Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

253 
 
örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı 
dövrlərdə  yazıya  alınmışdır.Turan  hökmdarı,  farslaın  Əfra-
siyab adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş 
ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur:      
     Alp Ər Tonqa öldümü
     İsiz ayun kaldımu, 
     Ödlək öcin aldımı? 
     İmdi yürək yırtılır...              
Biz  heç  də  o  fikirdə  deyilik  ki,  bu  eradan  əvvəl  1-ci  mi-
nilliyin ikinci yarısından eramızın 1-ci minilliyinin birinci ya-
rısı Azərbaycan dili nümunəsidir, ancaq burası da inkar edil-
məzdir  ki,  qədim  Azərbaycan  dilinin  fonetik,leksik  və  qram-
matik  quruluşu,  funksional  ifadə  səviyyəsi  bunu  xatırlatmış-
dır." (Xudiyev, 1997, s. 39-40).                 
Elməddin Əlibəyzadə mövzu ilə bağlı yazır: 
"Alp Ər Tonqa miladdan öncə 7-ci əsrin qüdrətli Turan-
türk  hökmdarı  və  qəhrəmanı  olub.  O,  qeyri  -  adi  ağlına,  təd-
birinə  və  mərdliyinə,  müdrikliyinə  görə  böyük  hörmət  və  eh-
tiram qazanmış, şöhrət tapmışdır. İran-Turan müharibələrində 
əfsanəvi  qəhrəmanlıq  göstərmiş  və  bu  onu  dastanlaşdırmış-
dır." (Əlibəyzadə, 1998, s. 239).                        
Kaşğarlı  Mahmudun  yazdığına  görə,  Türküstandakı  Bars-
qan, Sayram və Koyaş şəhərlərini Alp ər Tonqa saldırmışdır. 12 
illik  türk  dövri  heyvan  təqvimini  də  o  icad  etmişdir.  Əski  fars 
qaynaqlarında  onun  Xorəzm,  Xorasan,  İran  və  Azərbaycanda 
çox  sayda  şəhər  saldırdığı  qeyd  edilməkdədir  (Turan,  1993,  s. 
19). Məsələn, Sasanilər dövründə pəhləvi dilində qələmə alınan, 
müəllifi bilinməyən və elm aləmində şərti olaraq "İran şəhərləri" 
adlanan bir kitabda Aturpatakandakı, yəni Azərbaycandakı Gən-
cə  şəhərinin  əsasının  Əfrasiyab,  yəni  Alp  Ər  Tonqa  tərəfindən 
qoyulduğu qeyd edilir (Касумова, 1985, c. 19). 
Zərdüştün "Avesta"sında bu şəhərin adı Qanqxa kimi çəkilir 
və  onun  Turanın  taxt  şəhəri  olduğu,  Turan  xaqanının  da  bu  şə-
hərdə oturduğu qeyd edilir."Avesta"da bütün turanlılar, yəni türk-
lər  kimi  ünvanına  təhqir  və  böhtanlar  yağdırılan  Alp  Ər  Tonqa 


254 
 
həmin kitabda Tranqrasyan adı ilə yad edilir. Qədim yunan mən-
bələrində  onun  adı  Prototiy  kimi  çəkilir  və  onun  iskitlərin,  yəni 
türklərin xaqanı olduğu bildirilir. Bu böyük türk xaqanı haqqında 
məlumat  verən  və  eradan  əvvəl  Vll  əsrə  aid  olan  aşşur  mixi 
kitabələrində onun adı Partatua kimi qeyd edilib və o, İşkuz, yəni 
İç Oğuz hökmdarı adlandırılıb. Maraqlıdır ki, Firdovsi də "Şahna-
mə"də  onu  oğuz-türkmən  mühiti  ilə  bağlayır.  Firdovsiyə  görə, 
Əfrasiyab (Alp Ər Tonqa) dördüncü oğlu Qara xana oğuzların da 
daxil olduğu türk ordusunun komandanlığını vermişdir: 
"Sərkərdə Qara xan, dördüncü oğul 
Əlbisəsini geyinib, atasının yanına gəldi. 
Atası ona otuz minlik türk-çiqil atlılarını 
Verdi, döyüş yerindən qorxmayan 
Həmçinin taraz, oğuz, xalac atlıları 
Otuz minlik sınaqdan çıxmış atlı."  
                                           (Koroğlu, 1999, s. 88-89)
 
Eyni zamanda Əfrasiyabın (Alp Ər Tonqanın) atası Pəşən-
gin  başında  durduğu  otuz  minlik  qoçaq  türkməndən  də  söz  aç-
maqdadır: 
"Onların sərkərdəsi-təcrübəli qoca Nastul 
Qoçaq Pəşəngin himayəsi altında 
Otuz min igid türkmən 
Döyüş baltaları ilə silahlanmış, 
Yayla-oxla silahlanmış döyüşə getdilər."  
                                                 (Koroğlu, 1999, s. 89)
 
Təsadüfi  deyil  ki,  oğuz  olduqları  heç  bir  şübhə  oyatmayan 
Səlcuqlular  özlərini  Alp  Ər  Tonqanın  (Əfrasiyabın)  soyundan 
hesab etmişlər (Koroğlu, 1999, s. 28). 
Ət-Təbəri Naxçıvanın Alp Ər Tonqa tərəfindən inşa edildi-
yini yazmaqdadır. "Avesta" Alp Ər Tonqanın bol duzlu Çiçəstə 
gölü sahilində qətlə yetirildiyi bildirilir. "Bundaxşinin kitabı"nda 
söylənilənlərdən isə belə məlum olur ki, Çiçəstə gölü Aturpata-
kanda, yəni Azəbaycanda yerləşir (Касумова, 1985, c. 20).                 
Bu  məlumatlardan  göründüyü  kimi,  Alp  Ər  Tonqa  Cənubi 
Azərbaycanda  yerləşən  bol  duzlu  Urmiya  gölü  sahilində  qətlə 


255 
 
yetirilmişdir.  Onun  Azərbaycanda  öldürüldüyünü  Yeni  Türk 
Ensiklopediyası da təsdiqləməkdədir: 
"Alp  Ər  Tonqa  iranlılarla  çox  uzun  bir  mücadiləyə  gir-
miş...,  Altaylara  qədər  təqib  edilmiş,  yenə  həmlə  etmiş,  nəha-
yət, Azərbaycanda... öldürülmüşdür (m.ö.24)." (Yeni Türk An-
siklopedisi, 1985, XI, s. 4363). 
Deməli,  ona  həsr  edilən  ağı  da  məhz  həmin  bölgədə,  başqa 
sözlə, Azərbaycanda yaranmışdır. Təsadüfi deyil ki, Azərbaycanda 
yaradılmış digər ağılar kimi bu ağı da təmiz oğuz türkcəsindədir: 
     Sel gəldi beldən oldu
     Qan qusdu yeldən oldu. 
     Vay düşdü sarayıma, 
     El gəldi harayıma.                  
     Dirsəkli,dirəkliydin, 
     Sən aslan biləkliydin. 
     Hay vergil harayıma, 
     Vay düşdü sarayıma. 
     Oğul hey
     Oğul hey, 
     Oğul hey, 
     Oğul hey! (Oğuz, Tuncay, 2009, s. 298).               
Yas  nəğmələrinin  mühüm  hissəsini  ağılar  təşkil  edir.Yas 
mərasimlərində  oxunan  ağılar  bu  gün  təkcə  bayatı  şəklində  ya-
yılmış nümunələrlə məhdudlaşmır. Xalq içərisində onlardan da-
ha  əvvəlki  dövrlərdə  yarananlardan  da  dövrümüzədək  gəlib 
çıxanları var: 
    Mən öldüm ağlamaqdan, 
    Bağa su bağlamaqdan.  
    Bağda yarpaq qalmadı, 
    Yarama bağlamaqdan.  
    Altımda kilim yandı, 
    Od düşdü,kilim yandı.  
    Canım oğul deməkdən, 
    Ağzımda dilim yandı  
                              (Oğuz, Tuncay, 2009, s. 299)  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə