Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   81   82   83   84   85   86   87   88   ...   97

256 
 
Alp Ər Tonqaya ağı öz dilinə görə Kaşğarlı Mahmudun nü-
munə kimi  verdiyi  digər ağılardan fərqlənir.Buradakı  digər  ağı-
lar uyğur dilində, başqa sözlə xaqaniyyə tükcəsindədir.      
    Ulsıp ərən börləyü, 
    Yırtıb yağa urlayu.  
     Sıkrıp üni yurlayu, 
     Sıqtab gözi örtülür (Oğuz, Tuncay, 2009, s.300)               
Alp  Ər  Tonqaya  həsr  edilən  ağıda  arxaikləşərək  çoxdan 
canlı  danışıq  dilimizdən  çıxmış  "isiz",  "ajun",  "ödlək"  və  "öc" 
kimi  qədim  türk  kəlmələrinə  rast  gəlirik.  İndi  dilimizdə  həmin 
sözləri  ərəb  dilindən  keçmiş  "ədalətsiz",  "dünya",  "zaman"  və 
"intiqam"  kimi  ifadələr  əvəz  etməkdədir.  Təkcə  bu  fakt  ağının 
ən azı İslamdan öncə yarandığını söyləmək üçün yetərlidir.                 
Elməddin  Əlibəyzadənin  fikrincə,  Mahmud  Kaşğarlı  "Di-
van"ının folklor nümunələrinin də fərqli yaranma tarixləri olmalı 
idi.  Çünki bu şeirlər bir-birindən çox uzaq,  mühüm və ibrətamiz 
tarixi  hadisələrlə  bağlı  olmuşdur.  Məsələn,  miladdan  öncə  VII 
əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə ağı həmin əsrdə deyilsə, 
hansı  əsrdə  yaranmışdır?  Təbii  ki,  sözügedən  ağı  məhz  həmin 
əsrdə yaranmalı idi və yaranmışdır da (Əlibəyzadə, 1998, s. 56).  
Sözügedən ağı Azərbaycan ədəbiyyatının, eləcə də ümumo-
ğuz və ümumtürk ədəbiyyatının şah əsəri sayıla bilsə də, onu "sak 
dili  və  ədəbiyyatı"  kateqoriyasına  daxil  etmək  doğru  deyidir. 
Çünki işquzlar (iç oğuzlar) və saklar fərqli türk etnik qrupları ol-
muş və irəlidə görəcəyimiz kimi, fərqli ləhcələrdə danışmışlar.  
Elməddin Əlibəyzadə deyir:                 
"Alp Ər Tonqanın ölümünə ağılar dördlüklə və 7 heca ilə 
həkk olunub, bu ölçüdə daha asan qalıb, yayılıb." (Əlibəyzadə, 
1998, s. 259).                
Şübhəsiz  ki,  bu  ölçülər  və  forma  ozan-aşıq  şer  formasıdır. 
Maraqlıdır  ki,  Cənubi  Azərbaycanın  Həsənlu  məntəqəsindən 
tapılan və e.ə. IX-VIII əsrlər Manna incəsənəti nümunəsi hesab 
edilən bir qızıl qabın üzərində qopuz çalan ozan təsvir edilmişdir 
(Rzayev, 1984, s. 27 şək. 2). 


257 
 
Məlumat üçün bildirək ki, iç oğuzlar (işquzlar) mixi yazılada 
adlarına rast gəlinən yeganə oğuz tayfası deyil. II Aşurnasirpalın 
kitabəsində  oğuz tayfalarından baranluların (baranların) da adına 
"barean"  formasında  rast  gəlirik  (Qaşqay,  1993,  s.  50).  Sonrakı 
əsrlərə  aid  yazılı  mənbələrdə  onlardan  "abaren",  "aparn",  "parn" 
adları  altında  Albaniya  sakinləri  kimi  söz  açılmaqda  (Еремян, 
1967, c. 56), Parfiya dövlətini qurmuş Arsaklar sülaləsinin həmin 
etnik  qrupa  aid  olduğu  bildirilməkdədir  (Azərbaycan  Sovet 
Ensiklopediyası, I, s. 216; Azərbaycan tarixi, 1994, s. 423). Stra-
bon da onları "parn" adı ilə Xəzərin şərqində qeyd etmişdir (Гей-
буллаев, 1991, c. 179). XIV-XV əsrlərdə Van gölü yaxınlarında 
yaşamış  bu  xalq  Azərbaycan  Qaraqoyunlu  dövlətinin  yaranma-
sında  yaxından iştirak etmişdir. V.Minorski və Q.Rabinota görə, 
bu  türkmən  boyunun  adı  yer  adından,  F.Sümər  və  İ.Artukun 
fikrincə isə, qədim türkcədəki  "baran" (qoç) sözündən  yaranmış-
dır (Azərbaycan Sovet Ensiklopediyası, II, s. 25). 
Mövzu ilə bağlı Xalıq Koroğlu yazır: 
"...Başqa  variantlarda  olduğu  kimi,  Oğuzun  6  oğlu,  hər 
oğlundan  da  4  nəvəsi  dünyaya  gəlir.  Böyük  oğluna  Cəmşid 
xan  adını  qoyurlar,  o,  Baran  adlı  yerdə  yaşadığı  üçün  Qayı 
xan ləqəbini alır və Osmanlıların əcdadı olur. Ənvəri Oğuz eli 
ilə bağlı bir neçə dəfə Baran adını çəkir.  
Bu gün də...Van gölünün cənubu...Daru-Baran adlanır." 
(Koroğlu, 1999, s. 59). 
Mənbələrdən  belə  aydın  olur  ki,  Partatuanın  (Alp  Ər  Ton-
qanın) ölümündən sonra oğlu Madiy işquzların hökmdarı olmuş-
dur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kim-
mer-sakları  bölgədən  didərgin  salmış,  Midiya  və  ətraf  bölgələr 
üzərində  28  il  sürən  hakimiyyət  qurmuşdur  ki,  bu  barədə  artıq 
söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır: 
"Bu  ad  üzərində  geniş  dayanmağa  ehtiyac  yoxdur,  çünki 
onun Ön Asiyada ən işlək adlardan olduğunu görmək olur və ən 
əsası  da  budur  ki,  doğu  türk  boylarının  eposlarında  mənası 
türkcə aydın olan adlar işləndiyi üçün "Maday Kara" dastanı da 
güman ki, həmin gələnəyi saxlamışdır" (Ağasıoğlu, 2005, s 109).  


258 
 
Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak hökm-
darlarının  adları  barədə  də  maraqlı  fikirlər  söyləmişlər.  Bu  ba-
xımdan  adı  aşşur  mənbələrində  "Tuq-damme",  Herodotda  isə 
"Liqdames"  kimi  çəkilən  sak  hökmdarı  barədə  yekdil  fikir  sər-
giləyərək onun adının əslinin türkcə Toxtamış olduğunu yazmış-
lar  (Гейбуллаев,  1991,  c.  319;  Ağasıoğlu,  2005,  s  109). 
İ.M.Dyakonov da buna bənzər fikir söyləyərək "Duqdamis" for-
masının  üzərində  durmuşdur  (Дьяконов,  1956,  c.  240).  Tuq-
dammenin  oğlu  Sandakşatrunun  adı  da  sonrakı  dövrlərdəki 
mənbələrdən  məlum  olan  türk  adları  ilə  müqayisə  edilmişdir. 
Məsələn,  Qiyasəddin  Qeybullayev  bu  adı  haqlı  olaraq,  "Alpa-
mış" dastanındakı  Sandaqaç şəxs adı  ilə (Гейбуллаев, 1991, c. 
320),  Firidun  Ağasıoğlu  isə  Alp  Arslanın  komandanlarından 
Sandak bəyin (Ağasıoğlu, 2005, s 109) adı ilə tutuşdurmuşlar. 
Sak hökmdarlarından birinin daşıdığı İşpakay adı barədə də 
maraqlı  fikirlər  söylənmişdir.  Həm  Oljas  Süleymenov,  həm  də 
Firidun Ağasıoğlu bu adı türkcə Köpək (s-k) kimi izah etmişlər 
(Süleymenov,  1003,  c.  223;  Ağasıoğlu,  2005,  s.108).  Təbii  ki, 
bu  fikirlə  razılaşmaq  mümkün  deyildir.  Fikrimizcə,  mixi  yazı-
lardakı  "İşpakay"  adı  sonrakı  əsrlərdə  Göytürk  hökmdarlarının 
adları içərisində rast gəlinən Işbara (Işbara xan, Baqa Işbara xan, 
Işbara Sünişi şad, Işbara Tolis şad, İrbis Işbara cabqu-xan) türk 
şəxs  adının  (Гумилев,  2002,  c.  519,  520,  522,  523,  524)  aşşur 
dilindəki  cüzi  təhrifi  ilə  ortaya  çıxmışdır.  Yəni  adın  əsli  İşba-
radır.  Hesab  edirik  ki,  Herodotun  iskit  hökmdarlarından  birinə 
şamil etdiyi Sparaqapit (Ağasıoğlu, 2005, s 80) adı da Işbara adı 
ilə bağlıdır. 
Biz işquzları, oğuz olduqlarına inandığımız kutilərin birba-
şa davamı hesab edirik  və fikrimizcə, qədim fars mənbələrində 
şərab  bişirənlər  kimi  təqdim  edilən  saklar  da  məhz  oğuzlar 
olmuşlar.  Qədim  yunan  mənbələri  də  dikpapaq  saklarla  şərab 
bişirən sakları xüsusi qeyd etməkdədir. İstər qədim fars, istərsə 
də  yunan  mənbələrindən  türklər  arasında  şərabçılıq  sənətinin 
geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı türk boyunun 
məşğul olduğu məlum olmur. (Гейбуллаев, 1991, c. 321-323). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə