Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   53   54   55   56   57   58   59   60   ...   97

172 
 
Köpük Tanrıya baxıb dedi: 
- Mən bir şeytanam, lap suyun dibindəki yerdə yaşayıram. 
Tanrı şeytana üz tutub soruşdu: 
- Bilmirəm, sözün doğrudurmu? Suyun altında yer varmı? 
Elədirsə, o yerdən mənə bir parça torpaq gətir! – dedi. 
Şeytan  dənizə  daldı,  xeyli  vaxt  keçdikdən  sonra  şeytan 
göründü. Əlində bir az torpaq var idi. Tanrı qara torpağı on-
dan  aldı,  əlində  tutub,  baxdı,  torpağı  təqdis  etdi  və  suya  atdı. 
Sonra  şeytan  düşündü  ki,  Bu  Tanrını  necə  suda  batırım,  bo-
ğulsun.  Lakin  elə  bu  vaxt  torpaq  böyüyüb,  ətrafa  yayılmağa 
başladı.  O  sərtləşdi,  bərkidi.  Dənizin  böyük  bir  hissəsi  həmin 
torpaqla doldu. (Ögəl, 2006, səh. 443). 
Seroşevskinin  yazıya  aldığı  II variant  isə saxa  - yakutların 
xristianlığı, üzdən də olsa, qəbul etmiş hissəsindən toplanmışdr. 
Bu  variant  müəyyən  qədər  İncil  motivləri  ilə  çarpazlaşmış  və 
dövrümüzə ilkin şəklini və dəyərini itirmiş vəziyyətdə yetişmiş-
dir. Onun məzmunu belədir: 
Şeytan Həzrət İsanın böyük qardaşı idi. Amma qardaşı nə 
qədər  xeyirxah  idisə,  bu  da  bir  o  qədər  bədxah  idi.  Tanrı  hey 
düşünürdü ki,  bir dünya yaradım, amma necə yaradım. Xeyli 
düşünən Tanrı şeytana belə dedi: 
Sən  “parlağam,  çox  qüvvətliyəm,  bacarıram”  deyə  öyü-
nürsən.  Elə  isə  get,  dənizə  dal,  dənizin  dibindən  mənə  bir  az 
qum çıxart.  
Şeytan dənizə daldı. Az sonra üzə çıxdı. Çıxmağına çıxdı, 
amma  qum  da  ovcundan  axıb  getdi.  Şeytan  yenidən,  ikinci 
dəfə  dənizin  dibinə  cumdu,  amma  yenə  də  əli  boş  üzə  çıxdı. 
Şeytan  gördü  ki,  olmayacaq,  tez  bir  qaranquş  olub  dənizin 
dibinə cumdu. Dimdiyinə bir az palçıq alıb suyun üzünə çıxdı.  
Tanrı  palçığı  aldı,  təqdis  etdi,  sonra  da  dənizə  atdı.  Be-
ləliklə,  yer  üzü  yaradılmış  oldu.  Lakin şeytan  əvvəldən  Tanrı-
nın fikrini bilmiş və ağzında bir parça torpaq saxlamışdı. “Nə 
üçün Tanrının dünyası olsun, mənimki isə yox” – deyə düşün-
müşdü. O da öz dünyasını yaratmaq istəyirdi. Çox keçmədi ki, 
Tanrı bunu başa düşdü, şeytanı yanına çağırdı, əli ilə ənsəsinə 


173 
 
elə vurdu ki, ağzında gizli saxladığı çamur  ətrafa sıçradı. Hər 
tərəf  bu  çamurla  dağ,  daş  oldu.  Tanrının  o  gözəl  dünyası  da 
bugünkü dünya oldu (Ögəl, 2006, səh. 443-444). 
Middendorfun topladığı lll variant: 
Çox  əvvəllər  Tanrı  yalnızca  kiçik  və  dümdüz  bir  dünya 
yaratmışdı. Ancaq şeytan sakit durmadı, hirsindən, əl və ayağı 
ilə  Tanrının  dünyasını  tapdaladı  və  pozdu.  Tanrı  əvvəlcə  bu 
dünyasından  əl  çəkdi,  onsuz  da  o  ürəyincə  deyildi.  Amma 
sonra “qoy elə belə də olsun,” – dedi, - “gecikməkdənsə bu cür 
olması  yaxşıdır.  Sonra  dünyanı  daha  da  böyütdü,  daha  da 
gözəl etdi. Fəqət şeytann ayağı ilə basdığı  yerlər su ilə doldu, 
dənizlərə  çevrildi.  Dünya  sıçrayan,  qabaran  torpaqlarla,  dağ-
larla doldu... 
Tanrı insan biçimində 7 qəlib düzəltmişdi. Hamısına can 
verib 7 kişi yaratdı. Ayrıca 4 dənə də qadın yaratmışdı. Bu qa-
dınları 7 insan oğlunun 4-ü ilə evləndirdi. Yerdə qalan 3 kişi 
qadınsız  qaldı.  Onlar  gedib  Tanrıya  şikayət  etdilər.  Amma 
Tanrı  heç  oralıq  olmadı,  nə  onlara  cavab  verdi,  nə  də  qadın. 
Təbii  ki,  bu  3  kişi  dinc  dayanmadılar,  qadınların  ətrafında 
dolanmağa başladılar. Nə oldusa belə oldu, insan oğlu vəfasız 
oldu. Qadınların vəfasızlığı da elə buradan qalmışdır. Axırda o 
3 kişi də, necə oldusa, 3 qadın tapdılar. Evləndilər. 3 oğulları 
oldu. Digər dörd adamın da 4 qızı olmuşdu. Onları bir-biri ilə 
evləndirdilər.  Amma  qızlardan  biri  ərsiz  qaldı.  Kişilərdən  biri 
onu arvadının üstünə almış, buradan da çox qadınla evlənmək 
adəti  meydana  gəlmişdir.  Amma  kişilər  bu  ərsiz  qızı  almaq 
üçün bir-biri ilə mübarizə apararkən, vəfasız olmuşlar. Kişilə-
rin də vəfasızlığı buradan qalmışdır (Ögəl, 2006, səh. 444-445). 
Bahəddin Ögəl özünün ―Türk mifologiyası‖ kitabında saxa-
yakutlardan  daha  bir  variant  təqdim  etmişdir  ki,  mövzumuz 
baxımından həmin variantların önəmini göz önündə tutaraq, biz 
də onları kitabımıza daxil etməyi vacib bildik. 
Vaxtilə  Tretyakovun  yazya  almış  olduğu  bu  variant  (IV 
variant) belədir: 


174 
 
Ana  yaradıcı  artıq  bir  dünya  yaratmağı  qərara  almışdı. 
Amma  nə  ilə  yarada  idi,  əlində  bir  şey  yox  idi.  Buna  görə 
qırmızı  boyunlu  balıqcılla  bir  çöl  ördəyini  yanına  çağırdı  və 
onlara dedi: 
- Tez dənizin dibinə dalın və mənə bir az torpaq gətirin! 
Quşlar dənizin dibinə daldılar, az sonra çöl ördəyi dimdi-
yində bir parça çamurla suyun üzündə göründü. Amma balıq-
cıl orada yox idi. Yaradıcı “bu balıqcıl harada qaldı” deyə dü-
şünərkən,  o  da  suyun  üzünə  çıxdı. Amma  ağzında  nə  çamur, 
nə başqa bir şey vardı. Yaradıcı soruşdu: 
- Hanı sənin torpağın? 
Balıqcıl boynunu bükdü və cavab verdi: 
-  Dənizin  dibində  mən  torpaq  tapmadım.  Onun  üçün  də 
torpaq gətirmədim. 
Yaradıcı bunu eşitdikdə çox hirsləndi və belə dedi: 
- Ey hiyləgər quş! Mən sənə çöl ördəyindən daha qısa və 
daha az qüvvətli bir dimdikmi vermişdim? Bu olan şeydir? Sə-
ninki onunkindən həm qüvvətli, həm də uzundur, necə olur ki, 
çöl ördəyi dənizin dibindən çamur tapır, sən tapmırsan? Mən 
səni  cəzalandıracağam  və  sən  yer  üzündə  yaşamayacaqsan. 
Gəz, uç, nə istəyirsən elə, amma dənizin üstündə elə. Cum də-
nizə,  yiyəcəyini  orada  axtar.  Orada  yat,  orada  qalx.  Nə  edə-
cəksənsə, orada et, amma yer üzünə gəlmə! 
Ana yaradıcı çöl ördəyinin gətirdiyi çamurla dunyanı ya-
ratdı. Çamuru əlinə aldı, dənizin üstünə qoydu. Nə cür oldusa, 
palçıq  dənizin  dibinə  batmadı.  Nə  dalğalar,  nə  də  külək  onu 
yerindən tərpədə bilmədi. Eyni ilə bir adacıq kimi dənizin orta-
sında dayanıb qaldı. Az sonra da böyüməyə başladı. Elə böyü-
dü, elə böyüdü ki, bugünkü dünya oldu (Ögəl, 2006, səh. 445). 
Yuxarıda təqdim edilən mifoloji mətnlər kosmoqonik mətn-
lərdir.  Bu  mətnlərin  türk  xalqlarının  etnogenezinin  etnoqonik 
mif, rəvayət və dastanlardakı inikasına həsr edilmiş mövzumuz-
la ilk baxışdan heç bir əlaqəsi nəzərə çarpmır. Fəqət, bu ilk ba-
xışdan  belədir.  Məsələ  burasındadır  ki,  həmin  mətnlərdə  türk-
lərin etnogenezinin ilkin mərhələsinin baş verdiyi coğrafi məka-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə