Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


dövrü  insanları  ölüləri  bilavasitə  öz  evlərində  basdırardılar.”



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

113 
 
dövrü  insanları  ölüləri  bilavasitə  öz  evlərində  basdırardılar.” 
(Мусеибли, 2005, c. 135).  
Rəşid Göyüşov bildirir ki, Eneolit dövründə hətta dəfn adət-
lərindən  də  danışmaq  olar.  Məsələn,  Kür  çayının  orta  axarında 
yaşayan  əhali  öz  ölülərini  yaşayış  yerlərindən  xeyli  kənarda, 
Azərbaycanın  cənub  rayonlarında  yaşayan  əhali  isə  bilavasitə 
yaşayış yerlərinin özündə-evlərin arasında, döşəmənin altında və 
yaxud da həyətdə dəfn etmişdir. Çox vaxt ölü tək və bükülü və-
ziyyətdə  basdırılmışdır,  ancaq  az  da  olsa  kollektiv  dəfn  adətinə 
rast  gəlmək  mümkündür.  I  Kültəpədə  olduğu  kimi,  Babadərviş 
və  Əliköməktəpə  abidələrində  də  qəbirlərdən  oxra  tapılmışdır 
(Göyüşov, 1986, s. 30).              
Nəcəf  Müseyiblinin  bildirdiyinə  görə,  son  Eneolit  dövrünə 
aid  olan  kurqan  qəbirlər  böyük  maraq  kəsb  etməkdədir.Biz  bu 
kurqanları  2004-cü  ildə,  neft  və  qaz  kəmərlərinin  432-ci  kilo-
metrində, Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr 
aralıda təsbit etdik. Bir vaxt çox sayda kurqanın bulunduğu bö-
yük  bir  sahədə  onların  yalnız  bir  hissəsi  qorunmuşdur.  Onların 
sayı otuza qədərdir: 
“Elmi  ədəbiyyata  Soyuqbulaq  kurqanları  kimi  düşən  bu 
kurqanlar təkcə Qafqazda deyil, eyni zamanda bütün dünyada 
məlum  olan  ən  qədim  kurqanlardır.  Onların  tarix  səhnəsinə 
çıxışı  yerli  əhalinin  dini  dünyagörüşündə  baş  verən  dəyişik-
liklər ilə bağlı olmuşdur” (Мусеибли, 2005, c. 135). 
Tarixçi alim Q.Qoşqarlı deyir: 
“2004-2005-ci  illərdə  Bakı-Tiflis-Ceyhan  neft  və  Bakı-
Tiflis-Ərzurum  qaz  kəmərlərinin  marşrutu  boyunca  aparılan 
arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki 
geniş  bir  dövrü  əhatə  edən  otuzdan  artıq  qədim  yaşayış  və 
məzar  yeri  tədqiq  edilmişdir.  2002-2003-cü illərdən fərqli ola-
raq  qazıntılar  daha  çox  ən  qədim  maldarlıq  və  əkinçilik  mə-
dəniyyətlərinin  izlərinə  sahib  Kür  boyu  ərazilərdə  aparılırdı. 
Sözügedən  marşrut  üzrə  aparılan  qazıntılar  zamanı  tapılan 
xronoloji  baxımdan  ən  qədim  məskənlər  Eneolit  dövrünə  aid 
məskənlər  olmuşdur  ki,  onlar  Böyük  Kəsik  1,  Böyük  Kəsik  2, 


114 
 
Poylu 1, Poylu 2 və Ağılı Dərədən üzə çıxmışdır. Bunların içə-
risində  daha  geniş  tədqiqatlar  Böyük  Kəsik  1  ərazisində  apa-
rılmışdır.  Bu  bölgənin  Şomutəpə  və  Leylatəpə  mədəniyyətləri 
ilə  eynilik  təşkil  edən  mədəni  qata  sahib  olduğu  məlum  idi. 
Fəqət  yeni  qazıntılar  buradakı  Əl-Übüeyd  və  erkən  Uruk  mə-
dəniyyəti  ilə  eyni  olan  mədəni  təbəqələr  barədəki  biliklərimizi 
daha da artırmış oldu” (Гошгарлы, 2005, c. 74).                
Tarixçi alim F.Quliyev isə yazır: 
“Ağstafa  rayonunun  Böyük  Kəsik  qəsəbəsində  1,5  kilo-
metr aralıda 60-70 metr radiusunda çox sayda saxsı qab qalığı 
tapılmışdır.  Bu  qalıntılar  yer  səthindən  80  santimetr  aşağıda 
yerləşən mədəni təbəqədən aşkar edilmişdir. Tapılan keramika 
nümunələri  bir  neçə  tipə  bölünür.  Onlar  küp, nimçə,  su  qabı 
və müxtəlif qablardır. Buradakı keramika ilə Uruk keramikası 
arasındakı eynilik etnik birlikdən xəbər verməkdədir” (Гулиев, 
2005, c. 82). 
Məlumat  üçün  bildirək  ki,  ―Əl-Übeyd  mədəniyyəti‖  adı  ilə 
məşhur olan mədəniyyət qədim Messopatamiyanın, yəni bugünkü 
İraq  ərazisində,  Dəclə  və  Fərat  cayları  arasında  Nuh  tufanından 
öncə  yaşamış  insanların  yaratdıqları  və  tufan  zamanı  onu  yara-
danlarla  birlikdə  məhv  olmuş  mədəniyyətin  adıdır.  ―Erkən  Uruk 
mədəniyyəti‖  kimi  tanınan  mədəniyyət  isə  tufandan  sonra  Mes-
sopatamiyaya  köçərək  orada  böyük  bir  sivilizasiyanın  əsasını 
qoymuş  xalqın-şumerlərin  yaratmış  olduqları  zəngin  mədəniy-
yətin adıdır. Tədqiqatçılar Əl-Übeyd mədəniyyətinin şumer, yəni 
erkən Uruk mədəniyyətinin sələfi olduğunu, ikincinin birincisinin 
üzərində  ucaldığını  söyləyirlər.  Fəqət  Messopatamiya  ərazisində 
bu iki mədəniyyəti bir-birindən Nuh tufanının nəticəsi olan qədim 
və  qalın  lil  qatı  ayırır.  Azərbaycanda  isə  bu  iki  mədəniyyət  iç-
içədir və onlar  arasında  qırılma müşahidə  edilmir. Bu isə şumer 
mədəniyyətinin  Azərbaycanda  formalaşdığını  və  qədim  şumer-
lərin Azərbaycan ərazisindən Messopatamiyaya köçdüyünü sübut 
edir.  Görünür,  elə  bu  səbəbdən  də  şümerlər  istilaçı  akkadlardan 
qoruna bilmək  üçün məhz Azərbaycanın  ən qədim sakinlərindən 
olan kutilərə (oğuzlara) müraciət etmişdilər. 


115 
 
Oğuzların  Azərbaycan  ərazisində  "kuti"  etnoniminin  Şu-
mer-Akkad  mənbələrində  peyda  omasından  çox-çox  öncələr 
yaşadıqları  barədə  çoxsayda  təkzibedilməz  dəlillər  mövcuddur. 
Bu dəlillər içərisində ən maraqlılarından biri Azərbaycanın mər-
hum  alimləri  Ə.Hüseyni  və  C.Cəfərovun  Qobustan  və  Gəmiqa-
yadan  üzə  çıxardıqları  türk  soy  və  boylarının  tamğalarıdır  ki, 
onların  da  önəmli  bir  hissəsini  oğuz  tamğaları  təşkil  edir  (Cə-
fərov, 1987, s. 29-36).  
Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və boy-
larının ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğ-
ma  vətənlərini,  habelə  mövcud  olmuş  ünvanlarını  müəyyənləş-
dirmək  üçün  həmin  tamğaların  müstəsna  əhəmiyyəti  vardır. 
Tamğa  və  işarələr,  bir  sıra  başqa  xalqlarda  olduğu  kimi,  türk 
xalqlarının, o cümlədən Azərbaycan türklərinin də etnogenezin-
də  iştirak  etmiş  soy  və  soybirləşmələrinin  qədim  yazı  nümu-
nələri  kimi  qiymətlidir.  Azərbaycanın  bir  sıra  rayonlarından  ta-
pılmış və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən 
müxtəlif  işarə  və  tamğalar  haqqında  Cəfər  Cəfərov  və  Əbülfəz 
Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Əbülfəz Hüseyni Gə-
miqaya təsvirləri, Cəfər Cəfərov Qobustan petroqlifləri içərisin-
dən  üzə  çıxartdıqları,  Firəngiz  Muradova  isə  Şirvan  zonasında 
tapdığı  tamğalardan  söhbət  açmışlar.  Müəlliflər  bu  işarələrin 
hansı  soya  mənsub  olduğunu,  həmin  işarələrin  qədim  türk  yazı 
sistemində  paralellərini  müəyyənləşdirə  bilmişlər  (Cəfərov, 
1987, s. 29-36).      
Maraqlıdır  ki,  həmin  işarələrin  paralellərinə  digər  qədim 
xalqların əlifbalarında da rast gəlinir. Məsələn,Yazıçıoğlu Əliyə 
görə  11-ci  oğuz  tayfası  olan  begdililərin  soy  damğasına  Gəmi-
qaya işarələri arasında cüzi fərqlə rast gəlinir. Qaranoqayların as 
və ya az soyunun tamğası isə Sofu Novruz pirində tapılmış işarə 
ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl lll əsrdə 
Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının ―ça‖ 
və  ―ba‖  hecalarının  qrafik  təsvirində  də  rast  gəlinir  (Cəfərov, 
1987, s. 29-36). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə