Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


duranda halında bəzi dəyişikliklərin baş verdiyini hiss edir və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   45   46   47   48   49   50   51   52   ...   97

147 
 
duranda halında bəzi dəyişikliklərin baş verdiyini hiss edir və 
hamilə  qaldığını  anlayır.  Aradan  bir  müddət  keçəndən  sonra 
qarnı şişir. Qarnında nəyinsə qımıldadığını hiss edən qız əhva-
latı  anasına  danışır.  Anası  şübhəyə  düşür,  fəqət  yoxlayıb  qı-
zının bakirə olduğunu görür və mat-məəttəl qalır. Beləcə, qızın 
aydan hamilə qaldığı məlum olur.... (Ögəl, 2006, s. 412). 
Əfsanənin ikinci variantı belədir: 
Qıyat qəbiləsi içərisində bir adam var imiş. Bu adam əcəli 
çatanda  ölmüş,  öldükdən  sonra  üç  oğlu  və  arvadı  qalmışdı. 
Arvadın adı Alan Qova idi. Əri öldükdən sonra qadın bir gün 
yatırmış, gecə yarısı pəncərədə ay işığı kimi bir şey içəri girmiş, 
sonra  da  aslan  və  ya  qurd  şəklində  çıxıb  getmişdi.  Qadın  bu 
işıqdan hamilə qalmışdı. 
Alan  Qovanın  anası  qızının  hamilə  olmasından  təşvişə 
düşür... Atası Buyan xan uyğur döyüşündən dönməmiş qızını 
bir  sandığın  içinə  qoyur  və  sandığı  Səroş  çayına  tullayır.  Ay 
sandığı dərhal ağuşuna alıb aparır. Bundan bir müddət sonra 
Buyan  xanın  uyğurlarla  döyüşdə  öldüyü  xəbəri  gəlir.  Qızın 
anası bərk peşiman olur, amma heç bir faydası olmur. Qızını 
artıq birdəfəlik itirdiyi məlum olur.  
Dürülgün elində iki nəfər çay sahilində ov edirmiş və bü-
tün şikarı tən bölürmüşlər. Bunlardan birinin adı Dam Buğa, 
o birinin adı is Duvay imiş... Bir gün bunlar yenidən ov edər-
kən  bir  sandığın  su  ilə  axdığını  görürlər.  Cəld  sandığı  tutub 
sahilə  çıxarırlar.  Sandığı  açanda  görürlər  ki,  içində  gənc  və 
gözəl bir qız var. Qızı sandıqdan çıxarırlar, o da onlara başına 
gələnləri  bircə-bircə  danışır.  Dostlar  qızı  özləri  ilə  götürüb  öz 
ellərinə aparırlar. Aradan qırx gün keçir və qız ay parçası kimi 
bir  oğlan  doğur....  Yeddi  gün  sonra  oğlana  Buzancar  adı 
qoyurlar. Bu uşaq Çingiz  xanın yeddinci  göbəkdən əcdadıdır. 
Aradan iki il keçdikdən sonra qız təkgöz Duvaya ərə gedir  və 
ona on iki oğlan uşağı doğur. Lakin qadın oğulları içərisində 
ən  çox  Buzancarı  sevir.  Bu  da  qardaşlarının  ona  paxıllıq  et-
məsinə  səbəb olur.  Paxıllıq  o səviyyəyə  çatır  ki,  analara onla-
rın Buzancara bir xətər yetirə biləcəyindən qorxmağa başlayır. 


148 
 
Odur  ki,  qadın  ilk  beşiyini  yanına  salıb,  onunla  birlikdə  çay 
qırağına gəlir, ona nəsihətlər verir. Deyir: 
-  Sən  buralı  deyilsən.  Ona  görə  də  qardaşların  və  yerlilər 
sənə  xətər  yetirə,  hətta  səni  öldürə  bilərlər.  Bu  çayın  yuxarı 
axarı  boyunca  get,  sağ-salamat  olduğunu  bilməm  və  təskinlik 
tapmam üçün hər dəfə quş ovladıqda onun başını kəs və çaya at. 
Qadın bu sözləri dedikdən sonra oğlu ilə vidalaşır və evinə 
dönür. Oğlan da anası dediyi kimi Kerü (Kür?) çayın mənbəyi 
istiqamətdə yola çıxır. 
Bu  çayın  sahilində  bir  yurd  varmış  və  orada  dörd  qardaş 
yaşarmış..  Bir  gün  onların  inəklərinin  ayaqları  qırılır.  Onlar 
bunu edəni tapır və ona da inəyin ayağını sarıdırlar. Fəqət inə-
yin ayağının sarğısı od alır və sonra da alov xırmana keçir. Bu, 
qardaşların  bir-biri  ilə  höcətləşməsinə  və  savaşmasına  səbəb 
olur. Onlar bütün günahı inəyin qıçını qıran qardaşda görürlər. 
Əfsanədə deyilir ki, Buzancar qardaşların arasına girib, on-
ların mübahisəsini həll edir. Qardaşlar onun ağlına heyran qalıb, 
ona onlarla yaşamağa yer verirlər. Bütün elin tədricən rəğbətini 
qazanan  gənc  tezliklə  xan  olur  və  bütün  türk  soy  və  boylarını 
birləşdirir. Təkcə Qıyat boyunun başçısı uyğur Bekiş xan ona ta-
be olmaq istəmir. Belə olan halda Buzancar ordu toplayıb onun 
üzərinə  gedir  və  döyüşdə  Bekiş  xanı  öldürür.  Sonra  isə  Qıyat 
elinin bütün camaatını qılıncdan keçirir (Ögəl, 2006, s. 413-414). 
―Xannamə‖də  yazılanlara  görə,  Buzancardan  sonra  oğlu 
Bukay, Bukaydan sonra oğlu Kaydu, ondan sonra oğlu Bəy Son-
qur, Bəy Sonqurdan sonra oğlu Tümən, ondan sonra oğlu Kabul, 
daha sonra sonuncunun oğulları Bartan və Noyan, Noyanın oğlu 
nəslindən  olan  Təmür  Gürən  növbə  ilə  xanlıq  edirlər.  Bundan 
sonrakı  hissədə  Yesugey  Bahadır  və  Çingiz  xanın  tarixçələri 
nəql edilir (Ögəl, 2006, s. 414-415). 
Mövzumuz  baxımından  qaraqalpaq  türklərinin  etnogenezi-
nin  bu  xalqa  məxsus  zəngin  folklor  abidələri  əsasında  öyrənil-
məsi  də  böyük  maraq  kəsb  etməkdədir.  Belə  hesab  edilir  ki, 
qaraqalpaqların müstəqil etnos kimi formalaşması Orta Asiyada, 
Aral gölü ətrafındakı geniş çöllərdə baş vermişdir. Fəqət bu xal-


149 
 
qın şəcərə miflərinin, əfsanə və rəvayətlərinin öyrənilməsi onun 
ilkin  formalaşma  mərhələlərinin  Orta  Asiyadan  çox-çox  kənar-
da,  Ön  Asiya  və  Qafqazda,  daha  dəqiq  desək  Azərbaycan  və 
Şərqi Anadolu ərazisində baş verdiyini, etnik köklərinin isə mi-
nilliklərin dərinliklərinə qədər uzandığını söyləməyə əsas verir.  
Bəri  başdan  qeyd  edək  ki,  qaraqalpaq  türklərinin  folkloru-
nun, o cümlədən şəcərə folklorunun öyrənilməsində uzun müd-
dət Xorəzm ekspedisiyasında çalışmış S.P.Tolstov və T.A.Jdan-
konun,  eləcə  də  atasının  işini  davam  etdirən  L.S.Tolstovanın 
ölçüyəgəlməz  xidmətləri  olmuşdur.  Onlardan  S.P.Tolstov  qara-
qalpaq  türklərinin  hazırda  məskun  olduğu  əraziləri  vaxtilə  belə 
xarakterizə etmişdi: 
“Aralətrafı bölgə şimali Avrasiya çölləri ilə Orta Asiyanın 
dağlıq ön və cənub regionlarını Hindistanın və  Cənubi  Avra-
siyanın orta düzənləri ilə birləşdirən, hind-Avropa elementinin 
etnogenez  və  qlotogenezinin  baş  verdiyi  önəmli  məkandır 
(Толстов, 1948, с. 341). 
Qaraqalpaq  türklərinin  çoxəsrlik  etnik  formalaşma  dövrü 
ərzində  bu  coğrafiyadan  keçən  qədim  miqrasiya  yollarından 
xeyli qidalanaraq, öz mədəniyyətini, o cümlədən folklorunu nə-
zərəçarpacaq  dərəcədə  zənginləşdirə  bildiyini,  bu  üzdən  də  bu 
xalqın folklorunun tarixin ayrı-ayrı dövrlərini əks etdirdiyini ya-
zan  L.S.Tolstovanın  fikrincə,  kök  etibarilə  qıpçaq  olan,  sonrakı 
dövrlərdə oğuz və peçeneklərə qaynayıb qarışan qaraqalpaqların 
etnik  şüurunda  yad  təsirlər  də  az  rol  oynamamışdır  (Толстова, 
1977,  с.  141).  T.A.Jdanko  bu  xalqın  etnik  köklərindən  birinin 
sak-massagetlərlə  və  e.ə.  VII-II  əsrlərlə  bağlı  olduğunu  ehtimal 
etmişdir (Жданко, 1950) və irəlidə görəcəyimiz kimi, o, qətiy-
yən səhv etməmişdir. L.S.Tolstova isə bir qədər də irəli gedərək, 
bu  köklərin  daha  qədim  əsrlərə  və  Ön  Asiya,  Qafqaz  və  Azər-
baycan  ərazilərinə  uzandığını  təsbit  edə  bilmişdir.  Fəqət  o,  bu 
xalqı  sonradan  türkləşməyə  məruz  qalan  irandilli  xalq  saymış, 
bu  da  ondan  qaynaqlanmışdır  ki,  xanım  Tolstova  onların  rəva-
yətlərini özbək-sartların mənşəyi barədə Məqdisi (X əsr), Yaqub 
Həməvi  (XIII  əsr)  və  Həmdullah  Qəzvininin  (XIII-XIV  əsrlər) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə