Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   44   45   46   47   48   49   50   51   ...   97

144 
 
Ötügendə  (bugünkü  Monqolustan  ərazisi),  Göytürklərə,  daha 
sonralar isə doqquzoğuz - onuyğurlara tabe olan türk - tatar soy-
birləşmələrindən  biri  kimi  yaşamış  və  bu  adla  da  Orxon  – 
Yenisey  abidələrində  yad  edilmişlər.  Məsələn,  Kül  Tiqin  (Kül 
Təkin) abidəsinin şərq tərəfində, 14-cü sətirdə oxuyuruq: 
“...Yıraya  Baz  kağan  tokuz  oğuz  bodun  yağı  ermis,  kırkız, 
kurıkan,  otuztatar,  kıtay,  tatabı  köp  yağı  ermis”  (Rəcəbov, 
Məmmədov, 1993, s. 72).  
Otuztatar soybirləşməsinə  daxil olan otuz türk-tatar soyun-
dan  28-nin  adını  böyük  Azərbaycan  tarixçisi  Fəzlullah  Rəşi-
dəddinin  ―Cami  ət-Təvarix‖indən,  digərlərinin  adını  isə  özbək 
―Xannamə‖sindən  öyrənmiş  oluruq:  tatar,  moğul,  derben  (der-
benut,  derbent),  saray,  dörmən,  cəlayir,  qanqlı,  xitay,  kereyit, 
minq, corat, suqait, nayman, bozdoğan, orusut (orus), sulduz və 
s. (Рашид ад-Дин, 1956, с. 346). Soybirləşməsinə tatarlar baş-
çılıq  etdikləri  üçün  bu  xalq  ―tatar‖  və  ya  ―otuztatar‖  adları  ilə 
məşhur idi. Çingiz xan sözügedən soylardan qıyat boyuna daxil 
olan  bozdoğan  (boz  şahin)  soyunun  bəy  ailəsindən  idi.  Soy  öz 
adını  soyun  onqonu  olan  boz  doğandan  (boz  şahin  quşundan) 
almaqda  idi.  Bu  səbəbdən  də  Çingiz  xanın,  eləcə  də  mənsub 
olduğu  soyun  bayrağında  boz  doğan  (boz  şahin)  rəsmi  çəkil-
mişdi
 
(Хара-Дабан, 1996, s. 127)
 
Mənbələrdə sözügedən soyun adına ―bortoğan‖ kimi də rast 
gəlinir.  Bu  da  bəzi  türk  ləhcə  və  şivələrinə  xas  r  –  z  səsdəyiş-
məsindən qaynaqlanır. Maraqlıdır ki, həmin soy ilk dəfə e. ə. V 
əsrdə  Herodot  tərəfindən  6  maday  (Midiya)  soyundan  biri  və 
Azərbaycan  sakinləri  kimi  qeydə  alnmışdır.  Tarixin  atası  onları 
―parataken‖ adlandrmışdır (Гейбуллаев, 1991, s. 257). 
Qıyat boyuna  gəlincə, ―Xannamə‖yə  görə bu boy  öz  adını 
Kimeri  xanın  nəslindən,  yəni  kimmerlərdən  olan  Qıyat  xanın 
adından almışdır. Məlumat üçün bildirək ki, bu boy bütün tarixi 
mənbələrdə  türk  boylarından  biri  kimi  qeyd  edilib.  Yalnız  XX 
əsrdən  etibarən  rus  alimləri,  ardınca  da  Avropa  tədqiqatçıları 
qondarma  ―Gizli  tarix‖ə  dayanaraq,  qıyatlardan  monqol  boyu 


145 
 
kimi  söz  açmağa  başlamışla  və  bu  ənənə  günümüzədək  davam 
edir. Qıyat xanın tarixçəsi dastanda belə anladılır: 
Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O 
da  Bənən  şəhərindən  idi.  Ozqan  xanın  nəslindən  olan  digər 
böyük  özbək  xanlarının  zamanında  bu  şəhərdə  gizlənmiş  və 
səsini  çıxarmamışdı.  Aşbara  xanın  oğullarının  vəziyyətini  öy-
rənib, özünün də Kil xanın nəslindən olduğunu söyləyərək Tu-
ran  üzərində  haqq  iddia  etməyə  başlamışdı.  Bir  ordu  topla-
yaraq  Toxmaş  şəhəri  üzərinə  yürümüş  və  Aşbara  xanın  oğlu 
Arslan xanla qarşılaşmışdı.  
Arslan ilə Qıyat xan arasında baş verən bu qarşıdurmada 
Arslan xan öldürülür. Qıyat xan Toxmaş şəhərini ələ keçirib, 
Turan  hökmdarı  qismində  taxta  oturur.  Aşbara  xanın  ikinci 
oğlu  yaratdığı  qarışıqlıqlardan  və  etdiyi  haqsızlıqlardan  peşi-
man  olaraq,  Kerü  Kırım  (Xəzər)  dənizinin  sahilinə  gələrək 
burada  bir  şəhər  salır  və  yaşamağa  başlayır.  Bu  səbəbdən  də 
həmin şəhərə Əjdər xan (Həştərxan) deyirlər.  
Otuz il sonra Qıyat xan ölür, yerinə oğlu Durlugün (Türk 
boylarından dürülgünlər adını Dürülgün xanın adından almışlar) 
keçir.  İyirmi  il  xanlıq  edən  Dürülgünün  ölümündən  sonra 
oğlu  Qorulas  (dürülgün  boyunun  qorulas  soyunun  adı  buradan 
qaynaqlanır)  taxta  çıxır.  Qorulasdan  sonra  oğlu  Noyan  xan 
olur. Noyandan sonra da oğlu Buyan bütün Turana hökm edir.  
Buyan  xanın  dörd  nigahlı  arvadı  və  qırx  kənizi  var  idi. 
Buyanın oğlu yox idi. O, hey oğlan arzulayır, fəqət Tanrı ona 
həmişə  qız  qismət  edirdi. Beləcə  qırx  qızı olmuşdu. Bu qadın-
lardan doğulan qırx qızdan bu gün qırxqız (qırğız) adı ilə tan-
ınan  qövm  peyda  olmuşdur  (Burada  qırğız  xalqının  etnogene-
zinin  qırx  qızla  bağlanılması  diqqəti  çəkməyə  bilməz.  İrəlidə 
―qırx qız‖ motivinin Qafqaz mənşəli olduğunun və bu halda söh-
bətin amazonkalardan getdiyinin şahidi olacağıq). 
Günlərin  bir  günü  Buyan  xan  hərəmxanasına  gəlir  və 
görür ki, arvadlarından birinin qarnı çox qabarıb... Qadından 
qarnını  niyə  belə  şişdiyini  soruşur...  O  da  bətnində  bir  oğlan 
uşağı  olduğu  üçün  qarnının  qabardığını  söyləyir.  Buyan  xan 


146 
 
da ona: “Əgər mənə bir oğul doğsan, səni baş xatun edərəm, 
yox, əgər qız doğsan, səni də, qızını da öldürərərm” deyir. Elə 
bu  vaxt  qaravullar  gəlib,  Qıyan  çölündə  uyğurların  xanı 
Buğur xanın üsyan edib onun üzərinə yürüdüyünü bildirirlər... 
(Ögəl, 2006, s. 409-411). 
Dastanda  daha  sonra  Buyan  xanın  (əslində  Muyan  xan) 
uyğurlarla savaşından söz açılır. Bundan sonra isə Alan Qova ilə 
bağlı  məlum  əfsanə  iki  fərqli  versiyada  təqdim  olunur.  Əfsa-
nənin birinci versiyası belədir: 
...Buyan hamilə olan arvadına: “Əgər mənə bir oğul doğ-
san, səni baş xatun edərəm, yox, əgər qız doğsan, səni də, qızı-
nı  da öldürərərm” deyir,  özü isə uyğurlarla  savaşa gedir.  Ar-
vadı isə tərslikdən qız doğur. Bundan bərk qorxuya düşən qa-
dın qızını oğlan kimi qələmə verir, ona oğlan paltarı geyindirib, 
oğlan kimi böyütməyə başlayır. Adını da Alan Qova qoyur. 
Atası uyğurlarla döyüşdə olan Alan Qova böyüyür, on beş 
yaşına  çatanda  artıq  özünü  bir  igid  kimi  aparmağa  başlayır, 
tutduğunu  əzişdirir,  dağlara,  çöllərə  gedib  ov  edir,  aslanları, 
qaplanları tutaraq baş-başa vurub öldürür. 
Buyan xan döyüşdəykən ona oğlu olduğunu xəbər verirlər, 
o da bu xəbərə çox sevinir. Döyüşdən qayıdan kimi ata ilə qızı 
görüşürlər. Buyan xan bir sürək ovu təşkil edir, qız da atasının 
yanında  ovda  iştirak  edir,  bir  maral  vurub  təmizləyir,  atının 
tərkinə  qoyur.  Amma  ata  minəndə  atası  onun minmək  tərzin-
dən şübhəyə düşür. O, qadınla kişinin ata minmək tərzləri ara-
sındakı  fərqi  yaxşı  bilirdi.  Atasının  şübhələndiyini  hiss  edən 
qız  onun  şübhələrini  dağıtmaq  üçün  bir  atla  bir  çöl  eşşəyini 
qovaraq  tutur,  xanın  qarşısına  gətirib  yerə  çırpır.  Eşşəyi  yerə 
elə  çırpır  ki,  heyvan  parça-tikə  olur.  Beləcə  Buyan  xanın 
şübhələri dağılır. 
Qız evə çatarkən atasından ona ayrı bir ev döşətdirməsini 
xahiş edir, atası da onun xahişini yerinə yetirir. Qız öz evində 
yatarkən,  gecə  evə  qaranlıqda  bir  ay  girir.  Alan  Qova  bu 
parlaq  aydan  hamilə  qalır.  Ay  bacadan  çadıra  daxil  olanda 
qurd və aslan kimi heyvanlar da gözə dəyir. Qız səhər yuxudan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə