Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


daşın başına atırlar. Daş orada qalsa deməli niyyət qəbul olu-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   49   50   51   52   53   54   55   56   ...   97

159 
 
daşın başına atırlar. Daş orada qalsa deməli niyyət qəbul olu-
nur (Azərbaycan mifoloji mətnləri, s. 118-119). 
―Oğlanqala-qızqala‖ əfsanəsində oğlan əhdinə dönük çıxan
 
sevgilisinin vəfasızlığına dözməyib özünü yanar oda atır. Amma
 
vəfasız olmadığından odda yanmır, ağ bir daşa dönür (AFAN, s. 
74). 
―Qız  qayası‖  əfsanəsində  kəndin  zalım  katdasına  getmək 
istəməyən
 
qız  dağlara  üz  tutub  qaçır,  Allaha  yalvarır  və  daşa 
dönür. ―Daş qız‖
 
əfsanəsində zalım atasından qorxan qız üzünü 
göylərə  tutub  aman
 
istəyir  ki,  ―İlahi,  belə  yaşamaqdansa  məni 
döndərib daş elə.‖  Həmin andaca qız daş olur. Bu  yer də ―Daş 
qız‖ adlanır (AFAN, s. 85). 
Daşa dönmə motivli ―Qırx qız ata‖ əfsanəsinin Azərbaycan 
mənşəli  olması,  eləcə  də  bir  çox  tədqiqatçının  ―qırğız‖  etnoni-
mini  ―qırx  qız‖la  bağlaması  bu  xalqın  da  etnogenezinin  ilkin 
mərhələsinin  Azərbaycanla  bağlı  ola  biləcəyini  ehtimal  etməyə 
ciddi  əsas  verir.  Qırğız  türklərinin  mənəvi  dünyasının  və  əfsa-
nələşmiş tarixi  keçmişinin ―ensiklopediya‖sı  hesab edilən ―Ma-
nas‖  dastanındakı  bir  neçə  önəmli  məqam  bu  ehtimalın  həqi-
qətdən qətiyyən uzaq olmadığını göstərir. 
Heç şübhəsiz ki, ―Manas‖ dastanı bir qəhrəmanlıq dastanı-
dır.  Bu  dastan  qırğızların  etnogenezi  prosesinə  aydınlıq  gətirə-
cək  etnoqonik  motivlərdən  də  xali  deyildir.  Eyni  sözləri  Ma-
nasın  paradiqmaları  olan  Alp  Manaş  (eyniadlı  əsatiri  Altay  na-
ğıl-poemasının qəhrəmanı) və Alpamışın (eyniadlı qazax dasta-
nının qəhrəmanı) simasında Altay və qazax türkləri haqqında da 
söyləmək olar. 
―Manas‖  dastanında  da  ―qırx  qız‖  motivinə,  eləcədə  ―qırx 
ərən‖,  ―qırx  igid‖  barədə  süjetə  rast  gəlirik.  Bunlardan  sonun-
cusu barədə B.Ögəl yazır: 
“Dədə  Qorqud  kitabındakı  Oğuz  bəylərinin  qırx  igidi  türk 
mifologiyasının ölməz və dəyiĢməz motividir… “Manas” dasta-
nında  Dədə  Qorqud  nağıllarında  adı  çəkilən  qırx  igidlə  əla-
qədar bəzi hadisələrə də rast gəlirik”(Ögəl, 2006, s. 498). 


160 
 
Bu  sözlərdən  sonra  alim  V.Radlova  istinadən  aşağıdakı 
süjeti nəql edir: 
Almanbet  atası  Qara  xanı  müsəlman  olmadığı  üçün 
öldürdükdən  sonra  qırğızların  Orta  Yüz  rəisi  Kökçə  xanın 
yanına  gəlmişdi.  Kökçənin  Almanbetə  çox  etibar  və  hörmət 
göstərməsi  Kökçənin  qırx  igidini  hirsləndirdi  və  həsəd  səviy-
yəsinə  çatdırdı.  Onlar  bir  araya  gəlib,  Almanbetin  üstünə  şər 
atmaq  qərarına  gəldilər.  Buna  görə  hamısı  toplanıb  Kökçə 
xanın yanına getdilər və Kökçə xana “Bu Almanbet sənin ar-
vadınla  yatıb-qalxır”  dedilər.  Bu  səbəbdən  Kökçə  xanın  Al-
manbetə  olan münasibəti  kəskin  dəyişdi,  o  da  Manasa  pənah 
aparmaq məcburiyyətində qaldı (Radloff, V, p. 36-32). 
Maraqlıdır ki,  süjetdə qırx igid  dərdləşərkən, eynən ―Dədə 
Qorqud‖dakı kimi ―Bir kafir üstümüzdən çıxdı‖ deyirlər (Ögəl, 
2006,  s.  498).  Dastanda  ayrıca  Manasın  da  qırx  igidindən  söz 
açılır  və  onların  həm  Manasa,  həm  də  arvadı,  yəni  onun  baş 
xatunu Qamkey xatuna sədaqəti xüsusi vurğulanır. Onlar Manas 
tərəfindən aşağıdakı kimi vəsf edilirlər: 
Qırx  igidin  başı  Qırqıt!  Yeddi  yeməyi  birdən  aşıran  Bos 
Çolok ilə Çalbay! Yelbəgəy və sən Sıraq! Kök Seliç və sən , Sə-
rək!  Mənim  hiyləgər  igidim  Qutunay!  Mənim  pis  igidim  Qut-
yaqan! Mənim gənc uşağım Yayma Köküt! Sən, ey Bayın oğlu 
Bakay! Ağ Bottonqın oğlu Bolot! Yoldaşım Bauke! Sən, ey mə-
nim  Yaysanım!  Ey  siz,  soylu  ailələrin  övladları  –  mənim  əlbi-
səm, sən ey qəhrəman Bürküt, mənim suyum, sən ey qəhrəman 
Sasam!Geriyə belə sıçrayan Qan Gəldi, Qara Yoltay, Yam Gəl-
di! Sən ey mənim nəğməkarım Almandı! Sökülənləri hörən, qı-
rılanları düzəldən, sən ey kəskin dilli Acıbəy, Kenənin oğlu! Sən 
ey Kənəş oğlu  Qan Canıbəy! Mənim  falçım  Qara Tölök! Qırx 
igidin  yoldaşı  Bölök!  Qazaxdan  gələn  Kolmanbet!  Qırğızdan 
gələn  Yalmanbet!  Kafir  ilə  müsəlmanın  yurdunu  quran,  ey 
mənim döyüşçülərim, Qara bayır və Kasalat adlı gənclər, siz hər 
şeydə isabətlisiniz! Gecə belə tülkünün izini itirməyən Şuutum 
mənim! Gənc Tünükey! Yenə gecə qarsaq tülküsünün izini ta-
pan mənim qaplan Şuutum! (Ögəl, 2006, s. 498). 


161 
 
Bunlardan Bay oğlu Bakay həm Manasın atasının, həm də 
özünün vəziri kimi çıxış edir. Manas onun haqqında hər zaman 
deyərdi: Bizlərə tanrı tərəfindən göndərilmiş bir dost!  
Bundan başqa, Qamkey xatunun atası evindəki qırx qızdan, 
xan  qızının  qırx  qaravaşından  söhbət  açılır  və  onların  Manasın 
igidləri tərəfindən yaxalanaraq, onlara arvad olmaları bildirilir. 
Qırğız  rəvayətlərinin  birinə  əsasən,  qırğızlar  Manasın  qırx 
igidi ilə qırx qızın, yəni Qamkey xatunun qaravaşlarının izdiva-
cından törəyiblər. Özbək ―Xannamə‖sində isə qırğızların Çingiz 
xanın  ulu  babalarından  Buyan  xanın  qırx  kənizindən  doğulan 
qırx qızla bağlanılır: 
Buyan  xanın  dörd  nigahlı  arvadı  və  qırx  kənizi  var  idi. 
Buyanın oğlu yox idi. O, hey oğlan arzulayır, fəqət Tanrı ona 
həmişə  qız  qismət  edirdi. Beləcə  qırx  qızı olmuşdu. Bu qadın-
lardan doğulan qırx  qızdan bu gün qırxqız  (qırğız) adı  ilə ta-
nınan qövm peyda olmuşdur (Ögəl, 2006, s. 410). 
Öncəki  bölümdə  ―qırx  qız‖  motivinin  Qafqaz  mənşəli  ol-
duğunu  və  bu  halda  söhbətin  amazonkalardan  getdiyini  söylə-
mişdik. Madam ki, qırğızlar yalnız bu  kütləvi (qırxın qırxa) iz-
divacdan sonra peyda olublar, o zaman ortaya belə bir sual çıxır: 
bu qırx igid etnik baxımdan kimdir, onların və Manasın mənsub 
olduğu  xalqın  adı  nədir?  Bu  sualın  cavabı  qırğızların  etnoge-
nezini anlamaq baxımından çox böyük önəm daşıyır. Sualın ca-
vabı isə elə ―Manas‖ dastanının özündə verilir.  
Dastanda  əsərin  qəhrəmanı  Manasın  mənsub  olduğu  xalq 
gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun 
əsərləinin  toplandığı  4  cildliyin  II  cildinin  I  hissəsinin  541-  ci 
səhifəsində, 55 - ci qeyddə təsbit edilmişdir (Бартольд 1968: ll, 
1, 541).
 
Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-
mədəni əlaqələri" adlı kitabının 46 - cı səhifəsində isə XVI əsrdə 
Qaraqışlaqda  baş  verən  hadisələrlə  əlaqədar  qıpçaq-qarqar  xal-
qının adı çəkilir (Абромзон. 1960: 46).  
Bu informasiya qırğız türklərinin etnogenezini və bu etno-
genezin ilkin coğrafi arealını müəyyən etməmiz baxımından son 
dərəcə böyük önəm daşımaqdadır. Məsələ burasındadır ki, Stra-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə