Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   41   42   43   44   45   46   47   48   ...   97

135 
 
və  özbək  -  matienlər,  onların  və  qaraqalpaq  myütenlərin  ulu 
əcdadı və Matien dağı arasındakı mifik bağı ortaya qoyur. 
―Xannamə‖də  yad edilən özbək boylarına gəlincə, sözüge-
dən dastanda onların sayı 32 kimi göstərilir və belə sıralanır: 
O dövrdə özbəklər 32 uruqdan, türkmənlər isə 27 uruqdan 
ibarət  idi. Aşağıda adları  çəkilən özbək boyları dərhal  Bilmən 
Salur  üzərinə  hücum  edirlər.  Bu  boyların  adları  bunlardır: 
qıyat, moğol, dörmən, saray, cəlayır, nayman, qanqlı, xitay, ke-
reyit, qıfçaq, minq (Ögəl, 2006, s. 395). 
Burada sadalanan bütün böylar Çingiz xanın qurduğu siyasi 
birliyə  daxil  olmuş  türk  boyları  ilə  tam  üst-üstə  düşür.  Əslində, 
özbəklərin  öz  adlarını  Qızıl  Orda  xanı,  Çingiz  xanın  nəvəsi  Öz-
bəkdən aldıqları məlumdur. Bu, əlbəttə ki, çox-çox sonrakı dövr-
lərdə  baş  vermişdir.  Həm  Çingiz  xan,  həm  də  yuxarıda  adları 
keçən boylar elmi ədəbiyyatda yanlış olaraq, monqol kimi təqdim 
edilirlər. Odur ki, bu məsələnin üzərində xüsusi durmağımıza eh-
tiyac var. Bəri başdan qeyd edək ki, ―Xannamə‖də bütün bu boy-
lar  Yafəs  oğlu  Türkün  soyu  kimi,  yəni  türk  boyları  kimi  təqdim 
edilirlər  (Ögəl,  2006,  s.  387-388).  Çingiz  xanın  mənsub  olduğu 
soy  da  mənşəcə  bir  türk-tatar  soyu  idi.  Lakin  bütün  bu  soy  və 
boyları  ―moğol‖  və  ya  muğal‖  da  adlandırmışlar  ki,  bir  çoxları 
yanlış olaraq həmin  etnonimi ―monqol‖ adı ilə  eyniləşdirir. Ger-
çək olan isə budur ki, bu iki etnonim arasında heç bir əlaqə yox-
dur. ―Moğol‖ adı sözügedən türk xalqının ərəb və fars mənbələ-
rindəki  adıdır.  Azərbaycan  əhalisi,  o  cümlədən  ölkəmizdə  yaşa-
yan  bəzi  azsaylı  xalqlar  onları  ―muğal‖  adlandırmışlar,  məsələn, 
ləzgilər,  avarlar,  buduqlar,  saxurlar  bu  günə  qədər  Azərbaycan 
türklərini  ―muğal‖  adlandırmaqdadırlar.  Yeri  gəlmişkən  qeyd 
edək  ki,  N.Baskakov  da  özünün  ―Türk  dilləri‖  kitabında  muğal-
lardan ayrıca söz açmış və onları Azərbaycan türklərinin etnoge-
nezində yaxından iştirak edən türkdilli soy və boylardan olduğunu 
qeyd etmişdir (Oğuz Y., Tuncay Bakı: 2009, s. 143-144). 
Məlumat  üçün  bildirək  ki,  qafqazdilli  xalqların  əksəriyyəti 
―azərbaycanlı‖  anlamında  ayrı-ayrı  türk  soy  və  boylarının  adını 
işlədirlər.  Məsələn,  vaynaxlar  (çeçenlər  və  inquşlar)  bu  yaxın 


136 
 
zamana  qədər  bizə  ―padar‖  deyirdilər.  Laklar  üçün  biz  ―qacar‖, 
ləzgilər  üçün  ―muğal‖,  gürcülər  üçün  isə  ―tatar‖ıq.  Yalnız  ermə-
nilər və irandilli xalqlar bizi gercək adımızla çağırırlar. Ermənilər 
bizə türk, talışlar isə eyni anlama gələn ―tırk‖ deyirlər. Maraqlıdır 
ki,  talış  dilində  ―Azərbaycan  dili‖  kəlməsi  yoxdur  və  bu  dildə 
həmin mənada ―tırki zəvon‖ (türk dili) sözbirləşməsi işlənir. 
Abbasqulu  ağa  Bakıxanov  özünün  ―Gülüstani-İrəm‖  adlı 
əsərində  Şirvan  əhalisinin  dillərindən  söz  açarkən,  türk  və  tat 
dilində  danışanlarla  yanaşı  Azərbaycanın  şimal-qərbində  yaşa-
yan  və  moğol  (muğal)  dilində  danışan  bir  xalqdan  da  söhbət 
açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə is-
tinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia 
edir.  Bakının  Maştağa  kəndinin  əhalisini  də  qonşu  tat  və  tərə-
kəmə  (türk)  kəndlərinin  sakinlərindən  fərqləndirərək,  həmin 
―moğol  dilində‖  danışanların  nəsli  kimi  qələmə  verir.  Moğol 
dilinin də türk dilinin şivələrindən biri olduğunu qeyd edir
 
(Ba-
kıxanov A.Gülüstani-İrəm, 1951, s. 12).
 
Övliya Çələbi isə həmin 
xalqdan ―qaytaq‖ kimi söz açır, yerli xalqın onları ―moğol‖ (mu-
ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, ―Buxara 
dilində‖  (Cığatay  türkcəsində)  danışdıqlarını,  Şirvana  Mahan 
vilayətindən gəldiklərini qeyd edir (Koroğlu, 1999, s. 100). 
Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən 
yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda ―muğal‖ adını sadə-
cə  türkdilli  qaytaqlara,  yəni  muğal  (uyğur)  dilində  danışan,  adı 
qaytağı  rəqsinin adında yaşayan bir xalqa şamil etmiş,  sonralar 
ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu 
kəlmə  ümumilikdə  Azərbaycanın  bütün  türkdilli  əhalisini  ifadə 
edən  bir  etnonimə  çevrilmişdir.  Yerlilərin  qaytaqları  ―muğal‖ 
adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə 
eyni dildə danışması olmuşdur.  
Hülakülər  dövrü  moğollarının,  başqa  sözlə,  Azərbaycana 
kənardan gəlmiş moğolların, yəni Çingiz xan övladlarının hansı 
dildə  danışdığını,  moğol  dilinin  nə  olduğunu  isə  biz  Xlll  əsrin 
görkəmli Azərbaycan dilçisi İbn Mühənnanın ―Tərcümani Farsi 
və Türki və Moğoli‖ (Fars, türk və moğol dillərinin lüğəti) adlı 


137 
 
əsərindən  öyrənirik.  Dövrümüzədək  5  qədim  əlyazma  nüsxəsi 
ulaşmış  bu  möhtəşəm  əsər  ərəb  dilində  qələmə  alınmış  və  ilk 
dəfə P.M.Melioranski tərəfindən geniş tədqiqata cəlb edilmişdir. 
Alim uzun araşdırmalardan sonra lüğətin Azərbaycanda, özü də 
XIV  əsrdən  gec  olmayaraq,  yəni  Hülakülər  dövründə  qələmə 
alındığnı aydınlaşdırmışdır. Daha sonra isə o, əsərin XIII əsrdə 
Azərbaycanda  yazıldığını  qəti  şəkildə  bildirmişdir  (Əlibəyzadə, 
2007, s. 589). Mövzu ilə bağlı Elməddin Əlibəyzadə yazır: 
“Kitabın ümumi bölməsində bir sıra maraqlı nəzəri məsə-
lələrə  toxunulur.  Bunlar  türk  dillərinə  indiki  elmi  baxımdan 
belə  faydalıdır;  bunlar,  həqiqətən  türk  dilləri,  Xlll  əsrdə 
onların  mövqeyi,  müxtəlif  qolları,  dialekt  və  şivələrinin  bir  – 
biri ilə əlaqəsi, yaxınlığı və s. barədə əhəmiyyətli mülahizələr-
dir. Müəllif tez-tez “bizim ölkənin türk dili və ya ləhcəsi” istila-
hını işlədir ki, bu, “Azərbaycan ölkəsi və onun dili” deməkdir. 
Burada yenə məsələnin qoyuluşuna P. M. Melioranskinin 
münasibəti diqqəti çəkir. O yazır: “Bizim müəllif, daha sonra, 
qrammatikanın  müxtəlif  yerlərində  dialektlər  arasındakı 
fərqlərdən  danışır.  O,  ümumiyyətlə  dialektləri  belə  fərqlən-
dirir:  Türküstan,  türkmən  və  “bizim  ölknin  türkcəsi”,  yəni 
məncə,  “qədim Azərbaycan”  dialekti...  Bizim müəllif  türkmən 
dialektindən çox ötəri bəhs edir, lakin “bizim ölkənin türk” dili 
ilə  müqayisədə  “Türküstan”  dilinin  səs  quruluşunu  kifayət 
qədər  dolğun  səciyyələndirir;  bununla  belə,  o,  əlbəttə,  bu  ax-
ırıncı ilə daha çox məşğul olur, həm də, hətta, müxtəlif kənara 
çıxmalara “bizim ölkənin türk” ləri arasındakı şivələri dönə - 
dönə nəzərə çarpdırır...” 
Belə aydın olur ki, İbn Mühənna öz əsərində ümumilikdə 
“türk dili” və ya “türk dilləri” dedikdə, onun üç mühüm qolu-
dan  danışır  ki,  bunların  biri  də...  Azərbaycan  dili  və  ya  dia-
lektidir...” (Əlibəyzadə, 2007, s. 589-590). 
Kitabda  yazılanlardan  o  da  aydın  olur  ki,  müəllifin  bəzən 
―Türküstan  türkcəsi‖  də  adlandırdığı  moğol  dili  uyğur  dilindən 
başqa  bir  şey  deyildir  (Əlibəyzadə,  2007,  s.  590-591).
 
Bunun 
belə olduğunu Hülakülərin (Elxanlıların) dövrümüzədək ulaşmış 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə