Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Qərbdə  kolluq  uzanır,  onun  arxasını  da  lədin  meşələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

187 
 
Qərbdə  kolluq  uzanır,  onun  arxasını  da  lədin  meşələri 
örtürmüş. Şimala gəldikdə burada qadın şamanlar olur, möcü-
zələr  göstərib,  dualar  oxuyarmışlar. Şamanların arxasında da 
qoca bir ana oturarmış. 
Ər  Soqotoxun  geyimləri  də  fövqəladə  idi.  Silahlarına  gə-
lincə,  bir  yayı  vardı  ki,  sümükdən  qayrılmşdı  və  altı  adam  yı-
ğılsa,  bu  yayı  çəkə  bilməzdi.  Oxları  lap  çəkicə  oxşayırdı  və 
ağacdan qayrılan balıqçı komaları qədər böyük idi. Sivri uclu 
bir oxunu bir obanın dəmirçisi, qaşığa bənzər oxunu da başqa 
bir  obanın  dəmirçisi  çalışaraq  qayırmışdı.  Bunlardan  başqa, 
ağır  bir  mizrağı,  toppuzu  və  qılıncı  da  var  idi.  Onun  atının 
tarixi isə çox uzundur... 
Ər Soqotox 19 yaşına çatanda, ürəyi başqa cür vurmağa, 
qanı da için-için qaynamağa başladı... Dörd bir yanına baxdı, 
özünə yazığı gəldi. Dünya-aləmdə hamı cüt-cüt gəzirdi.  “Belə 
olmaz, mən də öz tayımı tapmalıyam” deyib yola düşdü. Gedib 
evində  yatdı,  sabah  qalxanda  ilk  işi  “xaqan  ağac”ın  önünə 
getmək  oldu.  Ağacn  önünə  getməzdən  öncə  də
 
Günəşə  üz 
tutub,  üç  dəfə  salam  verdi.  “Xaqan  ağac”ın  qarşısına  çatan 
kimi diz çökdü və ağaca belə dedi: 
- Mənim ağac Xaqanım! Ey müqəddəs ruh! Ey ulu xatun! 
Mənim  yurdumun  ruhu!  Mən  bir  yetimdən  başqa  bir  şey  de-
yildim. Sən götürdün, məni böyütdün. Mən kiçik bir uşaq ikən, 
sən  məni  böyük  bir  adam  etdin...  Gəl  mənim  nə  olacağımı, 
gələcəyimi  də  bildir.  Mən  nə  edəcəyəm?  Mən  bundan  sonra 
necə yaşayacağam? Ey ulu ana!.. 
İgid  bunları  söylədikdən  sonra  birdən  göy  üzü  tutulmuş, 
buludlar  yığılmış  və  göy  müdhiş  bir  şəkildə  gurlamağa  başla-
mışdır. Az sonra iri-iri damlalı yağış yağmağa başlamış və ətrafı 
sellər basmışdır. Göydən ağ bir bulud uçmuş və bu buluddan da 
yerə ildırımlar enmişdir. Yer-göy titrəmiş, çaylar daşmış, dənizlər 
çalxalanmışdır.  Az  sonra  ağ  saçlı  Ana  Tanrı  görünmüşdür. 
Yavaş – yavaş ağacın kökündən çölə çıxmış və oğlanın qarşısında 
durmuşdur. Eynən kəklik köksü kimi köksü, iki böyük tuluq kimi 
məmələri var imiş. Oğlana üz tutmuş və belə demişdir: 


188 
 
-  Dinlə  ey  uşaq!  Sənin  atan  Ər  Toyon,  anan  isə  Gübey 
xatun  idi.  Səni  doğan  və  dünyaya  gətirən  onlardır.  Göyün 
üçüncü qatından bir əmr gəldi və bu əmrdə sənin böyüdülmən 
və  insanlara  ata  olmağın  buyuruldu.  Buna  görə  də  mən  səni 
götürüb  böyütdüm.  İndi  atına  min,  güney  tərəfə  get.  Bəlkə 
səfərin  ağır  və  çətin  olacaq.  Ata  Tanrı  köməyin  olsun.  Hər 
şeydə müvəffəqiyyət səninlə olsun! 
Ağ  saçlı  ana  bu  sözləri  deyəndən  sonra  bir  az  da  dirilik 
suyu vermişdir. Oğlan sarı atına minib yola düşmüşdür. Oğlan 
ayrıca 7 öküz və 7 inək də kəsmiş, ətlərini bişirmiş, dərilərin-
dən tuluq qayırmış, ərzağın tuluqlara doldurmuş, tuluqları da 
atın  qulağından  asmış,  acıdıqca  əl  atıb  buradan  yemək  götü-
rərək yemişdir. 
Xeyli  yol  getdikdən  sonra  Qaya  qapısına  çatmış,  ordan 
Dəmir  dağı  keçmişdir.  Dəmir  dağı  aşdıqdan  sonra  Qan  irma-
ğına yetişmişdir. Bu çayda su yerinə qan axmış. Bu dəfə at ça-
rə tapmış, uçaraq sahibini çayın o tərəfinə keçirmişdir. 
Oradan  Qara  xanın  ölkəsinə  gəlmişdir.  Bu  Qara  xan  Ulu 
Toyonun  nəslindən  idi.  Xan  Tanqranın  da  əqrabasıymış.  Qara 
xann 10 oğlu və 9 qızı varmış. Qızlar o qədər gözəl imişlər ki, bu 
qızların  gözəlliyinə  hamı  heyran  imiş.  Ər  Soqotox  başdan- 
ayağa dəmir paltarda gəlmiş və Qara xanın ölkəsinə girmişdir... 
Bundan  əvvəl  də  Qara  xanın  ölkəsində  bəzi  qəribə  şeylər 
olmuşdu.  Göylər  qaralmış,  yerlər  titrəmiş,  cəhənnəm  sahibi 
Buura – Doxsun gəlmiş və Qara xanın canını almaq istəmişdi. 
Qızlar  ağlamış,  oğlanlar  çığırmışdılar.  Tam  bu  vaxt  Ər  So-
qotox gəlib çıxdı... 
Qızlar belə bir igidin gəldiyini gördükdə, tez qabağını kəs-
mişlər, olan-bitən hər şeyi ona deyərək, ondan kömək istəmiş-
lər. Oğlan cəhənnəm sahibi Buura- Doxsunu görüncə, tez hü-
cum etmiş və başlamışlar döyüşməyə. Amma cəhənnəm zəba-
nəsi  çox  qüvvətliymiş,  üstün  gəlməyə  başlamışdır.  Oğlan  lap 
heydən  düşəndə  görmüş  ki,  damarlarnda    Tanrıya  məxsus 
qan, bədənində də getdikcə coxalan bir qüvvət dolaşmağa baş-
layır... Get-gedə güclənmiş və tutub cəhənnəm zəbanəsinin ba-


189 
 
şını kəsmiş, vücudunu parça-parça edərək, göylərə sovurmuş-
dur.  Zəbanənin  ürəyinin  yalnız  bir  qismi  qalmış,  o  da  bir 
qarğa olub uçmuşdur. Onun üçün bu quş pis-pis bağırır. 
Qara xan bu fəlakətdən qurtulduğuna görə kiçik qızını Ər 
Soqotoxa  vermişdir.  Onlar  da  yer  üzünə  enərək  yakut  türklə-
rini dünyaya gətirmişdir (Ögəl, 2006, səh. 119-121). 
Təqdim olunan süjetlərin çox-çox əski zamanlarda formalaş-
dığı heç bir şübhə oyatmır. Bu, süjetlərin alt qatlarında yatan ani-
mistik təsəvvürlərdən açıq-aydın görünür. Eyni zamanda, dastanda 
nəsli  ağaca  bağlamaq  hadisəsinin  şahidi  oluruq  ki,  bu  da  to-
temizmin ən ilkin mərhələsinin məhsuludur. Məsələyə belə yanaş-
ma Altaydan toplanmış miflər üçün də xarakterikdir. Bu baxımdan 
―Yaradılış‖ dastanının V.V.Radlov variantı da istisna deyil: 
Günlərdən bir gün idi, Tanrı dolanır idi, 
Baxdı, bir ağac gördü, göyə uzanır idi. 
Qəribə ağac idi, qolsuz, budaqsız idi. 
Tanrı bunu görüncə öz-özünə söylədi: 
“Çılpaq qalmış bir ağac, belə qolsuz, budaqsız, 
Gözləri heç oxşamır, görkəmi də çox dadsız”. 
Tanrı buyurdu: “Bitsin doqquz qolu hələlik”. 
Bitdi dərhal doqquz qol, doqquz budaq üstəlik. 
Heç kim bilmir, Tanrının düşüncəsi nə idi, 
Soylar törəsin deyə belə bir əmr verdi: 
“Doqquz kişi qılınsın doqquz qolun kökündən,  
Doqquz oymaq törəsin həmin doqquz kişidən!  
    (Ögəl, 2006, səh. 113) 
Eyni  halla,  yəni  insanın  həyat  ağacı  ilə  bağlılığı  motivinə 
bir  qədər  dəyişik  formada  İ.A.Xudyakovun  qeydə  aldığı,  saxa-
yakutlara aid başqa bir mifoloji mətndə də rast gəlirik: 
Yakuta görə, dünya səkkiz guşəli imiş,  
Yerin ortası isə sarı göbəkli imiş. 
Dünyanın göbəyində bir də ağac var imiş, 
Bu ağac böyük imiş, göylərə çıxar imiş. 
Bu ağacın hər tərəfi Tanrıdan süslü imiş, 
Qabıqları, kötüyü, sanki, gümüşlü imiş. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə