Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


İnsanın atasının adı Ər Soqotoxdu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   57   58   59   60   61   62   63   64   ...   97

184 
 
İnsanın atasının adı Ər Soqotoxdu, 
Çoxlu əziyyət çəkmiş, dərdləri də lap çoxdu. 
Ərəydex – Buruydaxçı ləqəbini vermişlər
Yalqız yaşadığından ona belə demişlər. 
Bir oba ortasında böyük bir evi varmış, 
Bu evin dörd yanını gümüş köşəylə sarmış. 
Bu ev əlli qapılı, qırx pəncərəli imiş, 
Evin çatısı isə otuz girişli imiş. 
Evdən içəri girib-gedənlər şərq yönünə, 
Ağac Xaqana rastlar, gələrmiş lap önünə. 
Çox əski bir əsinti əsərdi hey başında. 
Ağac xaqan böyükdü, hər şeyin anasıydı, 
Varlıq ona bağlıydı, göylə yer binasıydı. 
Kökləri qapadardı yeraltı dünyasını,  
Zirvəsi dələrdi göyün doqquz qatını. 
Tam yeddi ayaq idi ağacın yarpaqları, 
Ondan daha böyükdü sarqan qozaları. 
Ağacın tam kökündə görünürdü bir qaynaq, 
Həyat suyu idi bu, axıb gedirdi apağ. 
Ağ və qara inəklər qopqoca olmuşdular
Bu sudan içənlərsə yeni can bulmuşdular. 
Ağacda uçan quşlar yorğun, bitab olurdu, 
Gəlib bu sudan içən yeni qüvvət bulurdu. 
Bu müqəddəs ağacın bir sahibi var idi, 
Bir dişi tanrıçaydı, saçları da qar idi. 
Özü çox qocalmışdı, köksü tam alaca
Görənlər sanardı, bir kəklik kimi qırca. 
Məmələri böyükdü, aşağı sallanırdı, 
Uzaqdan baxan adam iki tuluq sanırdı. 
Əslində isə bu ağac adi boyda, kiçikdi, 
Ana tanrı gəlincə, ona görə böyürdü. 
Böyüyərkən səs çıxar, gurultu qopardı, 
Bu səs yavaş-yavaş, getdikcə çoxalardı. 
Ər Soqotox adlı ər, yalqız yaşayan adam, 
Yakut türkünə görə, bu da bir növü Adəm


185 
 
Düşünmüş, “görən məni kimlə doğdu” deyə, 
“Mənə bu canı verib, meydana qoydu” deyə. 
Getmiş, sormuş ağacdan, “anam kimdir” deyə, 
“Əlbət bir atam vardır, atam kimdir” deyə. 
Ağac da dilə gəlib, soyunu sayıb tökmüş, 
Ər Soqotox utanıb, sayqıyla diz çökmüş. 
Göy Tanrısı Ər Toyon onun atasıymış, 
Arvadı Gübey xatun onun anası imiş. 
Əslində insanoğlu göydə doğmuş imiş, 
Vücudu bütün müqəddəsliklərlə dopdolu imiş. 
Amma gəlmiş bir gün ki, demiş ata-anası, 
Haydı burdan enib get, topla darağı, tası. 
Anası ona derkən ona “haydı, get sən elinə”,  
Bir tuluq həyat suyu tutuşdurmuş əlinə. 
Demiş ki, sən bu suyu sol qoluna al, gəzdir, 
Bu sənə həyat verər, vaxtı gələcəkdir. 
Aradan zaman keçmiş, bu insan bir ər olmuş
Hərb meydanında savaşlar edər olmuş. 
Necə olmuşsa, biri köksünü oxla deşmiş, 
Vermiş son nəfəsini, həyatı sona yetmiş. 
Həyat suyundan Tanrı bircə damcı sıçratmış,  
Bir kiçicik damcıcıq qəlbə qonub islatmış. 
İnsan dərhal dirilib, canına həyat dolmuş
Doqquz dəfə daha çox güclü, qüvvətli olmuş  
       (Ögəl, 2006, 112-114) 
Ər  Soqotox  dastanının  ən  yaxşı  mətni  məşhur  alman  lin-
qvisti  O.Böhtlinq  tərəfindən  toplanmış  variantı  hesab  edilir. 
Onun məzmunu belədir: 
“Ər  Soqotox  adlı  bir  adam  varmış.  Anası-atası  yox  imiş. 
Göydənmi  endiyini,  yerdəmi  çıxdığını  özü  də  bilmirmiş.  Bir 
qərib adam imiş. Boyu on geniş qarış, eni dörd geniş qarış, bir 
çiynindən də o biri çiyninə qədər beş qarış olarmış. Qolları qu-
rumuş qayın ağacı kimi, gözləri isə at qantarğasının halqaları 
kimi  yupyumru  imiş.  Burnu  da  inəyin  omba  sümüyü  qədər 
böyük imiş. 


186 
 
O ki qaldı gücünə, donmuş ağacları belə kökündən çıxart-
maq  onun  üçün  heç  nə  imiş.  Quru,  azman  qayın  ağacından 
tutub,  qırmaq  ona  ləzzət  verirmiş.  Bitmiş  ağacları  kökündən 
çıxarıb atmaq onun üçün bir heç imiş. Sözləri göy gurultusu-
nu, nəfəsi küləyi, səsi fırtınaları, baxışı isə ildırımları andırır-
mış. Yurdundakı çayırlar qalay kimi parlar, meşələr isə misdən 
qayrılmış bir yer
 
parçasına bənzəyirmiş. Sular günəş kimi bərq 
vurarmış...  Yurdunda  bir  süd  dənizi  varmış  və  heç  qurumaz-
mış. Ər Soqotox çaylarda yuyunar, meşələrdə ov edərmiş.  
Həmin yurdun sərhəddində böyük bir dəniz də varmış. Bu 
dənizin qumları şüşə parçası kimi, dağları da eynən ağ gümüş 
kimi  parlarmış...  Meşələrində  aslanlar  dolaşır,  acıqlı  ayılar 
gəzir və boz qurdlar olurmuş. Onun yurdunda heç qış yoxmuş. 
Ağaclarn üstündə qartallar qıy vurar, quşlar ötərmiş. Ağaclar 
yarpaqlarını heç tökməzmiş. 
Evi onun yurdunun üstündə eynən mavi duman kimi gö-
rünürmüş. Qırx pəncərəli, qırx  köşəli ev imiş. Hər köşəsi  gü-
müşdən  qayrılıbmış.  Evin  ortasında  böyük  bir  salon  varmış. 
Bu  salonda  da  üç  ocaq  yerləşir  və  hər  ocağın  da  üstündə  bir 
bacadan  tüstü  qalxarmış.  Hər  ocağın  da  başında  bir  qadın 
oturarmış... 
Evin şərq tərəfində bir çayırlıq varmış. Evin lap qabağında 
isə  böyük  bir  ağac  yüksələrmiş.  Bu  ağaca  “Xan  ağac”  deyir-
lərmiş. Bu ağac elə böyük, elə böyük imiş ki, ortadakı budaqları 
belə  göydəki  mavi  duman  kimi  görünürmüş.  Zirvəsi  doqquz 
göyü dəlib keçirmiş. Onun dibində də insanlara ölməzlik sirrini 
verən  əbədi  həyat  suyu  qaynarmış.  Qocalar,  qüvvədən  düşmüş 
inəklər  gəlir,  bunun  dibində  gəzir,  bu  sudan  içdikdən  sonra 
yenidən  gəncləşib  –  qüvvətlənərək,  geri  dönərmiş.  Uçan  və 
qaçan  vəhşi  heyvanlar  bu  ağacın  budaqlarında  gəzir,  qaçır, 
şirələrini əmərək müqəddəs bir qüvvəyə sahib olurlarmış. 
Evdən çıxıb cənuba baxanda, güneydə də böyük bir qayın 
ağacının yüksəldiyi görünürmüş. Bu qayn ağacı o qədər gözəl 
imiş ki, lap gözəl bir qıza bənzəyirmiş. Bir təpə üzərində yük-
səlir və sanki bir adacıq əmələ gətirirmiş. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə