Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   63   64   65   66   67   68   69   70   ...   97

202 
 
soyuq  imiş,  onu  göy  çəmənlikdə  qəflətən  yuxu  tutur.  Ayılanda 
görür ki, atı və arabası yoxdur:  
“Peşimançılıq çəkən Herakl axtarışa başlayır. Xeyli gəzib-
dolaşandan sonra qarşısına qəribə bir məxluq çıxır ki, bədəni 
beldən  yuxarı  gözəl  qız,  kəmər  yerindən  aşağı  isə  ilan  idi. 
Təəcüblənərək ondan soruşur:  
- Sən kimsən?  
İlan-qadın cavab verir:  
- Mən Apa tanrıçayam.  
Herakl xəbər alır:  
- Apa tanrıça, sən mənim atımı görməmisən?  
İlan-qadın deyir:  
-  Atın  və  araban  məndədir.  Onları  ancaq  bir  şərtlə  sənə 
qaytararam: bir müddət burada qalıb mənim ərim olacaqsan.  
Herakl payi-piyada dünyanın o biri başında yerləşən vətə-
ninə dönə  bilməyəcəyini  anlayır  və  Apa tanrının yanında qal-
mağa  razılaşır.  Amma  ilan-qadın  atı  və  arabanı  qaytarmağa 
tələsmir, ona görə ki, Herakla vurulmuşdu. Onlar o vaxta qə-
dər  birlikdə  yaşayırlar  ki,  üç  uşaqları  dünyaya  gəlir.  Bundan 
sonra Apa atı və arabanı Herakla verib deyir:  
- Səndən ayrılmaq istəməsəm də, yurdun üçün darıxdığını 
duyuram. Verdiyim sözün üstündə dururam. Atını və arabanı 
geri  qaytarıram.  Ancaq  söylə  görüm,  oğlanların  böyüyəndən 
sonra nə edim? Onları sənin yanına yollayım, yoxsa öz ölkəm-
də saxlayım?  
Herakl belə qərara gəlir: üstü qızıl kasalı kəmərini belin-
dən  açır,  sonra  yayını  dartıb  gərilmiş  ipi  bağladığını  və  oxu 
necə atdığını göstərir. Onları Apa tanrıya verib bildirir:  
- Oğlanlarım böyüyüb kişiləşəndə  qoy kəmərimi bellərinə 
bağlasınlar  və  yayımı  çəkib  sahmanlasınlar.  Kəmərim  onlar-
dan hansının belinə gəlsə və kim yay-oxumu mənim kimi sah-
manlaya  bilsə,  yanında  saxla.  Yayımın  gərilmiş  ipini  bağla-
mağı bacarmayanı və kəmər belinə gəlməyəni qov getsin.  
İllər keçir.  Heraklın oğlanları böyüyürlər. Apa tanrı  ata-
larının  kəmərini  və  ox-yayını  gətirib  övladlarının  qarşısına 


203 
 
qoyur.  Kəmər  iki  oğlun  belinə  çox  geniş  olur.  Onlar  qızıl  ka-
saların  ağırlığını  daşıya  bilmir.  Böyük  və  ortancıl  qardaşın 
yayın  gərilmiş  ipini  də  çəkib  bağlamağa  gücləri  çatmır.  Hər 
ikisini ölkədən qovurlar. Heraklın kəməri üçüncü oğlun belinə 
gəlir və o, yayı atası kimi qaydasına salıb oxu sərrast atır. Bu, 
kiçik oğul Skuth (rusdilli mənbələrdə ad yanlış olaraq Skif kimi 
yazılır – B. T) idi. Skuth ölkədə Apa tanrının himayəsində qa-
lır və ondan iskit tayfası törəyir (Qafarov, 2010, s. 42). 
Herodot  bu  əfsanəni  Qara  dəniz  sahillərində  qeydə  almışdır. 
Onun  yazdığına  görə,  bu  iskit-sakların  mənşəyinə  dair  yunanlar 
tərəfindən söylənilən variantdır. Bu variantla saxa-yakut variantının 
arasındakı  daha  bir  ortaq  nöqtə  mədəni  qəhrəmanın  atası  ilə 
bağlıdır. Məlum olduğu kimi, yunanların mifik təsəvvürlərinə görə, 
Hüraklın  atası  Zevs,  yəni  yunan  panteonunun  baş  tanrısı  idi 
(Ağasıoğlu, 2000, 92-93). ―Ər Soqotox‖ dastanında isə qəhrəmanın 
atası Ər Toyon, başqa sözlə Uluu Toyon // Ürünq Ayığ Toyondur: 
Dinlə ey uşaq! Sənin atan Ər Toyon, anan isə Gübey xa-
tun  idi.  Səni  doğan  və  dünyaya  gətirən  onlardır  (Ögəl,  2006, 
səh. 120). 
Uluu Toyon // Ürünq Ayığ Toyon isə, bilindiyi kimi, saxa-
yakut panteonunun başçısıdır və saxa-yakut yaradılış dastanında 
Tanrı ilə eyniləşdirilir: 
Ürünq Ayığ Toyon ki, yaradan Tanrı idi, 
İnsanlara can verən, yaşadan Tanrı idi. 
Bu Tanrı sahibiydi göylərin üst qatının, 
Ağaca at bağlardı, qazığıydı atının  
         (Ögəl, 2006, səh. 122) 
Bilavasitə iskit-sakların öz dilindən qeydə alınmış variantda 
isə əsas qəhrəman Herakl yox, Tarqitay adlanır. İskitlərin də əc-
dadı kimi məhz o, təqdim edilir. Tarqitay təmiz türk adıdır. Hə-
min adı Vl əsrdə yaşamış Avar türklərinin diplomatlarından biri 
də  daşımışdır.  Onun  adı  tarixi  mənbələrdə  Tarqitiy  şəklində 
qeyd olunmuşdur (Гейбуллаев, 1991, с. 305).  
Herodotun  təqdim  etdiyi  və  bilavasitə  iskitlərin  özlərinə 
şamil etdiyi ikinci variantda qəhrəmanın, yəni ulu əcdadın – Tar-


204 
 
qitayın  atası  Papay  (Baba  Ay),  anası  isə  Api  adlanır  (Мизиев, 
1991,  с.  41).  Bu  adların  İslamdan  çox-çox  öncə  Azərbaycanda 
qələmə alınan Uluq xan Ata Bitikçi ―Oğuznamə‖sindəki adlarla 
yaxınlığı diqqət çəkir: 
...Tam doqquz ay keçincə ondan bir insan çıxmış, 
Nədənsə adını da “Ay Atam” deyə almış. 
Ay Babayla, Ay Dədə türkcəyə burdan qalır, 
İnsanın ilk cəddi də kökünü aydan alır...  
         (Ögəl, 2006, səh. 479) 
 
...Birincisi Ay Atam necə idisə kişi, 
Bu ikinci şəxs də yaradılmışdı dişi. 
Ay Va demişdir hər kəs bu dişinin adına, 
“Ağ üzlü” anlamı var ad qoymuşlar qadına...  
    (Ögəl, 2006, səh. 480) 
Sözügedən  variantda  Tarqitayın  //  Heraklın  oğulları  içəri-
sində Skuth // Ər Soqotox adını daşıyanına rast  gəlinmir. Onun 
oğlanlarının  adları  Arpaksay,  Lipoksay  və  Kulaksaydır.  İ.Mizi-
yev bu adları Arpaçay, Lıppıq çay (qaraçay – balkar türklərinin 
dilində  ―dolanbac  çay‖)  və  Qolaq  çay  (qaraçay  –  balkar  türk-
lərinin dilində ―çay qolu‖) kimi şərh etmişdir. Buradakı adlardan 
birincisinin  Araz  çayının qollarından biri olan Arpa çayının adı 
ilə üst-üstə düşməsi də diqqətəlayiqdir. 
Tarixən  ―sak‖  adı  ilə  tanınan  etnik  qruplara  gəlincə,  birmə-
nalı  şəkildə  deyə  bilərik  ki,  kimmerlər,  saklar,  işquzlar  və  s. 
qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni 
dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif 
konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı 
biri  üstün  vəziyyətdə  olduğu  dövrdə  həmin  qrupun  adı  digərləri 
üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gördüyü-
müz kimi, müəyyən bir  dövrdə bu qruplar üçün  "kuti" və  "kim-
mer" adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün vəziy-
yətə  gəlmiş  və  digər  qohum  etnik  qruplar  da  bu  ümumiləşdirici 
adla tanınmışlar. Bu hal fars-Əhəmənilərin hakimiyyətə gəldikləri 
dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mən-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə