Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


şərtlə icazə verdi ki, oğlanın buna hazır olduğuna əmin olsun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   77   78   79   80   81   82   83   84   ...   97

244 
 
şərtlə icazə verdi ki, oğlanın buna hazır olduğuna əmin olsun. 
Nəvəsi razılaşdı. Bundan sonra baba nəvəni sınağa çəkdi. Ona 
yaxın  məsafədən  ox  yağdırmağa  başladı,  oğlanın  oxlardan 
necə  məharətlə  yayındığını  görüb  gəncə  xeyir-dua  verdi.  Ona 
atasının silahını verib yola saldı. Tapşırdı ki, yolüstü onun də-
mirçi dostuna baş çəksin. 
Oğlan yola düşdü. Yolüstü dəmirçi ilə görüşdü, o da ona 
içi oxlarla dolu on kolçan qayırdı. Bu müddət ərzində çoxlu ov 
edən  gənc  özü  üçün  yetərincə  azuqə  hazırladı.  Dəmirçidən 
mayatların harada yaşadığını öyrənib yoluna davam etdi. 
Mayatlar  kuntukda  (Tundra içində açıq düzənlik) yaşayır-
dılar.  Oğlan  onların  düşərgəsinə  çatanda  boş  çumlardan  (sa-
xa-yakutlara məxsus xüsusi çadırlardan) başqa bir şey görmədi. 
Həmin vaxt  mayatlar  birlikdə  balıq tutmağa getmişdilər.  Für-
sətdən  istifadə  edən  gənc  onların  yaylarının  maral  damarın-
dan düzəldilmiş iplərini açdı.  
Çumların birində qoca bir qarıya rast gələn oğlan bu əsir 
qadından  başına  gələnləri  danışmasını  xahiş  edir.  Qarının 
söylədiklərindən  belə  aydın  olur  ki,  bu  onun  dopdoğma  ana-
sıdır. Oğlan ona gəlişinin səbəbini və niyyətini açıb söyləyir. 
Axşam  tərəfi  mayatlar  balıq  ovundan  geri  dönürlər.  On-
ların  önündə  öndərləri  Mahan-Mehçə  və  qardaşı,  qadın  hö-
rükləri  kimi  uzun  hörükləri  olan  Ünqkəəbil  gəlirdi.  Mahan-
Mehçə gənci gördü və onun Ürənə nə qədər çox oxşadığından 
heyrətə düşdü. Lakin oğlan bildirdi ki, guya o, kasıb bir balıq-
çının  oğludur.  Anası,  Ürənin  arvadı  da  düşmənləri  azdırmaq 
üçün dedi ki, guya Ürənlə onun heç vaxt övladları olmayıbmış. 
Buna  baxmayaraq,  Mahan-Mehçə  hər  ehtimala  qarşı  oğlanı 
öldürmək qərarına gəldi. Bunu başa düşən gənc yerindən cəld 
sıçrayaraq ox-yayını götürdü, var qüvvəsi ilə çığıraraq gerçək-
dən  də  Ürənin  oğlu  olduğunu  təsdiq  etdi  və  dərhal  da  bir  ox 
atıb,  ayaqları  öz  uzun  hörüklərinə  dolaşan  Ünqkəəbili  öldür-
dü.  Düşmənlər  öz  oxlarını  götürüb  qarşılıq  vermək  istəyəndə 
yaylarının  iplərinin  açıldığını  və  yararsız  hala  düşdüyünü 
gördülər və nə edəcəklərini bilmədilər. Ürənin oğlu isə onları 


245 
 
bir-bir  dənləməyə  başladı.  Mayat  soyunun  yarısını  məhv  etdi. 
Digər yarısı isə canlarını qaçıb gizlənməklə qurtara bildilər. 
Bundan  sonra  oğlan  anası  ilə  birlikdə  babasının  yanına 
qayıtdı (Гуревич, 1977, с. 95-97). 
Birinci  variantdan  fərqli  olaraq,  daha  arxaik  olan  bu  va-
riantda nə rusların, nə də rus-kazakların izi-tozu belə yoxdur. Bu 
da  təbiidir.  Çünki  bu  dastan  rusların  Sibiri  işğalından  çox-çox 
öncələr yaranmışdır.  
Saxa-yakut  türklərinin  təsəvvürünə  görə,  usunlar  (hosunlar) 
nəhəng,  ucaboy  olmuşlar.  Ola  bilsin  ki,  ―usun‖  etnoniminin  kö-
kündə də elə bu keyfiyyət durur: usun-uzun (uca). Əgər bu belə-
dirsə, o zaman Azərbaycanda qeydə alınmış bir mifoloji mətni də 
usunlarla əlaqələndirmək olar. Həmin mətnin məzmunu belədir: 
Qavaxlar  uzuxlar  oluflar.  Çox  hündür  iymişlər.  Hər  biri 
bir  çinar  kimi.  Ona  görə  də  indinin  özündə  də  bir  uca  boylu 
adam  görəndə  deyirlər  ki,  uzuxdu.  El  arasında  timsaldı  da. 
Uzuxlar bizim əjdadlarımız oluflar. Özü də çox yaşamışlar, yüz 
il, iki yüz il, üç yüz il. 
Belə eşitmişəm ki, günnərin bir günündə uzuxlardan biri 
meşəyə  odun  qırmağa  gedifmiş.  Orada  gözünə  qəribə  bir  şey 
dəyir.  Bapbalaca.  Oyucuna  alıf  evə  gətirir.  Bütün  uzuxlar  da 
onun  başına  toflaşırlar.  Başlayırlar  bu  əcayib  şeyə  baxmağa. 
Birdən onnarın bir ağsaqqalı qavağa gəlif deyir: 
-  Bu  əcayıf  şey  deyil.  İnsandı.  Vaxt  gələjək,  bunnar  yer 
üzünü götürəjəy. Bizi də əvəz edəjəylər.  
İnsanı tutuf gətirən Uzux bərkdən gülür. Deyir: 
-  Bu  özü  nə  şeydi  ki,  bizi  də  əvəz  edə  bilsin.  Boyu  heş 
mənim  qarışım  qədər  döyül.  Elə  oycumu  yumsam,  əlimdəcə 
canı çıxar. 
Qoca uzux deyir: 
-  Yox  elə  döyül.  Bunnar  bizdən  çox-çox  ağıllıdırlar.  Özü 
də vaxt gələjəy, bizi əvəz edəjəylər. 
İnsanı gətirən uzux deyir: 
-  İndi  ki  belə  oldu,  mən  onu  imtahan  edərəm.  Əgər  sö-
zümü yerinə yetirsə, inanaram, özü də buraxaram gedər. Yox, 


246 
 
əgər  yerinə  yetirməsə,  onda  çüjmüşdür.  Ovcumu  yumaram, 
əzilib ölər. 
Qoja uzux deyir: 
- Yaxşı, onu öncə imtahan etmək istəyirsən? 
İnsanı gətirən uzux deyir: 
- Özüm bilərəm, indi görərsən. 
Uzuxun bir atı varmış. Dam boyda. Elə hündürüymüş ki, 
adam baxanda papağı düşərmiş. Uzux töyləyə gedir, atı çəkə-
çəkə  gətirir  insanın  yanına.  Sonra  da  bir  torvaya  bir  az  arpa 
töküf deyir: 
- Ey insan, bax bu torvada arpa var, keçir atın başına qoy 
yesin. 
İnsanın boyu atamı çata bilərdi. Heç ayağının yarısı qədər 
də deyildi. Amma o torvanı baş tərəfindən başlayıb arpaya ça-
tınca qatdıyır. Sonra da torvadakı arpanı ata göstərib yırğala-
yır,  başlayır  muşqurmağa.  At  səs  eşidib  aşağı  baxır.  Arpanı 
görən  kimi  başını  torbaya  salıb  arpanı  yeməyə  girişir.  İnsan 
tez torvanı atın başına keçirir. 
Bunu  belə  görən  uzux  əlini  əlinə  vurub  bərkdən  gülür. 
Deyir: 
-  Bir  buna  bax,  bunun  boyuna  bax,  gör  torbanı  atın 
boynuna  necə  keçirdi.  Bir  qarış  boyu  ilə  torvanı  dam  boyda 
atın başına keçirdisə, deməli bizi də əvəz eliyəcəh. 
Doğrudan da vaxt keçdi, vədə gəldi, insanlar bütün dün-
yaya  yayıldılar.  Uzuxların  da  yalnız  üç-dörd  metrlik  qəvirləri 
qalıb (Azərbaycan mifoloji mətnləri, 1988, s. 44-45).  
Ola  bilsin  ki,  saklar  əski  ata  yurdlarından  indi  yaşadıqları 
əraziyə  köçdükdən  sonra  əski  düşmənlərinin  –  mayatların  (ba-
yatların)  adını  yeni  vətənlərindəki  yeni  düşmənlərinə,  yerli  fin-
uqor  xalqlarından  samaylara  (nenetslərə)  və  nqasanlara  şamil 
etməyə başlamışlar.  
Hər  halda,  saxa-yakutların  sözügedən  xalqları  belə  adlan-
dırdığı danılmaz faktdır. Bu, mayatlar haqqında saxa-yakutlardan 
toplanmış  bəzi  rəvayətlərdən  açıq-aydın  görünməkdədir.  Samay 
qəbilələrindən  heç  biri  özünü  belə  adlandırmamışdır.  Bu  rəva-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə