Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   61   62   63   64   65   66   67   68   ...   97

196 
 
təsadüf  edilir.  Məsələn,  əncir  ağacını  kəsəndə  ―Ruhu  səni  tuta-
caq‖  qənaətinə  gəlirlər.  Gecə  yerə  qaynar  su  atanda  ―Torpağın 
ruhunu  incitdin‖  deyirlər.  Quşa  daş  atanda  ―Onun  ruhundan 
qorx!..‖ xəbərdarlığını edirlər (Qafarov, 2010, s. 15). 
―Kitabi-Dədə Qorqud‖ eposunun ―Basat Dəpəgözi öldürdi-
gi boyu‖nda totemizmin mahiyyətində duran əsas məsələ («qan-
qohumluğu») özünə əsaslı yer alır. Basat Təpəgözə (Dəpəgözə) 
öz  nəslini  təqdim  edəndə  deyir  ki,  «Anam  adın  sorar  olsan  - 
Qaba  Ağac!  Atam  adın  deirsən  -  Qağan  Aslan!»  R.O.Qafarov 
haqlı olaraq qeyd edir ki, burada ağaca totem kimi baxılmasının 
tarixin ən qədim mərhələsinə - matriarxat (anaxaqanlıq) dövrünə 
aidliyinə işarə olunur. Belə ki, Basat anasının adını birinci çəkir. 
Bu oğuz adətlərinə tamamilə zidd idi. Ancaq anaxaqanlıq dövrü-
nün təsəvvürləri ilə üst-üstə düşür (Qafarov, 2010, s. 26). 
Alim yazır: 
“Totem kimi götürülən ağacın qaba (kobud) olması, yəni 
bar  verməməsi.  Maraqlıdır  ki,  Şimali  Azərbaycanda  yaşayan 
hunlar da barsız palıd ağacını totem saymışlar. Pir kimi götü-
rülən  «xan çinar» da bəhrə vermir. Xalq  inanışlarında söyüd 
ağacını kəsən adam bədbəxt olur. Söyüd ağacı da meyvəsizdir. 
Bu,  tabu  ilə  bağlı  seçimdən  irəli  gəlirdi,  yəni  totem  kimi  elə 
ağac götürülürdü ki, ona qarşı olan bütün tabulara hamı əməl 
edə bilsin.  
Ağac  toteminin  Azərbaycan  mifoloji  sistemində  böyük 
əhəmiyyət  kəsb  etməsini  əsaslandırmaq  üçün  yüzlərlə  misal 
gətirmək  olar.  Təsadüfi  görünsə  də,  oğuz  mifoloji  sistemində 
toplum, tayfa yaranmasına həsr olunan üç ox, boz ox (eposda 
“iç  oğuz”,  “dış  oğuz”  şəklində  verilir)  motivlərində  Azərbay-
can  türklərinin  soy-kökündə  duran  qurumların  əksəriyyəti 
Oğuzun  gölün  ortasındakı  ağac  koğuşunda  rastlaşdığı  gözəl-
dən doğulan oğlanların adı ilə (Göy, Dağ və Dəniz) bağlanır. 
Burada  da  məhz  ana  xətt  ağacla  əlaqələndirilir.  Eləcə  də 
“Salur Qazanın evi yağmalandığı boy»da dar anında oğuz igi-
di  ağacdan  kömək  umur:  «Məni  sana  asarlar  götürməgil, 
ağac!” Özü də bunu islam yolunda vuruşduğu və Allahın bir-


197 
 
liyinə şübhə etmədiyi halda  edir. Yaxud «Baybörə oğlı Bamsı 
Beyrək boyu»nda totemizmə söykənən “Kölgəlicə qaba ağacım 
kəsilübdir, Ozan, sənin xəbərin yoq” etirafında bir qızın demək 
istədiyi  belə  bir  fikir  ifadə  olunmuşdur:  qardaşım  Beyrəyin 
yoxa çıxması ilə nəslimizin kökü yerdən üzülmüşdür”(Qafarov, 
2010, s. 26-27). 
Ağacın  ana  başlanğıc  kimi  çıxış  etməsi  və  bu  halın  ana-
xaqanlıq  dövrünün  məhsulu  olması  heç  bir  şübhə  oyatmır.  Tə-
sadüfi  deyil  ki,  arxeoloji  qazıntılar  Azərbaycanda  ağac-ana 
(Umay ana) bağlılığının köklərinin ən azı Eneolit, yəni Mis-Daş 
dövrünə qədər uzandığını göstərmişdir. 
Eneolit  dövrünün  sənət  əsərləri  içərisində  gil  və  daş  qadın 
heykəlciklərinin  xüsusi  yeri  olmuşdur.  Belə  heykəllər  tədqiqat-
çılar  tərəfindən  anaxaqanlıq  dövründə  qadına  verilən  yüksək 
dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qə-
dər  Azərbaycan,  Şərqi  Anadolu  və  Cənubi  Tükmənistan  ərazi-
sində  yüzə  yaxın  belə  heykəlcik  tapılmışdır.  Maraqlıdır  ki,  on-
ların bir çoxunun qarın nayihəsində ağac təsviri cızılmışdır. Bu 
fakt qədim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır. Mə-
sələ burasındadır ki, qədim türk miflərində ağac qadınla, doğum 
ilahəsi ilə birbaşa bağlıdır (Azərbaycan tarixi, 1994, s. 31-32). 
Azərbaycan və türk dünyasının mifologiyasının böyük bili-
cisi, dahi Azərbaycan alimi mərhum Mirəli Seyidov özünün çox 
sanballı  ―Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları‖  adlı  mo-
noqrafiyasında mövzu ilə bağlı çox maraqlı fikirlər söyləmişdir:  
“Ağacın  doğum  piri  olması,  onun  həm  dünya  ağacının 
atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji 
əlaqəsinin  təzahürüdür.  Bizcə,  ardıca  və  başqa  ağaclara  belə 
münasibət ağac onqonu ilə əlaqədardır, ağaca sitayişin əlamə-
tidir.  Bir  çox  axtarışlar  göstərir  ki,  ağaca  sitayiş  ulu  türkdilli 
xalqlarda  ən  çox  yayılmış  görüş  olmuşdur.  Bu  məsələ  ilə 
əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən maddi - mə-
dəniyyət nümunələri elmə xeyli maraqlı material verir. Eradan 
əvvəl  4-3-cü  əsrlərə  aid  edilən  həmin  sənət  nümunələri  içə-
risində bir əl - üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir. 


198 
 
Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olun-
muşdur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı 
Qryaznova qeyd etmişdir ki,  burada döğum və bərəkət  ilahəsi 
və  onun  əlində  ağac  təsvir  olunmuşdur.  Dəsmaldakı  təsvir 
sübut edir ki, qədim türklər, o cümlədən Altay türkləri ən qə-
dim zamanlardan ağaca müqəddəs şey kimi baxırmışlar." (Se-
yidov, 1983, s. 37-38).  
Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir 
ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə 
birgə təsəvvür etmişlər. Bu mifoloji baxımdan təbii haldır. Dün-
ya ağacı bütün dünyanın, eləcə də yaradıcısı, hamisi sayılırmış. 
Belə  inam  hökm  sürürdüsə,  deməli,uşaqları  himayə  edən  ilahə, 
yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi:  
“Məşhur  türkoloq  Radlovun  türk  xalqlarından  topladığı 
ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan 
vermişdir ki, türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umay-
la  ağac  həmişə  qoşa  xatırlanmışdır  və  bu  hal  XIX-cu  əsrin 
sonu  –  XX  əsrin  əvvəllərinə  qədər  davam  etmişdir.  Alimin 
Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz 
ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da 
Umay ilə bərabər göydən enmişdir” (Seyidov, 1983, s. 38).  
Bu  sitatdan  göründüyü  kimi,  qədim  türklər  ağacın  doğum 
ilahəsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sözü-
gedən  inamım  məhz  türk  düşüncə  tərzi  ilə  bağlı  olduğunu  və 
həmin düşüncə tərzinin də ən azı Eneolit dövündə formalaşdığı-
nı sübut edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi 
Umayı əks etdirir. 
Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılma-
sı da heykəlciklərin məhz Umaya aid olduğunu sübut edir. Mə-
sələ burasındadır ki, qədim türk dilində ana bətninə,  yəni qadın 
uşaqlığına ―umay‖ deyilmişdir. ―Qədim türk lüğəti‖ində də təs-
bit edilmişdir (ДТС, 1969, с. 631). Bu səbəbdən də ilahə heykəl-
ciklərinin  qarnında  cızılan  ağac  təsvirləri  ideoqrafiya  nümunəsi 
kimi də gözdən keçirilə bilər. 
Məshəti İsmayıl Rüstəm qızı yazır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə