Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   60   61   62   63   64   65   66   67   ...   97

193 
 
Sözün  bu  yerində  Mirəli  Seyidovun  ―Azərbaycan  mifik 
təfəkkürünün  qaynaqları‖  adlı  monoqrafiyasından  bir  sitatı 
yenidən təkrar etməyə ehtiyac var:  
“Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac 
pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq - doğum pirləri ki-
mi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə 
gəlib tapınar, səcdəyə düşərmişlər” (Seyidov, 1983, s. 37-38).  
Azərbaycandan  toplanmış  ―Keçəl  və  dayısı‖  adlı  bir  əfsa-
nədə bildirilir: 
“...Dağın üstündə böyük bir ağac var, o ağac pirdi. Gərək 
ona yaxın getməyəsən. On beş metr aralıda dayanasan. Qolla-
rını  açasan, çağırasan. Özü  də çağıranda səs verir. ”Ay pir  “ 
deyəndə  səs  verir,  ona  nə  sözün  var  ürəyində  deyirsən,  apar-
dığın  ayın-oyunu  da  qoyursan  yerə,  dala  baxmadan  qayıdıb 
gəlirsən” (Azərbaycan folkloru antologiyası, 2005, s. 309). 
Qoroxovun qeydə aldığı mifdən belə görünür ki, ağac təkcə 
insanın əcdadı kimi yox, bütün canlı varlqların, o cümlədən hey-
vanların ulu əcdadı kimi gözdən keçirilir: 
Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş, 
Ağaca üz tutaraq ona belə səslənmiş: 
“Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam, 
Mənə həyatı verən, ey mənim böyük anam. 
Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur, 
Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur  
(Ögəl, 2006, səh. 115-117) 
Bu fakt  Azərbaycan dekorativ sənətinin,  xüsusən də  xalça-
larımızın  əsas  və  əvəzsiz  bəzək  elementlərindən  biri  kimi  çıxış 
edən  ―vağ-vağı‖  naxışının  daşıdığı  mifoloji  semantikanın  məz-
mununu daha yaxşı dərk etməyimizə kömək edir. Ağac budaqla-
rını  və  hər  budaqda  meyvəni  əvəz  edən  quş  və  heyvan  başla-
rından ibarət olan bu naxış barədə Lətif Kərimov ətraflı məlumat 
vermişdir (Керимов, 1983, с. 92-93). 
B.Ögəl türklərin (qərbi hunların və altaylıların) göy tanrısı-
nın  məkanını  göstərəndə  «Dünya  və  Göy  Ağacı»nın  təsvirini 
verir:  


194 
 
“Gök  yüzüne  doğru  büyük  bir  çam  ağacı  yükseliyordu. 
Gökleri  delip  çıkan  bu  ağacın  tepesinde  ise  Tanrı  Bay-Ülgen 
otururdu. Şaman davullarındakı bu ağacların kökleri dünyada 
değil; daha ziyade göğün başladığı yerden itibaren başlıyordu” 
(Ögel, 1989, s. 90-91). 
Xakasların  təsəvvüründə  də  ağac  ―insan‖,  ―insanın  canı‖, 
―soy uruq‖ məfhumlarını ifadə edir (Bəydili, 2003 b, s.18). Te-
lenqitlər də inanırdılar ki, hər ağacın ezzе-sahibi, ruhu var. Оn-
ların  inamına  görə  ağacın  ezzi-sahibi  ruhu  (aqaştın  ezzi)  insan 
taleyini himayə edir (Seyidov, 1984, s. 31). 
Mövzumuz baxımından Minusinsk tatarlarından qeydə alın-
mış  bir  dastanda  söylənilənlər  də  xüsusi  maraq  doğurur,  belə 
məlum olur ki, sözügedən ağacın aşağı hissəsi yeraltı dünyada - 
cəhənnəmdə yerləşir: 
Çox-çox əski çağlarda qəhrəman bir qız varmış, 
Adı Kubayko imiş, yer üzündə yaşarmış. 
Bir gün savaş zamanı qızın qardaşı ölmüş, 
Qız bu halı görüncə, sanki, dəliyə dönmüş. 
Ölülərin xanıymış İrlə xan adlı bir xan, 
Heç bir kimsə yox imiş məskənini tanıyan. 
Qardaşının meyidi üstündə ağlar ikən, 
Heç bir kimsə yox imiş məskənini tanıyan. 
Qırx başlı bir öküzə İrlə xan minib gəlmiş, 
Ölən ərin başını oğurlayaraq getmiş. 
Cəsəd başsız olanda ölülər dirilməzmiş
Nə bir həyat iksiri, nə də can verilməzmiş. 
Qız qardaşını qoyub, xanın dalnca düşmüş, 
Yerin altına enmək belə ağlına düşmüş. 
“Amma necə gedim mən?” deyə hər yana qaçmış, 
Yurddan biri gələrək bu fikri qıza anlatmış: 
“Bu yolla düz gedərsən, sapma bu yoldan,” demiş, 
“Gedərkən baxma, saqın, heç sağa-sola” demiş: 
Sən bu yolla gedib bir çaya varacaqsan
Cayın hər iki yanında dağlar görəcəksən. 
Bu, çox böyük çaydır, dağlar arasından axır, 


195 
 
Sahilindəki dağlar, sanki, göylərə ucalır. 
Bu dağın kənarında sular axır hikkəli, 
Daşdan bir ev də vardır, ətrafı qırx köşəli. 
İrlə xanın evidir, xan özü orda durur, 
Bu xanı axtaranlar ancaq orada bulur. 
Bir qara ağac vardır bu evin lap önündə
Doqquz ağac yüksəlir bu ağacın kökündə. 
Bu doqquz ağacın da hamısı xan malıdır, 
Bu xanın qazığıdır, atı ona bağlayır”. 
Bu sözlərdən sonra qız yola çıxır, yol alır, 
Az-uz gedir, yorulur, nəhayət, evə varır. 
Evə girməzdən əvvəl ətrafa yaxşı baxır, 
Ağacın üzərində bir yazı görüb oxur. 
Tanrı qutsal ağaca kitabə vurmuş imiş,  
Bura gələnlərə belə buyurmuş imiş: 
“Bil ki, Böyük Tanrıdr bu ağacı yaradan, 
Yaradıldı bu ağac göylə, yerlə həmzaman”. 
Heç kimsə görməmişdir bu yerə canlı gəlsin, 
Hələ insan oğlunun ayağı bura dəysin...  
 (Ögəl, 2006, səh. 127-128) 
Məlum  olduğu  kimi,  animizm  ilkin  dini  təsəvvürlərin  əsa-
sında duran elə bir inkişaf mərhələsidir ki, bütün varlıqlarda ru-
hun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi təhli-
lini  verən  E.Teylor  təlim  kimi  götürəndə  onun  nəzəri  əsasında 
iki ehkamın durduğunu vurğulayırdı: birincidə ruh varlığın məh-
vindən, daha doğrusu, daşıdığı cismin ölümündən sonra da mad-
di  həyatda fəaliyyətini  davam  etdirir,  ikincidə  isə  bədəndən ay-
rılıb  gerçək dünyanı  tərk edir və ilahi  aləmin  yüksəkliyinə qal-
xır.  Animizmdə  təbiət  qüvvələri,  bitkilər,  bir  çox  cansız  pred-
metlər, heyvanlar şüurlu başlanğıca malik hesab edilir və fövqəl-
təbii  xüsusiyyətlərin  icraçılarına  çevrilir.  Animistik  görüşlər 
Azərbaycanda  hər  sahədə  özünə  geniş  yer  almışdır.  Folklorun 
epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı 
danışıqda,  eləcə  də  mədəniyyətin  bütün  formalarına  aid  nümu-
nələrdə  cansız  varlıqların  şüurlu  başlanğıca  malikliyi  ideyasına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə