Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

162 
 
bon  qarqarların  amazonkalarla  qonşuluqda,  amazonkaların  isə 
Albaniya  üzərində  yüksələn  dağlarda  yaşadıqlarını  yazmışdır
 
(Гейбуллаев.  1991:  77-78).
 
Eyni  zamanda,  qarqarların  Qafqaz 
Albaniyasının,  yəni  Azərbaycanın  ən  qədim  sakinlərindən  biri 
olduğu hər kəsə məlumdur (Kalankaytuklu, l, 27). O da faktdır 
ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı 
və  bu  dil  Albaniyanın  ədəbiyyat  və  dövlət  dili  funksiyasını  ifa 
etmişdir (Тревер 1959: 308).  
Qərbi  Azəbaycanda  (bugünkü  Ermənistanda)  da  qıpçaq  - 
qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların 
torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni 
(hay)  tarixçiləri  də  etiraf  edirlər.  Məsələn,  A.Akopyan  özünün 
―Albaniya  –  Aluank  qədim  yunan  –  Roma  və  qədim  erməni 
mənbələrində‖  adlı  kitabının  66-67-ci  səhifələrində  yazır  ki, 
Moksda  Qarqar  adlı  vilayət,  Tsopka  və  Qərbi  Kilikiyada  iki 
Qarqar  qalası,  Lori  və  Parisosda  iki  Qarqar  kəndi  var.  Bundan 
başqa  Meğri  tərəfdə  Qarqar  dağının  mövcudluğu  da  məlumdur 
(Акопян. 1987: 66-67). 
Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zən-
gəzur  bölgəsində  qarqarlara  aid  bir  monastr  kompleksi  də  qal-
maqdadır.  Öncələr  ―Gərgərvəng‖  və  ya  ―Qarqarvəng‖  adı  ilə 
məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikil-
məsindən  sonra  (1283-cü  il)  daha  çox  Məyəm  kilsəsi  və  ya 
―Surb Sion‖ monastrı kimi yad edilməyə başlayan bu kompleks 
alban  (həm  də  Azərbaycan)  memarlığının  ən  maraqlı  nümunə-
lərindən biridir (Tuncay, 2010, s. 17-18).  
Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) 
mənbələrində  də  söz  açılmışdır.  Məsələn,  Moisey  Xorenatsi  (V 
əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, 
Qarqar  meydanından  və  Qarqar  məlikliyindən  söz  açmışdır. 
Gevond (Vlll əsr) Qarqar düzənliyinin, Böyük Vardan (XIII əsr) 
isə  Qarqar  vilayətinin  adını  çəkmişlər.  Tovma  Artsruni  isə  türk 
mənşəli  ərəb  sərkərdəsi  Buğanın  Qarqar  düzənliyinə  gələrək, 
Bərdə  şəhərinə  daxil  olduğunu  yazmışdır  (Гейбуллаев.  1991: 
77-78).  


163 
 
Bu  xalqın  adı  Qafqaz  və  Orta  Asiyanın  toponomikasında 
geniş  əks  olunmuşdur.  Bu  sırada  XlX  əsrdə  indiki  Dağıstanın 
Teymurxanşura  vilayətində  qeydə  alınmış  Qarqar  yer  adını, 
Tiflis  quberniyasının  Tionet  və  Axalsix  uyezdlərində  qeydə 
alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqa-
ris  və  s.  toponimlərini  (Пагирев.  1913  :  122),  Qəbələ  rayonu 
ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla 
Gədəbəy sərhəddində  yerləşən bir neçə  Qarqar kəndini (bu gün 
onlardan  biri  Gərgər,  digəri  isə  Xarxar  adlanır)  və  Naxçıvan 
uyezdində  qeydə  alınmış  Xarxar  kəndini  göstərmək  olar.  XIII 
əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yerlə-
şən  Qarqar  şəhərini  xatırlatmışdır.  İbn  Xordadbeh  (lX  əsr)  isə 
Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaq-
dadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da 
əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində 
də  bir  neçə  Qarqar,  Xarxar,  Gərgər  adlı  yaşayış  məntəqəsinin 
olduğu məlumdur (Гейбуллаев. 1991: 79). 
Qarqarların  bir  vaxtlar  Orta  Asiyada  da  yaşadığını  söylə-
mək  olar.  Belə  ki,  Dionisiy  Perieqet  (II  əsr)  qarqarların  Emod 
dağlarından  Qanq  çayı  ilə  suvarılan  torpaqlara  qədər  geniş  bir 
ərazidə yaşadıqlarını yazmışdır (Гейбуллаев. 1991: 82).  
Madam ki, qırğız xalqının əsas özəyini qıpçaq-qarqarlar və 
amazonkalar təşkil etmişdir, o zaman tam qətiyyətlə demək olar 
ki, bu xalqın etnogenezinin ilkin mərhələsi Azərbaycan ərazisin-
də gerçəkləşmişdir. 
―Manas‖ dastanının Altay versiyası olan ―Alıp Manaş‖ əsa-
tiri nağıl poeması da mövzumuz baxımından böyük önəm daşı-
maqdadır.  ―Kitabi-Dədə  Qorqud‖a  daxil  olan  ―Bamsı  Beyrək‖ 
boyunun süjetini xatırladan bu nağılın qəhrəmanı Manaş azman 
bir  bahadırdır.  Nağılın  N.Ulaqaşev  tərəfindən  yazıya  köçürül-
müş variantının qısa məzmunu belədir: 
 
…Onun  (Alıp  Manaşın)  burnu  təpəyə,  qaşları  meşəyə, 
gözləri  odlu  məşələ  oxşayır.  Atası  kürəyində  at  sürüsü  gəzə 
bilən Baybarak, anası Ərmən Çeçen, bacısı Koodur. Valideyn-
ləri  Alıp  Manaşın  istəməsinə  baxmayaraq,  Qırğız  xanın  qızı 


164 
 
Koyumyujek Arunu ona alırlar. Evləndikdən sonra Manaş bir 
dəfə kitabda oxuyur ki,  uzaq ölkədə yaşayan acıqlı,  bədniyyət 
Ak-kanın insan üzü görməyən, kişi əli dəyməyən Erke Karaçi 
adlı  dünya  gözəli  bir  qızı  var.  Çoxları  bu  qızla  evlənmək  is-
təmiş, fəqət içlərində sağ qalıb, geri dönən olmayıb. 
Manaş ata-anasının, bacısı və arvadının etirazlarına bax-
mayaraq,  qızın  eşqiylə  yola  çıxır.  Məlum  olur  ki,  Ak-kanın 
xanlığı üzərindən qanadlı atla belə keçməyin çox çətin olduğu 
tünd  göy  rəngli  çayın  o  biri  tərəfindədir.  Bahadır  min  bir 
əziyyət  bahasına  da  olsa,  aylar,  illər  çəkən  uzun  yolçuluqdan 
sonra, axır ki, çaya yetişir. Burada rast gəldiyi qoca bir qayıqçı 
onu  və  atını  çayın  o  biri  sahilinə  keçirir. Ak-kanın torpağına 
ayaq basarkən atı ona buranın çox təhlükəli bir yer olduğunu 
söyləyir, fəqət manaş onu dinləməyib yoluna davam edir. Bərk 
yorulduğundan  dincəlmək  qərarına  gəlir  və  dərin  yuxuya 
dalır.  Sahibini  gözləyən  acı  taledən  xəbərdar  olan  at  ulduza 
çevrilib göyə qalxır və hönkür-hönkür ağlamağa başlayır.  
Günlərin  birində  Ak-kanın  çobanları  heyvanları  otara-
otara  Manaşın  yatdığı  yerə  gəlirlər  və  bahadırın  tufanı  xa-
tırladan  xorultu  və  nəfəsindən  vahiməyə  düşürlər.  Tez  xanın 
yanına gəlib gördüklərini anladırlar. Ak-kan yeddibaşlı adam-
yeyən  Debelqanı  vəziyyəti  öyrənmək  üçün  hadisə  yerinə  gön-
dərir.  Debelqan  göy  öküzünə  minib  azman  bahadırın  yatdığı 
yerə  gəlib,  çobanların  doğru  söylədiyinin  şahidi  olur.  Geri 
dönüb gördüklərini Ak-kana anladır: 
- Yer üzərində uzun illərdir ki, yaşayıram, amma ömrümdə 
belə  qorxmamışdım,  belə  bir  möcüzə  görməmişdim.  Görünür, 
hansısa bahadırın burnuna düşmüşdüm. Bu vaxt bahadır asqır-
dı və dalğalı qasırğa kimi məni çox-çox uzaqlara, yüz gölün ar-
xasına tulladı. Az qalmışdı öləm, möcüzə sayəsində qurtuldum. 
Ak-kan  bunu  eşidər-eşitməz,  qoşununu  toplayıb  Manaşın 
üzərinə  yürüyür.  Onlar  gəncə  nə  qədər  ox  atırlarsa,  qılınc  ça-
lırlarsa, heç bir xeyri olmur. Ona nə ox batır, nə də qılınc kəsir. 
Belə olan halda, əsgərlər Ak-kanın əmri ilə bahadırın yanında 
geniş  və  dərin  quyu  qazıb,  onu  ora  itələyirlər.  Quyuya  düşən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə