Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   84   85   86   87   88   89   90   91   ...   97

265 
 
onların  indiki  Özbəkistan  ərazisinə  Urmiya  gölü  (Güney 
Azərbaycan)  sahillərindən  köç  etdiklərini  əks  etdirən  süjet  də 
yer  almaqdadır.  Bu barədə məşhur türkoloq  L.Tolstova özünün 
―Xorəzm  vadisinin  tarixi  onamastikasının  bəzi  məsələləri‖  adlı 
məqaləsində  ətraflı  məlumat  verməkdədir.  Alim  matienlərin 
adının  Herodot  tərəfindən  yad  edilən  və  Şərqi  Anadoluda  yer-
ləşdiyi  anlaşılan  dağın  adı  ilə  bağlı  olduğunu  söyləyir.  Hero-
dotun  dediyindən  isə  belə  anlaşılır  ki,  Araz  çayı  mənbəyini 
məhz bu dağdan alır. 
―Xannamə‖də  yad  edilən  özbək  boylarına  gəlincə,  sözü-
gedən dastanda onların  sayı  32 kimi  göstərilir və  belə  sıralanır: 
qıyat,  moğol,  dörmən,  saray,  cəlayır,  nayman,  qanqlı,  xitay, 
kereyit, qıfçaq, minq... 
Burada sadalanan bütün böylar Çingiz xanın qurduğu siyasi 
birliyə  daxil olmuş  türk boyları  ilə  tam üst-üstə  düşür. Əslində, 
özbəklərin  öz  adlarını  Qızıl  Orda  xanı,  Çingiz  xanın  nəvəsi 
Özbəkdən  aldıqları  məlumdur.  Bu,  əlbəttə  ki,  çox-çox  sonrakı 
dövrlərdə  baş  vermişdir.  ―Xannamə‖də  bütün  bu  boylar  Yafəs 
oğlu Türkün söyu kimi, yəni türk boyları kimi təqdim edilirlər. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  bütün  qədim  türk  şəcərəna-
mələrində,  o  cümlədən  ―Çingiznamə‖də  Çingiz  xanın  soy  ağacı 
da  türklərin  ulu  babası  hesab  edilən  Nuh  oğlu  Yafəsə  bağlanır, 
Oğuz  xanla  eyni  budağa  mənsub  Tatar  və  Moğol  (Muğal)  adlı 
əkiz qardaşlardan söz açılır.  Bir  çox hallarda tatarların bir qolu-
nun adı və ya ―tatar‖ adının sinonimi kimi işlədilən ―moğol‖ (mu-
ğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır. 
Moğollar  türk  şəcərənamələrində  tatar  türklərinin  30  boyun-
dan,  ―Xannamə‖də  isə  özbək  türklərinin  32  uruğundan  biri  kimi 
qeyd edilmişlər. Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi 
Göytürklərin  mifik  ―Ergenekon‖  əfsanəsinin  eynidir.  ―Çingizna-
mə‖də isə moğolların soykökü ilə bağlı hun əfsanələri ilə tam üst-
üstə  düşən  süjet  də  yer  almaqdadır.  Bu  əfsanədə  Ağ  (Aralıq)  və 
Tün (Qara) dənizlərinin adının çəkilməsi diqqəti çəkir. Moğolların 
əfsanələri onların kökünü Ön Asiya ilə bağlı təqdim edir. 
  


266 
 
O  da  çox  maraqlıdır  ki,  rəvayətlərdə  Çingiz  xanın  ulu  əc-
dadlarından olan Börte Çinonun dənizi (Xəzəri) aşaraq bugünkü 
Monqolustan  ərazisinə  gəldiyi  və  burada  məskunlaşdığı  açıq 
şəkildə  ifadə  edilməkdədir.  Burada  o,  Qao  Maral  adlı  qızla 
evlənmişdir.  
Mövzumuz  baxımından  qaraqalpaq  türklərinin  etnogenezi-
nin  bu  xalqa  məxsus  zəngin  folklor  abidələri  əsasında  öyrənil-
məsi  də  böyük  maraq  kəsb  etməkdədir.  Qaraqalpaq  türklərinin 
çoxəsrlik  etnik  formalaşma  dövrü  ərzində  Avrasiya  çöllərindən 
keçən qədim miqrasiya yollarından xeyli qidalanaraq, öz mədə-
niyyətini,  o  cümlədən  folklorunu  nəzərəçarpacaq  dərəcədə  zən-
ginləşdirə  bildiyini,  bu  üzdən  də  bu  xalqın  folklorunun  tarixin 
ayrı-ayrı dövrlərini əks etdirdiyini yazan L.S.Tolstovanın fikrin-
cə,  kök  etibarilə  qıpçaq  olan,  sonrakı  dövrlərdə  oğuz  və  peçe-
neklərə  qaynayıb  qarışan  qaraqalpaqların  etnik  şüurunda  yad 
təsirlər də az rol oynamamışdır.  
T.A.Jdanko  bu  xalqın  etnik  köklərindən  birinin  sak-massa-
getlərlə və  e.ə. Vll-ll  əsrlərlə bağlı olduğunu ehtimal etmişdir və 
irəlidə  görəcəyimiz  kimi,  o,  qətiyyən  səhv  etməmişdir.  L.S.Tol-
stova  isə  bir  qədər  də  irəli  gedərək,  bu  köklərin  daha  qədim 
əsrlərə və Ön Asiya, Qafqaz və Azərbaycan ərazilərinə uzandığını 
təsbit  edə  bilmişdir.  Fəqət  o,  bu  xalqı  sonradan  türkləşməyə 
məruz  qalan  irandilli  xalq  saymış,  bu  da  ondan  qaynaqlanmışdır 
ki,  xanım  Tolstova  onların  rəvayətlərini  özbək-sartların  mənşəyi 
barədə Məqdisi (X əsr), Yaqub Həməvi (XIII əsr) və Həmdullah 
Qəzvininin (XIII-XIV əsrlər) qələmə aldıqları rəvayətlərlə qarışıq 
salmışdır.  Bununla  belə,  o,  ―Qaraqalpaqların  tarixi  folkloru  bu 
xalqın  etnogenezinin  və  etnomədəni  əlaqələrinin  öyrənilməsinin 
əsas  mənbəyi  kimi‖  adlı  çox  sanballı  məqaləsində  qaraqalpaq 
xalqını təşkil edən 6 əsas türk boyundan biri olan myütenlərin bir 
vaxtlar  Şərqi  Anadolu  ərazisində  (Urmiya  gölündən  qərbdə) 
mövcud olmuş Matiena ərazisində yaşadıqlarını təsdiq etmişdir. 
Qaraqalpaqların mif və rəvayətləri içərisində amazonkalarla 
bağlı  süjet  və  motivlərə  də  rast  gəlinməkdədir  ki,  bu  da  sözü-
gedən  xalqın,  tarixlərinin  ilkin  çağlarında  Azərbaycanda  yaşa-


267 
 
dıqlarına əlavə sübutdur. Söhbət Mərkəzi Asiya xalqlarının heç 
birinin  mifologiyasında  analoquna  rast  gəlinməyən  ―Qırx  qız‖ 
dastanından gedir. Bu dastannın süjeti ilə Quzey Qafqaz xalqla-
rının ortaq abidəsi olan və e.ə. I minilliyin ortalarında, iskit-sak 
mühitində formalaşdığı hesab edilən nart eposu ilə ümumi süjet 
və motivlərə sahib olması mütəxəssisləri çoxdan heyrətə salmış-
dır. ―Qırx qız‖ dastanında öz qırx qadın döyüşçüsü ilə, yəni qırx 
amazonka  ilə  birlikdə  uzaq  bir  adada  yaşayan  və  xalqını  düş-
mənlərdən qoruyan Gülayım adlı hökmdar qadından bəhs edilir.  
Mütəxəssislər Gülayım obrazını nart eposunun kabardin va-
riantındakı  Daxanaqo  obrazı  ilə  eyniləşdirirlər.  Bu  dastanın 
P.Akritas  və  Y.Stefanova  tərəfindən  təqdim  edilən  başqa  bir  va-
riantı olan əfsanədən isə  belə məlum olur ki, dağlar başında  ya-
şayan sözügedən gözəl bahadır qadının ordusu bütünlüklə qadın-
lardan-amazonkalardan  təşkil  olunmuşdur.  Yeri  gəlmişkən  qeyd 
edək  ki,  bənzər  əfsanə  günümüzədək  Azərbaycanın  Zaqatala  ra-
yonunda da, həm türk, həm də avar əhali içərisində yaşamaqdadır 
və  oradakı  xalq  rayon  ərazisində  əlçatmaz  qayada  yerləşən  Pəri 
qalasını həmin bahadır qadın və amazonkalar ilə əlaqələndirirlər. 
L.S.Tolstova  haqlı  olaraq  ―Qırx  qız‖  dastanının  süjeti  ilə 
nart  eposunun  osetin  variantının,  daha  doğrusu  bu  variantın 
―Noza  oğlu  Barxunun  ölümü‖  adlı  bölümünün  süjeti  arasında 
daha çox uyğunluq olduğunu yazır. 
Osetin  və  qaraqalpaq  eposlarının  başqa  bir  yaxın  tərəfi 
qızların  hərbi təlim  keçməsi  səhnəsidir. Digər bənzərlik isə hər 
iki eposda əkizlərin iştirak etməsidir. Osetin eposunda Xamıp və 
Uruzmaq  adlı  iki  əkiz  qardaşdan  söhbət  açılır.  Onların  atası 
Axsarın  da  Axsartaq  adlı  əkiz  qardaşı  vardı.  Bu  qardaşlardan 
Uruzmaq öz bacısı Satana ilə evlənir. Qaraqalpaq dastanında isə 
Arıslan və Altınay adlı əkiz bacı-qardaşdan və onların şərlənərək 
zina etdiklərinin iddia edilməsindən danışılır.  
―Qırx  qız‖  dastanı  ilə  bu  tip  səsləşmələrə  nart  eposunun 
abxaz variantında və nartlar barədə qumuq əfsanələrində də rast 
gəlmək  mümkündür.  Bu  variant  və  əfsanələrdə  Satana  100, 
bəzənsə 40 oğul anası kimi təqdim edilir. Qaraqalpaq dastanında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə