin  etnogenezinin  ilkin  mərhələsinin  Ön  Asiya  və  Qaf-
qazla, başqa sözlə, Azərbaycanla bağlı olduğu fikrini möhkəm-
ləndirir. Və məsələ bununla da bitmir. ―Xannamə‖də özbəklərin 
ilk  xanlarının  xəzərlərlə  döyüşündən  söhbət  gedir.  Halbuki, 
tarixən  yaşadıqları  arealın  Şərqi  Avropa,  Qafqaz  və  bilavasitə 
Azərbaycanla  sınırlı  olduğu  məlum  olan  xəzərlərin  ölkələrinin 
bugünkü  Özbəkistan  ərazisi  ilə  heç  bir  sınırı  olmayıb  və  bu 
ərazilər bir-birindən çox uzaqdır. Eyni zamanda, xəzərlərin heç 
vaxt  Ural  çayından  şərqə  tərəf  keçmədikləri  məlumdur.  Əgər 
özbəklərin  ulu  babaları  ilə  onlar  arsında  gerçəkdən  də  nə  za-
mansa  döyüş  olubsa,  bu  mütləq  Qafqaz  ərazisində  olub.  Das-
tanda həmin döyüş belə təsvir edilir: 
Ozqan xan xəzərlərə qarşı yürüşündə Xəzər xanını öldür-
müşdü.  Xəzər  xan  öldürülən  zaman  oğlu  Kümüş  hələ  doğul-
mamışdı.  Kümüş  xan  böyüyəndən  sonra  olub-keçənləri  öy-
rəndi  və  Ozqan  xanın  oğlu  Uluq  xandan  atasının  intiqamını 
almaq  qərarına  gəldi.  Uluq  xan  da  bunu  eşidən  kimi,  dərhal 
ordusunu çəkib, onun üzərinə yeriyir və iki ordu qarşı-qarşıya 
gəlir.  Yenə təkbətək döyüş  başlayır  və  xəzərlərdən Dimuk adlı 
bir  igid  ortaya  çıxır.  Uluq  xan  da  öz  igidi  Macar  pəhləvanı 
meydana  göndərir.  Macar  pəhləvan  xəzərlərdən  meydana 
çıxan  üç  igidi  dalbadal  öldürür.  Buna  görə  xəzərlər  Tuğraq 
Dilavər adlı bir igidi meydana çıxarırlar... (Ögəl, 2006, s. 396). 
Bu  fraqmentdə  Macar  antrponiminə  rast  gəlinməsi  böyük 
maraq  doğurur.  Həm  ona  görə  ki,  bu  fakt  macarların  etnoge-
nezinə  müəyyən  aydınlıq  gətirir,  həm  də  ona  görə  ki,  döyüşün 
Şərqi Avropa ərazisində baş verdiyini ehtimal etməyə əsas verir. 
Bu son dərəcə qiymətli informasiya özbəklərin ulu əcdadlarının 
Ön  Asiya  və  Qafqazlardan  Orta  Asiyaya  hansı  yolla  köçdük-
lərinə müəyyən aydınlıq gətirir.  
―Xannamənin başqa bir yerində xəzərlərlə ikinci döyüşdən 
və  bu  döyüşdə  məğlub  olan  özbəklərin  xəzər  hakimiyyətini 
qəbul etmələrindən söhbət açılır: 


130 
 
Təlim  xan  xəzər  xanı  Kümüş  xanı  öldürərək,  atasının 
taxtını  almışdı.  Gümüş  xanın  Ay  Tokuş  adlı  bir  oğlu  var  idi. 
Ay Tokuş böyüyüb bir igid olanda, hər şeyi təfsilatı ilə öyrənir. 
Atasının  intiqamını  Təlim  xanın  oğlundan  almaq  üçün  yola 
düşür... (Ögəl, 2006, s. 403). 
―Xannamə‖nin  bu  yerində  növbəti  dəfə  Azərbaycanın  ən 
qədim  sakinlərindən  olan  kimerlərin  adı  ilə  rastlaşırıq.  Bu  dəfə 
də kimerlər özbəklərin müttəfiqi kimi çıxış edirlər: 
Rak,  Ilaq,  Ruyin,  Kimeri,  Uyğur,  Səkləb  elləri  də  özbək-
lərə qoşuldular (Ögəl, 2006, s. 403). 
Dastanın ən maraqçəkici məqamlarından biri də özbəklərin 
öz  soylarını  eynən  digər  türk  xalqları  kimi  Nuh  oğlu  Yafəsə 
bağlamalarıdır: 
Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi... 
Bütün xanlar,  özbəklər, türklər və şimal  xalqları  Yafəsin 
soyundan gəlirlər. Bütün gözəllər Yafəsin soyundandırlar. Bu-
xaranın  gözəlləri  Xorasanınkından,  Səmərqəndin  gözəlləri 
Buxaranınkından, Daşkəndin gözəlləri də Səmərqəndin gözəl-
lərindən  daha  gözəldirlər.  Ta  şimala  qədər  bu  şəkildə  davam 
edir... (Ögəl, 2006, s. 385). 
Görünür,  Ön  Asiya  və  Qafqaz  mənşəli  bütün  bu  süjetləri 
Orta  Asiyaya  özbəklərin  etnogenezində  yaxından  iştirak  etmiş 
türk  soy  və  boylarından  biri  aparmışlar.  Bu,  çox  güman  ki, 
―Xannamə‖də 32 özbək boyundan biri kimi yad edilən kanqlılar 
olmuşlar. Fəqət bu ―missiya‖nı matienlərin (myutenlər) də yeri-
nə yetirə biləcəyi qətiyyən istisna edilmir. Adlarına e.ə. II-I mi-
nilliklərə  aid  mixi  yazılarda  Azərbaycan  və  Şərqi  Anadoluda 
yaşayan  türkdilli  xalqlardan  biri  kimi  rast  gəlinən  bu  boyun 
əfsanələrində  onların  indiki  Özbəkistan  ərazisinə  Urmiya  gölü 
(Güney  Azərbaycan)  sahillərindən  köç  etdiklərini  əks  etdirən 
süjet də yer almaqdadır. Bu barədə məşhur türkoloq L.Tolstova 
özünün  ―Xorəzm  vadisinin  tarixi  onamastikasının  bəzi  məsələ-
ləri‖  adlı  məqaləsində  ətraflı  məlumat  verməkdədir.  Alim  ma-
tienlərin  adının  Herodot  tərəfindən  yad  edilən  və  Şərqi  Ana-
doluda yerləşdiyi anlaşılan dağın adı ilə bağlı olduğunu söyləyir 


131 
 
(Толстова,  1971,  с.  246-253).  Herodotun  dediyindən  isə  belə 
anlaşılır ki, Araz çayı mənbəyini məhz bu dağdan alır: 
"Araz  çayı  isə  öz  başlanğıcını  Matien  dağlarından 
götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə 
tökülür..." (Алиев, 1987, c. 14). 
Strabon  isə  Matien  ölkəsini  Midiyanın  bir  əyaləti  adlan-
dırmışdır (Strabon, II, 1, 14). F.Ağasıoğlu mövzu ilə bağlı yazır: 
“...Starbonun dövründə (m.ö. I – m. s. I əsrlər) Armeniya-
nın  doğusundakı,  Atropatenanın  batısındakı  Matien  bölgəsi 
Mada (Maday, Midiya) ölkəsinin əyaləti adlanır. Sonrakı mi-
nilliklərdə  matien  boyları  türklərin  (özbək,  qaraqalpaq)  bir 
boyu kimi xatırlanır” (Ağasıoğlu, 2005, s. 331). 
Bizcə, özbək – matienlər (myutenlər) deyil, Matien dağı öz 
adını  bu  türk  soyunun  əcdadı  kimi  yad  edilən  Matienin  (Myu-
tenin) adından alıb. Belə ki, əski türk inanclarına görə, dağ, çay, 
göl adları yalnız cоğrafi adlar dеyil, həm də о yеrin sahibi оlan 
əcdad  ruhun  adıdır.  Altay  türkləri  inanmışlar  ki,  Abu  Kaan, 
Südgöl, Ağ qaya və sair yеrlər canlı varlıqlar оlmaqla insanların 
dualarına  cavab  vеrir,  insan  kimi  övlad  sahibi  də  оlurlar.  Abu 
Kaan  dağının  iki  qızı  vardır.  Yеlbiz  (alvız,  albıs,  al  anası) 
adlandırılan bu ilahi varlıqlara Altaylılar dua еdir: 
   Unutma bırıkma (bеni), 
   Ak yurdun еsеn yatsın (Kalafat, 1999, s. 85-86). 
―Maaday Qara‖ adlı Altay eposunun qəhrəmanı yeni doğu-
lan  və  sağ  ovcunda  doqquzbucaqlı  qara  daş,  sol  ovcunda  yed-
dibucaqlı ağ daş (Маадай-Кара,1973, c. 84) olan oğlunun düş-
mən əlinə keçməməsi üçün onu Qara Dağın başında dörd qayın 
ağacının  altında  qoyur  və  deyir:  ―Qara  Dağ  sənin  atan,  dörd 
qayın ağacı anan olsun (Маадай-Кара,1973, c. 87). 
Altaylıların  inancına  görə,  ―Maaday  Qara‖  dastanının  baş 
qəhrəmanı  Maaday-Qara  və  оğlu  Göküdеy-Mеrqеn  dağ  ruhun-
dan yaranmışlar: 
   Оnun tünd qоnur atı su ruhundan yaranmış, 
Maaday-Qara  özü  dağ  ruhundan  yaranmışdır  (Seyidov, 
1994, s. 195). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə