Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   78   79   80   81   82   83   84   85   ...   97

247 
 
yətlərdə  mayatlarla  samaylar  (nenetslər)  və  nqasanlar  arasında 
bərabərlik işarəsi qoyulur. Onlardan bir neçəsini gözdən keçirək. 
1942-ci  ildə  N.Petrov  tərəfindən  qeydə  alınmış  rəvayətdə 
deyilir: 
Qədim  zamanlarda  Olenek  çayı  sahillərinə  Mayat  soyu 
köç etmişdi. Mayatlar Olenek çayını ilk dəfə görəndə heyrət və 
məyusluqlarını  gizlətməyərək  demişdilər:  “Ba!  Bu  çayımı 
böyük  çay  adlandırırlar?!  Onu  ki  soyumuzdan  olan  istənilən 
uşaq  bir  göz  qırpımında  üzüb  keçər!”  Sonra  onların nəzərini 
buzun altından gözə dəyən mamont sümüyü cəlb etdi və onlar 
sümüyü  əldə  etmək  üçün  buzu  yarmağa  başladılar.  Nəticədə 
buz parça-tikə oldu və suya düşən mayatlar boğuldular. Belə-
cə, mayat soyu məhv oldu (Ксенефонтов, 1937, с. 547-548). 
1945-ci  ildə  X.Fyodorov tərəfindən saxa-yakut  türkcəsində 
yazıya köçürülmüş rəvayətdə isə belə deyilir: 
Çox-çox  qədim  zamanlarda,  müharibələr  dövründə  Ole-
nekdə  mayat-samaylar  məskən  saldılar.  Bu  adamlar  ovçuluqla 
məşğul  idilər.  Onlar  vəhşi  maralları  kütləvi  surətdə  qırır,  ov-
larını isə güçə və meydanlarda üst-üstə qalaqlayırdılar. Bir gün 
həmin  bu  samaylar  (nenetslər)  bir  vəhşi  maralı  tutub,  dərisini 
diri  soydular,  can  verməkdə  olan  heyvanla  əylənməyə  başladı-
lar.  Bu  hadisədən  sonra  ətrafdakı  bütün  marallar  birdən-birə 
yoxa  çıxdılar.  Belə  olan  halda  onlar  qidalanmaq  üçün  ət  am-
barlarına üz tutdular. Onda görünməmiş bir şey baş verdi. On-
lar  ambarlara  yaxınlaşanda  ambarlar  hərəkətə  gəlir  və  onlar-
dan uzaqlaşaraq, bəlli bir məsafədə dururdular. Sanki, ambar-
lar  da  onlardan  ehtiyat  edirdilər.  Belə  olan  halda  onlardan 
bəziləri öz ambarlarına ox atmağa başladılar. Amma bu onlara 
heç  nə  vermədi.  Bu,  maralla  qəddarcasına  rəftar  etdiklərinə 
görə  onlara  Tanrı  tərəfindən  göndərilmiş  bir  bəla  idi.  Bir 
vaxtlar  çoxsaylı  olan  samaylar  tədricən  azaldılar  və  günlərin 
birində Olenekdən yoxa çıxdılar (Гуревич, 1977, с. 99). 
1944-cü ildə S.Qureviç tərəfindən rus dilində qeydə alınmış 
digər rəvayətin məzmunu da belədir: 


248 
 
Yesey gölü yaxınlarından Bordax (Torpağı olan) çayı axır, 
amma onun bütün sahili boyu daşlıq ərazilər uzanır və torpaq-
dan əsər-əlamət belə yoxdur. Ola bilsin ki, o əslində Dvordaxdır 
(Həyəti  olan).  Orada  qaradam  var.  Bir  zamanlar  o,  yerdən  bir 
qədər yuxarı çıxırdı, indisə bütünlüklə torpaq altında qalıb.  
Günlərin birində mayatlardan olan bir qoca qarı gölə su 
dalınca gedibmiş. Bu qarı gölün ortasında mamont sümüyü ol-
duğunu  görür  və  digər  mayatları  sümüyə  baxmaq  üçün  səs-
ləyir. Mayatlar sümüyü hissə-hissə çıxartmaq üçün onu parça-
lamağa  başlayırlar,  fəqət  bu  zaman  ondan  qan  sızmağa  baş-
ladığını görürlər. Belə olan halda qocalardan biri sümükdən əl 
çəkməyi məsləhət görür. Qarı ilə birlikdə sahilə qayıdırlar. Elə 
bu an buz çatlayır və mayatların hamısı suda batır. Bunu gö-
rən qoca deyir ki, bundan sonra mayatlar əvvəlki kimi çoxsaylı 
olmayacaqlar... (Гуревич, 1977, с. 99). 
Eyni  ildə  eyni  şəxs  tərəfindən  yazıya  köçürülmüş  başqa 
variantda  isə  mayatlar  samay  soylarından  biri  kimi  təqdim  olu-
nurlar. Həmin variantda belə deyilir: 
Mayatlar  samaylardır  (Nenets  və  nqasanlardır).  Qədim 
zamanlarda  samaylar  aclıqla  üzləşmişdilər.  Bu  səbəbdən  də 
samay soylarından mayatlar  Olenek  tərəflərə  köç etdilər.  Am-
ma Olenek onların xoşuna gəlmədi.  “Nə üçün bu çayı  böyük 
çay adlandırırlar? Bu ki, bulaqdan başqa bir şey deyil!” – deyə 
onlar  rişxənd  edirdilər.  Bu  yerləri  bəyənməyən  mayatlar  geri 
döndülər.  Onların  başçıları  Moron-hosun  əyləncə  xatirinə 
vəhşi maralları tutur, dərilərini diri-diri soyur, sonra isə onla-
rın ağrıdan necə o yan-bu yana qaçdıqlarına tamaşa edirdilər. 
Bundan  qəzəblənən  ov  tanrıçası  Ətəəkən  onları  aclığa  düçar 
etdi (Гуревич, 1977, с. 100). 
Bu  və  digər  bənzər  rəvayətləri  tutuşduraraq  təhlil  edən 
B.O.Dolqix  mayatları  nqasanlarla  eyniləşdirməyə  cəhd  etməklə 
yanaşı, mayatların bəzi rəvayətlərdə ―vonyadır‖ adlı hansısa baş-
qa bir xalqla  yanaşı xatırlandığını qeyd etmişdir (Долгих, 1952, 
с.  24-33).  Fikrimizcə,  bu  halda  söhbət  sakların  əski  ata  yurdla-
rında üzləşdikləri başqa bir oğuz boyu bayandırlardan getməlidir. 


249 
 
Tarixi mənbələrdən belə  məlum olur ki, e.ə Vll əsrdə Azər-
baycan,  daha  dəqiq  desək,  Manna  dövləti  ərazisində  saklarla 
oğuzlar (İç Oğuz) arasında qanlı toqquşmalar baş vermiş, nəticə-
də birincilərin böyük bir hissəsi ikincilər tərəfindən sıxışdırılaraq 
ata  yurdlarını tərk etməyə məhkum edilmişdilər. Türk etnoqonik 
rəvayət və əfsanələrinin əsas qəhrəmanlarından biri Alp Ər Tonqa 
haqqında dastan və ağı da məhz həmin dövrdə ərsəyə gəlmişdir. 
Mannanın süqutu kutilərin (oğuzların) Cənubi Azərbaycan-
da hakimiyyətinin süqutu anlamına gəlməkdəydi və bu üzdən də 
adı mixi  yazılarda Tuqdamme kimi çəkilən sak hökmdarı mən-
bələrdə  "Saka  və  Qutium  hökmdarı"  kimi  yad  edilir.  Bu  isə  o 
anlama gəlir ki, kutilər artıq həmin dövrdən saklara tabe olmuş-
dular. Yəni saklar Mannanın hakiminə çevrilmişlər (Azərbaycan 
tarixi, 1994, s. 105). 
Təqribən eyni dövrdə Azərbaycanın siyasi  arenasında daha 
iki  qüvvə  hakimiyyət  uğrunda  mübarizəyə  atılır.  Bu,  madaylar 
(midiyalılar)  və  bir  müddət  saklardan  asılı  vəziyyətdə  yaşadıq-
ları üçün ümumiləşdirici "sak" adı ilə yanaşı özlərinin əsl adı ilə 
də  yad edilən işquzlar idilər. Mənbələrdə Partatua (Prototiy) və 
oğlu  Madiy  işquzların  hökmdarı  kimi  təqdim  olunurlar.  Bunlar 
psevdo,  yəni  yalançı  saklar  idilər.  Beləcə,  Azərbaycanın  üç  qə-
dim türk boyu arasında Mannanın və kutilərin mirası, yəni taxt-
tac uğrunda amansız, qanlı mübarizə başlayır. 
Əslində mübarizənin əsas hissəsi midiyalılarla işquzlar ara-
sında getmişdir. Çünki saklar (şakılar) bu mübarizədə tez bir za-
manda  məğlub  olaraq  Quzey  Qafqaza  qaçmağa  məcbur  olmuş-
lar. Hadisələr isə belə cərəyan etmişdir. 
Manna uzun müddət Aşşurla ittifaqa sadiq qalsa da, güclən-
məkdə  olan  kimmer-iskit-sak  qəbilələrinin  təhriki  ilə  bu  ittifaqı 
pozmalı  oldu.  Bu  Manna  hökmdarı  Ahşerinin  dövründə 
(e.ə.675-650) baş verdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya 
qarşı  müharibəyə  başladı  və  qələbə  çaldı  (Azərbaycan  tarixi, 
1994, s. 101). 
Əslində həmin dövrdə Aşşurların vəziyyəti də yaxşı deyildi. 
Beləki,  bu hadisədən çox-çox öncə, daha dəqiq  desək, e.ə.  VIII 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə