Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   52   53   54   55   56   57   58   59   ...   97

168 
 
mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları bu-
günkü  Rusiyanın  Kalmıkiya,  Həştərxan,  Stavropol  və  Rostov 
bölgələrini  əhatə  edirdi.  Antik  müəlliflərin  bəziləri  sarmatları 
"savromat"  da  adlandırmışlar.  Məsələn,  Herodot  "savromat" 
yazdığı halda, eradan əvvəl 4-cü əsrdə yaşamış Skilak Karianidli 
"sarmat" ifadəsini işlətmiş, Ovidiy Nazon isə hər iki addan isti-
fadə etmişdir. Pliniy isə yunanların sarmatları "savromat" adlan-
dırdıqlarını bildirmişdir. (Гейбуллаев, 1991, c. 329-330). 
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar 
Midiyadan, yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə 
zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları 
midiyalılarla,  yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy 
və  Yuliy  Solin  sarmatları  midiyalıların  törəmələri  hesab  etmiş-
lər.  Pliniy  türkləri  sarmatların  bir  qolu  saymış,  Pomponiy  Mela 
isə  türklərlə  sarmatların  qonşu  olduqlarını  yazmışdır.  Eradan 
əvvəl  2-ci  əsr  müəllifi  Dionisiy  Pereqet  isə  sarmatları  hunlarla 
eyniləşdirmişdir.  Fakt  isə  budur  ki,  qıpçaq  mənşəli  qazax  soy-
larından  biri  də  sarmatlardır  və  onlar  qazaxların  içərisində 
"şermat" və "sarmat teleu" adları ilə məşhur idilər. (Гейбуллаев, 
1991, s. 329-330,334). Bu fakt qədim Atropatenanın paytaxtının 
nədən  Kazaka  (Qazax)  adlandığını  başa  düşməmizə  və  nədən 
qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi 
bir  plast  təşkil  etdiyini  başa  düşməmizə  yardımçı  olur.  Əslində 
isə  qıpçaq  elementinin  Azərbaycandakı  kökləri  ən  azı  kuman-
ların tarixi qədər qədimdir.  
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy baba-
ları saydıqları maday xalqının da qazaxların etnogenezində işti-
rak etdikləri məlumdur. 
Müqəddəs  "Tövrat"  kitabında  Yafəsin  oğullarından  söz 
açılarkən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl 
9-8-ci əsrlərə aid mixi yazılarda  Madayın soyundan gələn xalq-
dan-maday  xalqından  və  eradan  əvvəl  7-6-cə  əsrlərə  aid  mixi 
yazılarda  isə  bu  xalqın  Azərbaycanın  cənubunda  qurduğu  Ma-
dayya  dövlətindən  söhbət  açılır.  Qədim  yunan  müəllifləri,  o 


169 
 
cümlədən  eradan  əvvəl  5-ci  əsrdə  yaşamış  Herodot  bu  dövləti 
Midiya dövləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər. 
Məlumat  üçün  bildirək  ki,  Azərbaycanda  formalaşan  digər 
türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə 
Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı 
tərk  edən  bu  qədim  türk  soyu  qazax  türklərinin  etnogenezində 
yaxından  iştirak  etmişdir.  Qazax  xalqını  təşkil  edən  türkdilli 
soylardan biri də madaylar olmuşlar. (Востров, Муканов, 1968, 
c.  118).  Azərbaycanda  yaşayan  və  sonradan  qazaxların,  qırğız-
ların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxın-
dan  iştirak  etmiş  (Велиханов,  IV,  c.  326;  Abramzon,  1960,  c. 
66, 82; Кармышева, 1954, c. 16, tablo 2; Жданко, 1950, c. 41) 
soylardan biri də albanlardır.  
 


170 
 
SAXA-YAKUT TÜRKLƏRĠNĠN ETNOQONĠK MĠF, 
RƏVAYƏT VƏ DASTANLARI  
 
Saxa-yakut xalqının etnogenezi ilə bağlı məqamları özündə 
əks  etdirən  ―Ər  Soqotox‖  dastanı,  eləcə  də  bu  xalqın  dili  onun 
əsas nüvəsinin xalis türk elementindən təşkil olunduğunu birmə-
nalı şəkildə təsdiq edir. Eləcə də aparılmış genetik testlər də eyni 
məqamdan xəbər verir. Bununla belə, saxa-yakut türkcəsi çuvaş 
türkcəsi ilə yanaşı kök (ana) türkcədən çox uzaqlaşmışdır. Mütə-
xəssislərin  fikrincə,  bunun  da  səbəbi  sözügedən  dilə  yerli  tun-
qus-mancur (evenk və even), monqol və fin-uqor dillərindən çox 
sayda  yad  substratın  qarışmasıdır.  Görkəmli  türkoloq  Fərhad 
Zeynalovun  yazdığına  görə,  yakut  dilində özünü göstərən fərq-
lənmələr bir tərəfdən bu dilin ən qədim türk qəbilə və tayfa bir-
liklərinin  təmərküzləşməsi  nəticəsində  ortaya  çıxması,  sonralar 
yeni türk dilləri, əsasən, Sibir türkləri (xakas, şor, tuva, çülım və 
s.)  ilə  təmasda  olması  və  ən  başlıcası  isə  monqol,  tunqus-man-
cur,  evenk  dillərinin  təsiri  altında  olması  ilə  izah  oluna  bilər 
(Zeynalov, 1981, səh. 335). 
Yəni bir vaxtlar Lena çayı hövzəsinə kütləvi köç edən türk-
sak  tayfaları  buranın  aborigen  xalqları  ilə  qaynayıb-qarışmış, 
nəticədə  saxa-yakut  xalqı  yaranmışdır.  Elə bu səbəbdən də  ani-
mist  və  kosmoqonik  təsəvvürləri  Sibir  və  Altayın  digər  türk 
xalqlarının  mifik  təsəvvürləri  ilə  üst-üstə  düşən  saxa-yakutların 
mifoloji sistemində digər türk xalqlarının mifoloji sisteminə xas 
olan  ortaq,  ənənəvi  personajların  adlarına  rast  gəlinmir.  Əvə-
zində isə digər türk xalqlarınınkından fərqli personajlarla üzləşi-
rik.  Halbuki,  eynən  saxa-yakutlar  kimi  sakların  birbaşa  varislə-
rindən sayılan saqay türklərinin əsas mifoloji personajları ilə Al-
tay, xakas, şor, kumandı və s. türk xalqlarının mifik personajları 
tam bir eyniyyət təşkil edir.  
XVII  əsrin  yazılı  mənbələrində  saxa-yakutların  inancları 
barədə  qeydlərə  çox  nadir  hallarda  rast  gəlinir.  Eyni  hal  XVlll 
əsrin ilk rübündə davam etməkdədir. Yəni sözügedən zaman di-
limində  bu  xalqın  inanclar  sistemi  xüsusi  tədqiq  olunmamışdır. 


171 
 
Həmin dövrdə daha çox saxa-yakutların yaşadıqları ölkənin coğ-
rafiyası,  bu xalqın tarixi və  etnoqrafiyası  diqqət  mərkəzində  ol-
muşdur (Иванов, 1974, səh. 77). S.A.Tokarevin fikrincə, XVII-
XVIII əsrin ilk rübündə regiona göndərilən ekspedisiyalara rəh-
bərlik  etmiş  İ.K.Kirillov,  V.N.Tatişev,  Q.F.Miller,  İ.Q.Qmelin 
və  Y.İ.Lindenaunun  qeydləri  o  qədər  ətrafı  və  zəngindir  ki, 
Sibirin  etnoqrafiyası  barədə  əvəzsiz  mənbə  rolunu  oynaya 
bilərlər (Токарев, 1966, səh. 87).  
Saxa-yakutların  inanclar  sisteminin  bilavasitə  tədqiqat  ob-
yektinə  çevrilməsi  əsasən  XIX-XX  əsrləri  əhatə  etməkdədir  ki, 
bu  istiqamətdə  İ.A.Xudyakovun,  N.A.Vitaşevskinin,  V.M.İono-
vun,  E.K.Pekarskinin,  V.L.Seroşevskinin,  V.F.Troşanskinin, 
S.V.Yastremskinin,  V.N.Vasilyevin  əməyini xüsusi qeyd etmək 
lazımdır.  N.A.Alekseyev  (Алексеев,  1984,  səh.  11-12)  həmin 
dövrdə  dərc  edilmiş  tədqiqat  əsərlərini  üç  qrupa  ayırır:  1.  Ya-
kutların  inancları  barədə  sosial  proqramların  nəticələri  (Со-
ловьев, 1976; Припузов, 1884; Слепцов, 1886); 2. Yakutların 
inanc  sistemi  barədə  onların  etnoqrafiyasına  həsr  edilmiş  təd-
qiqatlar  çərçivəsində  toxunulması  (Миддендорф,  1896,  səh. 
789-828; Маак, 1887;
 
Худяков, 1969; Серошевский, 1896); 3. 
Xüsusi  dinşünaslıq  mövzulu  tədqiqatlar
 
(Виташевский,  1890; 
Ястремский,  1897;  Трошанский,  1904;  Приклонский,  1886; 
Пекарский, Васильев, 1910).  
Saxa-yakutlardan toplanan yaradılış dastanları cüzi fərqlərə 
baxmayaraq,  Altayda  yazıya  köçürülmüş  dastanlara  bənzəyir. 
Bu da təbiidir. Çünki həm altaylılar, həm də saxa-yakutlar mən-
şəcə  türkdürlər  və  bütün  bu  dastanlar  da  ümumtürk  mahiyyəti 
daşıyırlar.  
Saxalardan  (yakutlardan)  toplanan  dastanlar  bir  neçə  va-
riant təşkil etməkdədir. Seroşevskinin topladığı I variantın məz-
munu belədir: 
Böyük Ağ yaradan Ürünğ Ayığ Toyon lap əvvəldən böyük 
dənizin üzərində yüksəklərdə dayanıb-durarkən suyun üstündə 
üzən bir köpük gördü. Tanrı durdu və köpükdən soruşdu: 
- Sən kimsən? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə