Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

250 
 
əsrin  ikinci  yarısından  etibarən  güclənməyə  başlayan  babillilər 
Aşşura qarşı üsyan etmiş və elamlılarla birləşmişdilər.  
E.ə.720-ci  ildə  Der  qalası  yaxınlığında  elamlılarla  aşşurlar 
arasında  qanlı  müharibə  baş  verdi  və  aşşurlar  məğlub  oldular. 
E.ə.716-cı ildə Urartu kökmdarı Rusa aşşurların zəifləməsindən 
istifadə edərək, onların  müttəfiqi Mannaya hücuma keçdi və 22 
Manna şəhər-qalasını işğal etdi, e.ə.715-ci ildə isə Manna hökm-
darı  Dayukku  əsir  alındı  (Дандамаев,  Луконин,  1980,  c.  73). 
Həmin  döyüşdə  Mannadan  müstəqilliyə  can  atan  Saqarta  (Zik-
kertu)  və  Andiya  əhalisi,  yəni  gerçək  saklar  (şakilər)  və  andi-
yalılar urartulularla eyni mövqedən çıxış edirdilər.  
Belə  bir  vəziyyətdə  Manna  ilə  ittifaqa  sadiq  qalan  Aşşur 
hökmdarı  II Sarqon Saqarta və Andiyaya hücum edərək üsyan-
çıları  darmadağın  etdi.  II  Sarqon  Urartu  ordusunu  da  məğlub 
edərək, itirilmiş 22 şəhər-qalanı mannalılara geri qaytardı. Üstə-
lik də 55 Urartu istehkamı və 11 Urartu qalası Mannanın tərkibi-
nə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edildi, əvəzində 
isə Urartu hökmdarı l Rusa əsir edildi (Azərbaycan tarixi, 1994, 
s.  98-99).  Həmin  döyüşdə  psevdosaklar  da  (işquz  –  iç  oğuzlar) 
Manna  tərəfdən  Urartuya  qarşı  çıxış  edirdilər  və  Rusanın  məğ-
lub  edilməsində  böyük rol  oynamışdılar. Qələbədən sonra Kap-
padokiya  və  Uratunun  böyük  bir  hissəsi  sakların  hakimiyyəti 
altına keçdi. Bu barədə Strabon yazır: 
"Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də ya-
xın  məsafəli  yürüşlər  təşkil  edirdilər.  Beləcə.  onlar  Baktriananı 
(indiki Əfqanıstanın Ģimalı) və Ərməniyyənin (Uratu, yəni Van 
gölü  ətrafı  nəzərdə  tutulur)  torpaqlarının  önəmli  bir  hissəsini 
tutaraq oranı öz adları ilə Sakasena (qədim Saqarta) adlandırdı-
lar. Onlar Kappadokiyaya...qədər çatdılar." (Алиев, 1987, c. 24). 
Strabonun  yazdıqlarından bir daha belə aydın  olur ki,  sak-
lara şamil  edilən kimmer adı  əski  ənənəçilikdən  qaynaqlanmış-
dır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni 
zamanda  o  da  məlum  olur  ki,  Urartu  Saqartanın  (Sakasenanın) 
tərkib  hissəsinə  çevrilmişdi.  Saklar  faktiki  olaraq  Mannanın  da 
sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal xarakter 


251 
 
daşıyırdı.  Kimmer-saklar  Friqiya  üçün  də  təhlükə  mənbəyinə 
çevrilmişdilər.  
Bir  çox  alimlərin  fikrincə,  Dayukku,  haqqında  Herodotun 
məlumat verdiyi, ilk Midiya hökmdarı adlandırdığı Deyokla eyni 
adamdır (Hinz, 1971, p. 1023).
 
Dayukku ilə Deyokun eyni şəxs ol-
duğunu söyləyən İ.Dyakonovun fikrincə, Dayukku Manna hökm-
darı  yox,  Mannanın  sadəcə  bir  vilayətinin-Midiyanın  başçısı  idi 
(Дьяконов,  1956,  s.  179).  Herodotun  sözlərinə  görə,  Deyok  ma-
day (Midiya) tayfalarını birləşdirmiş və Midiya dövlətinin əsasını 
qoymuşdur. Bu dövlətin paytaxtı Cənubi Azərbaycanın Həmədan 
(Ekbatana) şəhəri idi. (Azərbaycan tarixi, 1994, s. 120-121).  
E.ə.710-ci ildə II Sarqon Elama hücum etdi, Elam hökmdarı 
Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı 
Marduk  apla-iddina  isə  cənuba  qaçmaq  məcburiyyətində  qaldı. 
E.ə.  709-cu  ildə  kimmer-saklardan  qoruna  bilmək  üçün  Friqiya 
şahı  Midas  II  Sarqona  kömək  üçün  müraciət  etdi  (Дандамаев, 
Луконин,  1980,  c.  76).  Fəqət  kimmer-saklar  o  qədər  güclən-
mişdilər ki, Aşşurun özü də onlardan çəkinirdi. 
E.ə. 705-ci ildə, II Sarqonun ölümündən sonra Babil hökm-
darı  Marduk-aplaiddina  Aşşurun  bütün  düşmənləri  ilə  ittifaq 
yaratdı. Bu koalisiyaya Elam, Yəhuda və Tir, Arad və Askalon 
kimi  Finikiya  şəhərləri  daxil  idilər.  Fəqət  bu  dəfə  də  aşşurlar 
qalib  gəldilər  (Дандамаев,  Луконин,  1980,  c.  74).  E.ə.  700-cü 
ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693-cü ildə, Aş-
şur  hökmdarı  Sinaxxeribin  dövründə  müttəfiqlər  növbəti  dəfə 
məğlub  oldular  (Дандамаев,  Луконин,  1980,  c.  74).Məhz  hə-
min dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güc-
lü  Sak  dövlətinin  mövcud  olduğunu  söyləmək  olar.  Artıq  qeyd 
etdiyimiz  kimi,  mənbələrdən  sakların  İşpakay,  Tuqdamme  və 
Sandakşatru kimi hökmdarlarının adı məlumdur.  
Bir  sözlə,  bütün  Ön  Asiya  böyük  müharibələr  meydanına 
çevrilmişdi. Və bu müharibələrdə midiyalılar da, saklar da, yəni 
həm  kimmer-saklar  (şakılar),  həm  də  işquzlar  tədricən  əsas  tə-
rəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urar-
tuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Aşşur 


252 
 
şahı Asarhaddonun kürəkəni Partatuanın isə aşşurların müttəfiqi 
kimi çıxış etdiyi məlumdur (Azərbaycan tarixi, 1994, s. 105). 
Alimləin  bir  çoxu  haqlı  olaraq,  Aşşur  mənbələrindəki  iş-
quzları "Kitabi Dədə Qorqud"dakı İç Oğuzla, başqa sözlə, oğuz-
larla  eyniləşdirmişlər  (Süleymenov,  1993,  s.  224;  Azərbaycan 
tarixi,  1994,  s.  118;  Гасанов,  2000,  c.  122-124).
 
Məhəmməd 
Hatəmi Tantəkin  aşşur,  yunan və  qədim fars mənbələrini  tutuş-
duraraq  təkzibedilməz  şəkildə  sübut  etmişdir  ki,  adına  Aşşur 
mənbələrində "Partatua", Herodotda "Prototiy", Avestada "Tran-
qrasyan",  Firdovsinin  "Şahnamə"sində  "Əfrasiyab"  kimi  rast 
gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük Turan hökmdarı Alp Ər 
Tonqadır.  Onu  öldürmüş  şəxs  isə  Firdovsinin  İran  şahı  kimi 
qələmə  verdiyi  və  Keyxosrov  adlandırdığı  Midiya  hökmdarı 
Kiaksardır (Tantəkin, 2002). 
Bəzi  mütəxəssislər  qədim  mənbələrdə  işquzların  həm  də 
"sak"  adlandırılması  faktından  çıxış  edərək  Alp  Ər  Tonqanı  sak 
hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə iskit-sak döv-
ləti saymışlar (Гейбуллаев, 1991, c. 326-329; Əlibəyzadə, 1998, 
s.  241; Anadol,  1991). Eyni  fikrə Yeni Türk Ensiklopediyasında 
da rast gəlirik (Yeni Türk Ansiklopedisi, 1985, Xl, s. 4363). Ca-
mal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Ma-
diy  ilə  eyniləşdirmişdir  (Anadol,  1991).  Eyni  səhvi  Məhəmməd 
Tağı Zöhtabi və Elməddin Əlizadə də təkrarlamışlar (Əlibəyzadə, 
1998, s. 241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılar-
dakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmda-
rının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır: 
             
ALP ƏR TONQA 
      
           P -- AR -- TATUA  
Məlum  olduğu  kimi,  Mahmud  Kaşğarlı  "Divan"ında  yer 
alan  çoxsaylı  şeir  nümunələrindən  biri  də  Alp  Ər  Tonqanın 
ölümünə həsr edilmiş ağıdır. Nizami Xudiyev bildirir:  
"Eradan  əvvəl  I  minilliyin  ortalarından  etibarən  ümumi 
türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk 
ümumxalq  dillərinin,bunun  ardınca  isə  ədəbi  dillərin  forma-
laşmasına  təsir  edir.  Qədim  türk  şeirinin  mükəmməl  şifahi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə