Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   83   84   85   86   87   88   89   90   ...   97

262 
 
onlardan Ön Asiya və Qafqazlarda, daha dəqiq desək, Azərbay-
can  və  Şərqi  Anadoluda  məskun  olan  xalq  kimi  söhbət  açır. 
Eradan  əvvəl  birinci  minilliyə  aid  Urartu  mixi  yazılarında  da 
eyni  xalqın  adı,  eyni  ərazinin  sakinləri  kimi  qeyd  edilmişdir. 
Urartu mənbələrində həmin xalqın adı  "turuxi" kimi  çəkilir. Bu 
isə o deməkdir ki,  sözügedən  ərazilər türklərin ilkin  Ata Yurdu 
olmuş  və  türk  xalqlarının  etnogenezinin  birinci,  ən  qədim 
mərhələsi  həmin  arealda  baş  vermişdir.  Bu  fikri  Sibir  və  Altay 
türklərindən toplanan kosmoqonik miflər də təsdiqləyir. Belə ki, 
dünyanın  yaranışı  barədə  mifin  bütün  variantlarında  ilkin 
material  kimi  sonsuz  sular,  yəni  dəniz  və  okean  çıxış  edir.  Bu 
fakt  çox  düşündürücüdür.  Axı,  türklərin  ilkin  ata  yurdu  olduğu 
iddia  edilən  Altaylar  dənizlərdən  çox-çox  uzaqlarda  yerləşir. 
Belə  olan  halda,  Altay  və  Sibir  türkləri  nədən  dünyanın  baş-
lanğıcını dənizlə, dünya okeanı ilə bağlayırlar?  
Bu  suala  adətən  belə  cavab  verirlər:  Bu  süjetlər  Altay  və 
Sibirə kənardan gətirilib. Şübhəsiz ki, bu belədir. Fəqət onları kim 
gətirib? Təbii ki, türklərin özləri. Odur ki, Altayları türklərin ilkin 
yurdu  saymaq  qətiyyən  doğru  deyil.  A.Qaben  və  A.N.Kononov 
türk  dillərində  dünyanın  cəhətlərinin  rənglərlə  ifadəsindən  söz 
açaraq bidirmişlər ki, bu dillərdə qara rəng quzeyi, qırmızı (qızıl) 
güneyi,  ağ  batını,  göy  isə  doğunu  ifadə  etmişdir.  Bu  faktı  əldə 
əsas  tutan  F.Ağasıoğlu  haqlı  olaraq  qeyd  edir  ki,  Türk  harada 
olmasından asılı olmayaraq, dayandığı yerə ―sarı‖, quzeyə ―qara‖, 
güneyə  ―qırmızı‖  (altun,  qızıl),  batıya  ―ağ‖,  doğuya  isə  ―göy‖ 
boyanın simvolu kimi baxacaq... Əgər bu sistemi xəritə üzərində 
axtarmaq  istəsək,  ən  münasib  üsul  kimi  göl  və  dənizlərə  verilən 
adlara baxmaq lazım gələcək. Bütöv Avrasiya məkanında isə belə 
bir yer yalnız İkiçayarasının quzeyindədir. 
Aydınlıq  olsun  deyə,  qədim  mənbələrdə  güney  sularının 
―qırmızı‖,  doğu  sularının  isə  ―göy  adlandığını  xatırlayaq.  Nil 
çayının doğusundakı  Qırmzı  dəniz kimi,  qədimdə Fars körfəzi-
nin də qırmızı dəniz adlanması. Göyçə gölü kimi, Urmu gölünün 
adı da keçmişdə Göy-göl idi.  


263 
 
Maraqlıdır ki, bəzi oğuz etnoqonik rəvayətlərində oğuzların 
ilkin  ata  yurdu kimi  xatırlanan  əfsanəvi  Mahan ölkəsi  də məhz 
həmin ərazini əhatə etmişdir. Mahan ölkəsi barədə ilk məlumata 
5000 il öncə qələmə alınmış "Enki və Kainat" adlı qədim şumer 
poemasında rast gəlirik.  
Övliya  Çələbidə  də  eyni  ölkə  adını  görürük.  Övliya  Çələbi 
Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin 
adını Dərmalə adlandırırlar və bu da "Oğuz şəhəri" deməkdir.  
Şumer  dastanından  belə  aydın  olur  ki,  Mahan  ölkəsindən 
gəmilər  yüklə  qədim  Şumerin  Nippur  şəhərinə  gələrmişlər.  Bu 
şəhərin yerini amerikalı alimlər 1883-cü ildə müəyyənləşdirə bil-
mişlər.  Yerli  ərəblərin  "Nuffar"  (Nippur  adının  bir  qədər  dəyi-
şikliyə  uğramış  adı)  adlandırdıqları  yerdə  aparılan  arxeoloji  qa-
zıntılar  ilk  nəticəsini  elə  həmin  il  versə  də  bədəvilərin  alimlərə 
hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893-
1896  və  1899-1900-cu  illərdə  aparılan  qazıntılar  Fərat  çayının 
aşağı sahilində yerləşən qədim Şumer şəhərini gün üzünə çıxardı.  
Deməli,  Mahan  ölkəsindən  gəmilər  Nippura  Fərat  çayı  va-
sitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən 
olduğunu  söylədiyi  Axlat  Dəclə  çayının  yuxarı  axarında,  Şərqi 
Anadoluda  yerləşirdi  (Koroğlu,  1999,  s.  60).  Bu  isə  o  deməkdir 
ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki 
çayın  bir-birinə  çox  yaxınlaşdığı  yerdə  imiş  və  həm  Şumer 
dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir. 
Övliya  Çələbinin  bu  ölkə  ilə  bağlı  söylədiklərində  diqqəti 
ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə 
ilə  əlaqəli  yad  edilməsidir.  Maraqlıdır  ki,  ―Kitabi-Dədəd  Qor-
qud‖da  Bayandır  xanın  Amid  (Diyarbəkr)  sahillərindən  olması 
qeyd  edilir. Qazan xan isə  Amid  (Diyarbəkr) soylu adlandırılır. 
Qədim Amid şəhərinin isə həmin bölgədə yerləşdiyi məlumdur.  
Təbii  ki,  məsələ  göytürklər  və  oğuzlarların  etnoqonik  rəva-
yətlərində  əksini  tapan  faktlarla  da  bitmir.  Eyni  halı  özbək  türk-
lərinin mənşəyini və tarixçəsini anladan ―Xannamə‖də görə bilərik. 
Adları ən qədim zamanlardan, daha dəqiq desək e.ə. lll mi-
nillikdən e.ə. I minilliyə qədər bir çox mixi kitabədə çəkilən lulu-


264 
 
ların özbək ―Xannamə‖sində xatırlanması da çox düşündürücüdür. 
Dastanda Azərbaycan və  Şərqi  Anadolunun qədim sakinlərindən 
olmuş  bu  xalq  Nuh  oğlu  Yafəsin  soyundan  gələn  xalqlar,  yəni 
türk  soylu  xalqlar  sırasına  daxil  edilsə  də,  onların  türkmənlərlə 
birlikdə  Nuhun  qızı  Vəjilənin  soyundan  gəldikləri  qeyd  edilir. 
Daha doğrusu, türkmənlər gerçək Vəjilənin, lulular isə Vəjilənin 
simasını alan köpəyin övladları kimi təqdim edilir. Maraqlıdır ki, 
özbək  ―Xannamə‖sində  Azərbaycanın  qədim  sakinlərindən  kim-
merlərin  də  adına  rast  gəlinməkdədir.  Eyni  zamanda,  özbəklərə 
qarşı vuruşan türkmənlərdən söhbət açılarkən Herodot tərəfindən 
Azərbaycan ərazisində yad edilən Sakarta ölkəsinin sakinlərinin - 
sakarların,  eləcə  də  Salur  Qazan  ellərinin  də  adı  çəkilir.  Adı 
çəkilən etnonimlər içərisində Ləbnət (Ləbnə + ut – cəm şəkilçisi) 
etnonimi də xüsusi maraq doğurur. Həmin türkmən boyunun adı 
Gürcüstanın  azərbaycanlılarla  məskun  Lənbəli  kəndinin  adında 
bugünədək  yaşamaqdadır. Azərbaycanda eyni adda xalça çeşnisi 
də  olmuşdur  Bu  isə  dastandakı  süjetlərin  bir  çoxunun  Ön  Asiya 
və Qafqaz mənşəli olduğunu göstərməkdədir. 
Dastanda  suriyalılardan  da  (aşşurlardan)  söhbət  açılması 
özbəklərin  etnogenezinin  ilkin  mərhələsinin  Ön  Asiya  və  Qaf-
qazla, başqa sözlə, Azərbaycanla bağlı olduğu fikrini möhkəm-
ləndirir. Və məsələ bununla da bitmir. ―Xannamə‖də özbəklərin 
ilk  xanlarının  xəzərlərlə  döyüşündən  söhbət  gedir.  Halbuki, 
tarixən  yaşadıqları  arealın  Şərqi  Avropa,  Qafqaz  və  bilavasitə 
Azərbaycanla  sınırlı  olduğu  məlum  olan  xəzərlərin  ölkələrinin 
bugünkü  Özbəkistan  ərazisi  ilə  heç  bir  sınırı  yoxdur  və  bu 
ərazilər bir-birindən çox uzaqdır. Eyni zamanda, xəzərlərin heç 
vaxt  Ural  çayından  şərqə  tərəf  keçmədikləri  məlumdur.  Əgər 
özbəklərin  ulu  babaları  ilə  onlar  arasında  gerçəkdən  də  nə 
zamansa döyüş olubsa, bu mütləq Qafqaz ərazisində olub. 
Görünür,  Ön  Asiya  və  Qafqaz  mənşəli  bütün  bu  süjetləri 
Orta  Asiyaya  özbəklərin  etnogenezində  yaxından  iştirak  etmiş 
matienlər  (myutenlər)  aparmışlar.  Adlarına  e.ə.  II-I  minilliklərə 
aid  mixi  yazılarda  Azərbaycan  və  Şərqi  Anadoluda  yaşayan 
türkdilli xalqlardan biri kimi rast gəlinən bu boyun əfsanələrində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə