Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


gəldi.  Və  acıqlanmış  Tanrı  Qara  xan  Erliyi  yerin  ən  aşağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

178 
 
gəldi.  Və  acıqlanmış  Tanrı  Qara  xan  Erliyi  yerin  ən  aşağı 
qatına  sürdü.  Buyurdu  ki,  günəşsiz,  aysz,  ulduzsuz  yerdə 
dünyann sonuna qədər qalsın. 
Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı 
idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ülgen Altun dağ-
da  qızıl  bir  taxt  üstündə  oturub,  Göyün  yeddinci  qatında  Gün 
Ana, altıncı qatında Ay Ata oturmuşdur (Cəfərov, 2004, səh 13). 
Veselovskinin  topladığı  variant  da  mövcuddur.  Onu  fraq-
ment adlandırmaq daha doğru olar: 
Bir  gün  Tanrı  Ülgen  dənizin  üzərində  bir  palçıq  parçası 
gördü.  Bu  palçıq  eyniylə  insan  şəklinə  oxşayırdı.  Tanrı  ona 
can verdi və bu yolla şeytan Erlik meydana gəldi. Başlanğıcda 
Erlik  Tanrıya  çox  ehtiram  göstərirdi,  münasibətləri  də  yaxşı 
idi.  Amma  zaman  keçdikcə  münasibətləri  pozuldu  və  Erlik 
Tanrıya düşmən oldu (Ögəl, 2006, səh. 461). 
Digər bir varianta nəzər salaq: 
Ülgen dünyanı yaratmaq üçün yuxarıdan suya endi. Dü-
şündü,  düşündü,  işə  haradan  başlayacağını  müəyyən  edə  bil-
mədi. Bir vaxt insan oğlu onun yanına gəldi. Ülgen xəbər aldı: 
- Sən kimsən? 
İnsan oğlu cavab verdi: 
- Mən də dünyanı yaratmağa gəlmişəm. 
Tanrı Ülgen hirsləndi və qəzəblə dedi: 
-  Sizi  yaradan  mən  olmasaydım,  siz  bunu  etməyə  qalxa 
bilərdinizmi? 
İnsan oğlu: 
-  Amma  mən  dünyanın  mayası  olacaq  iki  maddəni  necə 
tapmağı bilirəm. 
Tanrı: 
- Elədirsə, mənə tez torpaq gətir! 
İnsan oğlu dərhal suya daldı. Suyun altında bir dağ var idi. 
O dağdan bir parça götürdü, ağzına qoydu və suyun üzünə çıxdı. 
Torpağın  yarısını  Tanrıya  verdi,  yarısnı  ağznda  saxladı.  İnsan 
oğlu saxladığı torpağı ağzından dünyaya tüpürdü və onun payına 
dünya bataqlıq, tarla və dənizlərlə doldu” (Ögəl, 2006, səh. 462). 


179 
 
Yenisey  sahillərindən  toplanmış  variantın  məzmunu  isə 
belədir: 
Çox-Çox əvvəllər heç bir şey yox idi. Yalnz dalğalanan və 
çalxalanan böyük bir dəniz var idi. Bir də böyük bir şaman var 
idi  (yeniseylilərə  görə,  şaman  Tanrıdır).  Onun  nə  işi  vardı,  nə 
də gücü. Bu dəniz üzərində qu quşları, qırmızı boyunlu balıqcıl 
quşları  və  daha  neçə-neçə  su  quşları  uçuşardı.  Amma  qonub 
dincəlmək, nəfəs almağa bir yerləri yox idi. Buna görə şaman 
balıqcıl quşa dedi: 
-Suya dal, dənizin dibindən bir az torpaq gətir! 
Balıqcıl iki dəfə suya cumdu, heç nə gətirə bilmədi. Üçün-
cü dəfə ağznda bir parça palçıq çıxarda bildi. Bu palçıqdan bir 
ada düzəltdilər və uçuşub onun üzərinə qondular (Ögəl, 2006, 
səh. 462). 
Verbitskinin qeydə aldığı daha bir variant: 
Dünya bir dəniz idi, nə göy vardı, nə bir yer, 
Ucsuz-bucaqsız, sonsuz sular içrəydi hər yer. 
Tanrı Ülgen uçurdu, yoxdu bir yer qonmağa,  
Uçurdu, axtarırdı bərk bir yer sığınmağa. 
Qutsal bir ilham birdən ürəyi doldu, 
Qeybdən gələn bir səs ona belə çarə buldu. 
Göylərdən gələn bir səs Ülgenə buyuruq verdi: 
“Önündəki şeyi tut, dərhal yaxala!” – dedi. 
Sağa-sola boylanıb dörd açdı gözlərini
Könlündə təkrarladı Səmanın sözlərini. 
Dənizdən çıxan bir daş su üzündə dayandı, 
O, daşı tutdu, bu üzündə dayandı. 
Artıq Ülgen məmnundu, rahatlıq bulmuş idi. 
 Üzərində durmağa bir yeri olmuş idi. 
Göylərin əmri ilə tapınca Ülgen dayaq, 
Artıq vaxtı çatmışdı, göyləri yaradacaq! 
Ülgen hey düşünmüşdü ta göylərə baxaraq: 
“Bir dünya istəyirəm, bir soyla yaradım, 
Bu dünya necə olsun, nə boyda yaradım?”. 
Bir Ağ Ana var idi, yaşardı su içində


180 
 
Göründü su üzündə, Ülgenə belə dedi:  
“Yaratmaq istəyirsən sən də bir şeylər, Ülgen, 
Yaradan olmaq üçün bu qutsal sözü öyrən. 
De ki, mən etdim, oldu. Başqa bir şey söyləmə, 
Hələ yaradan ikən “etdim, olmadı!” demə!” 
Ana bunu dedi, qeyb oldu, çıxıb getdi, 
Dənizə dalıb getdi, bilinməz hara getdi. 
Ülgenin qulağından bu buyruq heç çıxmadı, 
İnsana bu öyüdü verdi, heç yorulmadı: 
“Dinləyin ey insanlar, vara yox deməyiniz! 
Varlığa yox deyərək, yox olub getməyiz!” 
Ülgen yerə baxaraq, “Yaradılsın yer!” demiş, 
Bu istək əsasında dənizdən yer törəmiş. 
Ülgen göyə baxaraq, “Yaradılsın göy!” demiş, 
Bu buyruq əsasında üstünü göy bəzəmiş. 
Tanrı Ülgen durmadan ayrıca vermiş salıq, 
Bu dünyanın yanına yaradılmış üç balıq. 
Bu böyük balıqların üstünə dünya qonmuş, 
Balıqlar çox böyükmüş, dünyaya dayaq olmuş. 
Dünyanın yanlarında iki də balıq durmuş, 
Dünya gəzər olmamış, bir yerdə qalıb durmuş. 
Bir başqa balıq isə yerə gərilmiş idi, 
Qapqaranlıq şimala başı çevrilmiş idi. 
Ortadakı balığın başı tam şimaldaymış, 
Dərhal tufan başlamış, yönü az dəyişsəymiş
Onun başı hər zaman tam yöndə durmalıymış, 
Bu yön heç dəyişmədən şimalda olmalıymış. 
Başı bir azca ensə, tufanlar başlar imiş, 
Tufanla daşan sular dünyanı basar imiş. 
Başı zəncirlər ilə bu üzdən bağlanmışdı, 
Başın tərpənməməsi bu yolla saxlanmışdı. 
Zəncirlər bağlanıbmış ortadakı dirəyə, 
Balıq əsla heç zaman qımıldanmasın deyə...  
             (Ögəl, 2006, səh. 428-429) 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə