Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Ağacın gövdəsindən bir cür şirə axarmış



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   59   60   61   62   63   64   65   66   ...   97

190 
 
Ağacın gövdəsindən bir cür şirə axarmış, 
Bu qutsal suyun rəngi altun kimi parlarmış. 
Ağacın budaqları ta göylərə uzanmş
Görən elə bilirmiş doqquz qollu şamdanmış, 
Yarpaqları böyükmüş, budağından sarqarmış. 
Yarpaqların hər biri at dərisi qədərmiş. 
Ağacn təpəsindən bir cür şirə çıxarmış, 
Köpüklənib, qaynayb sarı rəngdə axarmış. 
Bu ağacın yanına kimsə gedəmməzmiş, 
Şirədən içən adam heç aclıq hiss etməzmiş. 
Bu sudan içən artıq məsud olarmış, 
Hər şeyə çatarmış, Tanrıdan qut bularmış. 
İlk insanın atası burada yaradılınca, 
Həyatı əldə edib, dadını da alınca, 
Dərhal ağacı görmüş, qaçıb altına girmiş, 
Sudan doyunca içmiş, həyat əldə etmiş. 
Bu ağacın zirvəsi lap göylərə yetərmiş, 
Göylərin üç qatına çatıb, onu dələrmiş  
         (Ögəl, 2006, səh. 114) 
A.M.Saqalayev  yazır ki, dağ və  göllə  yanaşı,  ağac da türk 
dini  və  mifologiyasının  ən  qədim  obrazlarından  hesab  olunur. 
Hunlar  ağaca  at  qurbanı  kəsir,  kəlləsini  və  dərisini  də  budaqla-
rına asırdılar (Сагалаев, 1991, c. 87).  
N.Qoroxov tərəfindən toplanaraq  yazıya alınmış variantda-
kı ağac obrazı da çox maraqlıdır: 
...Dünyadan göyə çıxan bir dəmir ağac vardı, 
O qədər böyükdü ki, yerlə göyü bağlardı. 
Göylərin göbəyində qəm, kədər əskik idi, 
Burada nə günəş batar, nə də ki ay əskik idi. 
Bu göbəkdə qış yoxdu, həmişə yaz olurdu, 
Bircə qu quşu vardı hər kəsə saz olurdu. 
İlk insanın atası yaradılmışdı burda, 
Adı Ağ oğlan idi, göz açmışdı orda. 
Gözünü açar-açmaz ətrafına baxmışdı, 
“Mən haradayam” deyərək, oyanıb qalxmışdı. 


191 
 
Bir ova uzanırmış uzaq şərqin yönünə, 
Çox yüksək bir dağ çıxmış onun önünə. 
Bu dağın üzərində böyük bir ağac varmış, 
Ağacın şirələri parlaqmış, xoş qoxarmış. 
Bu ağacın nəmli qabığı heç qurumazmış, 
Suyu gümüş kimiymiş, yarpağı da solmazmış. 
Süslü-süslü bardaqlar budaqlardan saqarmş, 
Bunu görənlər onu bir tumurcuq sanarmış. 
Bu ağacın zirvəsi yeddi göyü dələrmiş
Göylər üstünə çıxıb, lap Tanrıya gedərmiş. 
Ürünq Ayığ Toyon ki, yaradan Tanrı idi, 
İnsanlara can verən, yaşadan Tanrı idi. 
Bu Tanrı sahibiydi göylərin üst qatının, 
Ağaca at bağlardı, qazığıydı atının. 
Bu ağacın kökləri yer dibinə gedərmiş, 
Tanrının məskəninə dikilmiş bir dirəkmiş
Ağ oğlan güneylərə “Nə var” deyə baxmış, 
Bir süd dənizi görmüş, rəngi süddən də ağmış. 
Dənizin kənarında bəyaz çamurlar varmış, 
Sanki süd turşuyaraq, köpüklənib qabarmış. 
Quzey tərəflərisə qaranlıq meşə sarmış, 
Yarpaqları titrəşib heyvan kimi oynarmış. 
Bir dağ yüksəlirmiş ormanın arxasında, 
Bəyaz papaq kimi ağlıq varmış başında. 
Bir zirvə ki, bənzərmiş ağ dovşan dərisinə
Rüzgarı durdurarmış, qoymazmış gerisinə. 
Günbatan yönlərisə çox gözəl bolluq imiş, 
Bu ovanın hər yeri çayır ilə dolu imiş, 
Böyük şamlqlar varmış bu ovanın ardında,  
Yayğın təpələr varmış şamlığın arxasında. 
İnsanın ilk atası gözünü ilk açınca,  
Günəşin aydınlığı hər tərəfə saçınca, 
Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş, 
Ağaca üz tutaraq ona belə səslənmiş: 
“Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam, 


192 
 
Mənə həyatı verən, ey mənim böyük anam. 
Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur, 
Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur. 
Amma elə yalqızam, o qədər yalqız, bilsən, 
Nolar mənə bənzəyən bir dost, bir qadın versən. 
Dolaşıram dünyanı işsiz, gücsüz, başıboş, 
Mənim gücümə görə bir yar ver, et məni xoş. 
Mən də insan oğlunu tanımaq istəyirəm, 
Mən də bir insan kimi yaşamaq istəyirəm. 
Sənə sığınıram mən, qutunu əsirgəmə, 
Mənə ümid ver, məni yalnız bəsləmə. 
Başqa bir tanrım yoxdur, ancaq səni görürəm
Qəlbim sayqıyla dolu, qarşında diz çökürəm”. 
Bu sözlər üzərinə yarpaqlar yaşıllaşmış, 
Üstünə su çilənib, hər tərəfi nəmlənmiş. 
Yarpaqlar ağlar kimi sulanmış, daşmış tamam, 
Bir nur kimi axaraq, oğlanı aşmış tamam. 
İsti bir külək əsmiş, qəlbləri sərinlətmiş, 
Ağacdan gələn bir səs hər tərəfi inlətmiş. 
Ağacın tam kökündən bir yarpaq yarılınca, 
Bu yarıqdan ağaca bir dəlik açılınca, 
Bir qadın çıxıb gəlmiş ağacın dəliyindən, 
Ağacın kökündəymiş aşağısı belindən. 
Qadının gur saçları uçuşaraq yanırmış, 
İri məmələrindən süd axıb qaynayırmış. 
Oğlan yaxınlaşmış ona, süd əmmiş məməsindən, 
Əmmiş, əmmiş, doyaraq vaz keçmiş yeməsindən. 
Südü əmən Ağ oğlan ilk dəfə doymuş imiş
Vücudunun hər yeri qüvvəylə dolmuş imiş. 
Bundan sonra anası ona demiş: qutlu ol! 
Səadətlə dolub daş, həyatda sən mutlu ol! 
Ağ oğlana anası su, od, dəmir vermiş,  
Sonra da qeyb olaraq təkrar yerinə girmiş.  
             (Ögəl, 2006, səh. 115-117) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə