Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   31   32   33   34   35   36   37   38   ...   97

104 
 
ölülərin  qəbri  üzərində  ucaldığını  ―Bilqamıs  dastanı‖  da  təsdiq 
etməkdədir:                 
   Ürəyini dinlədi, ürəyi vurmur daha
   O, dostunun üzünü örtdü gəlin tək. 
   Özü fırlanıb qartal kimi gəşt edirdi 
   Elə bil ki, balası tələyə düşən şirdi,               
   Qəzəblə var-gəl edib, ora-bura gedirdi.   
   Kətan kimi dartırdı, saçlarını yolurdu, 
   Paltarını didib, cırıq - cındır olurdu.  
   Üfüqə səda düşüb ağaranda dan yeri 
   Bilqamıs ölkəsini çağırdı adbaad. 
   Misgərlər, dəmirçilər, daşyonanlar gəlirdi, 
   Heykəltaraşlar gəlir, daş qoyanlar gəlirdi. 
   -Dostum, sənə mən elə başdaşı düzəldəcəm, 
   Beləsini heç kəs dostuna düzəltməyib. 
   Saçı lacivərd, altı daşdan hörüləcək
   Üzü əhəngdən, özü altundan yonulacaq  
       (Bilqamıs dastanı, 1985, s. 65) 
Nəsir Rzayev bildirir: 
“Menhirlərin  Azərbaycanda  dəmir  dövründə  yaradılmış 
insan heykəlləri ilə müəyyən yaxınlığı vardır. 
Belə  heykəllər  döyüşçülərin  qəbri  üstünə  qoyularmış. 
Menhirlərdə  olduğu  kimi,  bu  heykəllər  də  ölmüş  döyüşçünün 
özünü təmsil edirdi. Göründüyü kimi, menhirlər ilə qədim türk 
heykəllərinin  ideoloji  əsası  eynidir.  Hər  ikisi  animistik  təsəv-
vürə-ölümdən sonrakı əbədi həyat fəlsəfəsinə əsaslanır” (Azər-
baycan incəsənəti, 1977, s. 12). 
Sənətşünas alim Rasim Əfəndi deyir:  
”Azərbaycanın  daş  plastika  sənəti  nümunələri  içərisində 
daş insan fiqurları önəmli yer tutur. Şamaxı və Ağdam şəhər-
ləri  ətrafında  tapılmış  bu  monumental  plastik  sənət  nümunə-
ləri  alimlərin  böyük  marağına  səbəb  olmuşdur.  Şamaxının 
Dərə  Xınıslı  və  Dağ  Kolanlı  yaxınlığından  tapılmış  heykəllər 
üslub  etibarilə  bir-birinə  bənzəsə  də,  ayrı-ayrı  vəziyyətdə  və 
ölçüdə  düzəldilmiş  müxtəlif  tipli  kişi  fiqurlarını  təsvir  edir. 


105 
 
Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündürlüyü 2,23 
metr, ən kiçiyinin isə 1,35 metrdir.  
1946-cı  ildə  Dərə  Xınıslı  kəndində  tapılmış  daş  heykəl 
xüsusilə maraqlıdır. Yerli əhəng daşından yonulub düzəldilmiş 
bu  heykəl  ucaboylu,  naməlum  bir  şəxsi  təsvir  edir.  Həmin  fi-
qur  bu  ərazidə  aşkar  edilmiş  bir  neçə  başqa  heykəl  kimi  baş-
sızdır.  Baş  yerinin  formasından  məlum  olur  ki,  fiqurun  başı 
sonralar hansısa səbəbdən sındırılmışdır. Fiqurun əllərinin və-
ziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir. 
Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir 
edilmişdir.           
Fiqurun  bədənində  geyim  olduğunu  bildirən  xətlərin  iz-
ləri  görünür.  Kürəyin  yuxarı  hissəsində  bu  ərazidən  tapılan 
digər heykəllərdə olduğu kim dalğavari xətlər vardır ki. bu da 
təsvir olunan şəxsin uzun saç saxladığını göstərir. 
Tarixi mənbələrdən belə aydın olur ki. türk xalqları islam-
dan  öncə  hər  bir  igidin  məzarı  üstə  insan  fiqurlu  heykəllər 
qoyardılar. İlk orta əsrlərə aid “Veyşu”adlı Çin mənbəsindən, 
eləcə də Əl-Bələzuri və Əl Xarəzmi kimi müsəlman tarixçilərin 
əsərlərindən  göründüyü  kimi,  bu  tipli  heykəllər  müqəddəs 
sayılır və onlara sitayiş edilirdi. 
Musa  Kağankatlı  özünün  “Alban  tarixi”kitabında  Azər-
baycan  ərazisində  yaşayan  soy  və  boyların  daşdan  heykəllər 
yonub, ona sitayiş etdiyini, onların şərəfinə hətta at, qoç, sığır 
qurbanları verdiklərini xüsusi qeyd edir. Musa Kağankatlının 
yazdığına  görə,  bu  boylar  uzun  saç  saxlayıb  mahir  ox  atan 
idilər” (Əfəndiyev, 1980, s. 10-12). 
Qeyd etdiyimiz kimi, şumerlər özlərini ―kəngər‖ və ―kanq‖ 
alandırmışlar. Qonşuları isə onlara ―qarabaş‖ və ya ―qarapapaq‖ 
demişlər.  Maraqlıdır  ki,  bu  gün  də  Azərbaycanın  qərb  his-
səsində, Qazax – Qarabağ – Naxçıvan – Maku xətti üzrə onlarca 
―Kəngərli‖,  ―Kəngər‖  adlanan  kəndlərimiz  var.  Görkəmli  coğ-
rafiyaşünas və etnoqraf alim Vəliyev Baharlının yazdığına görə, 
qarabörklü (qarapapaq) tayfaları da kəngərlilərdən olmuşlar (Ве-
лиев, 1921, c. 36). 


106 
 
Tanınmış  şərqşünas  alim  Süleyman  Əliyarov  ―kanqlı‖  və 
―kəngər‖  etnonimlərinin  sinonim  olduğunu  bildirmişdir.  Görü-
nür,  elə  bu  səbəbdən  də  şumer  mixi  yazılarında  ―kəngər‖  adı 
əvəzinə bəzən ―kanq‖ adı işlənmişdir. Bu etnonim sonuncu dəfə 
mixi  yazılarda eramızdan  əvvəl  II minillikdə  yad edilmiş, bun-
dan sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast 
gəlinməmişdir. Lakin eradan əvvəl V əsrdə qələmə alındığı mə-
lum  olan  ―Avesta‖da  ―kanqlı  etnonimi  ilə  yenidən  üzləşirik  ki, 
həmin  kitabda  bu  etnonim  turanlıların,  yəni  türklərin  sinonimi 
kimi işlənir (Əliyarov, 1991, s. 141).                  
Eramızdan əvvəl III-II minilliklərə aid mənbələr kəngərlərlə 
suvarların qonşuluqda yaşadıqlarını bildirməkdədir. Həmin qay-
naqlardan belə bəlli olur ki, kəngərlər İkiçayarasının cənubunda, 
suvarlar isə şimalında yaşamışlar (Ağasıoğlu, 2005, s. 150). Ma-
raqlıdır ki, I-II əsrlərə aid mənbələr də bu iki türk boyunun qon-
şuluqda, fəqət əvvəlki  yurdlarından bir xeyli aralıda, Xəzər də-
nizi sahillərində yaşadıqlarını qeyd etməkdədir. Söhbət Ptolome-
yin qeydlərindən gedir. O bu iki xalqın Xəzər sahilində, Qafqaz 
dağlarından  Dərbəndə  kimi  uzanan  geniş  sahədə  yaşadıqlarını 
yazmışdır (Əliyarov, 1991, s. 141).                  
Orta  əsr  mənbələri  kəngərləri  oğuzlarla  birlikdə  yad  etmək-
dədir.  Məsələn,  X  əsr  salnaməçisi  Konstantin  Baqryanorodnıy 
oğuz  tayfalarından  olan  beçeneklərin  bir  hissəsinin  kanqar,  yəni 
kəngər adlandığını bidirməkdədir (Богрянородный, 1989, c. 159). 
Qiyasəddin Qeybullayev kanqlı tayfasının oğuz-Səlcuq bir-
ləşmələrində  yer  aldığını  qeyd  etmişdir  (Гейбуллаев,  1991,  c. 
103). Moravçikin də fikrincə, oğuz-beçenek tayfasının bir qismi 
kanqlı adlanmışdır (Moravçig, 1943, p. 145). 
Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaq 
ənənəsi  baxımından  çox  genişdir.  Məsələn,  orta  əsrlərə  aid  er-
məni  tarixçilərinin  verdiyi  məlumatlardan  belə  məlum  olur  ki, 
kəngərlər  Qərbi  Azərbaycandakı  Kəngər  dağlarında,  eləcə  də 
Albaniya,  yəni  Şimalı  Azərbaycan  ərazisindəki  kəngərlər  ölkə-
sində  yaşamışlar (Гейбуллаев, 1991, c. 102). Erməni  mənbələ-
rinin  birində  deyilir  ki,  482-ci  ildə  erməni  və  iber  ordusu  Kən-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə