Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

98 
 
    Bir də bir adam vardı, tutqun idi üz-gözü,  
    Mən fırtına quşuna bənzətdim onu, düzü. 
    İti caynağı vardı, qartal kimi qanadı, 
    Saçımdan yapışaraq göz açmağa qoymadı. 
    Onu vurdum, tullanıb tez sıçradı kənara, 
    Sonra o məni vurdu, o dəm sağaldı yara. 
    Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı, 
    Ağır məngənə kimi başımı bərk sıxdı. 
    Dedim "Məni xilas et!" Sən xilas edəmmədin, 
    Onunla vuruşmağa, qorxdun, gedə bilmədin. 
    O mənə toxunaraq, məni quşa çevirdi, 
    Qanad taxtı çiynimə, adəti quş qanadı. 
    Üzümə baxdı, baxdı, sonra məni apardı, 
    İrkallanın evinə-zülmət evinə vardı  
 (Bilqamıs dastanı, 1985, s. 60-61).  
Folklorşünas alim B.Abdullayev yazır:  
"Qədim  zamanlarda  ölənin  yaxın  adamları  saçlarını  yo-
lub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını, ömrünü 
təmin  edən,  hətta  öləndən  sonra  onu  dirildən  vasitələrdən 
olması barədə miflər var" (Vəliyev, 1985, s. 112). 
Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:             
"Qədim  Azərbaycanda  ölən  qəhrəmanlar  üçün  ağlamaq 
bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı. Bu 
toplaşmaya  "yuq"  deyirdilər.  Toplananlar  üçün  qonaqlıq  dü-
zələrdi, xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb, 
oynayardılar. Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb, 
onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman 
üçün  ağı  deyərdi.  Toplaşanlar  da  hönkür-hönkür  ağlayardı... 
Ölünü  ağlamaq,  cənazəsi  üstündə  saç  yolmaq  adət  halını 
almışdı" (Haqverdiyev, l957, s. 392). 
Maraqlıdır  ki,  qəhrəmanın  cənazəsi  üstündə  ağlayaraq  saç 
yolmaq adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün 
əldə təkzibedilməz fakt mövcuddur. Əlbəttə ki, söhbət "Bilqamıs 
dastanı"nda söylənilənlərdən gedir:                 
 


99 
 
     O kəslər ağlayar ki, qədim adamlar kimi 
              səninlə öyünərdi,   
     O kəslər ağlayar ki, sənə öz süfrəsində 
            bir vaxt çörək verərdi. 
     Ayağına ətir-yağ çəkən kəniz ağlayar
     Sənə şərab içirən qulun göz yaşı axar, 
     Canına zeytun sürtən yava qadın ağlayar. 
     Sənin məsləhətinlə özünə arvad tapıb, 
     Nigah otağına ilk qədəm basan ağlayar. 
     Qardaşların ağlayar, bacı kimi hay salar, 
    Yaslara batar tamam, nalə çəkib saç yolar!  
      (Bilqamıs dastanı, 1985, s. 64).  
Nəsir Rzayevin  yazdığına görə, Tunc və dəmir dövrü üçün 
xarakterik olan abidələrdən söz açarkən, dolmenlərdən də söhbət 
etmək lazımdaır. Dolmenlər daşların şaquli vəziyyətdə yerə bas-
dırılması nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbir-
lərdir. Onların üstü sal daşla örtülür. Dolmenlərin qurulmasında 
10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir. Bu qə-
birlər  tək,  ikimərtəbəli  və  koridorla  birləşən  qəbirlər  sırası  şək-
lində olur. Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Ko-
reya,  Krım,  Qara  dəniz  sahilləri  və  Azərbaycanda  rast  gəlmək 
olur. Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi 
kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə 
onların tarixi  və  dini mahiyyəti barədə  məlumat  vermişdir. Xo-
calıda da dolmenlər üzə çıxarılmışdır: 
"Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası 
ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə 
qədər  gəlib  çıxmışdır.  Buna  misal  olaraq  Şamaxıdakı  “Dədə 
Günəş”  pirini  ziyarət  edənlərin  balaca  daşlardan  evlər  tik-
məsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra 
axirət dünyasında yaşamasına xidmət edəcəkmiş. 
Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılma-
mışdır. Günəş Azərbaycanın ən qədim kultlarındandır. Bu kult 
Tunc dövründə çox böyük tərəqqi tapmışdı” (Azərbaycan incə-
sənəti, 1977, s. 13).          


100 
 
Günəş  kultundan  söhbət  düşmüşkən  Qobustandakı  gəmi 
təsvirlərini də unutmamaq lazımdır. Şumer gəmilərinin prototipi 
olan  bu  gəmilərin  uclarındakı  günəş  təsvirləri  diqqəti  çəkmək-
dədir.  Şumer  mifologiyasında  bu  qayıqlar  günəş  tanrısı  Utu  ilə 
əlaqəli təsəvvür edilmişdir. Şumerlər inanırdılar ki, ölən insanlar 
ölülər dünyasına belə qayıqlarda yollanırdılar. Bunun üçün onlar 
Kur çayını keçməli idilər. Sonradan bu mifiloji təsəvvür qədim 
sami  və  yunan  mifologiyalarına  da  keçmişdir.  Onun  izlərinə 
hətta Amerika hindularının əfsanələrində də rast gəlinməkdədir. 
Maraqlıdır  ki,  qədim  yunan  tarixçisi  Herodot  iskit  xaqanlarını 
Kür  çayının  yuxarı  axarında  kurqanlarda  basdırmaq  adətindən 
söz  açmışdır.  Görünür,  şumelərin  bu  dünya  ilə  o  biri  dünyanı 
bir-birindən ayıran Kur, yəni Kür çayı barədə, eləcə də ölülərin 
bu çayı günəş qayıqlarında keçməsi barədə təsəvvürləri əski və-
tənlərindəki  real  hadisənin  yeni  vətəndə  əfsanələşdirilməsi  ilə 
meydana  gəlmişdir.  Hər  halda  belə  düşünməyə  ciddi  əsaslar 
vardır.  Əvvəla,  Qobustanın  gəmi  təsvirləri  və  Herodotun  iskit 
xaqanlarının dəfni ilə bağlı verdiyi məlumat, eləcə də Kür çayı-
nın yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq kurqan-
larının  aşkar  edilməsi  bu  versiyanın  ciddi  bir  versiya  olduğunu 
göstərir.  Deyilənlərə  kurqanların  ―şüa  sistemi‖nə  uyğun  yerləş-
diyini də əlavə etmək lazımdır.    
Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü 
dəyişikliklər  Qobustanın  həmin  dövrə  aid  qayaüstü  təsvirlərin-
dən  çox  aydın  hiss  edilir.  Əvvəlki  dövrlərdən  fərqli  olaraq,  bu 
dövrdə  artıq  öküz  təsvirlərinə  rast  gəlinmir.  Belə  ki,  Azərbay-
canın son Eneolit – erkən Tunc dövrlərə aid Şomu-təpə, Töyrə-
təpə, Qarğalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsi kimi abi-
dələrində tədqiqat aparmış arxeoloq D. Hacıyev həmin dövrlərdə 
insanların  artıq  iribuynyzlu  heyvanların  da  ətindən  istifadə  et-
diklərini təsbit etmişdir. Araşdırmalar nəticəsində Şomu-təpədən 
əldə edilən heyvan sümüklərinin 57 %-inin kiçikbuynuzlu  hey-
vanlara,  25  %  -  nin  iribuynuzlu  heyvanlara,  5,5  %-nin  isə  qa-
bana aid olduğu üzə çıxmışdır. Töyrə-təpədən tapılan sümüklə-
rin isə 25,5 %-ni öküz sümükləri təşkil edirdi. Qarağalar təpəsi, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə