Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   64   65   66   67   68   69   70   71   ...   97

205 
 
bələrində,  ilk  növbədə  də  Bisitun  kitabəsində  bütün  bu  qruplar 
eyni ad altında, yəni "sak" (saka) adı altında qeyd edilmişdir.  
Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlə-
rin adına aşşur mənbələrində e.ə. VIII əsrdən etibarən rast gəlin-
məkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə almışlar 
(Дьяконов, 1968, c. 169-175; Пиатровский, 1959, c. 232). Onla-
rın ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar onları bir-
birindən  fərqləndirərək,  onlardan  birini  "qimirri",  digərini  isə 
"işkuz" adlandırırdılar (Дьяконов, 1956, c. 242). Aşşurlara ayrıca 
saklar  da  məlum  idi  (Тадмор,  1949,  c.  241).  Babil  mənbələində 
isə Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların 
adı ümumiyyətlə heç işlənməmiş, onların  əvəzinə hər  yerdə "qi-
mirri", (yəni kimmer) yazılmışdır. M.A.Dandamayev və V.Q.Lu-
koninin  fikrincə,  bu  hal  ondan  qaynaqlanırdı  ki,  birincisi,  Babil 
ədəbiyyatında  arxaikləşdirməyə  meyl  güclü  idi,  ikincisi,  Ön 
Asiyaya  yürüşlər  təşkil  edən  ilk  Şərq  xalqı  məhz  kimmerlər  ol-
muşlar (Дандамаев, Луконин, 1980, c. 75). 
Herodotun  yazdığına  görə,  farslar  bütün  iskitləri  "sak"  ad-
landırırdılar  (Дандамаев,  Луконин,  1980,  c.  75).  Onun  haqlı 
olduğunu  Bisitun  kitabəsinin farsdilli  yazıları bütünlüklə təsdiq 
edir.  Burada  saklarla  qohum  olan  bütün  etnik  qruplar  ümumi-
ləşdirici "saka"  adı  ilə  adlandırılır. Yunanlar isə  bütün  bu xalq-
ları  "iskit"  hesab  edirdilər.  Bu  üzdən  də  bir  çox  çağdaş  müəl-
liflər  özlərini  çətinə  salmamaq  üçün  "İskit-saklar",  digərləri  isə 
"kimmer-iskit-saklar"  terminindən  istifadə  etmişlər.  Mixi  yazı-
larda isə bütün bu xalqların, o cümlədən onlarla etnik və dil ba-
xımından qohum olan madayların (midiyalıların) "umman man-
da"  (Manda  ordusu)  adlandırılması  halı  ilə  də  üzləşmək  müm-
kündür (Azərbaycan tarixi, 1994, s. 69).  
İlk öncə ondan başlayaq ki, yunanların "iskit", farsların isə 
"sak"  adlandırdıqları  bu  qohum  xalqlara  aid  indiyə  qədər  Av-
rasiyanın geniş düzənliklərindən Şərqi Avropadan, Qara dənizin 
qərb  və  şimal  sahillərindən  tutmuş  Çin  səddinə  qədər,  Güney 
Azərbaycandan  Skandinaviyaya,  Skandinaviyadan  Sakit  okean 
sahillərinə  qədər  yüzlərlə  kurqan  tapılmış  və  tədqiq  edilmişdir. 


206 
 
Həmin  kurqanlardan  tapılan  zəngin  mədəniyyət  nümunələri 
bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid 
standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas 
götürən,  demək  olar  ki,  bütün  mütəxəssislər  sözügedən  nəhəng 
ərazidə  eyni  etnosa  aid  etnik  qrupların  yaşadığını  söyləmişlər. 
Onların  incəsənəti  isə  müxtəlif  heyvan  motivlərinin  çoxluq 
təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır.  
Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları 
irandilli hesab edən İ.M.Oranski onların iki min il ərzində Qara 
dəniz  sahillərindən  Çin  səddinə  qədər  uzanan  geniş  bir  ərazidə 
yaşadıqlarını yazmışdır (Орансий, 1963, c. 90).  
Eynən Oranski kimi iskitləri və sakları irandilli hesab edən 
R.Fray yazmışdır: 
"İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın 
deyil,  eyni  zamanda  Sibir,  Altay,  eləcə  də  Şərqi  və  Qərbi 
Türküstanın geniş  ərazilərində  məskun idilər... Altay və hətta 
Çin  səddindən  tutmuş  Transilvaniyaya  qədər  uzanan  geniş 
ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsrlərində 
baş  vermiş  hun  hücumlarına  qədərki  dövrdə  müəyyən  bir 
eynilik  müşahidə  olunmaqdadır.  Belə  aydın  olur  ki,  irandilli 
tayfalar  burada  xüsusi  rola  sahib  olmuşlar."  (Фрай,  1972,  c. 
221-222). 
B.Q.Qafurov bildirir: 
"İran  dillərinin  qədim  zamanlarda  yayılma  arealı  orta 
əsrlərə və indiki dövrə nisbətən daha geniş idi. Bu areal Quzey 
Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlar-
ının  ümumi  vətəni  də  bu  sərhədlər  içərisində  mövcud  ol-
muşdur." (Гафуров, 1971, c. 13).  
E.A.Qrantovski yazmışdır:  
"E.ə.  I  minillikdə  irandilli  tayfalar  və  xalqlar  bizim  ölkə-
mizin (keçmiĢ SSRĠ-nin) - Çin sərhəddindən Dunay çayına qə-
dər geniş ərazilərində məskun idilər (Грантовский, 1974, c. 3). 
 Yuxarıda  əsərlərindən  sitatlar  təqdim  etdiyimiz  müəllif-
lərin  hamısı  sözügedən  etnik  qrupları  irandilli  hesab  etməklə 
yanaşı,  onların  qohum  olduqlarını  və  Avrasiyanın  geniş  ərazi-


207 
 
lərində  məskun  olduqlarını  təsdiq  etmişlər.  Bizim  üçün  önəmli 
olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bu-
nun  belə  olmadığını,  söhbətin  bilavasitə  türk  etnosundan  getdi-
yini  irəlidə  görəcəyik.  Əslində  isə  yuxarıda  kimmerlərin  və  se-
kellərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cə-
fəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir. 
Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məs-
kəni  olduğunu  digər  müəlliflər  də  təsdiqləmişlər.  Belələrindən 
biri  də  V.İ.Abayev  (Абаев,  1979,  c.  121)  olmuşdur.  Bütün  bu 
müəlliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid 
edilən  "heyvani  üslub"un  bütün  bu  ərazilərə  səpələnmiş  kur-
qanlardan  tapılan  zəngin  maddi  mədəniyyət  nümunələrinə  xas 
olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik 
müəlliflərin  həmin  mədəniyyətin  daşıyıcılarını  ümumiləşdirici 
"iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin 
müəlliflər  həmin  kurqanların  xronoloji  ardıcıllığını,  yəni  hansı 
kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, 
bu  etnik  qrupların  Şərqdən  Qərbə  doğru  yayıldıqlarını  söylə-
mişlər.  Onların  belə  düşünmələrinə  isə  Herodotun  və  Siciliyalı 
Diadorun  (Ağasıoğlu,  2005,  s.  85)  iskitlərin  ilkin  vətəni  kimi 
qeyd  etdikləri  məkanda  axan  Araz  çayının  yanlış  olaraq  bəzi 
hallarda  Volqa,  bəzi  hallarda  isə  Amu  Dərya  çayı  ilə  eyniləş-
dirmələri səbəb olmuşdur (Гейбуллаев, 1991, s.  277). Halbuki, 
bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmiş-
dir. Bu barədə irəlidə söhbət açılacaqdır. 
A.P.Smirnov  iskit  kurqanlarından  tapılan  maddi  mədəniy-
yət nümunələrini Asiya mənşəli hesab edərək yazmışdır: 
"Buradan  bir  qədər  şərqdə-Qazaxıstan,  Orta  Asiya  və 
Altayda  ümumi  etnomədəni  dəyərlərə  sahib  olan...  qəbilələr 
məskun idilər. Məhz bu ərazilər iskitlərin qaynağı və Ata yur-
du  olmuşdur,  məhz  buradan  onlar  Şərqi  Avropaya  gəlmiş-
dilər." (Смирнов, 1966, c. 43).
 
A.İ.Terenojkin isə başqa, gerçəyə daha yaxın bir fikir söy-
ləyərək  bidirmişdir  ki,  iskitlərin  bir  qismi  Ön  Asiyadan  Orta 
Asiya və Sibirə getmişlər: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə