Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   82   83   84   85   86   87   88   89   ...   97

259 
 
Bu  məsələyə  aydınlıq  gətirməyə  isə  Egey  dənizi  sahillə-
rindən tapılan və hind-Avropa mənşəli olduğu ehtimal edilən bir 
ideoqrafik əlifba yardımçı olur. Elm aləmində şərti olaraq "Egey 
əlifbası"  adlanan  sözügedən  əlifbada  "şərab"  sözünü  bildirən 
ideoqram  kimi  oğuzların  bayandur  boyunun  tamğası  çıxış  edir 
(Cəfərov, 1987, s. 29-36). Elə bu fakt da söhbətin məhz bayan-
durlardan  getdiyini,  eləcə  də  hind-  Avropa  xalqlarının  şərabla 
bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas verir. 
Maraqlıdır ki, bir sıra hind-Avropa mənşəli xalqların dilin-
də  şərab  anlamında  işlənən  kəlmələr,  eləcə  də  ona  yaxın  bəzi 
sözlər  "bayandur"  etnoniminin  kökündə  duran  "bayan"  kəlməsi 
ilə yaxın səslənməkdədir.               
------------------------------------------------------------------------------ 
             
 
 
B A Y A N 
------------------------------------------------------------------------------  
Dil        
YazılıĢı      
OxunuĢu       Mənası 
------------------------------------------------------------------------------ 
1. Alman    
Wein       
Vayn        
ġərab 
------------------------------------------------------------------------------ 
2 Ġngilis     
Wine     
Vayn         
ġərab                  
------------------------------------------------------------------------------ 
3. Fars      
Mey      
Mey          
ġərab 
------------------------------------------------------------------------------ 
4. Rus    
Вино      
Vino          
ġərab 
------------------------------------------------------------------------------ 
5. Rus     
Пьян      
Pyan         
SərxoĢ 
------------------------------------------------------------------------------ 
6. Rus   
буян      
Buyan    SərxoĢ olub Ģuluqluq edən 
------------------------------------------------------------------------------ 
O  da  maraqlıdır  ki,  hind  -  Avropa  xalqları  öncə  şərabla 
tanış  olmuş,  onların  üzümlə  tanışlığı  isə  bundan  sonra  baş 
vermişdir. Elə bu üzdən də bəzi hind-Avropa xalqlarının dilində 
üzümü bildirən ayrıca söz yoxdur. Mövcud olan sözlər isə şərab 
sözündən törəmədir.            


260 
 
------------------------------------------------------------------------------
Dil              YazılıĢı      OxunuĢu       Mənası        Hərfi mənası 
------------------------------------------------------------------------------
1. Alman   Weinrebe     Vaynrebe       Üzüm        ġərb çuğunduru  
------------------------------------------------------------------------------ 
2. Rus        Виноград    Vinoqrad        Üzüm       ġərab qozası  
 
Hind-Avopa dillərindən fərqli olaraq, türk dillərində üzüm-
çülük  və  şərabçılıqla  bağlı  onlarla  təmiz  türk  mənşəli  kəlmə 
bulunmaqdadır.  Əgər  dilimizdəki  heyvandarlıq,  əkinçilk,  toxu-
culuq,  dulusçuluqla  bağlı  bir  çox  terminlər  Neolit  və  Eneolit 
dövrlərinin  yadigarıdırsa,  üzümçülük  və  şərabçılıqla  bağlı  bəzi 
terminlər də, şübhəsiz ki Tunc dövrünün məhsuludur.  
Deməli,  qədim  fars  və  yunan  müəlliflərinin  "şərab  bişirən 
saklar"  adlandırdığı  xalq  bayandurlar  imiş.  Bayandurlaın  isə  bir 
oğuz  soyu  olduğu  məlumdur  (Zeynalov,  1981,  s.  95-96).  Gördü-
yümüz kimi, qədim mənbələr "sak" adını oğuzlara, o cümlədən iç 
oğuzlara  da  şamil  etmişlər.  Fəqət  gerçək  saklar  özlərini  "şakı" 
adlandıran  saklar  idilər  ki,  sonrakı  dövrlərdə  Şərqi  Avropdan 
Hindistana  və  Çin  səddinə  qədər  yayılmışdılar.  Çinlilər  onlara 
"sək", hindlilər isə "şakya" deyirdilər (Ağasıoğlu, 2005, s. 73). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


261 
 
NƏTĠCƏ 
 
Folklor  erkən  mədəniyyətlərin  müxtəlif  etnik-mədəni  sis-
temlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətin-
dəki  yerini  və  onun  yaranmasındakı  rolunu  müəyyənləşdirmək, 
tarix səhifəsində hər bir xalqın yaradıcılıq ənənələrinin meyl və 
istiqamətlərini  öyrənmək  üçün  ən  mötəbər  mənbələrdəndir. 
Folklor  nümunələrində  söylənilənlərin  müxtəlif  tarixi  mənbə-
lərdə  əksini  tapmış  bilgilərə,  arxeoloji  qazıntılar  zamanı  əldə 
edilmiş  materiallarla,  eləcə  də  dil  materialı  ilə  tutuşdurulması 
nəticəsində belə məlum olur ki, etnogenezlə bağlı mifik süjet və 
motivlər kosmogenez və antropogenezlə bağlı süjet və motivlərə 
nisbətən çox-çox sonrakı dövrləri əks etdirir. Elə bu səbəbdən də 
bu  süjet  və  motivlərin  əsasında  duran  hadisələrin  reallığa  daha 
yaxın olduğunu söyləmək olar. 
Digər  xalqların  miflərində  olduğu  kimi,  türk  mifologiya-
sında da etnoqonik motiv və süjetlərin əsasında əcdad kultu du-
rur. Əksər türk xalqları bütün  türklər üçün ümumi  olan ulu  əc-
daddan başqa bilavasitə öz ulu babalarını da unutmamış, onları 
ayrı-ayrı qəhrəmanlıq eposlarında əbədiləşdirmişlər. Bu eposlar 
minillər  boyu  yeni-yeni  elementlərlə  zənginləşdirilərək,  hər 
dövrə uyğun şəkildə müasirləşdirilsə də, əcdad kultu öz kökləri 
ilə  ibtidai  mədəniyyətin,  totemistik  və  animistik  təsəvvürlərin 
mövcud olduğu dövrlərə qədər uzanır.  
Boz  qurdla  bağlı  inanclar,  istisnasız  olaraq,  bütün  türk  xalq-
larının miflərində bu və ya digər dərəcədə əksini tapmışdır. Qədim 
Çin  mənbələrində  Orxon-Yenisey  abidələrini  yaratmış  türk  xalqı-
nın mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alın-
mışdır və onlarından biri bu xalqın Qərbdən - Xəzər dənizinin qərb 
sahillərindən,  yəni  Qafqazdan  gəldiklərini  bildirməkdədir.  Qurda 
totem münasibətinin Qafqaz xalqları içərisində geniş yayılması da 
sözügedən  mifin,  eləcə  də  bu  mifi  Çinə  qədər  aparmış  xalqın 
coğrafi areal baxımından Qafqaz mənşəli olmasına dəlalət edir.  
E.ə  II  minilliyə  aid  akkad  mənbələri  "türk"  etnoniminin 
qeydə  alındığı  ən  qədim  yazılı  mənbələrdir  və  bu  mənbələr 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə