241
etmiş vəziyyətdə tapırlar. Ana belə etməklə öldürülmüş dəmirçi
oğlunun yanına getmiş olur (Ксенефонтов, 1937, с. 490-495).
Bu variantda rusların və rus-kazakların adının çəkilməsi
onun son şəklini çox da uzaq olmayan keçmişdə aldığını söylə-
məyə tam əsas verir. Məsələ burasındadır ki, ilk rus-kazak dəstə-
ləri Saxa-Yakutiya ərazisində XVl əsrdə peyda olsalar da rusların
bu ölkədə məskunlaşması XVll əsrdən intensiv xarakter almışdır.
Maraqlıdır ki, saxa-yakutlar bir yandan Ünqkəəbili öz milli
qəhrəmanları hesab edir, o biri yandan isə onun milliyyətcə yu-
kaqir olduğunu söyləməyi də unutmurlar. Belə ki, İ.S.Qureviçin
―Ünqkəəbil kim olmuşdur?‖ sualına sözügedən dastanın ən
tanınmış söyləyicilərindən biri kimi tanınan, milliyyətcə saxa-
yakut Anna Nikolayeva belə cavab vermişdir:
“Bəzilərinin fikrincə, o, yukaqir olmuşdur” (Гуревич,
1977, с. 93).
Məlumat üçün bildirək ki, Sibirin aborigenlərindən olan
yukaqirlər, demək olar ki, bütünlüklə saxa-yakutların içində əri-
mişlər və hazırda yukaqir dilində danışanların sayı sadəcə bir neçə
yüz nəfərdir. Görünən budur ki, saxa-yakutların Ürən haqqında
dastanı bu xalqın içində əriyən, daha doğrusu, onun etnogenezində
müəyyən qədər iştirak edən yukaqirlərin folkloruna qarışmışdır.
İ.S.Qureviçin topladığı ―Ürən hosun dastanı‖ adlı variant
isə ortaya tamam fərqli məqamlar qoymaqdadır. Burada Ünq-
kəəbil artıq əsas və müsbət qəhrəman yox, müsbət qəhrəman
rolunda çıxış edən Ürənə qarşı çıxış edən Mahan-Mehçənin
qardaşıdır və mənfi obrazdır. O, dastanın sonunda Ürənin oğlu
tərəfindən öldürülür (Гуревич, 1977, с. 93). Belə görünür ki,
Ünqkəəbil əslində saxa-yakutların içərisində əriyərək türkləşən
yukaqirlərin qəhrəmanıdır. Damarlarında təmiz türk qanı axan
saxa-yakutların dastan yaddaşında isə o düşmən kimi həkk olu-
nub. Bu isə o deməkdir ki, saxa-yakutlar bu ərazilərə köç etmə-
mişdən və yukaqirləri assimilə etməmişdən öncə gəlmələrlə yer-
lilər arasında düşmən münasibətlər olmuşdur. Bu səbəbdən də
gəlmələrə qarşı yerlilərin müqavimətinə başçılıq edən Ünqkəəbil
bu variantda düşmənlərin cərgəsində yad edilir.
243
silahına tərəf qaçmağa başladı. Onu pusan mayatlar nə qədər
ox atdılarsa, oxları boşa çıxdı, çünki o, ağ doxa geymişdi və bu
səbəbdən də cəld hərəkət edə və düşmən oxlarından asanlıqla
yayına bilirdi. O qaçaraq özünü dərəyə atdı, amma dərənin
arxa tərəfindəki bataqlığa düşdü. Hərəkət edə bilmədi. Ma-
yatlar ox yağdırmaqda davam edirdilər. Ürən oxları bir-bir
göydə tuturdu. Belə olan halda mayatlardan biri oxu bataq-
lığın içindən atdı və Ürən-hosunu ayağından yaraladı. Çoxlu
qan itirən, bu səbəbdən də zəif düşən Ürən özünü məğlub
hesab etdi və oxlardan yayınmağa son verdi. Nəticədə mayatlar
onu öldürdülər.
Bundan sonra düşmənlərin öldürülmüş Ürənin sümüklərinin
iliklərini çıxarması və qoca atasına göndərməsi epizodu gəlir.
Dastanın sonrakı hissəsində deyilir:
Düşmənlər Ürənin bütün qonum-qonşusunu, qohum-əq-
rəbasını məhv etdilər. Yalnız qoca atasını sağ buraxdılar və
bildirdilər ki, öz düşərgələrinə gedərkən, yol boyu ağacların
qabıqlarında kəsiklər edəcək və iz qoyacaqlar. Əgər kimsə
qisas almaq istəsə, onları bu izlərlə tapa bilər. Onların başçısı
Mahan-Xopo (və ya Mahan-Mahçə)
Ürənin arvadını özü ilə
əsir apardı.
Qoca mayatlarla döyüş zamanı böyük qazanın altında
gizlətdiyi və bu üzdən də sağ qalan kiçicik nəvəsini, Ürən-ho-
sunun oğlunu böyüdərək tərbiyə etdi. Uşaq doqquz yaşına
çatanda elə bir mahir ovçu oldu ki, ox atmaqda babasından
da, atasından da daha üstün oldu. Bir dəfə o, ovda ikən
ağacların üzərindəki kəsmə işarələr diqqətini çəkdi və babasın-
dan onların nə anlama gəldiyini və kimlər tərəfindən qoyul-
duğunu soruşdu. Babası uzun müddət sualı cavablandırmaq-
dan yayınaraq, işarələrin mahiyyətindən xəbərsiz olduğunu
söyləsə də nəvəsinin təkid və israrı qarşısında geri addım at-
malı oldu, məsələni açıb ona danışmaqdan başqa çarəsi qal-
madı. Baba nəvəni qisas üçün düşmən düşərgəsinə getməməsi
üçün nə qədər dilə tutdusa, xeyri olmadı. Oğlan qisas almaq
arzusu ilə alışıb-yanırdı. Nəhayət qoca icazə verdi, amma bir