Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


etmiş vəziyyətdə tapırlar. Ana belə etməklə öldürülmüş dəmirçi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   76   77   78   79   80   81   82   83   ...   97

241 
 
etmiş vəziyyətdə tapırlar. Ana belə etməklə öldürülmüş dəmirçi 
oğlunun yanına getmiş olur (Ксенефонтов, 1937, с. 490-495). 
Bu  variantda  rusların  və  rus-kazakların  adının  çəkilməsi 
onun  son  şəklini  çox  da  uzaq  olmayan  keçmişdə  aldığını  söylə-
məyə tam əsas verir. Məsələ burasındadır ki, ilk rus-kazak dəstə-
ləri Saxa-Yakutiya ərazisində XVl əsrdə peyda olsalar da rusların 
bu ölkədə məskunlaşması XVll əsrdən intensiv xarakter almışdır. 
Maraqlıdır ki, saxa-yakutlar bir yandan Ünqkəəbili öz milli 
qəhrəmanları hesab edir, o biri  yandan isə onun milliyyətcə  yu-
kaqir olduğunu söyləməyi də unutmurlar. Belə ki, İ.S.Qureviçin 
―Ünqkəəbil  kim  olmuşdur?‖  sualına  sözügedən  dastanın  ən 
tanınmış  söyləyicilərindən  biri  kimi  tanınan,  milliyyətcə  saxa-
yakut Anna Nikolayeva belə cavab vermişdir: 
“Bəzilərinin  fikrincə,  o,  yukaqir  olmuşdur”  (Гуревич, 
1977, с. 93). 
Məlumat  üçün  bildirək  ki,  Sibirin  aborigenlərindən  olan 
yukaqirlər,  demək  olar  ki,  bütünlüklə  saxa-yakutların  içində  əri-
mişlər və hazırda yukaqir dilində danışanların sayı sadəcə bir neçə 
yüz  nəfərdir.  Görünən  budur  ki,  saxa-yakutların  Ürən  haqqında 
dastanı bu xalqın içində əriyən, daha doğrusu, onun etnogenezində 
müəyyən qədər iştirak edən yukaqirlərin folkloruna qarışmışdır.  
İ.S.Qureviçin  topladığı  ―Ürən  hosun  dastanı‖  adlı  variant 
isə  ortaya  tamam  fərqli  məqamlar  qoymaqdadır.  Burada  Ünq-
kəəbil  artıq  əsas  və  müsbət  qəhrəman  yox,  müsbət  qəhrəman 
rolunda  çıxış  edən  Ürənə  qarşı  çıxış  edən  Mahan-Mehçənin 
qardaşıdır  və  mənfi  obrazdır.  O,  dastanın  sonunda  Ürənin  oğlu 
tərəfindən  öldürülür  (Гуревич,  1977,  с.  93).  Belə  görünür  ki, 
Ünqkəəbil  əslində  saxa-yakutların  içərisində  əriyərək  türkləşən 
yukaqirlərin  qəhrəmanıdır.  Damarlarında  təmiz  türk  qanı  axan 
saxa-yakutların dastan  yaddaşında isə o düşmən kimi həkk olu-
nub. Bu isə o deməkdir ki, saxa-yakutlar bu ərazilərə köç etmə-
mişdən və yukaqirləri assimilə etməmişdən öncə gəlmələrlə yer-
lilər  arasında  düşmən  münasibətlər  olmuşdur.  Bu  səbəbdən  də 
gəlmələrə qarşı yerlilərin müqavimətinə başçılıq edən Ünqkəəbil 
bu variantda düşmənlərin cərgəsində yad edilir. 


242 
 
Lakin  dastanda  diqqəti  çəkən  daha  bir  maraqlı  məqam  da 
var. Burada Ünqkəəbil əsas düşmən yox, əsas düşmənin qarda-
şıdır, yəni bir növ ikinci dərəcəli düşməndir. Güman etmək olar 
ki, dastanın ilkin versiyasında o, bir personaj kimi hec yox imiş. 
Saklar  bu  ərazilərə  köçdükdən  sonra  onun  adı  bu  türk  xalqının 
öz  əski  yurdlarından  gətirdikləri  dastana  sonradan  əlavə  olun-
muşdur. Dastandakı əsas mənfi personaja - Mahan-Mehçəyə gə-
lincə, onun adının birinci  hissəsindəki  ―Mahan‖ kəlməsinin mi-
fik  Mahan  dövlətinin  adı  ilə  üst-üstə  düşməsi  dastanın  kök-
lərinin  Ön  Asiya  və  Qafqaza,  daha  dəqiq  düsək,  Azərbaycana 
uzandığını,  sakların  bu  dastanı  özləri  ilə  ata  yurdlarından  – 
Azərbaycandan  gətirdiklərini  ehtimal  etməyə  ciddi  əsas  verir. 
Dastanda  Mahan-Xopo  adı  ilə  də  yad  edilən  Mahan-Mahçənin 
mayat (bayat) boyundan olduğunun qeyd edilməsi də (Гуревич, 
1977, с. 98) bu ehtimalı gücləndirir. 
İ.S.Qureviçin  yazıya  köçürdüyü  dastanın  qısa  məzmunu 
belədir: 
Deyilənlərə  görə,  müharibələr  dövründə  Olenek  çayı  sa-
hillərində  ov  etməklə  yeddi  ailəni  doyuzduran  ovçu  Ürən-ho-
sun yaşayırmış. O öz döyüş bacarıq və qəhrəmanlığı ilə hər kə-
sin  şöhrətini  kölgədə  qoymuşdu.  Günlərin  birində  döyüşçülə-
rinin sayı ağ maralın dərisindəki tüklərin sayı qədər çox olan 
mayat  boyu  Ürən-hosunun  yaşadığı  və  çoxlu  maral  sürülə-
rinin  otladığı  Olenek  çayındakı  Axıs  arı  (Səkkiz  ada)  adlı 
torpaqları ələ keçirmək fikrinə düşür. Mayatlar gözlənilmədən 
Ürənin  üzərinə  hücuma  keçdilər,  amma  o  onların  çoxunu 
qırdı,  qalanlarını  isə  qaçmağa  məcbur  etdi.  Lakin  bir  dəfə 
Ürən-hosun  Olenek  çayının  yuxarı  hissəsində  bir  müddət  ov 
edib  geri  qayıdarkən  mayatlar  onu  pusdular.  Çox  sayda  ovla 
döndüyünü, fəqət silahsız olduğunu bildilər. Amma bilmədilər 
ki, o, öz yay və oxlarını düşərgənin yaxınlığında gizlədib.  
Ürənin  düşərgəsi  çayla  dağ  silsiləsinin  düz  ortasında 
yerləşirdi. Mayatlar (onların sayı iyirmiyə yaxın idi) iki dəstəyə 
ayrılıb  onun  düşərgəsini  mühasirəyə  aldılar,  özünü  isə  ox 
yağışına  tutdular.  Belə  olan  halda  Ürən  yerindən  sıçrayaraq 


243 
 
silahına tərəf qaçmağa başladı. Onu pusan mayatlar nə qədər 
ox atdılarsa, oxları boşa çıxdı, çünki o, ağ doxa geymişdi və bu 
səbəbdən də  cəld  hərəkət  edə  və  düşmən oxlarından asanlıqla 
yayına  bilirdi.  O  qaçaraq  özünü  dərəyə  atdı,  amma  dərənin 
arxa  tərəfindəki  bataqlığa  düşdü.  Hərəkət  edə  bilmədi.  Ma-
yatlar  ox  yağdırmaqda  davam  edirdilər.  Ürən  oxları  bir-bir 
göydə  tuturdu.  Belə  olan  halda  mayatlardan  biri  oxu  bataq-
lığın içindən  atdı  və  Ürən-hosunu  ayağından  yaraladı.  Çoxlu 
qan  itirən,  bu  səbəbdən  də  zəif  düşən  Ürən  özünü  məğlub 
hesab etdi və oxlardan yayınmağa son verdi. Nəticədə mayatlar 
onu öldürdülər. 
Bundan sonra düşmənlərin öldürülmüş Ürənin sümüklərinin 
iliklərini  çıxarması  və  qoca  atasına  göndərməsi  epizodu  gəlir. 
Dastanın sonrakı hissəsində deyilir: 
Düşmənlər  Ürənin  bütün  qonum-qonşusunu,  qohum-əq-
rəbasını  məhv  etdilər.  Yalnız  qoca  atasını  sağ  buraxdılar  və 
bildirdilər  ki,  öz  düşərgələrinə  gedərkən,  yol  boyu  ağacların 
qabıqlarında  kəsiklər  edəcək  və  iz  qoyacaqlar.  Əgər  kimsə 
qisas almaq istəsə, onları bu izlərlə tapa bilər. Onların başçısı 
Mahan-Xopo  (və  ya  Mahan-Mahçə)  Ürənin  arvadını  özü  ilə 
əsir apardı. 
Qoca  mayatlarla  döyüş  zamanı  böyük  qazanın  altında 
gizlətdiyi  və  bu üzdən də  sağ  qalan kiçicik  nəvəsini,  Ürən-ho-
sunun  oğlunu  böyüdərək  tərbiyə  etdi.  Uşaq  doqquz  yaşına 
çatanda  elə  bir  mahir  ovçu  oldu  ki,  ox  atmaqda  babasından 
da,  atasından  da  daha  üstün  oldu.  Bir  dəfə  o,  ovda  ikən 
ağacların üzərindəki kəsmə işarələr diqqətini çəkdi və babasın-
dan  onların  nə  anlama  gəldiyini  və  kimlər  tərəfindən  qoyul-
duğunu  soruşdu.  Babası  uzun  müddət  sualı  cavablandırmaq-
dan  yayınaraq,  işarələrin  mahiyyətindən  xəbərsiz  olduğunu 
söyləsə  də  nəvəsinin  təkid  və  israrı  qarşısında  geri  addım  at-
malı  oldu,  məsələni  açıb  ona  danışmaqdan  başqa  çarəsi  qal-
madı. Baba nəvəni qisas üçün düşmən düşərgəsinə getməməsi 
üçün  nə  qədər  dilə  tutdusa,  xeyri  olmadı.  Oğlan  qisas  almaq 
arzusu  ilə  alışıb-yanırdı.  Nəhayət  qoca  icazə  verdi,  amma  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə