Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


əks  etdirir.  Naxış  motivləri  təkrarlanaraq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   69   70   71   72   73   74   75   76   ...   97

220 
 
əks  etdirir.  Naxış  motivləri  təkrarlanaraq  ritmlər  yaradır.  Tə-
sadüfi deyil ki,ornament motivlərini ritmlər də adlandırırlar. Bu 
baxımdan  Tunc  dövrünə  aid  keramika  məmulatlarının  naxış-
larının öyrənilməsi böyük önəm daşımaqdadır. Həmin dövrə aid 
Naxçıvan saxsı qablarının üzərlərindəki naxışları gözdən keçir-
məklə  ornamentlərin  xarakterini  müəyyənləşdirmək  mümkün-
dür.  Bu  qabların  üzərindəki  naxışlar  içərisində  həndəsi  fiqur-
lar:  romblar,  üçbucaqlılar,  latın  əlifbasının  “S”  hərfini  və  üç 
rəqəmini  xatırladan  spiralvari  elementlər,spirala  çevrilən  düz 
xətlər və sairə geniş yayılmışdır. Eyni motivlərə Azərbaycan xal-
çalarında da rast gəlinir.” (Алиева, Шамхалова, 2005, c. 39). 
Əgər antik dövr yunan müəlliflərinə inansaq, iskit və sakla-
rın Azərbaycandakı mədəni köklərini hətta Paleolit dövrünə qə-
dər uzatmaq mümkündür. Məsələ burasındadır ki, Azıx mağara-
sında  aparılan  qazıntılar  nəticəsində  aşkar  olunan  və  yaşı  təq-
ribən  700  min  ilə  bərabər  olan  ocaq  izləri  indiyə  qədər  bütün 
dünyada tapılan ən qədim ocaq izidir. Bu fakt ölkəmizin dünya-
da süni yolla od əldə edərək, onu uzun müddət yanar vəziyyətdə 
saxlamaq  texnologiyasının  ilk  dəfə  kəşf  və  tətbiq  edildiyi  ərazi 
olduğunu söyləməyə əsas verir. Bu da təbiidir. Çünki Azərbay-
can ərazisi ən qədim zamanlardan odun yerdən təbii şəkildə çıx-
dığı  yeganə  ərazidir.  Bu  baxımdan  Balaxanı  kəndi  yaxınlığın-
dakı  Yanardağ  və  Astara  rayonundakı  yanan  bulaq  deyilənlərə 
ən gözəl misaldır. Təsadüfi deyil ki, qonşularımız ən qədim za-
manlardan Azərbaycanı ―Odlar yurdu‖ adlandırmışlar.  
Mövzu ilə bağlı H.Cəfərov yazmışdır:                    
"Arxeoloji  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki, 
Azərbaycanın  ən  qədim  sakinləri  hələ  ən  azı  700  min  il  öncə 
süni yolla od əldə etməyi və onu uzun müddət yanar vəziyyətdə 
saxlamağı  öyrənmişdilər.  Ocaqdan  isinmək,  vəhşi  heyvan-
lardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu." 
(Azərbaycan tarixi, 1994, s. 21). 
 Qədim  yunan  şairi  və  dramaturqu  Esxil  özünün  məşhur 
―Zəncirlənmiş Prometey‖ əsərində minilliklərin dərinliklərindən 
gələn miflərə istinad edərək, odun tanrılardan oğurlanaraq insan-


221 
 
lara  təslim  edildiyi  yer  kimi  İskitlər  ölkəsi  və  Qafqazın  adını 
çəkir. Bu, insanların odla ilk tanışlıq yerinin Qafqazdakı iskitlər 
ölkəsinin  olduğu  deməkdir.  Esxil  sözügedən  əsərin  ən  başında 
Hakimiyyət və Qüdrətin dili ilə deyir: 
       “Bir uzaq guşəsinə gəlib yetişdik yerin
       Boş, tənha çöllərinə yırtıcı iskitlərin. 
       Atanın buyruğuna itaət eyləyərək
       Bu yaramaz canini öz əllərinlə gərək 
       Mıxlayasan qayaya, Hefest, budur vəzifən; 
       Ona bir zindan yarat zəncir həlqələrindən. 
       O sənin çiçək kimi açılan atəşini, 
       Şəfəqləri dörd yana saçılan atəşini, 
       Oğurlayıb aparmış, vermişdir insanlara...”  
    (Esxil, 2006, s. 7)  
 
Təqdim  olunan  sitatdan  da  göründüyü  kimi,  qədim  yunan 
mifologiyası  insanların  odla  tanışlıq  yeri  kimi  İskitlər  ölkəsini 
tanıyır.  Əsərin  başqa  yerində  də  hadisənin  məhz  İskitlər  ölkə-
sində  baş  verdiyi  qeyd  edilir.  Bu  dəfə  bu,  Prometeyin  öz  dilin-
dən söylənir:
 
“Bir an dinclik bilməyən sonsuz ləpələriylə  
Başdan-başa dolaşan yeri elədən-belə. 
Ey atamız Okeanın və çox uşaqlı Tifin 
Gənc nəsli, yaxın gəlin, vəhşi gəzən iskitin  
Yurdu olan bu yerdə, bu yüksək qayalarda  
Zəncirlərlə bağlanıb qalmışam necə darda.”  
  (Esxil, 2006, s. 15) 
Yunan mifologiyasında yunanların odu Qafqazdakı iskitlər, 
yəni  saklar ölkəsindən  oğurladıqları bildirilir. Bu, dolayısı ilə  o 
deməkdir  ki,  bu  xalqın  əcdadları  ocaq  qalamağı  və  onu  uzun 
müddət  yanar  vəziyyətdə  saxlamağı  sakların  (türklərin)  ulu  ba-
balarından  öyrənmişlər.  Türk  mifologiyasında  isə  fərqli  səhnə 
ilə qarşılaşırıq: 
Tanrı  insanı  yaradanda  belə  fikirləşmişdi:  “Mən  bu  in-
sanları yaratdım, amma çılpaq yaratdım. Hava da bu günlərdə 
çox soyuqdur. İnsan oğlu özünü soyuqdan necə qoruyacaq və 


222 
 
necə yaşayacaq? Yaxşısı budur bunlara bir od da verim, isinib 
yaşasınlar.” 
Tanrıça  Ülgənin  üç  qızı  varmış.  Bunlar  da  odu  tapmaq 
üçün çalışırmışlar. Bir gün Tanrı bayıra çıxmışdı. Onun saq-
qalı çox uzun olduğu üçün yeriyəndə saqqalı ayağının altında 
qalmışdı. Ona görə səndələmişdi. Qızlar bunu görüncə gülmə-
yə  və  Tanrıya  istehza  etməyə  başlamışdılar.  Buna  görə  Tanrı 
çox  hirslənmiş  və  qızların  üzünə  baxmadan  çıxıb  getmişdir. 
Tanrının  hirsləndiyini  görən  qızlar  dilxor  olmuşlar.  Amma 
Tanrının nə etdiyini və barələrində nə danışdığını bilmək üçün 
qapının  deşiyindən  qulaq  asmağı  da  unutmamışlar.  Bu  vaxt 
Tanrı hirsli-hirsli və öz-özünə deyirmiş: 
Tanrıça  Ülgenin  üç  qızı  məni  ələ  saldı.  Onlarda  ağıl  nə 
gəzir?  Odu  tapmaq  üçün  sərt  bir  daşla  sərt  bir  dəmir  tapma-
lıdırlar  ki,  bir-birinə  vurub  od  çıxarsınlar.  Bunları  tapmaq 
üçün onlarda bu ağıl yoxdur.  
Qızlar bunu eşidən kimi işə başlamışlar. Sərt bir daşla sərt 
bir  dəmiri  bir-birinə  vuraraq  odu  icad  etmişlər
 
(Ögəl,  2006, 
səh. 147). 
Herodotun  yazdığına  görə,  Tanrı  kotan,  qılınc,  xamut  və 
qabı  məhz  iskit-saklara  bəxş  etmişdir  (Гасанов,  2002,  с.  160-
163). Başqa sözlə, bu əşyaları ilk dəfə iskit-saklar kəşf etmişlər. 
Bunlardan kotan və xamut mövzumuz baxımından böyük maraq 
doğurmaqdadırlar.  Çünki  bir  xalqın  adının  bu  əşyalarla  yanaşı 
çəkilməsi, həmin xalqın oturaq əkinçilik mədəniyyətinin əsasını 
qoyması anlamına gəlir. Herodot kotanın icadını Tarqitayın oğlu 
Arpaksayın (Arpaçayın) adı ilə bağlayır (Гасанов, 2002, с. 160). 
Burada  ―Kotan‖  kəlməsinin  üzərində  xüsusi  durmağımıza 
ehtiyac var.  
Q. Cavadov yazır:  
“Apardığımz  tədqiqatlar  qara  kotanın  Qafqaz  mənşəli 
şum  aləti  olduğunu  təsdiq  edir.  Bu  şum  aləti  Qafqaz  xalqla-
rının  çoxunda  olub,  azərbaycanlılarda  “kotan”,  ləzgilərdə  və 
Şahdağ  qrupu  xalqlarında  “kutan”,  gürcülərdə  “qutani”,  çe-
çenlərdə  “quton”,  avarlarda  “kutan”,  balkarlarda  “qotan”, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə