Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   54   55   56   57   58   59   60   61   ...   97

175 
 
nın,  başqa  sözlə,  türklərin  ilkin  ata  yurdlarının  hara  olmasını 
müəyyənləşdirə  bilməmiz  baxımından  son  dərəcə  qiymətli  in-
formasiya gizlənməkdədir. 
Məlum olduğu kimi, bütün türk yaradılış dastanlarında dün-
yanın yaradılmasının ilkin materialı kimi sonsuz sular, yəni dəniz, 
okean  təqdim  edilir.  Bu  fakt  çox  düşündürücüdür.  Axı,  türklərin 
ilkin ata yurdu olduğu iddia edilən Altaylar dənizlərdən çox-çox 
uzaqlarda yerləşir. Belə olan halda, Altay və Sibir türkləri nədən 
dünyanın başlanğıcını dənizlə, dünya okeanı ilə bağlayırlar? 
Bu suala bir qədər sonra cavab verməyə  çalışacağıq.  Hələ-
liksə  saxa-yakutların  kosmoqonik  təsəvvürləri  ilə  səsləşən,  üst-
üstə düşən Altay yaradılış dastanını nəzərdən keçirək. 
Bahəddin  Ögəl  haqlı  olaraq  yazır  ki,  Orta  Asiya  və  Sibirdə 
söylənən yaradılış əfsanələri içərisində ən böyüyü və doğru olanı 
V.Radlov tərəfindən toplanmış olan Altay türklərinə aid əfsanədir 
(Ögəl, 2006, səh. 416). Mərkəzində Tanrının (Tanrı Qara xanın) 
durduğu və aparıcı rola sahib olduğu bu dastan yarandığı dövrdən 
ən  azı  5-6  min  il  sonra  qələmə  alınsa  da  ilkin  məzmun  və 
mahiyyətini qismən qoruyub saxlaya bilmişdir. XIX əsrdə məşhur 
türkoloq  V.Radlov  tərəfindən  yazıya  köçürülmüş  ―Yaradlış‖ 
dastanının (Dünyanın yaranması haqqında) məzmunu belədir: 
Yerin yer olduğu vaxt suyla doluydu hər yer, 
Nə göy vardı, nə də ay, nə günəş, nə də bir yer. 
Tanrı uçub dururdu, insan oğlu tənhaydı, 
O da umub durur, sanki, Tanrıya taydı. 
Uçar, hey uçardılar, yer yoxdu, qonmazdılar,  
Tanrı olduqlarıyçün əsla yorulmazdılar. 
Bu Tanrının yox idi nə qayğısı, nə işi 
İnsan oğlunun isə bitmədi pis vərdişi. 
Bir külək yaratmışdı suları qaynadaraq, 
Tanrını hirsləndirdi üzünə sıçradaraq. 
Elə bildi o yazıq bununla bütün oldu,  
Guya xeyli güclənib Tanrıdan üstün oldu. 
Amma necə oldusa, suya yıxıldı birdən, 
Gömüldükcə gömüldü, dənizə daldı birdən. 


176 
 
Başladı yalvarmağa, gördü ki, iş çox ağırdı, 
“Qurtar məni ey Tanrı!” – deyə möhkəm bağırdı. 
Tanrı insafa gəldi, bağışladı özünə, 
Dedi: “Ey insan oğlu, çıx suların üzünə!” 
Tanrının buyruğuyla insan oğlu qurtuldu. 
Getdi onun yanına, ağıllı-başlı durdu. 
Tanrı birdən buyurdu: “Yaradılsn möhkəm daş!” 
Dənizlərin dibindən çıxdı üzə sal bir daş. 
Daş üzə-üzə gəlib çatdı Tanrı önünə, 
Tanrı insanı alıb çıxdı daş üstünə. 
Tanrı bir gün insana belə bir buyruq verdi: 
“En suların dibinə, oradan torpaq al!”-dedi. 
İnsan daldı sulara, aldı bir ovuc torpaq, 
Sulardan çıxdı, gəldi Tanrıya uzadaraq. 
“Yaradılsın Yer!”-deyib Tanrı torpağı saçdı,  
Yer üzü yaradıldı, dənizlər qurulaşdı. 
İnsana belə dedi Tanrı ona baxaraq: 
“Dal suların dibinə, gətir bir az da torpaq!” 
İnsan dedi: “Mən suya bir dəfə də dalaram
Bu dəfə öz payıma bir az torpaq alaram”. 
Daldı suyun dibinə hey düşünə-düşünə, 
İki ovuc torpaqla çıxdı suyun üzünə. 
Düz bir ovuc torpağı soxaraq tez ağzına, 
O birini uzadıb verdi Göy Tanrısına. 
Öz-özünə söylədi: “Qoy mən bunu saxlayım,  
Sonra dənizə səpib özümə torpaq alım”. 
Tanrı torpağı aldı dənizin üstünə saçdı, 
Tanrının istəyiylə birdən yer qalınlaşdı...  
                                           (Ögəl, 2006, səh. 447 - 448) 
Eyni dastanın başqa variantı da yazıya alınmışdır: 
Bir  zamanlar  yalnız  Tanrı  Qara  xan  və  su  vardı.  Qara 
xandan başqa görən və sudan başqa görünən yox idi. Ağ ana 
göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı. Bu-
nu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız 
suyun  üstü  ilə  iki  qara  qaz  kimi  uçurdular.  Lakin  halından 


177 
 
məmnun  olmayan  kişi,  Qara  xandan  daha  yüksəkdə  uçmaq 
istəyirdi.  Onun  istədiyini  bilən  Qara  xan  kişidən  uçmaq  qabi-
liyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Elədiyindən peşiman 
olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.  
Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi 
həmin  ulduzun  üstünə  çıxıb  xilas  oldusa  da,  Qara  xan  onun 
bir  daha  uça  bilməyəcəyini  nəzərə  alıb  dünyanı  yaratmaq 
qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq 
çıxarsın,  Şər  düşüncədən  əl  çəkməyən  kişi  torpaq  gətirərkən 
fikirləşdi ki, özü üçün gizli bir dünya da yaratsın, ona görə də 
torpağn bir qismini ağzında saxladı. Elə ki ovcundakı torpağı 
su  üzərinə  səpdi,  Tanrı  Qara  xan  torpağa  “böyü”  deyə  bu-
yurdu.  Torpaq  böyüyüb  dünya  oldu.  Lakin  kişinin  ağzında 
saxladığı torpaq da böyüyüb onu boğmağa başladı.  Qara xan 
ona “tüpür!” deməsəydi, boğulub öləcəkdi. 
Tanrı  Qara  xan  dümdüz  bir  dünya  yaratmşdı,  lakin  kişi 
tüpürəndə  ağzından  çxan  torpaq  bataqlıqlar,  təpələr  əmələ 
gətirdi.  Hirslənən  Qara  xan  itaətsiz  kişiyə  “Erlik”  (şeytan) 
adını verib, özünün işıqlı dünyasından qovdu. 
Sonra  yerdə  doqquz  budaqlı ağac bitirdi, hər budağın al-
tında  bir  adam  yaratdı  ki,  onlar  doqquz  insan  irqinin  ataları 
oldular. Erlik insanların gözəlliyini, xoş həyatını görüb Tanrı 
Qara  xandan  xahiş  etdi  ki,  həmin  insanları  onun  ixtiyarına 
versin. Qara xan vermədi. Erlik istəyindən dönmədi, insanları 
öz  tərəfinə  çəkməyə  başladı.  Qara  xan  insanların  azğınlığını, 
Erliyə  aldanmalarını  görəndə,  onları  özbaşına buraxdı.  Erliyi 
isə yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü 
isə  göyün  on  yeddinci  qatını  yaradıb  oraya  çəkildi.  Mələklə-
rindən birini insanları qorumaq üçün yer üzünə göndərdi. 
Erlik Tanrı  Qara xanın qərar  tutduğu gözəl  göyü görüb, 
ondan  icazə  istədi  ki,  özü  üçün  bir  göy  yaratsın.  İcazə  alıb 
yaratdı  və  aldatdığı  şər  ruhları  öz  göyündə  yerləşdirdi.  Lakin 
Qara xan görəndə ki, Erliyin təəbəsi onunkundan daha yaxşı 
yaşayır,  mələklərdən  birini  göndərib  həmin  göyü  dağıtdırdı. 
Göy yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə