Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

116 
 
Həmin  əlifbada  ―tha‖  hecasını  bildirən  qrafem  də  ağno-
qayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən 
qədim nümunəsi Gəmiqayadan tapılmışdır. Brahmi əlifbasındakı 
―dha‖ hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər 
soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz 
pirində də rast gəlinməkdədir. 
Maraqlıdır  ki,  Şirvan  damğalarından  bəziləri  də  sami  əlif-
balarındakı hərflərə uyğun gəlməkdədir. Belə ki, qaranoğayların 
qazan  boyunun  ergenekli  soyunun  damğası  ilə  eyni  olan  işarə 
eramızdan  əvvəl  V-III  əsrlərdə  işlənmiş  arami  əlifbasının  ―h‖ 
hərfi ilə üst-üstə düşür. Şirvan tamğalarından bir qismi Dəməşq-
səmud  və  Dəməşq-səfaid  əlifbasının  bəzi  hərfləri  ilə  eynilik 
təşkil edir. 
Qobustan  və  Gəmiqayadan  tapılmış  türk  tamğalarının  bir 
qisminin paralellərinə də Orxon və Yenisey əlifbalarında rast gə-
linir.  Belə  ki,  bu  tamğalarla  sözügedən  əlifbalardakı  ―nt‖  və  ya 
―nd‖, ― s‖ və ya ―ş‖, ―ı‖ və ya ―i‖, ―p‖, ―b‖, ―d‖, ―t‖,―z‖, ―k‖, ―ç‖ 
səslərinin qrafik təsvirləri ilə eynidir (Cəfərov, 1987, s. 29-36). 
Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid 
olan tamğaya, eləcə də Yazıçıoğlunun əfşarlara aid etdiyi, fəqət 
Mahmud Kaşğarlının təsvir etdiyi tamğadan fərqlənən tamğaya 
Gəmiqaya  işarələri  sırasında,  eləcə  də  Abşeronun  Duvannı  qə-
səbəsinin şimal-qərbində yerləşən Sofu Novruz qəbristanlığında 
qeydə alınmış tamğalar içərisində rast gəlinir.  
Mahmud  Kaşğarlının  3-cü  oğuz  tayfası  kimi  qeyd  etdiyi 
bayandurların  tamğası  isə  Şamaxının  Quşçu  kəndində  yerləşən 
Abdal  damı  mağarasında  qeydə  alınmışdır.  Maraqlıdır  ki,  bu 
işarənin ekvivalentinə Egey yazılarında da ―şərab‖ mənası verən 
heroqlif  kimi  rast  gəlinir.  Yazıçıoğlu  Əlidə  11-ci  oğuz  boyu 
kimi qeyd edlmiş begdelilərin tamğaları Gəmiqaya işaələri içəri-
sində də qeydə alınmışdır. Eyni müəllifin 16-cı oğuz tayfası ki-
mi göstərdiyi çepnilərin tamğası da eyni təsvirlər içərisində yer 
almaqdadır.  Gəmiqayada  rast  gəlinən  tamğalar  içərisində  Yazı-
çıoğlu  Əlinin  19-cu  oğuz  boyu  olduqlarını  söylədiyi  ulay-un-


117 
 
duğların  və  Bahadır  xanın  17-ci  oğuz  boyu  kimi  təsvir  etdiyi 
samurların tamğaları da vardır (Cəfərov, 1987, s. 29-36). 
Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan 
xalqın məhz əcdad türklər olduğunu təkzibedilməz şəkildə sübut 
etməklə  yanaşı,  ulu  babalarımızın  soy  tamğalarının  sonrakı 
dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə 
çevrildiyini  göstərir.  Bu  isə  o  deməkdir  ki,  Azərbaycan  dünya 
yazı  mədəniyyətinin  ilk  beşiyi  olmuşdur.  Bu  tamğalardan  bəzisi 
ağlasığmayacaq dərəcədə qədim dövrlərdən yadigar qalmışdır. 
Yeri gəlmişkən qeyd edək ki, XlX əsrdən üzübəri V.Tomsen, 
A.Şiner,  İ.A.Aristov,  N.Q.Malitski,  E.D.Polivanov,  A.C.Emre, 
İ.A.Batmanov,  A.Bekmıradov  və  bir  çox  başqa  alimlər  runik 
əlifbanın  qədim  türk  damğalarından  yaranması  fikrini  bəzən 
güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri 
əsaslandırmaq  istəmişlər.  Lakin  onlardan  daha  əvvəl  damğa  → 
əlifba xəttini türkmən şairi Əndalip "Oğuznamə" əsərində qələmə 
almışdır, çünki xalq arasında qədim çağlardan  yazının 24 boyun 
damğasından  törəməsi,  boylara  isə  damğaların  Oğuz  xan  tərə-
findən verilməsi inamı vardır (Ağasıoğlu, 2005, s. 178).
 
Oğuzların ən azı Mezolit dövründən ölkəmizdə məskun ol-
duqlarının başqa bir sübutu da var. Məlum olduğu kimi, Mezo-
lit,  yəni  orta  Daş  dövrünün  son  mərhələsi  üçün  uzunluğu  iki 
metrə çatan böyük öküz təsvirləri xarakterikdir. Bu rəsmlər kon-
turlu xətlərlə, əsasən realistik səpgidə işlənmişdir. Onlardan yu-
xarı mərəbədə yerləşmiş 42№-li daşın şərq tərəfindəki və 29№-
li  daşın  mağara  divarında  cızılmış  öküz  təsvirlərini  göstərmək 
olar. Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə 
edilmişdir (Rzayev, 1985, s. 15).  
Tarixçi  alim  İ.Avşarovun  yazdığna  görə,  Azərbaycan  əra-
zisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edi-
lən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada 
xüsusi  yerə  sahibdirlər.  Təbii  ki,  bu,  heyvanat  aləminin  ibtidai 
insanların həyatlarında oynadığı rolla bağlıdır. Təsadüfi deyil ki, 
bəzi  heyvanlar  qədim  tayfa  və  qəbilələrin  totemi  kimi  çıxış 
etmişlər: 


118 
 
“Məlum  olduğu  kimi,  oğuzlar  çox  qədim  və  zəngin  mə-
dəniyyətə  sahib  olmuşlar.  Tarixçi-etnoqraf  Qoşqarlı  özünün 
“Azərbaycanlıların  maddi  mədəniyyəti”  adlı  əsərində  “Oğuz-
namə”yə istinad edərək oğuzların mifik ulu  əcdadı olan Oğuz 
xanın Ayla  Öküzün izdivacından döğulduğunu qeyd  etmişdir. 
Elə  bu  səbəbdən  də  son  Tunc-erkən  Dəmir  dövrləri  abidələ-
rindən əldə edilmiş tunc kəmərlərin üzərində təsvir edilən öküz 
başlarının buynuzları aypara formasında təsvir edilmişdir. 
Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc 
sistemində  öküzə  inam  xüsusi  yer  tutmuşdur.  Bu  baxımdan 
Xocalı-Gədəbəy  abidələrindən  üzə  çıxarılan  fiqurların  bir 
çoxu  məhz  öküz  başı  formasındadır.  Belə  fiqurlar  Cənubi 
Azərbaycan  və  şimali  Qafqaz  ərazisindən  də  tapılmışdır.  Rus 
alimi  Avdeyevin  fikrincə,  öküzə  inam  ən  qədin  zamanlardan 
Qafqaz  və  Şərqdə  geniş  yayılmışdı.  Azərbaycan  ərazisində 
hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına 
da rastlanmışdır. Məsələn, arxeoloq Resler Xocalı kurqanında 
apardığı  qazıntılar  zamanı  belə  bir  məzara  rast  gəlmişdir. 
Burada  dəfn  edilmiş  öküzün  başına  bütöv  ayın  rəmzi  olan 
dairəvi disk bərkidilmişdi.” (Авшарова, 2005, s. 24). 
Tolstov,  Bernştam  və  Bekmıradov  kimi  tanınmış  türkoloq 
alimlər  də  oğuzların  ən  qədim  zamanlarda  öküzə  totem  müna-
sibəti  bəslədiklərini  söyləmişlər.  Bu  alimlər  bu  halda  ―Oğuzna-
mə‖də yer alan sözlərə istinad etmişlər:  
Olsun dedilər. Onun anqağusu budur (Bayat, 1993, s. 124).  
―Oğuznamə‖nin uyğur versiyasının birnci səhifəsinin birin-
ci sətrində təsvir edimiş  göy öküz oğuzların  əcdadı Oğuz xanın 
şəkli,daha  dəqiq  desək,anqağusu,  yəni  ideoqrafik  işarəsi  kimi 
təqdim  edilir.  Bu  şəkil  əsərə  sadəcə  bir  illüstrasiya  kimi  qəbul 
edilə bilməz. Çünki o, mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış 
edir  və  Oğuz  xanın  mətndəki  sözlü  təsviri  ilə  üst-üstə  düşmür. 
Mətndə Oğuz xanın sözlü təsviri fərqlidir: 
Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğ-
lu oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri 
ala, saçları, qaşları qara idi. Gözəllikdə mələkdən də gözəl idi...  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə