Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   62   63   64   65   66   67   68   69   ...   97

199 
 
“Xalq  inamına  görə  «hər  bir  şeyin,  ağacın,  suyun  əyəsi 
var», «nə ki, görürük hamısı əyəlidi» ifadələri, «gecə ağac al-
tına  getməzlər  əyəsi  səni  vırar»  kimi  inamlar,  ümumilikdə 
ağacla  bağlı  inanclar  sisteminin  bir  hissəsidir”  (İsmayıl  Rüs-
təm qızı, 2008, s. 65). 
Alim daha sonra bildirir: 
“Xalq  arasında  qələmə  ağacının  əsməsi  ilə  bağlı  müxtəlif 
fikirlər var. Dеyirlər ki, günüsü оlan qadın qələmə ağacına söy-
kəndiyinə  görə  qələmə  həmişə  əsir.  Bu  dеyimlə  bağlı  tоpla-
dığımız bir əfsanə isə dini rəvayətdən qaynaqlanır. Əfsanəyə gö-
rə  Sara  İbrahim  pеyğəmbərin  еvlənməsindən  çоx  məyus  оlur. 
Günlərin bir günü fikirli-fikirli qələmə ağacının altında оturur. 
Оnun ürəyinin əsməsi bu ağaca kеçir. Еlə о zamandan qələmə 
ağacı əsim-əsim əsir” (İsmayıl Rüstəm qızı, 2008, s. 66). 
Rəvayətə  görə  Anadoludakı  qızılbaş  şiələr  ziyarət  etdikləri 
görklü  ağaca  baş  endirər,  ildə  bir  dəfə  orada mərasim  keçirər və 
qurban verərmişlər (Bəydili, 2003 b, s. 19). Yaxud Kiçik Asiya qı-
zılbaşlarında müqəddəs ağacın ilahi vəsf daşıdığını bildirmək üçün 
həmin ağaclar sadəcə olaraq ―dədə ağacı‖ adlandırılırdı (Bəydili, 
2003, s. 18). Türklərin mifoloji düşüncəsinə görə müqəddəs ―öv-
liya ağac‖ Tanrıya qovuşmağın yolu idi (Bəydili, 2003, s. 17).  
Mövzumuz  baxımından  uyğurların  genezisi  ilə  bağlı 
Güveyninin təqdim etdiyi bir mifik süjet də çox maraqlıdır: 
...Qaraqorum  çaylarından  sayılan  iki  çay  var  idi.  Bunlar-
dan birinə Toğla, digərinə də Selenqa adı verilmişdi. Bu çaylar 
axaraq,  Kamlança  adlı  bir  yerdə  birləşirdilər.  Bu  iki  çayın 
arasında iki dənə ağac var idi. Bu ağaclardan biri fısdıq, digəri 
isə  farsların  nay  dedikləri  ağaca  bənzəyirdi.  Bunların  yarpaq-
ları qışda da sərv kimi tökülməzdi. Meyvələrinin dadı və şəkli isə 
eyniylə  fısdığınkinə  bənzəyərdi.  O  biri  ağaca  da  Tur  ağacı  de-
yirdilər. Bu iki ağac iki dağın arasında yüksələrək böyümüşdü.  
Bir gün bu iki ağacın ortasına göydən bir işıq düşdü. Bu-
na görə də hər iki tərəfdəki dağlar yavaş-yavaş böyüməyə baş-
ladılar. Bunu görən xalq isə heyrətlər içində qalmışdı. Qəlblə-
rində ehtiram hissi baş qaldıran uyğurlar oraya yaxınlaşdılar. 


200 
 
Tam  yaxınlaşdıqları  vaxt  qulaqlarına  zərif  və  gözəl  musiqi 
səsləri gəlməyə başladı. Hər gecə buraya işıq düşməyə və işıqla 
birlikdə şimşək çaxmağa başladı. Başqa bir gün isə eyni yerdə 
beş ayrı yerdə qurulmuş çadır gördülər. Çadırların hər birində 
bir  uşaq  oturmuşdu.  Hər  uşağın  da  qarşısında  onları  doyu-
racaq  qədər  süd  dolu  əmziklər  asılmışd.  Çadırn  döşəməsi  isə 
yuxarıdan aşağıya qədər gümüşlə bəzədilmişdi. 
Bütün boyların rəisləri və xalqları bu qəribə şeyi görmək 
üçün yerlərini buraxb gəlmişdi. Bu mənzərəni görüncə ehtira-
mla diz çöküb salam verdilər. Bir az sonra da uşaqları götürüb 
çölə  çıxdılar.  Bəslənib  böyümələri  üçün  onları  süd  analarına 
və  dayələrə  verdilər.  Hamı  fürsət  düşəndə  onlara  ehtiram 
göstərir, hər şey hədiyyə edirdi. Uyğurlardan ata və analarının 
kim  olduğunu  soruşdular,  onlar  da  o  iki  ağacı  göstərdilər. 
Buna görə xalq uşaqları götürüb ağaclarn yanına getdi. Uşaq-
lar  ağacları  görən  kimi  eyniylə  övladın  ataya  göstərdiyi  ehti-
ramı göstərdilər, qarşılarında diz çöküb yeri öpdülr. 
Ağaclar dilə gəlib belə dedilər: 
-  Gözəl  xasiyyət  və  yaxşı  xüsusiyyətlə  bəzədilmiş  uşaqlar 
belə olurlar və ana ilə atalarına belə hörmət göstərirlər. Ömrü-
nüz uzun, adınz ünlü, şöhrətiniz də daimi olsun! 
O  bölgələrdə  yaşayan  qövmlər  bu  uşaqlara  hökmdar 
oğullarına layiq ehtiram göstərdilər. Uşaqlar doğulduqları yer-
dən şəhərə gəldikdə onların hər birinə ad qoydular. Ən böyü-
yünün  adı  Sonqur  Təkin,  ikincisinin  ad  Qotur  Təkin,  üçün-
cüsünün  adı  Tükəl  Təkin,  dördüncüsünün  adı  Or  təkin,  be-
şincisinin ad isə Bögü təkin oldu.  
Uşaqların  doğuluşundakı  müqəddəsliyi  görənlər  bunlar-
dan birinin hökmdar seçilməsi qərarına gəldilər. Çünki onlar 
Tanrı tərəfindən bu iş üçün göndərilməli olmalydılar...  (Ögəl, 
2006, səh. 87-88). 
Əldə  olan  təkzibedilməz  faktlar  dünya  okeanı  motivi  kimi 
həyat  ağacı  motivinin  də  Azərbaycan,  başqa  sözlə,  Qafqaz  və 
Ön Asiya mənşəli olduğunu söyləməyə tam əsas verir. Vəli Bax-
şəliyev Gəmiqaya rəsmlərində həyat ağacının yanında duran iki 


201 
 
keçi  və  bir  oğlaq  təsvirini,  habеlə  ağac  budağının  yanında  üz-
bəüz  duran  iki  keçi  təsvirlərini  qədim  insanların  məhsuldarlıq 
inancları ilə bağlamış, Ön Asiya incəsənətinin ən populyar təsvi-
ri adlandırmışdır (Baxşəliyev, 2002, s. 42). Həyat ağacı təsvirinə 
II  Kültəpə  qazıntılarından  tapılmış  boyalı  qablar,  Şahtaxtı  və 
Muncuqlutəpədən  aşkar  оlunan  silindir  möhürlər  üzərində  də 
rast gəlinir (Baxşəliyev, 2002, s. 24).  
Sibir  və  Altayın  türk  xalqları  içərisində  mənəvi  mədəniy-
yəti, inanc sistemi daha yaxşı öyrənilmiş xalqalrdan biri və bəl-
kə  də  birincisi  saxa-yakutlardır.  Əsasən  Rusiya  Federasiyasının 
Yakutiya-Saxa  Muxtar  Respublikasında,  eləcə  də  Evenk  və 
Taymır milli dairələrində, qismən də Maqadan, Saxalin və Amur 
vilayətlərində yaşayan və ümumi sayları yarım milyon civarında 
olan  saxaların  (yakutların)  etnogenezinin  əsas  elementini  sak 
türklərinin təşkil etdiyi heç bir şübhə oyatmır. Elə saxa etnonimi 
də bilavasitə sak adından qaynaqlanır.  
Maraqlıdır ki, Güney Azərbaycandan tapılan və ―Manna in-
cəsənəti‖  kimi  təqdim  edilən  dekorativ  sənət  nümunələri  içəri-
sində də həyat ağacının yanında duran iki keçi təsvirinə rast gə-
linmişdir (Barnett, 1962, p. 77-95; Дандамаев, Луконин, 1980, 
c.  90-91).  Bu  motiv  iskit-sak  incəsənəti  abidələrində  də  geniş 
yayılmışdır. İrəlidə görəcəyimiz kimi, sakların adının keçdiyi ən 
qədim  yazılı  mənbələrdə  onlar  məhz  Manna,  yəni  Azərbaycan 
sakinləri kimi qeyd edilmişlər. 
Beləliklə,  saxa-yakutların  əfsanəvi  soy  babası  hesab  edilən 
Ər Soqotoxun genezisinin ağacla bağlı olması bu dastanın çox-
çox minilliklər öncə formalaşdığını söyləməyə əsas verir. Ər So-
qotoxun adına gəlincə, hələ 2500 il öncə Herodot bu adı ―Skuth‖ 
kimi  qeydə  almış,  onu  iskitlərin  əcdadı  adlandırmış  və  iskit 
(skuth)  adının  da  buradan  qaynaqlandığını  yazmışdır.  Məlumat 
üçün bildirək ki,  yunanlar sakları ―iskit‖ (skuth) çağırırdılar ki, 
bu barədə bir qədər sonra söhbət açılacaqdır.  
Herodotun  qələmə  aldığı  ―Herakl  və  iskitlər‖  adlı  mifdə 
göstərilir ki,  Herakl  öküzlə boya-başa çatdığı diyarda  yer şum-
layırmış.  Toxumları  səpib  qurtarır,  dincini  almaq  istəyir.  Hava 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə