Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   56   57   58   59   60   61   62   63   ...   97

181 
 
Gördüyümüz kimi, bütün variantlarda dünyanın yaradılma-
sının ilkin materialı kimi sonsuz sular, yəni dəniz və okean çıxış 
edir. İndisə qoyduğumuz suala qayıdaq. Bu suala adətən belə ca-
vab verirlər: Bu süjetlər Altay və Sibirə kənardan gətirilib. Şüb-
həsiz ki, bu belədir. Fəqət onları kim gətirib? Təbii ki, türklərin 
özləri. Odur ki, Altayları türklərin ilkin yurdu saymaq qətiyyən 
doğru  deyil.  Bəs  belə  olan  halda  türklərin,  o  cümlədən  saxa-
yakutların dənizlərlə əhatə olunmuş və ya dəniz (okean sahilində 
olan  ilkin  ata  yurdları  hara  olmuşdur?  Fikrimizcə  bu  suala  ən 
gözəl  cavabı  Firidun
 
Ağasıoğlu  vermişdir.  Öncə  qeyd  edək  ki, 
A.Qaben və A.N.Kononov türk dillərində dünyanın cəhətlərinin 
rənglərlə ifadəsindən söz açaraq bidirmişlər ki,  bu dillərdə qara 
rəng  quzeyi,  qırmızı  (qızıl)  güneyi,  ağ  qərbi  (batını),  göy  isə 
şərqi (doğunu) ifadə etmişdir (Gabain, 1962, p. 73-74; Кононов, 
1978, с. 160). Bu faktdan çxış edən F.Ağasıoğlu yazır: 
“Türk harada olmasından asılı olmayaraq, dayandığı yerə 
“sarı”,  quzeyə  “qara”,  güneyə  “qırmızı”  (altun,  qızıl),  batıya 
“ağ”, doğuya isə “göy” boyanın simvolu kimi baxacaq... 
Əgər  bu  sistemi  xəritə  üərində  axtarmaq  istəsək,  ən  mü-
nasib  üsul  kimi göl  və  dənizlərə verilən adlara baxmaq lazım 
gələcək. Bütöv Avrasiya məkanında isə belə bir yer yalnız İki-
çayarasının quzeyindədir. 
Aydınlıq  olsun  deyə,  qədim  mənbələrdə  güney  sularının 
“qırmızı”, doğu sularının isə “göy adlandığını xatırlayaq. Nil 
çayının  doğusundakı  Qırmzı  dəniz  kimi,  qədimdə  Fars  kör-
fəzinin  də  qırmızı  dəniz  adlanması  bəllidir  (Herodot,  IV,  39; 
Strabon,  XI,  9).  Göyçə  gölü  kimi,  Urmu  gölünün  adı  da  keç-
mişdə  Göy-göl  idi  (Strabon,  XI,  14,  8).”  (Ağasıoğlu,  2005,  s. 
128-129). 
Məhz  bu  ərazi  türklərin  ilkin  ata  yurdu  hesab  edilməlidir, 
Altay və ətrafı yox! 
Sözügedən bölgənin, yəni Şərqi Anadolu və Azərbaycanın, 
başqa sözlə Ön Asiya və Qafqazların ilkin türk yurdu olduğunun 
ən gözəl sübutlarından biri də çuvaş türklərinin miflərində qoru-
nub  saxlanmış  Ön  Asiya  tanrılarının  adlarıdır  ki,  bu  barədə  ta-


182 
 
nınmış çuvaş etnoqrafı Dmitri Madurov ―Çuvaşların ənənəvi de-
korotiv sənəti və bayramları‖ adlı monoqrafiyasında (Мадуров, 
2004, s. 4-5) məlumat verməkdədir. Alimin  yazdığına görə, çu-
vaşların  mədəniyyətində  qədim  əkinçi  xalqların  tanrılarının  iz-
ləri görünməkdədir. Məsələn,  
Tura // Tora (çuv.) – Tora (qədim Misir), Tara (hind). 
Amatura  (Messopatamiya)  –  Ama  Tura  (çuv.)  –  tanrıların 
anası. 
Si  Duru  (Messopatamiyada  tanrıların  sahibəsi)  –  Si  Turri 
(çuv. tanrıların üzərində olan). 
Turtur (Mes. Tanrı Dumuzinin anası) – Tur Tur (çuv. Tan-
rılar tanrısı) (Дмитриев, 1997, с. 137). 
Ereşkiqal  (Mes.  Ölüm  dünyasının  sahibi)  –  Esrel  (çuv. 
Ölüm tanrısı). 
Tiamat (Mes. Yeraltı dünyanın şər ruhlarından biri) – Xəya-
mat (çuv. Yeraltı dünyanın şər ruhlarından biri). 
Apsu (Mes. Yeraltı şirinsulu okean) – Ap su (çuv. Şirin su). 
Soxmet (Misir, yandırıcı günəş və müharibə tanrıçası, tanrı 
Ptaxın  qızı)  –  Sexmet  (çuv.  Müharibə  tanrıçası.  Çuvaş  mifolo-
giyasında  Messopatamiya  ikonoqrafiyasına  uyğun  olaraq,  aslan 
bədənli, qız başlı varlıq kimi təsvir edilir) (Мадуров, 2004, s. 4).  
Bu uyğunluq sistem təşkil etdiyindən onu qətiyyən təsadüf 
saymaq  mümkün  deyil.  Üstəlik  də  qədim  mixi  yazılar  çuvaş 
türklərinin  əcdadları  hesab  edilən  suvarların  Ön  Asiyada,  daha 
dəqiq desək, Messopatamiyada, yəni İkiçayarasında yaşamış ol-
duqlarından soraq verir. Mövzu ilə bağlı F.Ağasıoğlu yazır: 
“Ən qədim subarlar haqqındakı məlumatlara görə, onlar 
e. ə. IV-II minilliklərdə İkiçayarası adlanan ərazilərdə, Fəratla 
Dəclə  arasında  yaşayırmış…  İkiçayarasına  gələn  samilər  Ak-
kad şəhəri ətrafında güclənib subarları daha yuxarılara sıxış-
dırdılar. Akkadlı Sarqonun (e. ə. XXIV əsr) yuxarı subar böl-
gələrinə hücum etməsi barədə yazılar qalmışdır. Sarqonun ya-
ratdığı sami Akkad dövləti Şumer ölkəsini də ələ keçirmişdi… 
E.  ə.  II  minilliyin  əvvəllərində  subar  torpaqlarına  assurların 
(aşşurların – B.T.) ekspansiyası gücləndi. Bu vaxt İkiçayarası-


183 
 
nın yuxarı bölgələrinə sıxışdırılan subarlar quzey-doğudan da 
yeni hurri axınları ilə qarşılaşdı. Beləliklə, aşağıdan sami asur 
tayfalarının,  yuxarıdan  qafqazdilli  huri  tayfalarının  arasında 
qalan subarlar üç qola ayrıldı: batı, orta və doğu qollar. Batı 
subar boyları 38-ci  paralel  boyunca batıya çəkilib  digər xalq-
ların  içində  əridi,  həmin  paralel  boyunca  doğuya  çəkilənlər 
Urmu  hövzəsində  yerləşdi,  daha  sonra  xeyli  hissəsi  Sibir  və 
Türküstan tərəflərə miqrasiya etdi”
 
(Ağasıoğlu, 2005, 155-156).  
Maraqlıdır  ki,  bu  gün  çuvaşlar  arasında  yayğın  olan  şəxs 
adlarının bir qismi qafqazdilli hurri adlarını təkrarlayan teomorf 
adlardır. Məsələn: 
Savuşka  (çuv.)  –  Şavuşka  (Hurrilərin  məhsuldarlıq  və 
qələbə ilahəsi); 
Tilə  (çuv.)  –  Tilla  (Hurrilərin  şimşək  tanrısı  Tessobanın 
dana şəklində təsvir edilən oğlu); 
Urey  (çuv.)  –  Urey  (Misir-hurri  qoruyucu  ruhu.  İlan  kimi 
təsvir edilir); 
Şamakka  (çuv.)  –  Şemike  (Hurrilərdə  günəş  tanrısı)  və  s 
(Мадуров, 2004, s. 4). 
Beləliklə, çuvaş türklərinin əcdaları hesab edilən suvarların 
mixi yazılarda haqlarında söz açılan subarlar olduğu anlaşılır və 
onların ata yurdunun Şərqi Anadolu olduğu anlaşılır. 
Xatırladaq ki, bəzi oğuz etnoqonik rəvayətlərində oğuzların 
ilkin  ata  yurdu kimi  xatırlanan və haqqında  artıq söz açmış ol-
duğumuz  əfsanəvi  Mahan  ölkəsi  də,  qaraqalpaq  –  myütenlərin 
və özbək – matienlərin əski ata yurdu Mantiena da məhz həmin 
əraziləri  əhatə  etmişdir.  Onu  da  xatırladaq  ki,  sözügedən  ərazi 
Osmanlı-Səfəvi  savaşlarına  qədər  Azərbaycanın  tərkib  hissəsi 
idi və yalnız XVl əsrdən etibarən Türkiyənin tərkibindədir.  
Saxa-yakutlardan  toplanan  folklor  nümunələri  içərisində 
etnoqonik süjetlərə də az rast gəlinməmişdir. Bu süjetlərdən ən 
yayğını,  şübhəsiz  ki,  ―Ər  Soqotox‖  dastanıdır.  Dövrümüzədək 
bir neçə variantda ulaşan dastanın Middendorf variantının məz-
munu belədir: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə