Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


nin  və  öldürülmüş  qohumlarının  qisasını  alan  qadın  döyüş-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   47   48   49   50   51   52   53   54   ...   97

153 
 
nin  və  öldürülmüş  qohumlarının  qisasını  alan  qadın  döyüş-
çülərin təsviri verilir” (Толстова, 1977, с. 154). 
―Qırx qız‖ dastanında Gülayım Surtayşanın kalmık ordusu-
nun  onların  şəhərlərinə  basqın  etməsindən  sonra  öz  ―amazon-
kalarına‖ belə müraciət edir: 
Bu zaman Gülayım ayağa qalxaraq, 
Qəzəblənmiş qızlara belə məsləhət etdi: 
“Ey mənim kiçik bacılarım, qohumlarım, 
Yetər kədərlənib, ağladıq” – söylədi. 
“Gəlin qolçaqlarımızı taxıb, sıxaq kəmərləri
Ölkəmizi tari-mar edən zalım düşmənləri, 
Yorulmadan, gecə gündüz təqib edək, 
Qılınclarımızı qınından çıxarıb, çəkək. 
Atlarımızı minib yel kimi şığıyaq, 
Zalım düşmənə çatıb, haqlayaq. 
Soyumuzu əsir edən Suroyşa ilə döyüşüb
Ya ölək millət üçün, ya da ki zəfər çalaq. 
Bənzər halı osetin eposunda da görmək mümkündür: 
Həmin zaman o məhəllənin yanında ki, 
Barxunun adamları darmadağın etmişdi, 
Darqavsarın qızı bütün qızları topladı, 
O yerdə ki hər yan yanıb külə çevrilmişdi: 
“Ağlamaqdan, sızlamaqdan bir şey düşməz ələ
Ölüləri ağlamaqdansa verib biz əl-ələ, 
Heç olmazsa küllərini qoyaq qəbirlərə”. 
Qızlar ölmüş qohumlarını basdırdıqdan sonra qisas almağa 
söz verirlər: 
Qəzəb-hiddətlə and içdi onlar
Ki, düşməni bağışlamayacaqlar, 
Qan bahasını mütləq alacaqlar (Нарты, 1957 б, с. 39). 
Osetin  və  qaraqalpaq  eposlarının  başqa  bir  yaxın  tərəfi 
qızların hərbi təlim keçməsi səhnəsidir. Digər bənzərlik isə hər iki 
eposda  əkizlərin  iştirak  etməsidir.  Osetin  eposunda  Xamıp  və 
Uruzmaq adlı  iki  əkiz qardaşdan söhbət  açılır.  Onların atası Ax-
sarın da Axsartaq adlı əkiz qardaşı vardı. Bu qardaşlardan Uruz-


154 
 
maq öz bacısı Satana ilə evlənir. Qaraqalpaq dastanında isə Arıs-
lan və Altınay adlı əkiz bacı-qardaşdan və onların şərlənərək zina 
etdiklərinin iddia edilməsindən danışılır (Толстова, 1977, с. 154).  
―Qırx  qız‖  dastanı  ilə  bu  tip  səsləşmələrə  nart  eposunun 
abxaz variantında və nartlar barədə qumuq əfsanələrində də rast 
gəlmək  mümkündür.  Bu  variant  və  əfsanələrdə  Satana  100, 
bəzənsə 40 oğul anası kimi təqdim edilir (Нартский эпос, 1957, 
с.  44,  167).  Qaraqalpaq  dastanında  isə  yüz  (bəzi  variantlarda 
qırx) oğul anası rolunda Jupar-kempir çıxış edir. 
Azərbaycanda  da  «Qırx  qız»  adlı  əfsanə  qeydə  alınmışdır. 
Bu  əfsanədə  düşmənlərdən  qaçan  qızların  duaları  ilə  dağ,  qaya 
ayrılır. Qızların qırxı da bu qayanın içinə girir (Xalq yaddaşının 
izləri,  2005, s.  33-34).  Qırx qızla bağlı motivə  ―Dədə Qorqud‖ 
dastanında  da  rast  gəlinir.  Söhbət  Burla  xatunun  qırx  incəbelli 
qızla birlikdə qıpçaqlara əsir düşməsindən gedir. 
Buradakı qırx sayı ilə bağlı qeyd etməliyik ki, istənilən say 
(kəmiyyət)  bəşər  övladının  dünyanı  qavramasında,  ətraf  aləmin 
real və mifoloji dərkolunmasında xüsusi önəmə sahib olmuşdur. 
Say bütün mifoloji sistemlərdə ən geniş yayılmış işarələr toplu-
larından biridir və ölçü daşıyıcısı kimi çıxış edir. Konkret olaraq 
qırx ədədinə gəlincə, bu türk mifik sistemində çoxluq anlamına 
gəlməkdədir. Və bu təfəkkür bütün türk və Qafqaz xalqlarında, o 
cümlədən Azərbaycanda belədir. R.Qafarov yazır: 
“Qırx. Çoxluq anlamındadır. «Qırx düyməli paltar», «qırx 
otaq»,  «qırx  dəvəli  yük»  deyəndə  ilk  baxışda  sakrallıq  hiss 
olunmur. Lakin düymələr açılıb axıra çatan kimi təzədən bağ-
lananda bu rəqəmin arxasında sirli aləm gizləndiyi aşkarlanır. 
Azərbaycan  türklərinin  «Əsli  və  Kərəm»  eposunun  mifoloji 
qaynaqlarında  qırx  düyməli  xalat  gerçək  aləmin  bitməsi  – 
ömür yolunun bağlanması, o biri dünyanın qapısının isə açıl-
ması kimi mənalandırılır” (Qafarov, 2010, s. 22). 
Bir  sözlə,  Qırx  qız‖  dastanının  Qafqazla  bağlılığı  heç  bir 
şübhə oyatmır. Bunu çoxsaylı faktlar təsdiq edir. Həmin faktlar 
isə  L.S.Tolstovadan  qabaq  B.A.Koloyev,  M.Q.Vorobyova, 
T.A.Jdanko  və  s.  kimi  tədqiqatçıların  da  diqqətini  çəkmişdir 


155 
 
(Колоев,  1959;  Ворбьева,  1964,  с.  58;  Жданко,  1964,  с.  12). 
Bütün  bu  faktları  dərindən  təhlil  edən  L.S.Tolstova  bildirir  ki, 
qaraqalpaqların  daha  qədim  dövrlərə  aid  folklorunda  Kap-tau 
(Qafqaz), Gürcüstan, Dağıstan, Krım, Xəzər dənizi və Qara də-
nizin  adlarına  tez-tez  rast  gəlinirsə,  daha  sonrakı  dövrlərə  aid 
folklor nümunələrində bu toponim və oronimləri Edil (İtil-Vol-
qa), Jayık (Yayık – Ural) və Türküstan kimi adlar əvəz edir. Bu 
isə, təbii ki, qaraqalpaqların Qafqazdan Xorəzmə miqrasiyasının 
aralıq  mərhələsinin  folklordakı  əksindən  başqa  bir  şey  deyildir 
(Толстова, 1977, с. 158). 
Qaraqalpaqların  ulu  babalarının  Urmiya  gölü  ilə  Qafqaz 
dağları arasındakı ata yurdlarını, yəni Azərbaycan ərazisini tərk 
etdikdən sonra bir müddət Quzey Qafqazda, Qara dənizlə Xəzər 
dənizi  arasında  uzanan  geniş  çöllərdə  məskunlaşdığını,  ondan 
sonra isə Ural və Volqa çayları arasındakı ərazilərə köç etdiklə-
rini tam qətiyyətlə söyləmək olar. Bunu həm qaraqalpaq folklo-
rundakı  toponim  və oronimlər, həm  də həmin bölgədə  yaşayan 
başqırd  və  əski  bulqar  türklərinin  (Volqa  bulqarlarının)  ağız 
ədəbiyyatı nümunələri ilə qaraqalpaq ağız ədəbiyyatı nümunələri 
arasındakı  heyrətamiz  paralellər  sübut  edir.  Bu  baxımdan  7-8 
hecalıq misralardan ibarət ―tolqau‖ adlandırılan qaraqalpaq xalq 
poema forması ilə eyni ölçü və quruluşlu ―kobayır‖ adlı başqırd 
xalq şeiri forması arasındakı eynilik deyilənlərə ən gözəl sübut-
dur. Bu eynilik özünü təkcə başqırd, qaraqalpaq, və əski bulqar 
jırlarının (şürlərinin) forma və ölçülərində deyil, həm də onlarda 
―Ay  noqayım,  noqayım‖,  ―Ay  Uralım,  Uralım‖  kimi  müraciət 
şəkillərinin işlənməsində göstərir. Məsələn, ―Edil kayda, el kay-
da‖ adlı bir qaraqalpaq tolqausundan bir parçaya diqqət yetirək: 
Naxırları doyuracaq necə bol otlaqları vardı, 
Torpaqları genişdi, bol-bol sular axardı. 
Oranın qışı da yay kim keçirdi
Ördəkləri lap qazlara bənzəyirdi. 
Atlarsa qoyun kimi canlıydı, ətliydi. 
Səndən məhrum oldum, ay Jayıkım, Jayıkım. 
Gecələr qurbağalar uşaqlara yatmağa vermirdi imkan,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə