Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   40   41   42   43   44   45   46   47   ...   97

132 
 
Dastanda Maaday Qaranın dilindən belə dеyilir: 
   Qara dağ atamdır-dеdi. 
   Qara dağ atam оlmuşsa, 
   Sözsüz mən batıram-igidəm-dеdi (Seyidov, 1983, s. 196). 
M.Cəfərli oğuz epik-mifoloji düşüncəsindəki dağları diri və 
ölü dağlar deyə təsnif edərək yazır:  
“Ən  maraqlısı  və  mühümü  ondan  ibarətdir  ki,  oğuzlar 
üçün canlı və ölü dağlar vardır. Əks təqdirdə, ana dağa qarğış 
etməzdi.  Oğuzlar  insanları  qarğadıqları  kimi,  dağları  da  qar-
ğaya  bilirlər.  Qarğışın  insana  təsiri  məlumdur.  Qarğış  insanı 
tutur,  başına  pis  işlər  gətirir,  öldürür.  Demək,  oğuzlar  üçün 
dağ insani  keyfiyyətlərə malikdir,  ən azı,  canlı keyfiyyətlərinə 
malikdir. Bu canlılıq məhz onun sadaladığımız elementlərində 
üzə çıxır. Dağı qarğış o vaxt tutur ki, suyu axmır, otu bitmir, 
keyiki  qaçmır,  arslanı,  qaplanı  olmur.  Yəni  saydığımız  bu  beş 
element  öz  fəaliyytini  dayandırdıqda,  öldükdə  dağı  qarğış 
tutur, yəni dağ da ölür. Beləliklə, oğuz epik ənənəsində onların 
canlı  dağ  anlayışına  daxil  olan  su,  ot,  keyik,  arslan,  qaplan 
semantemləri  dağın  ruhunu,  canını  bildirir.  Dağın  canı  bu 
obrazlardadır” (Bəydili, 2007, s. 145). 
―Altay-Buuçay‖ adlı Altay eposunun variantlarından birin-
də  bəlaya  düçar  olan  qəhrəmanın  Temiçi-eren  adlı  atı  Altaya  - 
Ağ  Tayqa  dağına  qaçır.  At  üç  il  Ağ  Tayqanın  ətrafına  dolanır. 
Sonra bir yerdən qapı açılır. Ağ paltarda ağ saçlı qadın (Ak eme-
gen)  qızıl  əsaya  söykənərək  bayıra  çıxır.  Altay-Buuçayı  dirilt-
mək  üçün  qoca  qadın  səmaya  Ak  Burxanın  yanına  gedir.  Baş 
Allah qoca qadını Ağ Altayın ruhu Ak emegen (Ağ qoca qadın, 
ana) adlandırır. Bundan başqa qoca qadın Altay Buuçayın anası 
hesab olunur (Бутанаев, 1984, с 94). 
Şor  türklərinin  inanclarına  görə,  “dağ  əyəsi  (iyəsi)  gecələr 
adamın yanına  gələr,  özünə  ər  eləmək  istədiyi kiĢinin  yanına 
uzanıb  onu  qucaqlar,  bilən  adam  olsa  ki,  bu  dağ  ruhudur, 
onda  uzun  sallaq  və  iri  döĢlərindən  tutub  həmən  dağ  iyəsini 
baĢı  üstündən  geri  tullayar.  Belə  eləyən  zaman  dağ  iyəsi  : 
“Səndən  mənə  ər  olmaz”-  deyib  çıxar  gedər.  Yox,  əyər  ona 


133 
 
qarĢı belə etməsələr, dağ iyəsi həmin adamın canını alıb apa-
rar  ki,  ondan  sonra  da  o  adam  ağlını  itirib  qamlıq  eləməyə 
baĢlar, gəzib gəzib dolanar və sonda ölər” (Bəydili, 2003, s. 89).  
A.Ptapovun topladığı mifoloji mətnlərdən aydın olur ki, dağ 
iyəsi  uzun  boylu,  böyük  döşləri  olan  qadındır  (Потапов,  1946, 
c. 148). Telengitlər inanmışlar ki, övladı olmayan qadınlar dağa 
çıxıb dua edərsə, oğul-uşaq sahibi ola bilər (Традиционное ми-
ровоззрение..., 1989, c. 244).  
Əbdülqədir İnan dağı Ana kompleksinə daxil edərək bildirir 
ki,  türk  mifologiyasında  dağın  ana  rolunda  çıxış  etməsinə  dair 
bir çox miflər mövcuddur. Bu da öz növbəsində dağın ulu əcdad 
kimi  kultlaşmasını və onun  ətrafında inamlar kompleksinin  ya-
ranmasını  təmin  etmişdir.  Elə  bu  inancın  təzahürüdür  ki,  Tür-
küstan  türklərinin  olduqları  hər  bölgədə  dağ  kultunun  izləri  ta-
pılmışdır.  Buradakı  dağların  çoxu  ―müqəddəs,  ulu  əcdad,  ulu 
xaqan‖ anlamlarını verən Xan Tanrı, Buztağ Ata, Bayın Ula və 
b. adlarla da tanınmışdır (İnan, 1976, s. 32 ). 
Azərbaycanda dağ kultu ilə bağlı miflərin birində deyilir: 
Susuzluqdan  bir  çoban  və  onun  qoyun-quzusu  əziyyət 
çəkir.  Çoban üzünü Qır Dağına tutaraq deyir:  “Ey Qır Dağı, 
sən  buradan  bir  bulaq  çıxar,  mən  bir  ağ,  bir  də  qara  qoyun 
qurban  kəsəcəyəm”.  Çoban  bu  sözləri  deyəndən  sonra  baxıb 
görür  ki,  həmin  yerdən  bulaq  çıxdı.  Özü  də  necə  bulaq,  göz 
yaşı kimi duru, buz kimi soyuq. Çoban ilə sürüsü bulağın su-
yundan içirlər. Amma çoban nə ağ qoyunu, nə də qara qoyunu 
kəsir.  Elə  həmin  saat  çoban  da,  sürü  də  daşa  dönür  (Azər-
baycan mifoloji mətnləri, 1988, s. 83). 
―Dağların ayrılığı‖ adlı başqa bir mifdə isə deyilir:  
“Alvız  Dağı  sac  asıb  yuxa  biĢirmək  istəyirdi.  Xəmiri 
kündələyib  yığır,  yuxanı  bir-bir  yayıb  süfrəyə  sərir,  sacın 
qızmağını gözləyirdi. Böyük oğlu QoĢqar, ortancıl oğlu Mu-
rov, kiçik oğlu Kəpəz də ocağın qırağında oturublarmıĢ. Qa-
baqlarında da dələmə, ovma, yuxa biĢdikcə bölüĢdürüb isti-
isti yeyəcəkmiĢlər. 


134 
 
Alvız  ana  ilk  yuxanı  sacın  üstünə  salan  kimi  Kəpəzin 
tərsliyi tutur.  
- Bu yuxa təkcə mənimdir, - deyir, - heç birinizə vermə-
yəcəm.  
Murov:  – Yox,  mənimdir,  –  deyir, -  hər Ģeyin ilkini  hə-
miĢə sən götürürsən, indi də mən. 
QoĢqar onlara acıqlanır: – Ġndi ki, belə oldu, heç biriniz 
ona  əl  vurmayın.  Gözləyərik,  üç  yuxa  biĢər,  hərəmiz  birini 
götürərik. 
QardaĢlar  höcətləĢir,  yuxa  biĢməmiĢdən  bir-birinin  ya-
xasını cırası olurlar. Alvız ana onlara nə qədər təpinirsə, ki-
rimirlər.  Kəpəzlə  Murov  dalaĢmağa  baĢlayır.  QoĢqar  onla-
rın arasında oturur, onları sakitləĢdirmək istəyir. Lakin Mu-
rov bir kösöv götürüb Kəpəzin peysərinə endirir. Kəpəz bar-
bar bağırır. Boynunu tuta-tuta qaçır. QoĢqar Kəpəzi çox is-
təyirmiĢ, kiçik qardaĢının Ģivəninə dözmür, qızmar sacı qal-
dırıb  Murovun  baĢına  çırpır.  Murov  da  çığıra-çığıra  baĢqa 
səmtə  üz  tutur. Alvız ananın üzü bozarır. QoĢqar döyüləcə-
yindən qorxub günbatana yüyürür. 
Üç qardaĢın hərəsi ayrılıb bir yanda qərar tutur, Alvız 
ana tək qalır. O vaxtdan bəri qardaĢlar öz analarına, ana da 
öz oğullarına baxa-baxa qocalmıĢlar. Hər bulaq, hər çay on-
ların bir göz yaĢıdır, onların bu həsrətləri, bu intizarları də-
nizlərdə,  dəryalarda  görüĢür”  (Azərbaycan mifoloji  mətnləri, 
1988, s. 23-24). 
C.Bəydili  mifdəki  Alvız  obraz  ilə  əlaqədar  bildirir  ki,  İran 
mifologiyasında bütün dağların  anası  olaraq bilinən Əlbürz da-
ğının adı da Albız // Alvız // Yalbuz adının təhrifə uğramış şək-
lidir (Bəydili, 2007, s. 162).  
B.Ögəlin  sözlərinə  görə,  oğuz  türkləri  daş-dağ  ruhundan 
güc aldıqlarna inandıqlarından sadəcə bir torpaq, daş yığını kimi 
deyil, duyğularla yoğrulmuş, insanlaşmış varlıq kimi düşünmüş-
lər (Ögel, 1995, s. 424). 
Bütün  bu  deyilənlər  Matien  dağının  adının  semantikasına 
aydınlıq gətirmək baxımından, şübhəsiz ki, böyük önəm daşıyır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə