Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   48   49   50   51   52   53   54   55   ...   97

156 
 
Orada ilanlar atlara yemlənməyə vermirdi məqam. 
İtirdim səni, ay gölüm mənim, gölüm mənim. 
Yayın sərin südündən, 
Payızın sarı yemişindən, 
Qışın balıq sürüsündən 
Xalqım məhrum oldu mənim (Толстова, 1977, с. 159). 
Bənzər motivə ―Ay Uralım, Uralım‖ adlı başqırd kobayırın-
da da rast gəlirik: 
Sürülərim burada otlayırdı, 
Atlarım bu çöldə yeyb-bəslənirdi. 
İnəklərin burada movuldayırdı, 
Qoyunlarım bu yerdə yeyb kökəlirdi. 
Buranın axar çayları gümüş kimi bərq vurur
At kimi şütüyüən balıqlarla doludur. 
Deyingən qarı tək quruldar burda qurbağalar  
    (Толстова, 1977, с. 160) 
Mahmud Kaşğarlının (XI əsr) bulqar türklərindən gətirdiyi 
misal da bu qəbildəndir: 
İtil suları axır, sahilləri döyərək
Sahil qayalarını döyəcləyərək. 
Qurbağa və balıqlar sürü-sürüdür, 
Onlarla qaynaşır göl (Толстова, 1977, с. 160). 
Lakin  bu  yaxınlıq  və  bənzərliyin  səbəbi  təkcə  bu  iki  türk 
xalqının, yəni başqırd və qaraqalpaqların nə zamansa eyni coğ-
rafi  arealda  yaşamış  olmasından  qaynaqlanmaya  da  bilər. 
Məsələnin  kökündə  etnogenetik  bağların  dura  biləcəyi  ehtimalı 
da  unudulmamalıdır.  Üstəlik  də  unudulmamalıdır  ki,  Başqırd 
soylarından  userqanların  şəcərənaməsində  bu  soyun  öz  başlan-
ğıcını eynən qaraqalpaq  - myütenlər və özbək – matienlər kimi 
Myüten  bəydən  (Myüten  biy)  götürdüyü  vurğulanır.  Yeri  gəl-
mişkən qeyd edək ki, Userqan-myüten folklor birgəliyi mövzusu 
elmdə  yeni  deyil  və  R.Q.Kuzeyev  bu  mövzuya  dəfələrlə  müra-
ciət etmişdir (Толстова, 1977, с. 160). 
―Ormambet  biy‖ poemasından isə belə məlum olur ki, qa-
raqalpaqlar  Ormambet  bəyin  (―Manas‖da  Almanbet  kimi  yad 


157 
 
edilir  –  B.  T.)  ölümündən  sonra  (XVI  əsr)  Volqa  və  Ural  arası 
əraziləri tərk edərək şərqə doğru köç etmiş və hazırda yaşadıq-
ları  ərazilərdə  məskunlaşmışlar.  Elə  həmin  dövrdə  də  qaraqal-
paqlar iç-içə, birlikdə yaşadıqları noqaylardan ayrılmışlar: 
Ormambet bəy öldüyündə
On noqay böyu ayrı düşdü bir-birindən. 
Ormambet bəyin oğlu yox idi
Yalnız bircə qızı var idi. 
Bu noqayların birliyini pozdu.  
Bu tolqaudan (poemadan) anlaşıldığı kimi, müəyyən dövrdə 
qaraqalpaqlar  noqay  siyasi  birliyinə  daxil  olmuşlar  (Толстова, 
1977, с. 161). Başqırdların da həmin dövrlərdə Noqay ulusunda 
yaşadıqları  məlumdur  (Очерки  по  истории  Башкирской 
АССР, 1956, с. 72-75). 
Qırğızlarda  da  ―Qırx  qız  ata‖  adlı  əfsanə  qeydə  alınmışdır 
və  bu  əfsanə  qaraqalpaq  dastanının  süjetini  deyil,  Azərbaycan-
dakı  eyni  adlı  əfsanəni  xatırlatmaqdadır.  M.İsmayıl  Rüstəm 
qızının  fikrincə,  qırğızların  «Qırx  qız  ata»  əfsanəsi  türk  mədə-
niyyətinin оrtaq xüsusiyyətlərini aydın şəkildə göstərir (İsmayıl 
Rüstəm  qızı,  2008,  s.  60).  Əfsanəyə  görə  Köymеn  dağında 
yaşayan оbalarda qırx qız biri - biri ilə bacı kimi kеçinirmiş. Bir 
gün bu  оbalara quldurlar basqın  еdir. Qızlar  о sırada hərəsi  bir 
işlə  məşğul  imiş.  Basqınçıları  kafir  sayan  qızlar  оnlara  görün-
məkdənsə  daş  оlmağı  diləyirlər.  Köymеn  dağı  yarılır.  Qırx  qız 
dağın içinə girərək оrada daş оlurlar. Bura «Qırx qız ata» adlan-
dırılmış  və  ziyarət  yеrinə  çеvrilmişdir  (Yüz  bir  türk  efsanesi, 
2004, s. 64-65).  
Mirəli Seyidov mifoloji təfəkkürdə bu tip çevrilmələrin əski 
inamlarla bağlı olduğu fikrini əsaslandıraraq yazır: 
“Qədim  insanlar  inanırmıĢ  ki,  onqon,  ilahi,  Tanrı  hər  bir 
canlıda, cansızda cüz halında var və onlar kökə görə qohumdur-
lar.  Bu  cüzün  gücü  ilə  canlı,  cansız  Ģəklini  dəyiĢir.  DaĢ  insan 
olur, insan heyvan və sair” (Seyidov, 1989, s. 262). 
―Qırx  qız  ata‖  əfsanəsinin  kök  etibarilə  Qafqaz  regionu, 
daha  dəqiq  desək,  Azərbaycanla  bağlı  olduğu,  yəni  Azərbay-


158 
 
candan Orta Asiyaya aparıldığı  heç bir şübhə oyatmır. Əfsanə-
dəki  daşa  dönmə  motivi  də  Azərbaycan  mənşəlidir.  Bu  motiv 
Naxçıvan  rеgiоnundan  tоplanmış  əfsanələrdə  rast  gəldiyimiz 
əsas  motivlərdən  biridir  (İsmayıl  Rüstəm  qızı,  2008,  s.  51). 
M.İsmayıl Rüstəm qızı yazır: 
“Daşa  dönmə  insanların  əski  mifoloji  dünyagörüşünün 
ifadəsidir.  Bu  proses  müəyyən  vəziyyətlərdə  dualar,  Tanrıya 
yalvarış,  niyyət  etmə  ilə  baş  verir.  Məsum  varlıqların-  əsasən 
qızların, gəlinlərin, sevgililərin zülmdən qurtuluş yolu dağa üz 
tutması  və  daşa  çevrilməsidir.  Maraqlı  tərəf  odur  ki,  insana 
bənzər daşlar əfsanələşərkən əslində daşlar da ülviləşmiş, xalq 
yüksək  mənəvi  duyğularını  daşlara  aşılamışdır.  Daşa  dönmə 
motivində qədim türklərin dağ, daş və  qayalara baxış tərzi  də 
ortaya çıxır” (İsmayıl Rüstəm qızı, 2008, s. 51-52). 
Alimin yazdığına görə, Şahbuz rayonunun Badamlı kəndin-
dəki  «Qız-gəlin»  deyilən  yerlə  bağlı  xalq  arasında  iki  əfsanə 
danışılır.  Əfsanələrin  birində  deyilir  ki,  bir  ovçu  silahı  qaldırıb 
qarşısındakı  kəklikləri  nişan  alanda  kəkliklər  onun  gözünə  qız-
gəlin kimi görünür. Elə ki, tüfəngi salır, yenə kəkliklər görünür. 
Nəhayət,  bu  görüntülərdən  bezmiş  ovçu  atəş  açanda  kəkliklər 
qız-gəlin donundaca daşa dönürlər.  
M.İsmayıl Rüstəm qızının fikrincə, bu əfsanənin  məzmunu 
və mövzusu insan və təbiət münasibətlərinin pozulması ilə izah 
olunmalıdır (İsmayıl Rüstəm qızı, 2008, s. 52). 
İkinci əfsanədə isə düşmənlərdən qaçan qız - gəlinlər dağda 
Allaha  dua  edib  qeyb  olurlar.  Xalq  inancına  görə  yan-yana 
düzülmüş daşlar həmin qız-gəlinlərdir. 
Naxçıvandan toplanmış başqa bir əfsanənin məzmunu belədir: 
Yaycı  elinin  camaatı  elin  igidlərinin  məğlub  olduğunu, 
düşmənin isə çox olduğunu görəndə qız-gəlinlər ələ keçməsin-
lər deyə Allaha yalvarırlar ki, onları daş eləsin. Zağalara girən 
düşmən hər tərəfdə daş adamlarla rastlaşır.  
Deyilənə görə, bura ziyarətə gələnlər niyyətlərinin baş tu-
tub tutmayacağını bilmək üçün xırda daşlardan götürüb gəlin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə