Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   75   76   77   78   79   80   81   82   ...   97

238 
 
dan  iştirak  etmiş  uysunlar  (usunlar)  etnik  baxımından  sakların 
bir  qolu  olmuşdur  (Грум-Гржимайло,  1944,  с.  7).  Maraqlıdır 
ki,  bir  zamanlar  Azərbaycandan  (Qafqaz  Albaniyasından  köçə-
rək indiki Qazaxıstan ərazisində məskunlaşan və Qazax türkləri-
nin mühüm tərkib hissəsinə çevrilən alban soyu uysun boyunun 
tərkibində  olmuşdur  və  görkəmli  qazax  maarifçisi  Ç.Vəlixanov 
da  onları  qoşa  qeydə  almışdır  (Велиханов,  I,  с.  628).  Orta 
Asiyanın türk xalqlarının formalaşmasında mühüm rol oynamış 
uysunların  sakların  bir  qolu  olduğunu  yazılı  mənbələrlə  yanaşı 
arxeoloji  faktlar  da  birmənalı  şəkildə  sübut  edir.  Bu  faktlara 
istinad edən A.N.Berenştam yazmışdır: 
 “Kanqlı  və  usunların  mədəniyyəti  sak  mədəniyyətinin  bir-
baĢa davamıdır” (Бернштам, 1946, с. 112).  
E. ə. III əsrə aid Çin mənbələrində adı keçən və Sak (Se) öl-
kəsinin  sakinləri  kimi  yad  edilən  uysunların  //  usunların  (Gök-
yay, 1938, CLVIII-CLIX) Azərbaycanın da ən qədim sakinlərin-
dən  olduqlarını  ―Kitabi-Dədə  Qorqud‖  eposu  təsdiqləməkdədir. 
Mütəxəssislər  eposun  ikinci  dərəcəli  personajlarından  biri  kimi 
çıxış  edən  ―Uşun  Qoca‖  adındakı  ―Uşun‖  hissəsinin  usunlarla 
əlaqəli olduğunu söyləyirlər. Mövzu ilə bağlı S.Əliyarov yazır: 
“”Uşun Qoca”… hələ miladdan əvvəlki Çin qaynaqların-
da  yad  edilən  türkdilli  etnosun  adı  ilə  bağlıdır”  (Əliyarov, 
1991, s. 145). 
Çox  güman  ki,  Naxçıvandakı  Uzunoba  kəndinin  adının 
etimologiyası da usunlarla bağlıdır. 
İ.S.Qureviç yazır ki, Şimali Yakutiyada yerləşən Olenek çayı 
hövzəsinin  toponomikası,  demək  olar  ki,  bütünlüklə  sözügedən 
eposun  əsas  qəhrəmanının  –  bir  versiyaya  görə  Ürən,  digər 
versiyaya  görə  isə  Ünkəəbil  adlandırılan  qəhrəmanın  adı  ilə 
bağlıdır. Belə ki, əslən Olensk rayonundan olan dastançıların, fak-
tiki  olaraq,  hamısı,  Anabardan  olan  dastançılarınsa  bir  qismi 
Ürənin  yaşamış olduğu məkan kimi Olenek qəsəbəsi  yaxınlığın-
dakı Tumannax-Tübətə adlı yerə təpəlik yerə işarə edirlər. Burada 
Ürən  xaya  (Ürən  qaya)  adlı  dağ  zirvəsi  ucalır.  Onun  ətəyindən 
Ürən  appata  adlı  kiçicik  çay  axmaqdadır.  Qəsəbədən  3  km 


239 
 
aşağıda  isə  Ürən  koul  (Ürən  göl)  adlı  göl  var.  Ola  bilsin  ki, 
Azərbaycandakı qədim Örənqala yaşayış məntəqəsinin də adı sak 
(saxa  –  yakut)  eposunun  qəhrəmanı  Ürənin  adı  ilə  bağlı  olmuş 
olsun.  Əgər  bu  ehtimal  gələcəkdə  öz  təsdiqini  taparsa,  o  zaman 
tam  qətiyyətlə  demək  olar  ki,  hosun  dastanlarının  köklərindən 
birini sakların ata yurdu olmuş Azərbaycanda axtarmaq lazımdır. 
Bütün bu deyilənlərlə yanaşı qeyd etmək lazımdır ki, Ürən 
hosunla  bağlı  rəvayətlərdə  adı  çəkilən  toponimlərin  böyük  ək-
səriyyəti Olensk yaxınlarındakı yer adları ilə tam üst-üstə düşür. 
Bu  baxımdan  Olenek  qəsəbəsindən  80  km  yuxarıda  yerləşən 
Axıs-arı, 15 km aralıdakı Talakan-ayan, 25 km məsafədəki Bar-
qıdamet Mainda kimi yer adlarını misal çəkmək olar (Гуревич, 
1977, с. 89). Bu isə o deməkdir ki, eposun son şəkli məhz həmin 
ərazilərdə formalaşmışdır. 
İkinci tip rəvayətlərə əsasən adı Ünqkəəbil bahadır kimi ke-
çən qəhrəman Olenek çayının aşağı axarlarında, onun mənsəbinə 
yaxın  ərazidə  yerləşən  Tüməti  qəsəbəsində  məskun  idi.  Həmin 
ərazidə bir vaxtlar Ünqkəəbil xaya (Ünqkəəbil qaya) adlı dağ və 
eyni  adlı  mağara  var  imiş.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  saxa-
yakutlar  şimal  şəfəqini  ―ünqkəəbil‖  adlandırırlar.  Şübhəsiz  ki, 
bu  ad  sakların  bugünkü  Saxa-Yakutiya  ərazisinə  köçməsindən 
və qütb şəfəqi ilə tanış olmasından sonra yarana bilərdi. Odur ki, 
Ürən  adı  daha  arxaikdir  və  ola  bilsin  ki,  saklar  onu  bu  əraziyə 
eposun süjeti ilə birlikdə əski ata yurdlarından gətirmişlər. 
Çayın  aşağı  axarlarına  yaxın  ərazilərdə  yayğın  olan  versi-
yalarda  qəhrəman  qardaşının  intiqamını  alır,  döyüşdə  ölür  və 
bundan sonra onun işini oğlu davam etdirir. Burada söhbət eyni 
etnosun  iki  soyu  arasındakı  düşmənçilikdən  gedir.  Bu  süjetin 
daha geniş və dəqiq variantı 1926-cı ildə Q.V.Ksenofontov tərə-
findən Lena sahillərindəki Bulun adlı yaşayış məntəqəsində qey-
də alınmış ―Ünqkəəbil və Çəmpərə‖ adlı variantdır (Ксенефон-
тов, 1937, с. 490-495). Həmin variantın qısa məzmunu belədir:  
Məşhur  hosun  Ünqkəəbil  və  onun  iki  qardaşı  Olenek  ça-
yının  aşağı  axarının  sahillərində  yaşayır  və  burada  vəhşi  ma-
ralları ovlayırdılar. Bir payız günü o, düşərgədə olmadığı zaman 


240 
 
düşərgəyə hosun Çəmpərə gəlir, Ünqkəəbilin dəmirçiliklə məş-
ğul olan kiçik qardaşını öldürür, onun uzun hörüklü saçını kə-
sib anasına göndərir və bununla da Ünqkəəbili döyüşə səsləyir. 
Evə  dönən  qəhrəman  baş  verənlərdən  xəbər  tutur.  O 
döyüşə  yollanmamışdan  öncə  ikinci  qardaşı  Caakdaktuunun 
taleyi ilə maraqlanır və məlum olur ki, onu rus kazakları girov 
götürmüşlər.  Hadisə  aydınlaşdıqdan  sonra  ruslar  qardaşını 
azad  edir,  ona  özbaşnalıq  edən  qəbiləni  tapmaq  üçün  60  dö-
yüşçü və bir şaman verirlər. Düşmən düşərgəsinə gedən yolda 
şaman  cadu  edərək  Çəmpərənin  ruhunu  bayquşa  cevirir  və 
Caakdaktuu onu öldürür. 
Düşmən düşərgəsinə çatdıqda Ünqkəəbil qardaşı ilə birlik-
də vəhşi maral qiyafəsində, böyük ağac odunlarının köməyi ilə 
çayı  keçirlər.  Həmin  gün  Çəmpərənin  adamları  böyük  şadya-
nalıq və ziyafət təşkil etmişdilər. Odur ki, qardaşlar çətinlik çək-
mədən  düşərgəyə  daxil  ola  bilirlər.  Burada  onlara  məlum  olur 
ki, Çəmpərə ox atarkən barmaqları sürüşməsin deyə yeməyə əl 
sürtmür.  Onu  əsir  bir  rus  yedizdirir.  Ünqkəəbil  gizlicə  rusa 
yaxınlaşaraq, onu Çəmpərənin oxlarını təxrib etməyə sövq edir. 
Düşmənin düşərgəyə hücum edə biləcəyindən ehtiyat edən 
Çəmpərə şamana öncəgörümlük etməyi tapşırır. O isə öz növ-
bəsində  üç  gün  sonra  gecə  vaxtı  hücum  baş  verəcəyini  söy-
ləyir. Bu arada çadıra yaxınlaşan qardaşlar düşərgədəkiləri ox 
yağışına  tuturlar.  Bunu  görən  Çəmpərə  Olenek  çayı  boyunca 
üzü  yuxarı,  öz  gizli  silah  anbarına  tərəf  qaçmağa  başlayır. 
Qardaşlar onu təqib etməyə başlayırlar, fəqət o hər dəfə atılan 
oxlardan  yayınmağı  bacarır.  Bununla  belə,  Çəmpərə  çayı 
keçərkən Caakdaktuu onu ayağından yaralayır. Ən sonda isə 
o, qardaşlar tərəfindən öldürülür. Onlar Çəmpərənin hörüyü-
nü kəsir, sümüklərini  qurudur və mərhumun anasına aparır-
lar. Anası isə qardaşlara bildirir ki, oğlu doqquz il öncə aclıq 
çəkibmiş. Bundan sonra qaliblər doğma torpaqlarına, öz ana-
larının yanına qayıdırlar. Ona öldürülmüş düşmənin hörüyü-
nü verirlər. Ünqkəəbil və Caakdaktuunun anası hörüyü götü-
rüb çölə çıxır. Bir müddət sonra isə onu özünü asaraq intihar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə