Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   86   87   88   89   90   91   92   93   ...   97

271 
 
dır. ―Kitabi-Dədə Qorqud‖a daxil olan ―Bamsı Beyrək‖ boyunun sü-
jetini xatırladan bu nağılın qəhrəmanı Manaş azman bir bahadırdır. 
M.H.Tantəkin  sözügedən  süjetlə  Firdovsi  ―Şahnaməsində 
yer alan ―Bijən və Mənijə‖ dastanının süjeti, eləcə də V əsr ermə-
ni  tarixçisi  M.Xorenatsinin  nəql  etdiyi  real  bir  tarixi  hadisə  ara-
sında bağlılıq görməkdə və onları eyni kökdən hesab etməkdədir. 
M.H.Tantəkin özünün  ―Dəli  Becan surətinin prototipləri  məsələ-
sinə dair‖çox dəyərli məqaləsində sözügedən Altay nağılı ilə səs-
ləşən bir sıra süjet və surətlərdən söz açmaqdadır ki, bu da ―Alıp 
Manaş‖ın Azərbaycan mənşəli olduğuna, Orta Asiyaya Azərbay-
candan aparıldığına heç bir şübhə yeri qoymyr. Bu isə o deməkdir 
ki, özbəklər, qaraqalpaqlar və qırğızlar kimi Altay türkləri də öz 
etnogenezlərinin ilkin mərhələsini Ön Asiya və Qafqazda keçmiş-
lər. Hər halda fakt budur ki, qədim Urartu mənbələrində (e.ə. IX 
əsr) Altay (Alatey) toponimi də qeydə alınmışdır və Y.Yusifov bu 
toponimi Azərbaycan ərazisindəki ən qədim dövlətin – Arattanın 
başqa  bir  adı  saymaqdadır.  Eyni  sözləri  Alpamışı  (Manas,  Alıp 
Manaş) eynən qırğız və altaylılar kimi özlərinin soy babalarından 
biri hesab edən qazaxlara da aid etmək olar.  
Strabona  görə,  sarmatların bir  bölümü  "sarmat-kaziqlər,  yəni 
sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnoge-
nezində  iştirak  etmiş  soylardan  biri  də  sarmatlar  olmuşlar  (Аб-
ромзон, 1960, 116). Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə 
amazonkaların izdivacından törəmişlər və iskit dilində danışırdılar. 
Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara dəniz iskitlərindən 
və Don çayından şərqdə məskun idilər.Eyni mənbələrin təhlilindən 
belə  aydın  olur  ki,  onların  torpaqları  bugünkü  Rusiyanın  Kalmı-
kiya,  Həştərxan,  Stavropol  və  Rostov  bölgələrini  əhatə  edirdi. 
Antik müəlliflərin bəziləri sarmatları "savromat" da adlandırmışlar. 
Məsələn,  Herodot  "savromat"  yazdığı  halda,  eradan  əvvəl  4-cü 
əsrdə yaşamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş, Ovidiy 
Nazon  isə  hər  iki  addan  istifadə  etmişdir.  Pliniy  isə  yunanların 
sarmatları "savromat" adlandırdıqlarını bildirmişdir. 
Diodor  Siciliyalı  və  Pliniyin  bildirdiklərinə  görə,  sarmatlar 
Midiyadan,  yəni  Cənubi  Azərbaycandan  iskitlər  tərəfindən  köçə 


272 
 
zorlanmışlar.  Elə  bu  səbəbdən  də  bəzi  antik  müəlliflər  sarmatları 
midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy və 
Yuliy  Solin  sarmatları  midiyalıların  törəmələri  hesab  etmişlər. 
Pliniy  türkləri  sarmatların  bir  qolu  saymış,  Pomponiy  Mela  isə 
türklərlə sarmatların qonşu olduqlarını yazmışdır. Eradan əvvəl 2-
ci  əsr  müəllifi  Dionisiy  Pereqet  isə  sarmatları  hunlarla  eyniləş-
dirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soylarından biri 
də sarmatlardır və onlar qazaxların içərisində  "şermat" və  "sarmat 
teleu"  adları  ilə  məşhur  idilər.  Bu  fakt  qədim  Atropatenanın 
paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və 
nədən  qıpçaq  elementinin  oğuz  mənşəli  Azərbaycan  türkcəsində 
xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur.  
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy baba-
ları  saydıqları  maday  xalqının  da  qazaxların  etnogenezində 
iştirak etdikləri məlumdur. 
Tövratda Yafəsin oğullarından söz açılarkən, onlardan birinin 
Maday olduğu bildirilir. Eradan əvvəl 9-8-ci əsrlərə aid mixi yazı-
larda Madayın soyundan gələn xalqdan-maday xalqından və eradan 
əvvəl 7-6-cə əsrlərə aid mixi yazılarda isə bu xalqın Azərbaycanın 
cənubunda qurduğu Madayya dövlətindən söhbət açılır. Qədim yu-
nan müəllifləri, o cümlədən eradan əvvəl 5-ci əsrdə yaşamış Hero-
dot bu dövləti Midiya dövləti, xalqını isə midiyalılar kimi qeyd et-
mişlər. Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər 
türk  soy  və  boyları  kimi  madayların  da  izlərinə  sonrakı  əsrlərdə 
Türküstanda  rast  gəlirik.  Sonralar  hansısa  səbəbdən  Azərbaycanı 
tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində ya-
xından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli soylar-
dan biri də madaylar olmuşlar. Azərbaycanda yaşayan və sonradan 
qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnoge-
nezində yaxından iştirak etmiş soylardan biri də albanlardır.  
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, saxa-yakutların 
da ən qədim kökləri Azərbaycana uzanmaqdadır və bu köklər sö-
zügedən xalqın etnoqonik rəvayətlərində qorunub saxlanmışdır.


273 
 
QAYNAQÇA 
 
Qısaltmaların siyahısı 
 
AASF – Finlandiya Elmlər Akademiyasının xəbərləri. 
AFM – Azərbaycan filologiyası məsələləri. 
AUFA – Finlandiya Universitetinin illik xəbərləri 
CAJ Central Asian Journal  
CCK  –  D.  J.  Wiseman.  Chronicles  of  Chaldean  Kings 
(626-556 B. C.) in the British Museum London, 1961. 
DƏJ – Dil və Ədəbiyyat Jurnalı. 
DQJ – ―Dədə Qorqud‖ jurnalı. 
FUF – Fin-uqor tədqiqatları jurnalı 
JA – Jurnal Asiatiuqe. 
KŞA – Körösi şoma arxivi 
NAs – Nord Asiatik 
NKI  –  S.  Langdon.  Die  neubabiloischen  Köniqsinschrif-
ten. Lpk., 1912. 
OZ – Şərqi Asiaya jurnalı. 
TP – T Pounq-pao 
ZA – Zeitschrift für Assirologie. Lpz., B. 
* * * 
ААН СССР (ЛО) – Архив Академии Наук СССР (ЛО) 
АГАИ – Архив ГАНИИИЯЛ 
АГМЭ СССР – Архив ГМЭ СССР 
АИВ  АН  СССР  (ЛО)  –  Архив  Института  Востокове-
дения АН СССР (ЛО) 
АМ – Архивный Материал 
ВДИ – Вестник Древней Истории. 
ГАКМ – Горно-Алтайский краеведчиский музей 
ГАНИИИЯЛ  –  Горно-Алтайский  научно-исследова-
тельский институт истории языка и литературы 
ГМЭ СССР – Государственный музей этнографии наро-
дов СССР 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə