Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


bahadır düz doqquz ay quyuda yatmaqda davam edir. Manaşın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

165 
 
bahadır düz doqquz ay quyuda yatmaqda davam edir. Manaşın 
yaraq-yasağı çox ağır olduğundan, onları qaldırmağa kimsənin 
gücü yetmədiyindən elə orada, quyunun yanında qalır.  
Manaş  yuxudan  ayıldıqda  özünü  əl-qolu  zəncirli  halda, 
dərin bir  quyunun içində gördü. Qərib  dünyada başına gələn 
bu  acı  hadisədən  bərk  qüssələndi  və  kədərli  mahnı  oxumağa 
başladı.  Onun  nərəyə  bənzər  səsini  eşidən  quş  və  heyvanlar 
quyunun  ağzına  yığışdılar.  Amma  heç  kəsin  onu  quyudan  çı-
xarmağa gücü yetmədi.  
Belə  olan  halda  Manaş  evlərinə  çöl  qazının  vasitəsilə 
məktub göndərib, başına gələnləri anladır. Məktubu alan ana-
atası qardaşlığı Ak-kobeni onun dalınca göndərirlər. Ak-kobek 
axtarıb  Manaşı  tapır,  amma  ona  nəinki  kömək  eləmir,  ana-
sının  göndərdiyi  sehrli  yeməkləri  qardaşına  verməyib  özü  ye-
yir,  üstəlik  quyunun  ağzına  ağır  bir  dağ  da  qoyur.  Sonra  bir 
vaxtlar buralara gəlib həyatını itirən igidlərin sür-sümüklərini 
toplayıb geri dönür. Məqsədi hər kəsi Manaşın öldüyünə inan-
dırmaq və onun arvadı Kyumyujek Aruna sahib çıxmaq, onun-
la evlənmək idi.  
Manaşın  ümidi  hər  yerdən  və  hər  kəsdən  kəsildiyi  anda 
vəfalı atı özünü yetirir, quyunun ağzındakı dağı bir tərəfə atıb 
sahibini  əsirlikdən  azad  edir.  Quyudan  çıxan  bahadır  düz 
doqquz  il  Ak-kanın  qoşunu  ilə  döyüşür,  qoşunu  qırıb  axırına 
çıxır,  Ak-kanı,  Debelqanı  və  Ak-kanın  yüzlərlə  igidin  qanına 
bais  olmuş  qızı  Erke  Karçini  öldürür  (Nağılın  bir  variantında 
Erke Karçi onunla döyüşdə ölür). 
Bundan  sonra  Manaş  turduna  geri  dönür.  Onun  sağ-
salamat olduğunu görən ana-atası, bacısı və vəfalı arvadı çox 
sevinirlər.  Manaş  ona  xəyanət  edən,  arvadına  göz  dikən  qar-
daşlığı Ağ-kobeki ölümlə cəzalandırır. (Tantəkin, 2006, s. 96). 
M.H.Tantəkin  sözügedən  süjetlə  Firdovsi  ―Şahnamə‖sində 
yer alan ―Bijən və Mənijə‖ dastanının süjeti, eləcə də V əsr er-
məni  tarixçisi  M.Xorenatsinin  nəql  etdiyi  real  bir  tarixi  hadisə 
arasında bağlılıq görməkdə və onları eyni kökdən hesab etmək-
dədir (Tantəkin, 2006, s. 109). 


166 
 
Firdovsinin nəql etdiyi süjetin qısa məzmunu belədir: 
Erməni  elçiləri  İran  şahı  Xosrovun  yanına  gəlib,  ölkələ-
rinin donuz sürülərinin tapdağı altında qaldığını bildirir və bu 
fəlakətdən qurtulmaq üçün ondan yardım istəyirlər. Xosrov şah 
özünün  igid  hərbiçilərindən  Bijənə  Gərgini  bələdçi  qoşub 
ermənilərə  köməyə  göndərir.  Bijən  fəlakəti  erməni  torpaqla-
rından təkbaşına rədd edir. Buna paxıllığı tutan Gərgin Bijənə 
xain  çıxır.  Bijəni  məhv  etmək  istəyi  ilə  onu  Turan  xaqanı  Əf-
rasiyabın (Alp Ər Tonqanın – B. T.) günəşə bənzər qızı Mənijə-
nin  və  onun  ətrafındakı  gözəl  türk  qızlarının  sorağını  verərək 
deyir  ki,  bu  qızlardan  əldə  edib  Xosrov  şaha  təqdim  etmək  pis 
olmazdı.  Hiyləyə  uyan  Bijən  Gərgini  meşənin  yanında  qoyub, 
görmədən aşiq olduğu Mənijənin dalınca Turana gedir. Gərgin 
Bijənin qayıtmasını gözləmir. Onun atını götürüb İrana qayıdır 
və Bijənin itkin düşdüyünü atası Kivə və Xosrov şaha çatdırır. 
Əfrasiyab, başda qara xan olmaqla, hərbi dəstə göndərib, 
sərxoş  halda  olan  Bijəni  dustaq  etdirir  və  qol-qıçına  zəncir 
vurduraraq,  qaranlıq quyuya  – zindana atdırır. Qızı Mənijəni 
isə  onun  namusuna  ləkə  gətirdiyi  üçün  saraydan  qovur.  Zin-
danda  Bijənin  vəziyyəti  o  qədər  ağırlaşır  ki,  Tanrıdan  özünə 
ölüm arzulayır. Burada ona gizlicə baş çəkən, qayğısına qalan 
bir tək insane vəfalı Mənijədir. 
Bijəndən uzun zaman səs-soraq çıxmadığını görən Xosrov 
şah dünyanın hər yerini göstərə bilən sehrli cama baxıb, Bijə-
nin  harada  olduğunu  müəyyənləşdirir.  Onu  qurtarmaq  üçün 
Rüstəmi  Turana  göndərir…  Rüstəm Bijəni  dustaqlıqdan  qur-
tarıb,  Mənijə  ilə  birlikdə  İrana  göndərir…  (Фирдоуси,  М., 
1967, c. 6-46; Tantəkin, 2006, s. 108-109). 
Firdovsinin  nəql  etdiyi  süjetdə  də  ermənilərin  adının  keç-
məsi diqqətçəkiçidir. 
―Alıp Manaş‖ nağılında qəhrəmanın qaynatasının və anası-
nın  adlarının  antroponim  deyil,  etnonim  olması  diqqəti  çəkir. 
Alıp Manaşın qaynatasının adı Qırğız xan, anasının adı isə Ər-
mən Çeçendir. Anasının adındakı ―ərmən‖ (erməni) və ―çeçen‖ 
etnonimlərini  görməmək  mümkün  deyildir.  Bu  fakt  nağılın  Ön 


167 
 
Asiya  və  Qafqaz,  daha  dəqiq  desək,  Azərbaycan  mənşəli  ola 
biləcəyini  düşünməyə  əsas  verir.  Təsadüfi  deyil  ki,  eyni  süjet 
Qafqaz xalqları arasında da geniş yayılmışdır. Bütün bu süjetləri 
İran  mənşəli  hesab  edən  və  müqayisəyə  çəkən  V.Millerin 
yazdığına görə, svanlarda Alıp Manaşın (fars versiyasında Bijən, 
erməni  versiyasında  Majan)  adı  Bejan,  osetinlərdə  isə  Bezan 
kimi keçir (Миллер, 1892, c. 54-62; Tantəkin, 2006, s. 112). 
Bənzər  süjeti  M.Xorenatsi (V əsr)  də  qeydə  almışdır.  Onda 
qəhrəmanın adı Majan, görmədən vurulduğu və onunla qovuşmaq 
üçün uzaq səfərə çıxdığı qızın adı isə Mantudur (Tantəkin, 2006, 
s. 109). Yeri gəlmişkən qeyd edək ki, ―Alıp Manaş‖ın O.Oçubay 
tərəfindən toplanmış variantında qəhrəmanın ardınca getdiyi qızın 
adı Erke Karçin yox, Manjakdır ki, bu da ―Şahnamə‖dəki Mənijə 
adı ilə üst-üstə düşür (Жирмунский, 1960, c. 123). 
M.H.Tantəkin  özünün  ―Dəli  Becan  surətinin  protipləri  mə-
sələsinə  dair‖çox  dəyərli  məqaləsində  (Tantəkin,  2006)  sözü-
gedən  Altay  nağılı  ilə  səsləşən  bir  sıra  süjet  və  surətlərdən  söz 
açmaqdadır ki, bu da ―Alıp Manaş‖ın Azərbaycan mənşəli oldu-
ğuna,  Orta  Asiyaya  Azərbaycandan  aparıldığına  heç  bir  şübhə 
yeri qoymur. Bu isə o deməkdir ki, özbəklər, qaraqalpaqlar və qır-
ğızlar kimi Altay türkləri də öz etnogenezlərinin ilkin mərhələsini 
Ön Asiya və Qafqazda keçmişlər. Hər halda fakt budur ki, qədim 
Urartu  mənbələrində  (e.ə.  IX  əsr)  Altay  (Alatey)  toponimi  də 
qeydə  alınmışdır  və  Y.Yusifov  bu  toponimi  Azərbaycan  ərazi-
sindəki ən qədim dövlətin – Arattanın başqa bir adı saymaqdadır. 
Eyni sözləri Alpamışı (Manas, Alıp Manaş) eynən qırğız və 
altaylılar  kimi  özlərinin  soy  babalarından  biri  hesab  edən 
qazaxlara da aid etmək olar.  
Strabona  görə,  sarmatların  bir  bölümü  "sarmat  -kaziqlər, 
yəni  sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki,  qazax xalqının 
etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olmuşlar 
(Абромзон,  1960,  116).  Antik  müəlliflərin  fikrincə,  sarmatlar 
iskitlərlə amazonkaların  izdivacından törəmişlər və iskit dilində 
danışırdılar. Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara də-
niz  iskitlərindən  və  Don  çayından  şərqdə  məskun  idilər.Eyni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə