Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

268 
 
isə yüz (bəzi variantlarda qırx) oğul anası rolunda Jupar-kempir 
çıxış edir. 
Azərbaycanda  da  «Qırx  qız»  adlı  əfsanə  qeydə  alınmışdır. 
Bu  əfsanədə  düşmənlərdən  qaçan  qızların  duaları  ilə  dağ,  qaya 
ayrılır. Qızların qırxı da bu qayanın içinə girir. Qırx qızla bağlı 
motivə ―Dədə Qorqud‖ dastanında da rast gəlinir. Söhbət Burla 
xatunun qırx incəbelli qızla birlikdə qıpçaqlara əsir düşməsindən 
gedir. 
Qırğızlarda  da  ―Qırx  qız  ata‖  adlı  əfsanə  qeydə  alınmışdır 
və  bu  əfsanə  qaraqalpaq  dastanının  süjetini  deyil,  Azərbaycan-
dakı eyni adlı əfsanəni xatırlatmaqdadır. M.İsmayıl Rüstəm qızı-
nın fikrincə, qırğızların «Qırx qız ata» əfsanəsi türk mədəniyyə-
tinin оrtaq xüsusiyyətlərini aydın şəkildə göstərir. Əfsanəyə görə 
Köymеn dağında yaşayan оbalarda qırx qız bir-biri ilə bacı kimi 
kеçinirmiş.  Bir  gün  bu  оbalara  quldurlar  basqın  еdir.  Qızlar  о 
sırada hərəsi bir işlə məşğul imiş. Basqınçıları kafir sayan qızlar 
оnlara  görünməkdənsə  daş  оlmağı  diləyirlər.  Köymеn  dağı  ya-
rılır. Qırx qız dağın içinə girərək оrada daş оlurlar. Bura «Qırx 
qız ata» adlandırılmış və ziyarət yеrinə çеvrilmişdir. 
Daşa dönmə motivli ―Qırx qız ata‖ əfsanəsinin Azərbaycan 
mənşəli  olması,  eləcə  də  bir  çox  tədqiqatçının  ―qırğız‖  etno-
nimini  ―qırx  qız‖la  bağlaması  bu  xalqın  da  etnogenezinin  ilkin 
mərhələsinin  Azərbaycanla  bağlı  ola  biləcəyini  ehtimal  etməyə 
ciddi əsas verir. Qırğız türklərinin mənəvi dünyasının və əfsanə-
ləşmiş tarixi keçmişinin ―ensiklopediya‖sı hesab edilən ―Manas‖ 
dastanındakı  bir  neçə  önəmli  məqam  bu  ehtimalın  həqiqətdən 
qətiyyən uzaq olmadığını göstərir. 
Qırğız  rəvayətlərinin  birinə  əsasən,  qırğızlar  Manasın  qırx 
igidi ilə qırx qızın, yəni Qamkey xatunun qaravaşlarının izdiva-
cından törəyiblər. Öncəki bölümdə ―qırx qız‖ motivinin Qafqaz 
mənşəli  olduğunu  və  bu  halda  söhbətin  amazonkalardan  getdi-
yini  söyləmişdik.  Madam  ki,  qırğızlar  yalnız  bu  kütləvi  (qırxın 
qırxa) izdivacdan sonra  peyda olublar, o zaman  ortaya belə bir 
sual  çıxır:  bu  qırx  igid  etnik  baxımdan  kimdir,  onların  və  Ma-
nasın  mənsub  olduğu  xalqın  adı  nədir?  Bu  sualın  cavabı  qır-


269 
 
ğızların  etnogenezini  anlamaq  baxımından  çox  böyük  önəm 
daşıyır. Sualın cavabı isə elə ―Manas‖ dastanının özündə verilir.  
Dastanda əsərin qəhrəmanı Manasın mənsub olduğu xalq gah 
qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərlə-
rinin  toplandığı  4  cildliyin  II  cildinin  I  hissəsinin  541-  ci  səhifə-
sində, 55 - ci qeyddə təsbit edilmişdir (Бартольд 1968: II, I, 541).
 
Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əla-
qələri" adlı kitabının 46-cı səhifəsində isə XVI əsrdə Qaraqışlaqda 
baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.  
Bu  informasiya  qırğız  türklərinin  etnogenezini  və  bu 
etnogenezin ilkin coğrafi arealını müəyyən etməmiz baxımından 
son  dərəcə  böyük  önəm  daşımaqdadır.  Məsələ  burasındadır  ki, 
Strabon  qarqarların  amazonkalarla  qonşuluqda,  amazonkaların 
isə  Albaniya  üzərində  yüksələn  dağlarda  yaşadıqlarını  yazmış-
dır.
 
Eyni zamanda, qarqarların Qafqaz Albaniyasının, yəni Azər-
baycanın  ən  qədim  sakinlərindən  biri  olduğu  hər  kəsə  məlum-
dur.  O  da  faktdır  ki,  alban  əlifbası  məhz  qıpçaq  -  qarqar  dili 
əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət 
dili funksiyasını ifa etmişdir.  
Qərbi  Azəbaycanda  (bugünkü  Ermənistanda)  da  qıpçaq  - 
qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların 
torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni 
(hay)  tarixçiləri  də  etiraf  edirlər.  Məsələn,  A.  Akopyan  özünün 
―Albaniya  –  Aluank  qədim  yunan  –  Roma  və  qədim  erməni 
mənbələrində‖  adlı  kitabının  66-67-ci  səhifələrində  yazır  ki, 
Moksda  Qarqar  adlı  vilayət,  Tsopka  və  Qərbi  Kilikiyada  iki 
Qarqar  qalası,  Lori  və  Parisosda  iki  Qarqar  kəndi  var.  Bundan 
başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur. 
Hazırda  Qərbi  Azərbaycanın  (bugünkü  Ermənistanın)  Zən-
gəzur bölgəsində qarqarlara aid bir monastr kompleksi də qalmaq-
dadır.  Öncələr  ―Gərgərvəng‖  və  ya  ―Qarqarvəng‖  adı  ilə  məşhur 
olan  bu  monastra  bitişik  Həzrət  Məryəm  kilsəsinin  tikilməsindən 
sonra  (1283-cü  il)  daha  çox  Məryəm  kilsəsi  və  ya  ―Surb  Sion‖ 
monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də 
Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.  
 


270 
 
Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) 
mənbələrində  də  söz  açılmışdır.  Məsələn,  Moisey  Xorenatsi  (V 
əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, 
Qarqar  meydanından  və  Qarqar  məlikliyindən  söz  açmışdır. 
Gevond (VIII əsr) Qarqar düzənliyinin, Böyük Vardan (Xlll əsr) 
isə  Qarqar  vilayətinin  adını  çəkmişlər.  Tovma  Artsruni  isə  türk 
mənşəli  ərəb  sərkərdəsi  Buğanın  Qarqar  düzənliyinə  gələrək, 
Bərdə şəhərinə daxil olduğunu yazmışdır.  
Bu  xalqın  adı  Qafqaz  və  Orta  Asiyanın  toponomikasında 
geniş  əks  olunmuşdur.  Bu  sırada  XlX  əsrdə  indiki  Dağıstanın 
Teymurxanşura  vilayətində  qeydə  alınmış  Qarqar  yer  adını, 
Tiflis quberniyasının Tionet və Axalsix uyezdlərində qeydə alın-
mış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və 
s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xara-
ba  –  Qaraqarı,  eləcə  də  Qarabağla  Gədəbəy  sərhəddində  yerlə-
şən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri 
isə Xarxar adlanr) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar 
kəndini göstərmək olar. XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi 
Beyləqan  yaxınlığında  yerləşən  Qarqar  şəhərini  xatırlatmışdır. 
İbn  Xordadbeh  (IX  əsr)  isə  Şabran  və  Dərbənd  arasındakı 
Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ əra-
zisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə 
və  Cənubi  Azərbaycan  ərazisində  də  bir  neçə  Qarqar,  Xarxar, 
Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur. 
Qarqarların  bir  vaxtlar  Orta  Asiyada  da  yaşadığını  söy-
ləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod 
dağlarından  Qanq  çayı  ilə  suvarılan  torpaqlara  qədər  geniş  bir 
ərazidə yaşadıqlarını yazmışdır.  
Madam ki, qırğız xalqının əsas özəyini qıpçaq-qarqarlar və 
amazonkalar  təşkil  etmişdir,  o  zama  tam  qətiyyətlə  demək  olar 
ki, bu xalqın etnogenezinin ilkin mərhələsi Azərbaycan ərazisin-
də gerçəkləşmişdir. 
―Manas‖ dastanının Altay versiyası olan ―Alıp Manaş‖ əsatiri 
nağıl  poeması  da  mövzumuz  baxımından  böyük  önəm  daşımaqda-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə